Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10168/2021 15.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Tanrıverdiyev (sədrlik edən və məruzəçi) Tofiq Səməd oğlu Səmədov və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Cabbarlı Sahibə Məhəmmədbağı qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı icarə müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin 2(002)-2836/2021 saylı, 02.09.2021-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə, Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı icarə müqaviləsinin etibarsız hesab edilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi ilə yanaşı iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, iddianı təmin etmə tədbiri kimi işə mahiyyəti üzrə baxılanadək “Binə Ticarət Mərkəzi” kompleksindəki 5.44.4 nömrəli mağazanın üzərinə iddianın təmin etmə qismində həbs qoyularaq onun özgəninkiləşdirilməsinin, icarəyə verilməsinin, habelə başqa formada hüquqi statusunun dəyişdirilməsinə dair hərəkətlərin aparılmasının "xxxx" MMC-yə (icarədar), X4 (icarəçi) və üçüncü şəxslərə qadağan edilməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2836/2021saylı, 02.09.2021-ci il tarixli qərardadı ilə ərizə qismən təmin edilərək, “Binə Ticarət Mərkəzi” kompleksindəki 5.44.4 nömrəli mağazanın özgəninkiləşdirilməsinə, icarəyə verilməsinə, habelə başqa formada hüquqi statusunun dəyişdirilməsinə dair hərəkətlərin aparılması "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və X4 qadağan edilməsi qərara alınmışdır. (sədrlik edən: Fuad Hüseynov). Həmin qərardaddan narazı qalan cavabdeh şikayət verərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2836/2021saylı, 02.09.2021-ci il tarixli qərardadın ləğv edilməsini və iddia təmin tədbirinə dair ərizənin təmin edilməməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli, 2(002)- 2836/2021 saylı qərardadı ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 02 sentyabr 2021-ci il tarixli, 2(002)-2836/2021 saylı qərardadından verilmiş şikayət təmin edilməmiş və şikayət baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə baxılmasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı kollegiya iclasında iştirak etmir və gəlməmə səbəbəi barədə məhkəməyə məlumat verməmişdir. Kollegiya iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki,iş materiallarında olan 03.10.2011-ci il tarixli icarə müqaviləsindən görünür ki, "xxxx" Firması ilə X1 arasında 6-2-48T saylı mağazaya dair icarə müqaviləsi bağlanmış və qeyd edilən mağaza sonuncuya icarəyə verilmişdir. Lakin, birinci instansiya məhkəməsi qərardadda 5.44.4 saylı mağazanı əvvəlki mağaza ilə yanaşı mötərizədə qeyd etməklə hər iki nömrənin eyni mağazaya aid olması qənaətinə gəlmişdir. Bundan sonra məhkəmə qərardadının nəticə hissəsində 6-2-48T saylı mağazanın özgəninkiləşdirilməsinin qadağan edilməsi yox, 5.44.4 saylı mağazanın özgəninkiləşdirilməsinin qadağan edilməsi göstərilmişdir. Kollegiya qeyd edir ki, məhkəmə ərizəni icraata qəbul edib araşdırarkən araşdırmanı 6-2-48T saylı mağaza ilə başlayaraq 5.44.4 saylı mağaza ilə bitirmişdir. Bu isə anlaşılan deyildir. Kolegiya iclasında iştirak edən cavabdehin nümayəndəsi F.Ələkbərzadə izahatında bildirmişdir ki, qərardadda qeyd edilən bu iki ayrı-ayrı nömrə altında olan mağazalar eyni mağaza deyildir və 5.44.4 saylı mağazanın mübahisə tərəflərinə heç bir aidiyyəti yoxdur. Buna görə də iş materiallarında olan sənədlərdə 6-2-48T saylı mağazadan söhbət getsə də, həmin sənədlərə istinad etməklə 5.44.4 saylı mağazanın üzərinə həbs qoymaq düzgün olmamışdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qərardadı anlaşılan olmamışdır. Belə ki, Mülki Məcəllənin 161-ci maddəsinə əsasən, əşyanın mülkiyyətçisi hüququ ilə əşyaya sahib olan öz əşyasının sahibidir, əşyanın hər hansı başqa sahibi özgə əşyasının sahibidir. Məcəllənin məzmunundan da göründüyü kimi əşyanın mülkiyyətçisinin səlahiyyət verdiyi şəxs sahib hesab edilə bilər. İndiki mübahisədə adı hallanan Səidəxanım Abbasova və ya onun qohumu X6 isə üzərinə həbs qoyulan 5.44.4 saylı mağazanın sahibi və ya icarədarı olmamışlar. Beləliklə, yuxarıda sadalanan halları nəzərə alaraq, kollegiya vurğulayır ki, “Binə Ticarət Mərkəzi” kompleksindəki 5.44.4 nömrəli mağaza ilə 6-2-48T saylı mağazanın eyni mağaza olub-olmaması məsələsini araşdırılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən, şikayət qismən təmin edilməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2836/2021saylı, 02.09.2021-ci il tarixli qərardadı ləğv edilməli, mübahisəyə baxılması üçün sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsindən ötrü mülki iş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə qaytarılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402- 406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2836/2021 saylı,02.09.2021-ci il tarixli qərardadı ləğv edilsin və mülki iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsindən ötrü Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-10168/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10168/2021
15.10.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver