Məhkəmə qərarları › İş №2(103)-10195/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10195/2021

13.10.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10195/2021 13.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 13 avqust 2021-ci il tarixli, 2(007)-637/2021 saylı qərardadından ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi və pul” tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 31.1 kv/m olan qeyri yaşayış binasınına dair 3 dekabr 2016-cı ildən sonrakı müddət ərzində bağlanmış bütün müqavilələrin etibarsız hesab olunması, həmin qeyri yaşayış sahəsinin təhvil verilməsi, keçən 4 il müddət ərzində aylıq minimum 1500 (mir beş yüz) manat olmaqla 72000 manat əldən çıxmış faydanın iddiaçıya ödənilməsi, həmin qeyri-yaşayış sahəsinin təhvil verilməsi mümkün olmadığı təqdirdə obyektin alğı-satqı dəyəri olan 36600 (otuz altı min altı yüz) manatın Cavabdeh tutularaq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və 36600 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, alğı-satqı müqaviləsinin ləğv edilərək, 36600 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi və pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 03.12.2016-cı ildə 14 saylı Notariat Kontorunda Cavabdeh məxsus ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 31 kv.m olan qeyri yaşayış sahəsinin 36600 manata İddiaçı satılmasına dair Cavabdeh ilə İddiaçı arasında bağlanmış uydurma (formal) alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, vəkilə ödənilən 400 manat hüquqi xidmət haqqı və 20 manat dövlət rüsumu, cəmi 420 manat pulun cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 qarşılıqlı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə İddiaçı arasında 03.12.2016-cı ildə 14 Saylı Notariat Kontorunda bağlanmış uydurma borc müqaviləsinin etibarsız sayılması, vurduğu maddi zərərin ödənilməsi üçün İddiaçı 5000 ( beş min) ABŞ dolları pul tutularaq Cavabdeh ödənilməsi, vəkilə ödənilən 400 manat hüquqi xidmət haqqı və 30 manat dövlət rüsumu, cəmi 430 manat pulun cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan başqa, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddianı təmin etmək üçün tədbirlər görülməsi haqqında ərizə ilə məhkəməyə müraciət edərək, mülki işə baxılıb qurtarana qədər, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məxsus ünvan 3 ünvanında yerləşən evin 70 saylı mənzilinin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 13 avqust 2021-ci il tarixli, 2(007)-637/2021 saylı qərardadı ilə ərizə təmin edilməmişdir. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Bakı şəhər Nizami rayon Məhkəməsinin 13 avqust 2021-ci il tarixli, 2(007)-637/2021 saylı qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini və iddianı təmin etmə tədbirinə dair ərizənin təmin olunmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhər Nizami rayon Məhkəməsinin 15 sentyabr 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, İddiaçı bildirir ki, ünvan 3 ünvanında yerləşən evin 70 saylı mənzili ona məxsus deyil, həmin mənzilin kimin mülkiyyətində olması barədə məlumatı yoxdur. Lakin iş materiallarında olan sənədlərdən məlum olur ki, İddiaçı həmin evdə qeydiyyatdadır. Bu da onun izahatının doğru olmadığını göstərir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb, iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən şikayət təmin edilməməli, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 13 avqust 2021-ci il tarixli, 2(007)-637/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı (bankın öhdəliklərinin könüllü restrukturizasiyası zamanı bank və (və ya) onun aktivləri ilə bağlı verilmiş iddia istisna olmaqla) təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Qanunun mənasına görə iddianı təmin tədbiri, çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” 14 mart 2018-ci il tarixli qərarının nəticə hissəsində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirinirəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Şərh olunan normalardan və Mülki Prosessual Məcəlləsinin digər müvafiq maddələrindən görünür ki, iddianı təmin etmə tədbirlərinin tətbiq olunmasının məqsədi qətnamənin gələcəkdə icrasını təmin etməkdən ibarətdir. İddianı təmin etmə tədbirlərini tətbiq edərkən nəzərə alınmalıdır ki, bu tədbirlərin görülməməsi qətnamənin gələcəkdə icrasının çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Qətnamənin gələcəkdə icrasının çətinləşməsi və ya qeyri-mümkün olması borclunun tələbin yönəldilə biləcəyi əmlakını özgəninkiləşdirilməsi və ya özgəninkiləşdirəcəyi, məhv ediləcəyi ilə və ya borclunun öz əmlakının həcminin azaldılmasına yönəlmiş hərəkətləri və s. ilə əlaqədar ola bilər. İddianı təmin etmə tədbirlərinin tətbiq olunmasının Mülki Prosessual Məcəlləsinin 157.2-ci maddəsində göstərilən məqsədi (qətnamənin gələcəkdə icrasının təmin edilməsi) o halda realizə olunur ki, görülən tədbir məhz iddianın təmin edilməsinə yönəlmiş olsun. Qanunvericilikdə iddianı təmin etmə tədbirlərinin tətbiq olunmasının məqsədi göstərilsə də, bu tədbirlərin tətbiqinin zəruriliyi meyarları müəyyən edilmir. Ona görə də iddianın təmin edilməsi haqqında işdə iştirak edən şəxsin ərizəsinə baxılarkən işin konkret halları nəzərə alınmalı və məsələyə iddianın əsaslığı prezumpsiyası (ehtimalı) baxımından yanaşılmalıdır. İddianı təmin etmə tədbirlərinin tətbiqindən ötrü sübutların mübahisənin mahiyyəti üzrə həlli üçün zəruri olan həcmdə məhkəməyə təqdim edilməsi tələb olunmasa da, bu tədbirlərin görülməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş işdə iştirak edən şəxsin pozulmuş və ya mübahisəli hüququnun mövcudluğunu, üzərinə həbs qoyulan əmlakın kimə məxsus olmasını təsdiq edən ilkin sübutların məhkəməyə təqdim olunması zəruridir. İddianı təmin etmə tədbirlərinin tətbiqinin zəruriliyi üçün işdə iştirak edənşəxsin irəli sürdüyü dəlillərə qiymət verilərkən məhkəmə həmin dəlillərin ağlabatan olmasını və əsaslığını, butədbirlər görülmədikdə isə işdə iştirak edən bütün şəxslərin, eləcə də, iştirak edən şəxs statusuna malik olmayan şəxslərin qanuni mənafelərinin tarazlığının təmin edilməli olmasını, iddianı təmin etmə tədbirləri tətbiq olunarkən ümumi mənafelərin və ayrı-ayrı şəxslərin mənafelərinin pozulmasının qarşısının alınmalı olmasını nəzərə almalıdır. Məhkəmə qeyd etmişdir ki, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ünvan 3 ünvanında yerləşən evin 70 saylı mənzilinin İddiaçı mülkiyyətində olmasına dair sübutları məhkəməyə təqdim etmədiyindən, həmçinin həmin əmlakın iddia predmeti ilə hər hansı bir bağlılığı olmadığından, qətnamənin gələcəkdə icrasının təmin edilməsi üçün həmin əmlakın üzərin həbs qoyulması zərurəti yoxdur. Kollegiya əsaslı olduğu üçün məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassız olmaqla, qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə düzgün əməl olunmuşdur, ona görə də, məhkəmə qərardadı dəyişdirilmədən saxlanmalı, şikayət isə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Nizami rayon Məhkəməsinin 13 avqust 2021-ci il tarixli, 2(007)- 637/2021saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar