Məhkəmə qərarları › İş №2(103)-10185/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10185/2021

09.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10185/2021 09.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçının nümayəndəsi X1 Cavabdeh1, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı QSC BOKT-nin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı QSC BOKT-nin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “borcun tutulması”tələbi ilə məhkməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi X3 iddianı müdafiə edərək izahatında göstərdi ki, "xxxx"Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdınlma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 nömrəli Fərmanının icrası ilə əlaqədar olaraq, "xxxx"Açıq Səhmdar Cəmiyyətinin problemli aktivləri (borcları) üzrə tələb hüququ 11 avqust 2015- ci il müqavilə əsasında İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına (bundan sonra - İddiaçı QSC) keçmişdir. Həmin Fərmanın icrası ilə bağlı Cavabdeh1 "xxxx"ASC-yə olan və müqavilə öhdəliyindən irəli gələn problemli borcu üzrə tələb hüququ da 18 oktyabr 2016-cı il tarixli, 405 saylı təhvil-təslim aktı əsasında "Aqrarkredit” QSC-yə təhvil verilmişdir. Akta əsasən Cavabdeh1 təhvil-təslim olunan tarixə "xxxx"ASC-yə cəmi 2.700,00 manat (əsas borc 2.700,00 manat və faiz borcu 0,00 manat) manat məbləğində borcu olmuşdur. Həmin borc Cavabdeh1 ilə "xxxx" ASC arasında bağlanmış 04 fevral 2015-ci il tarixli 2-04.02.2015-SM 15 nömrəli kredit müqaviləsinə əsasən yaranmışdır. Borc İddiaçı QSC-nin idarəetməsinə keçdikdən sonra borcdan heç bir ödəniş edilməmişdir. Beləliklə, 08.01.2021-ci il tarixə Cavabdeh1 qeyd olunan kredit müqaviləsi üzrə cəmi borcu 2.700,00 manat (əsas borc 2.700,00 manat və faiz borcu 0,00 manat) məbləğində təşkil etmişdir. Cavabdeh1 ilə bağlanmış və iddia ərizəsinə əlavə edilən 04 fevral 2015-ci il tarixli 2-04.02.2015SM15 nömrəli kredit müqaviləsinin surətindən göründüyü kimi müqavilənin predmeti pul öhdəliyidir. Müqaviləyə görə borcalan həmin müqaviləyə əsasən krediti qəbul etməyi, müqavilədə göstərilən müddətdə və qaydada krediti və ona hesablanmış faizləri qaytarmağı öhdəsinə götürür. Bu borcun təminatı olaraq, "xxxx" ASC ilə Cavabdeh1 və zaminlər Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış 04 fevral 2015-ci il tarixli, 2-04.02.2015-SM15 nömrəli zaminlik müqavilələri bağlanılmışdır. Həmin zaminlik müqavilələrinin 2.1-ci bəndinə əsasən zamin borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında cavabdehlik daşımağı və bu borcun özünün malik olduğu pul vəsaitləri, daşınar və daşınmaz əmlakı, banklardakı vəsaitləri, qiymətli kağızları və s. hesabına ödənilməsini öhdəsinə götürmüşdür. Həmin müqavilələrin 2.2-ci bəndinə əsasən borclu yuxarıda qeyd edilən kredit müqaviləsinə əsasən üzərinə düşən öhdəliyi tamamilə və ya hissəhissə icra etmədikdə zamin kreditor qarşısında kredit məbləğinin, hesablanacaq faizlərin, dəbbə pulunun, icranın gecikdirilməsi ilə vurulmuş zərərin ödənilməsi üçün məsuliyyət daşıyır. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ilə məsələnin məhkəməyə qədər pretenziya yolu ilə həll edilməsi prosesində müəyyən edilmişdir ki, cavabdehlər tərəfindən qeyd edilən borcun iddiaçıya qaytarılması mümkün deyil. Sonda iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılaraq göstərilmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 nömrəli Fərmanının icrası ilə əlaqədar olaraq, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin problemli aktivləri (borcları) üzrə tələb hüququ 11 avqust 2015-ci il müqavilə əsasında İddiaçı QSC-yə keçmişdir. Həmin Fərmanın icrası ilə bağlı Cavabdeh1 "xxxx" ASC-yə olan və müqavilə öhdəliyindən irəli gələn problemli borcu üziə tələb hüququ da 18 oktyabr 2016-cı il tarixli, 405 saylı təhviltəslim aktı əsasında İddiaçı QSC-yə təhvil verilmişdir. Akta əsasən Cavabdeh1 təhviltəslim olunan tarixə "xxxx" ASC-yə cəmi 2700,00 manat (əsas borc 2.700,00 manat və faiz borcu 0,00 manat) manat məbləğində borcu olmuşdur. Həmin borc Cavabdeh1 ilə "xxxx" ASC arasında bağlanmış 04 fevral 2015-ci il tarixli 2-04.02.2015-SM15 nömrəli kredit müqaviləsinə əsasən yaranmışdır. Borc İddiaçı QSC-nin idarəetməsinə keçdikdən sonra borcdan heç bir ödəniş edilməmişdir. Təhvil-təslim aktından, həmçinin iş materillarına əlavə edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh1 sözügedən kredit müqaviləsi üzrə "xxxx" ASC-yə 2700 manat ödənilməmiş əsas borcu qalmış, həmin problemli borc üzrə tələb hüququ da "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 nömrəli Fərmanının icrası ilə əlaqədar olaraq, 18 oktyabr 2016-cı il tarixli. 405 saylı təhvil- təslim aktı əsasında İddiaçı QSC-yə ötürülmüşdür. Artıq həmin tarixdən Cavabdeh1 sözügedən kredit müqaviləsi üzrə "xxxx" ASC-yə öhdəliyi qalmamışdır. Məhkəmənin iddianın rədd etməsinə əsas olmuş "xxxx" ASC-nin Yasamal filialının Cavabdeh1 vermiş olduğu 3954 saylı, 25 oktyabr 2017-ci il tarixli arayışından görünür ki. arayışın verildiyi dövrə "xxxx" ASC pərakəndə biznes seqmenti üzrə “Yasamal” filialı qarşısında Cavabdeh1 04 fevral 2015-ci il tarixli 1-04.02.2015-SM15 nömrəli kredit müqaviləsinə əsasən heç bir öhdəliyi yoxdur. Çünki həmin öhdəliyi tələb etmək hüququ artıq 18 oktyabr 2016-cı il tarixdən İddiaçı QSC-və məxsus olmuş və həmin tarixdən Cavabdeh1 sözügedən kredit müqaviləsi üzrə “Aqrarkredit" QSC qarşısında öhdəlik daşımaqdadır. Bu səbəbdən, “Azərbaycan Beynəlxalq Bankı" ASC-nin Yasamal filialı cavabdehə sözügedən kredit müqaviləsi üzrə öhdəliyinin olmaması barədə həmin arayışı vermişdir. Bu arayış Cavabdeh1 “Aqrarkredit" QSC-yə həmin kredit müqaviləsi üzrə öhdəliyinin olmaması demək deyildir. Göründüyü kimi təqdim olunmuş sübutlara məhkəmə tərəfindən tam, hərtərəfli və obyektiv qiymət verilmədən qətnamə qəbul edilmişdir. Eyni zamanda, borclu tərəfindən məhkəməyə təqdim edilmiş arayışa aydınlıq gətirmək üçün "xxxx" ASC-nin hazııki iş üzrə 3-cu şəxs qismində cəlb edilməsi təyin olunmuş məhkəmə iclaslarında şifahi formada xahiş olunsa da məhkəmə tərəfindən "xxxx" ASC işə 3-cü şəxs qismində cəlb edilməmişdir. Göründüyü kimi məhkəmə tərəfindən hazırki iş üzrə tam araşdırma aparılmadan əsassız qətnamə qəbul edilmişdir. Apellyasiya baxışı zamanı iddiaçı tərəf qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı Cavabdeh1 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya icraatı zamanı “Azərbaycan Beynəlxalq Bankı» ASC müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində işin baxılmasına cəlb edilmişdir. Apellyasiya baxışı zamanı müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASCnin nümayəndəsi qətnamənin ləğv olunmasını, iddianın təmin olunmasını xahiş etmişdir. Əlavə olaharaq izahatında göstərdi ki, Cavabdeh1 təmsil etdiyi ASC qarşısında öhdəliyinin olmaması barədə arayışa münasibətdə qeyd edir ki, həmin arayışın olması Cavabdeh1 hər hansı digər kredit təşkilatı, o cümlədən İddiaçı QSC BOKT-nin qarşısında öhdəliyinin olmaması anlamına gəlmir. Belə ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdınlma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 nömrəli Fərmanının icrası ilə əlaqədar olaraq, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin problemli aktivləri (borcları) üzrə tələb hüququ 11 avqust 2015ci il müqavilə əsasında İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına (bundan sonra - İddiaçı QSC) keçmişdir. Apellyasiya baxışı iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş lazımi qaydada məlumat verilmiş cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Bu halın işin baxılmasına mane olmadığını nəzərə alan Kollegiya, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə həmin cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır (MPM 372.6). Kollegiya sədrlik edənin məruzəsini, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edib, işdə olan sübutları qiymətləndirdikdən sonra hesab edir ki, aşağıdakı hüquqi əsaslara görə apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddianın qismən təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə görə: 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarında olan Cavabdeh1 ilə "xxxx" ASC-yə bağlanmış 18 oktyabr 2016cı il tarixli, 405 saylı təhvil-təslim aktından görünür ki, müqavilə öhdəliyindən irəli gələn problemli borcu üzrə tələb hüququ da əsasında "Aqrarkredit” QSC-yə təhvil verilmişdir. Akta əsasən Cavabdeh1 təhvil-təslim olunan tarixə "xxxx" ASC-yə cəmi 2700,00 manat (əsas borc 2.700,00 manat və faiz borcu 0,00 manat) manat məbləğində borcu olmuşdur. İş materiallarında olan Cavabdeh1 ilə "xxxx" ASC arasında bağlanmış 04 fevral 2015-ci il tarixli 2-04.02.2015-SM 15 nömrəli kredit müqaviləsindən görünür ki, Cavabdeh1 təhvil-təslim olunan tarixə "xxxx" ASC-yə cəmi 2700,00 manat (əsas borc 2.700,00 manat və faiz borcu 0,00 manat) manat məbləğində borcu olmuşdur. İş materiallarında olan maliyyə arayışından görünür ki, 08.01.2021-ci il tarixə Cavabdeh1 qeyd olunan kredit müqaviləsi üzrə cəmi borcu 2.700,00 manat (əsas borc 2.700,00 manat və faiz borcu 0,00 manat) məbləğində təşkil etmişdir. İş materiallarında olan "xxxx" ASC ilə Cavabdeh1 və zaminlər Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış 04 fevral 2015-ci il tarixli, 2-04.02.2015-SM15 nömrəli zaminlik müqavilələrindən görünür ki, 2700,00 manat borcun banka ödənilməsinə zaminlər cavabdehdirlər. İş materiallarında olan "xxxx" ASC-nin 25.10.2017-ci il tarixli arayışından görünür ki, "xxxx" ASC pərakəndə biznes seqmenti üzrə “Yasamal” filialı qarşısında Cavabdeh1 04 fevral 2015-ci il tarixli 1-04.02.2015SM15 №-li kredit müqaviləsinə əsasən heç bir öhdəliyi yoxdur. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən qeyd etmişdir ki, "xxxx" ASCnin 25.10.2017-ci il tarixli arayışından göründüyü kimi "xxxx" ASC pərakəndə biznes seqmenti üzrə “Yasamal” filialı qarşısında Cavabdeh1 04 fevral 2015-ci il tarixli 1- 04.02.2015-SM15 №-li kredit müqaviləsinə əsasən heç bir öhdəliyi yoxdur. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və qeyd edir ki, məhkəmə işin hallarını düzgün qiymətləndirməmiş, nəticədə işin faktiki hallarına uyğun olmayan səhv nəticəyə gəlmişdir. Belə ki, "xxxx" ASC-nin nümayəndəsinin fikri də öyrənilməklə hazırki apellyasiya baxışı zamanı müəyyən olunmuşdur ki, Cavabdeh1 "xxxx" ASC qarşısında öhdəliyinin olmaması barədə arayışa münasibətdə qeyd edir ki, həmin arayışın olması Cavabdeh1 hər hansı digər kredit təşkilatı, o cümlədən İddiaçı QSC BOKT-nin qarşısında öhdəliyinin olmaması anlamına gəlmir. Belə ki, "xxxx"Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdınlma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 nömrəli Fərmanının icrası ilə əlaqədar olaraq, "xxxx"Açıq Səhmdar Cəmiyyətinin problemli aktivləri (borcları) üzrə tələb hüququ 11 avqust 2015- ci il müqavilə əsasında İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına (bundan sonra - İddiaçı QSC) keçmişdir. Həmin Fərmanın icrası ilə bağlı Cavabdeh1 "xxxx"ASC-yə olan və müqavilə öhdəliyindən irəli gələn problemli borcu üzrə tələb hüququ da 18 oktyabr 2016-cı il tarixli, 405 saylı təhvil-təslim aktı əsasında "Aqrarkredit” QSC-yə təhvil verilmişdir. Akta əsasən Cavabdeh1 təhvil-təslim olunan tarixə "xxxx"ASC-yə cəmi 2700,00 manat (əsas borc 2700,00 manat və faiz borcu 0,00 manat) manat məbləğində borcu olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəlləinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəlləinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Odur ki, Kollegiya hesab edir ki, Cavabdeh1 müqavilə üzrə götürdüyü öhdəliyi icra etmədiyinə görə ona qarşı iddia tələbi əsaslı olmaqla təmin olunmalıdır. Zaminlər olan cavabdehlər Cavabdeh2 və Cavabdeh3 münasibətdə bir illik müddət keçdiyindən, zaminlərə qarşı iddia rədd olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminliyə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə, zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası belə yekun hüquqi nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi işə baxarkən işin faktiki hallarını kifayət qədər araşdırmamış, nəticədə hüququn tətbiqində səhv buraxmış, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, qanunu səhv təfsir etmiş, bu hal isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin əsassız qətnaməsinin ləğv edilməsi üçün birbaşa əsasdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinin göstərişinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: İddiaçının apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh1 ilə "xxxx" ASC arasında bağlanmış 04 fevral 2015-ci il tarixli 2- 04.02.2015-SM 15 nömrəli kredit müqaviləsi 2700 (iki yeddi yüz) manat pul Cavabdeh1 tutularaq İddiaçı QSC BOKT-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. 04 fevral 2015-ci il tarixli, 2-04.02.2015-SM15 nömrəli zaminlik müqavilələri üzrə Cavabdeh2 və Cavabdeh3 zaminliklərinə xitam verilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar