Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1017/2023 31.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlun və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Cavabdeh1, Cavabdeh2 nümayəndəsi-vəkili Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6036/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi, İşin halları Mübahisəli «Mercedes Benz E220 CDİ» minik markalı, 99LN099 dövlət qeydiyyat nişanlı avtomobil iddiaçının mülkiyyətində olmuşdur. İddiaçı Cavabdeh2 50.000 manata satmaq barədə razılığa gəlmişlər və həmin pulu cavabdeh xx.xx.2021-ci il tarixədək iddiaçıya ödənilməli idi. İddiaçı xx.xx.2021-ci il tarixdə cavabdehə avtomaşına dair etibarnamə verərək, xx.xx.2021-ci il tarixədək pulun ödənilməsini gözləmişdir. Cavabdeh2 iddiaçıya məxsus avtomobili Mehman Babayevə verilmiş etibarnamə əsasında xx.xx.2021ci il tarixli nəqliyyat vasitəsinin alğı-satqı müqaviləsi ilə Cavabdeh1 41.000 manata satmışdır. Göründüyü kimi Cavabdeh2 iddiaçı tərəfindən ona verilmiş etibarnamə əsasında, yəni təmsilçi kimi çıxış edərək mübahisəli avtomaşına dair alğı-satqı müqaviləsi bağlamış, həmin əqd əsasında avtomaşını digər Cavabdeh1 41.000 manata satmışdır. İş materiallarında olan AD№422777 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin kserosurətindən görünür ki, «Mercedes Benz E220 CDİ» minik markalı, 99LN099 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2019-cu il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. İş matriallarında olan xx.xx.2021-ci il tarixli etibarnamənin surətindən görünür ki, İddiaçı Cavabdeh2 notariat qaydada vermiş olduğu etibarnamə əsasında «Mercedes Benz E220 CDİ» minik markalı, 99LN099 dövlət qeydiyyat nişanlı avtomobilə sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyat çıxarmaq, ərizə vermək və s. kimi səlahiyyətlər vermişdir. Etibarnamə 1 il müddətinə verilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli nəqliyyat vasitəsinin alğı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı «Mercedes Benz E220 CDİ» minik markalı, 99LN099 dövlət qeydiyyat nişanlı avtomobili Mehman Babayevə verilmiş etibarnamə əsasında Cavabdeh1 41.000 manata satmışdır. İş materiallarında olan Cavabdeh1 tərəfindən AR DİN BDYPİ Qİİ-nə yazılmış xx.xx.2021-ci il tarixli ərizənin surətindən görünür ki, buraxılış ili 2015-ci il, Ban:WDD2120011B156871 olan «Mercedes-Benz E220 CDİ» markalı, **-LN-*** qeydiyyat nişanlı avtomobilə qeydiyyat nişanlı və qeydiyyat şəhadətnaməsi verilməsini xahiş etmişdir. Cavabdeh1 tərəfindən **-OD-*** tranzit nişanı xx.xx.2021-ci il tarixdə təhvil almışdır. İş materiallarında olan İddiaçı sifarişi ilə "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli qiymətləndirmə rəyindən görünür ki, əvvəlki dövlət qeydiyyat nişanlı **-LN-*** olan, hazırki 99OD141 olan, Ban:WDD2120011B156871 olan «Mercedes-Benz E220 CDİ» markalı minik avtomobilin xx.xx.2021-ci il tarixə olan bazar qiyməti 48.000 manat təşkil edir. İş materiallarında olan Yasamal rayon Məhkəməsinin 2(004)-4592/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh2 qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı alğı-satqı müqaviləsinin etibarsız hesab edilərək qeydiyyatın ləğv edilməsi və əmlak tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi, nəqliyyat vasitəsinin və ya onun dəyərinin, yəni 50.000 manat iddiaçıya qaytarılması barədə qətnamə çıxarılması, Cavabdeh2 əməllərində cinayət xarakterli əlamətlərin olduğu üçün barəsində xüsusi qərardadın çıxarılması barədə məhkəmədən xahiş edilmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil AR MPM-nin 53-cü maddəsinə əsasən iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək «Mercedes-Benz E220 CDİ» markalı, Ban:WDD2120011B156871, əvvəlki 99LN099, hazırki 99OD141 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin alğı-satqı barədə xx.xx.2021-ci il tarixli müqaviləsi ilə «Mercedes-Benz E220 CDİ» markalı avtomobilin satışından əldə edilmiş vəsaitin və ya onun dəyərinin, yəni 50.000 manatın cavabdehlərdən alınaraq iddiaçıya qaytarılmasına dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ona məxsus 2015-ci il buraxılışlı «Mercedes-Benz CDİ» markalı, 99LN099 dövlət qeydiyyat nişanlı avtomobili özünü North Group MMC-nin məsul şəxsi kimi qələmə verən Cavabdeh2 50.000 manata satmaq barədə razılığa gəlmişlər. Razılığa əsasən Cavabdeh2 qeyd olunan nəqliyyat vasitəsinə görə 50.000 manat xx.xx.2021-ci il tarixədək iddiaçıya ödəməli idi. İddiaçıya məxsus 2015ci il buraxılışı «Mercedes-Benz E220 CDİ» markalı, 99LN099 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixli etibarnamə əsasında xx.xx.2021-ci il tarixli nəqliyyat vasitəsinin alğı-satqı müqaviləsi ilə Cavabdeh1 satmışdır. Ancaq iddiaçıya nəqliyyat vasitəsinin satışından əldə edilən vəsait heç bir şəkildə ödənilməmişdir və həmin nəqliyyat vasitəsinin satışından əldə edilən vəsaitin ona ödənilməsinin təmin edilməsi məqsədilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Mübahisəli əmlaka dair etibarnamə verilərkən Cavabdeh2 (təmsil olunan) İddiaçı bu etibarnamə ilə onun maraqlarını üçüncü şəxslər qarşısında təmsil etmək və Cavabdeh2 öz maraqlarını daxilində deyil, İddiaçı maraqlarından hərəkət etmək səlahiyyəti vermişdir. Bakı şəhər Nəsimi rayon məhkəməsinin 2(006)-6036/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh2 İddiaçı xeyrinə 41.000 (qırx bir min) manat məbləğində pul tutulmuş, iddia tələbi Cavabdeh1 münasibətdə və qalan hissədə təmin edilməmişdir. Birinci instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı avtomaşına görə pulu cavabdehlərdən müştərək qaydada tutulmasını xahiş etsə də, onun tələbi yalnız Cavabdeh2 münasibətdə əsaslı hesab edilməlidir. Belə ki, iddiaçı tərəfindən etibarnamə yalnız bir dəfə Cavabdeh2 verilmiş, sonuncu isə həmin etibarnamə əsasında iddiaçıya məxsus nəqliyyat vasitəsini Cavabdeh1 adına rəsmiləşdirilmişdir. Cavabdeh1 isə qeyd olunan avtomobilin dəyərini vicdanlı alıcı kimi tam olaraq Cavabdeh2 ödəmişdir. Məhkəmə öz mövqeyini əsaslandırarkən Mülki Məcəllənin 21.1, 21.2, 359.1, Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 76.2, 77.1, 217.3, 217.4-cü maddələrinə istinad etmişdir. Apellyasiya instansiya məhkəməsində birinci icraat Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnamədə mubahisəli avtomobilin 41.000 manata iddiaçı tərəfindən digər Cavabdeh1 alğı-satqı müqaviləsi ilə satıldığını (qətnamə 4 səhifə, abzas 3), daha sonra isə Cavabdeh2 tərəfindən Cavabdeh1 41.000 manata satıldığını qeyd edir (qətnamə səh 4, abzas 10). Göründüyü kimi, məhkəmə iki ziddiyyətli məqamı qeyd etsə də, sonda iş materiallarında olan alğı-satqı müqaviləsinin surəti ilə müəyyən etdiyi halı deyil (qətnamə səh 4, abzas 3), məhz heç bir sübut olmadan yalnız öz mülahizəsinə görə məhkəmə iclasında müyyən edildiyini qeyd edərək ikinci halı əsas gətirərək qanunsuz qətnamə qəbul etmişdir (qətnamə səh 4, abzas 10). Belə ki, Cavabdeh2 mübahisəli avtomobilin nə satışında, nə də ki, pulun alınmasında iştirak etməmişdir. O yalnız iddiaçı tərəfindən ona verilmiş etibarnamə əsasında digər şəxsə etibarnamə vermişdir. Digər bir hal da ondan ibarətdir ki, Cavabdeh2 tərəfindən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair Bakı şəhər Yasamal rayon məhkəməsinin 2(004)-4592/2021 saylı, xx.xx.2021-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsini məhkəməyə təqdim etmiş, məhkəmə yalnız həmin qətnamənin mövcudluğunu qətnaməsində göstərsə də, ona qiymət verməmişdir. Həmin qətnamə ilə iddiaçının iddiası rədd edilmişdir. Yasamal Rayon Məhkəməsinin 2(004)-4592/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi qüvvəyə mindiyindən hazırki işə baxılması mümkün deyildir. Qətnamədə göstərilən dəlillər iddianın rədd edilməsi üçün əsas olduğu üçün məhkəmə qətnamə çıxararkən həmin hissələrə istinad etməmişdir. Halbuki, məhkəmə iş materiallarında mötəbər sübut olan alğı-satqı müqaviləsinin surətindən görünən yuxarıda qeyd edilən, yəni iddiaçı tərəfindən digər cavabdehə avtomobilin satılması halına istinad etsə idi, cavabdehə qarşı iddia rədd edilməli olacaqdı. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2232/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6036/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi qismən, iddianın təmin edilən hisssində ləğv edilmiş, Cavabdeh2 qarşı iddia tələbi rədd edilmişdir. Apellyasiya instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı iddia tələbində mübahisəli avtomobilin Cavabdeh2 tərəfindən satılması halına istinad etsə də, iş materiallarında olan Yasamal rayon Məhkəməsinin 2(004)-4592/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, 22 yanvar 2021-ci il tarixli nəqliyyat vasitəsinin alğı-satqı müqaviləsinə əsasən, İddiaçı hazırda sözügedən “Mercedes Benz E220 CDİ” minik markalı, 99LN099 dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh1 41.000 manata satmışdır. Qeyd edilən qətnamədən görünür ki, iddiaçı hazırda avtomobilin Cavabdeh2 tərəfindən satıldığını iddia etsə də, əslində sözügedən avtomobillə bağlı alğısatqı müqaviləsi üzrə İddiaçı özü satıcı olmuş, nəqliyyat vasitəsini Cavabdeh1 41.000 manata şəxsən satmışdır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Birinci instansiya məhkəməsi mübahisənin həllində Yasamal rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(004)-4592/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin preyudisiallığını nəzərə almamışdır. Bundan başqa məhkəmə kollegiyası qeyd etmişdir ki, İddiaçı 22 yanvar 2021-ci il tarixli nəqliyyat vasitəsinin alğı-satqı müqaviləsində tərəf (satıcı) olması ilə yanaşı, həmçinin Cavabdeh2 notarial qaydada vermiş olduğu etibarnaməyə xitam verilməsi ilə bağlı 22 iyun 2021-ci il tarixində, yəni alğı-satqı müqaviləsinin bağlanmasından 5 ay sonra 51 saylı notariat ofisinə müraciət etmişdir. Kollegiya həmçinin cavabdehin məhkəmə iclasında videobağlantı vasitəsilə iştirakını təmin etmiş və Cavabdeh1 izahatında 41.000 manatın iddiaçıya verilməsini bildirmişdir. Kollegiya hesab etmişdir ki, iddiaçı sözügedən avtomobilin alğı-satqı müqaviləsində satıcı tərəf olduğundan avtomobilin satış dəyəri olan 41.000 manatın cavabdeh tərəfindən alınmasını iddia etməsi nə iş materialları ilə, nə də ki, məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Həmçinin həmin müqavilə məhkəmə tərəfindən etibarsız sayılmadığından və müqavilə şərtlərinin yerinə yetirilməsində pozuntu aşkar edilmədiyindən hazırki işə baxılmasında sübut qismində istinad edilməsi yolveriləndir. Əgər iddiaçı məbləğin özünə deyil, Cavabdeh2 verilməsini iddia edirsə, bu halı sübut etmə yükü də iddiaçının üzərinə düşür. Çünki, 22 yanvar 2021-ci il tarixli nəqliyyat vasitəsinin alğı-satqı müqaviləsində Cavabdeh2 tərəf olmadığına görə, müqavilə üzrə alıcının ona pul ödəməsi ağlabatan və inandırıcı deyildir. Kollegiya belə qənaətə gəlmişdir ki, qeyd edilən hallardan və hüquq normalarının tələblərindən də göründüyü kimi 41.000 manatın iddiaçıya deyil, Cavabdeh2 ödənilməsini təsdiq edən hər hansı sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmiş və iş materiallarında belə bir dəlil aşkar edilməmişdir. Məhkəmə kollegiyası öz mövqeyini əsaslandırarkən «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin qərarına, MPM-in 14.2, 77.1-ci maddələrinə istinad etmişdir. Kassasiya instansiya məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2232/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və yenidən işə baxılmaq üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4199/2022 saylı 17 oktyabr 2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2232/2022 nömrəli iş üzrə 29 aprel 2022-ci il tarixli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya insansiya məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya məhkəməsi iddiaçının Cavabdeh2 qarşı xx.xx.2021-ci il tarixli avtomobilin alğı-satqısına dair müqavilənin etibarsız hesab edilməsi tələbinin rədd edilməsi barədə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçının özünün qeyd edilən avtomobili Cavabdeh1 41.000 manat satmasının müəyyən edilməsinə preyudisial hal kimi, həmçinin alıcı Cavabdeh1 videozəng vasitəsilə avtomobilin pulunu iddiaçıya verməsi barədə izahatına istinad etməklə kifayətlənmiş, işdə olan alğı-satqı müqaviləsini satıcı adından başqa şəxs tərəfindən imzalanmasına, iş materiallarında müqavilə üzrə pulun iddiaçıya verilməsi barədə sübutun olmamasına diqqət yetirməmiş, iddiaçının və cavabdehin izahatlarındakı dəlillər üzrə ətraflı araşdırma aparmamış, cavabdehin təmsilçi kimi ona etibar edilmişi başqa şəxsə etibar etməsi və bunun hüquqi nəticələrini mülki qanunvericiliyin normaları baxımından hüquqi təhlil etməmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə həll edilən iş üzrə iddianın predmeti xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi olmuş, iddiaçı etibarnamə verdiyi Cavabdeh2 tərəfindən aparılmış alğı-satqının qanunsuz olduğunu iddia etmiş, məhkəmə işdə olan sübutları qiymətləndirərək müəyyən etmişdir ki, avtomobilin alğı-satqısına dair iddiaçı Cavabdeh2 xx.xx.2021-ci il tarixdə etibarnamə vermiş, Cavabdeh2 həmin etibarnamə üzrə səlahiyyətləri xx.xx.2021-ci il tarixli etibarnamə ilə Mehman Babayevə ötürmüş, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən avtomobil Cavabdeh1 41.000 manata satılmış, iddiaçı müqavilədən 5 ay sonra etibarnaməni ləğv etmişdir. Məhkəmə Cavabdeh2 verilmiş etibarnamənin qanuni və əsaslı olduğunu, əqdin təmsilçi vasitəsilə bağlanmasına dair maddi hüquq normalarına istinad etməklə, iddiaçının alğı-satqı müqaviləsinin tərəfi olmasına istinad edərək, müqavilənin etibarsız hesab edilməsi barədə iddia tələbini təmin etməmişdir. Lakin həmin qətnamədə məhkəmə həmçinin baxdığı iddia tələbinin predmetini müqavilə üzrə pulun ödənilməməsi əsası ilə müqavilənin ləğv edilməsi təşkil etmədiyi halda, müəyyən etmişdir ki, alğı-satqı müqaviləsinə əsasən nəqliyyat vasitəsinin satıcısı İddiaçı olmuşdur, alıcı tərəfindən 41.000 manat ödənilmişdir, həm satıcı, həm alıcı öz öhdəliklərini icra etmiş, müqavilə şərtlərinin yerinə yetirilməsində əhəmiyyətli pozuntu aşkarlanmamışdır, müqavilənin ləğv edilməsi üçün əsas yoxdur. Etibarnamə üzrə nümayəndə əqdi öz adından deyil, təmsil edilən adından bağladığından müqavilədə satıcı kimi iddiaçının adının göstərilməsi həmin alğısatqıda iddiaçının şəxsən iştirakı demək deyildir. İşdə olan alğı-satqı müqaviləsindən görünür ki, həmin müqaviləni satıcı qrafasında Babayev soyadlı şəxs imzalamışdır. X3 isə həmin avtomobillə bağlı etibarnamə ilə verilmiş səlahiyyətləri cavabdeh xx.xx.2021-ci il tarixli etibarnamə ilə ötürmüşdür. Eyni zamanda, məhkəmənin Cavabdeh1 videozəng vasitəsilə aldığı izahatına istinad edərək pulun iddiaçının özünə verilməsi barədə əsaslanması da Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinin tələbinə uyğun deyildir. Belə ki, həmin normaya əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Apelyasiya instansiyası məhkəməsində ikinci icraat Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi-vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. İşə baxılma vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə kollegiyasının iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apelyasiya baxışının hədləri. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Apellyasiya şikayətində qətnamənin tam ləğv olunması xahiş edilsə də, şikayətin məzmunundan görünür ki, qətnamə yalnız iddia tələbinin təmin olunmuş hissəsində mübahisələndirilmişdir. Bu səbəbdən də, kollegiya qətnaməni tam deyil, yalnız mübahisələndirilən hissədə - 41.000 manatın iddiaçıya ödənilməsi hissəsində yoxlayır Tətbiq edilən hüquq: Mülki Məcəllə: 359.1 Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. 364.1. Etibarnamə verilmiş şəxs vəkil edildiyi hərəkətləri şəxsən özü etməlidir. O, etibarnamə ilə buna vəkil edildikdə və ya etibarnaməni verənin mənafelərinin qorunması üçün şəraitin buna məcbur etdiyi halda həmin hərəkətlərin icrasını başqa şəxsə etibar edə bilər. 364.2. Səlahiyyətləri başqa şəxsə verən bunu etibarnaməni verənə bildirməli və səlahiyyətləri verdiyi şəxs barəsində ona lazımi məlumat verməlidir. Bu vəzifənin icra edilməməsi səlahiyyəti verənin üzərinə səlahiyyətləri verdiyi şəxsin hərəkətləri üçün öz hərəkətləri üçün olduğu kimi məsuliyyət qoyur. 782.1. Vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. 420-ci maddəyə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
Məhkəmə kollegiyasının mövqeyi
Məhkəmə kollegiyası, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. İş materiallarından görünür ki, mübahisəli «Mercedes Benz E220 CDİ» minik markalı, 99LN099 dövlət qeydiyyat nişanlı avtomobil iddiaçının mülkiyyətində olmuşdur. İddia tələblərinə əsasən iddiaçı Cavabdeh2 50.000 manata satmaq barədə razılığa gəlmişlər və həmin pulu cavabdeh xx.xx.2021-ci il tarixədək iddiaçıya ödənilməli idi. İddiaçı xx.xx.2021ci il tarixdə cavabdehə avtomaşına dair etibarnamə verərək, xx.xx.2021-ci il tarixədək pulun ödənilməsini gözləmişdir. Başqa sözlə, iddiaçı təmsilçi vasitəsilə bağlanmış nəqliyyat vasitəsinin alğı-satqı müqaviləsi üzrə ödənilmiş pul vəsaitinin ona ödənilmədiyini bildirərək, pul tələb edir. Cavabdeh isə həmin alğı-satqı müqaviləsində təmsilçi kimi iştirak etmədiyini, həmin alğısatqı üzrə pulu almadığını, sadəcə ona verilmiş etibarnamə üzrə səlahiyyətləri başqa şəxsə, X3 etibar etdiyini bildirərək iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdeh2 eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair Bakı şəhər Yasamal rayon məhkəməsinin 2(004)-4592/2021 saylı, xx.xx.2021-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsini birinci instansiya məhkəməsi qətnamədə mövcud olmasını göstərsə də, ona qiymət verməməsinə dair apellyasiya şikayətinin dəlilinə məhkəmə kollegiyası qiymət verərək sözügedən qətnaməsi ilə müəyyən edilmiş faktiki halların hazırki işdə preyudisiallığı ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair ”xx.xx.2016-cı il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Həmin qərarda müəyyən edilmiş hüquqi mövqelərə əsasən, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). Müki hüquqda faktlar dedikdə, mülki-hüquq münasibətlərinin əmələ gəlməsinin, dəyişdirilməsinin və ya xitam olunmasının əsası kimi mülki qanunvericilikdə nəzərdə tutulan hallar başa düşülür. Başqa sözlə faktlar mülki-hüquqi nəticələrin baş verməsi ilə mülki qanunvericiliyin əlaqələndirdiyi və bağladığı həyati hallardır. Bu faktlar olmadan hər hansı bir mülki-hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitam olunması mümkün deyildir. Yalnız məhkəmə tərəfindən qanunla nəzərdə tutulmuş qaydada müəyyən edilmiş, yoxlanılmış və qiymətləndirilmiş faktlar preyudisial əhəmiyyət daşıyır. Mülki prosessual qanunvericiliyə görə isə məhkəmə tərəfindən faktların, halların müəyyən edilməsi, yoxlanılması və qiymətləndirilməsi yalnız məhkəmə aktının əsaslandırıcı hissəsində öz əksini tapmalıdır. Qətnamənin əsaslandırıcı hissəsi baxılan işin mahiyyəti üzrə nəticə çıxarılması üçün əsas yaradaraq mühüm əhəmiyyət daşıyır. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativhüquqi aktlar göstərilməlidir (Mülki Prosessual Məcəllənin 220.4-cü maddəsi). Beləliklə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edilənləri təhlil edərək belə nəticəyə gəlmişdir ki, mülki iş üçün əhəmiyyətli olan faktlar və hallar iddia tələbinə və (və ya) etirazların predmetinə aid olmalı, məhkəmədə araşdırılmalı, eləcə də məhkəmə qətnaməsində əks olunmalı və qiymətləndirilməlidir Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə həll edilən iş üzrə iddianın predmeti xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi olmuş, iddiaçı etibarnamə verdiyi Cavabdeh2 tərəfindən aparılmış alğısatqının qanunsuz olduğunu iddia etmiş, məhkəmə işdə olan sübutları qiymətləndirərək müəyyən etmişdir ki, avtomobilin alğı-satqısına dair iddiaçı Cavabdeh2 xx.xx.2021-ci il tarixdə etibarnamə vermiş, Cavabdeh2 həmin etibarnamə üzrə səlahiyyətləri xx.xx.2021-ci il tarixli etibarnamə ilə Mehman Babayevə ötürmüş, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən avtomobil Cavabdeh1 41.000 manata satılmış, iddiaçı müqavilədən 5 ay sonra etibarnaməni ləğv etmişdir. Məhkəmə Cavabdeh2 verilmiş etibarnamənin qanuni və əsaslı olduğunu, əqdin təmsilçi vasitəsilə bağlanmasına dair maddi hüquq normalarına istinad etməklə, iddiaçının alğı-satqı müqaviləsinin tərəfi olmasına istinad edərək, müqavilənin etibarsız hesab edilməsi barədə iddia tələbini təmin etməmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının qərarında da göstərildiyi kimi həmin qətnamədə məhkəmə həmçinin baxdığı iddia tələbinin predmetini müqavilə üzrə pulun ödənilməməsi əsası ilə müqavilənin ləğv edilməsi təşkil etmədiyi halda, məhkəmə müəyyən etmişdir ki, alğı-satqı müqaviləsinə əsasən nəqliyyat vasitəsinin satıcısı İddiaçı olmuşdur, alıcı tərəfindən 41.000 manat ödənilmişdir, həm satıcı, həm alıcı öz öhdəliklərini icra etmiş, müqavilə şərtlərinin yerinə yetirilməsində əhəmiyyətli pozuntu aşkarlanmamışdır, müqavilənin ləğv edilməsi üçün əsas yoxdur. Bu isə adı çəkilən Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən tələbin və (və ya) etirazların predmetinə aid olmayan faktlarla bağlı müəyyən edilmiş hal olduğundan məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən preyudusiya kimi hazırki işə baxılmasında preyudisiya təşkil edə bilməz Həmçinin kollegiya qeyd edir ki, etibarnamə üzrə nümayəndə əqdi öz adından deyil, təmsil edilənin adından bağladığından müqavilədə satıcı kimi iddiaçının adının göstərilməsi həmin alğı-satqıda iddiaçının şəxsən iştirakı demək deyildir. İşdə olan alğısatqı müqaviləsindən görünür ki, həmin müqaviləni satıcı qrafasında Babayev soyadlı şəxs imzalamışdır. X3 isə həmin avtomobillə bağlı etibarnamə ilə verilmiş səlahiyyətləri Cavabdeh2 xx.xx.2021-ci il tarixli etibarnamə ilə ötürmüşdür. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iclasında Cavabdeh1 pulun iddiaçının özünə verilməsi barədə izahatı da özü-özlüyündə iddianın əsassız olmasını təsdiq edən sübut kimi qiymətləndirilə bilməz Belə ki, Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Qanunvericiliyə əsasən işin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları, sübutları da tələbin təmin edilməsi təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran sübutlar əsaslandıran faktlar əsasında hüquqi qiymət verməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından apellyasiya instansiyası məhkəməsi haqlı olaraq bu nəticəyə gəlmişdir ki, Cavabdeh2 öz hüquqi mövqeyini sübut edilə bilməmiş və iddianın ona münasibətdə əsassız olması ilə bağlı hər hansı mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş faktiki halların hazırki işdə preyudisiallığı olmadığından birinci instansiya məhkəməsi haqlı olaraq onun məzmununa qiymət verilməsinə zərurət görməmiş və işin araşdırılmış halları ilə düzgün olaraq bu qənaətə gəlmişdir ki, Cavabdeh2 iddiaçıya məxsus avtomobili xx.xx.2021-ci il tarixli etibarnamə əsasında xx.xx.2021-ci il tarixli nəqliyyat vasitəsinin alğı-satqı müqaviləsi ilə Cavabdeh1 41.000 manata satmış, lakin iddiaçı tərəfindən ona verilmiş etibarnamə əsasında, yəni təmsilçi kimi çıxış edərək mübahisəli avtomaşına dair alğı-satqı müqaviləsi ilə əldə etdiyi pulu iddiaçıya verməmişdir. Beləliklə də məhkəmə kollegiyası hesab edir ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə səbəb ola biləcək hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən məhkəmə kollegiyası apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olmadığı üçün qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu isə apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6036/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə