Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10227/2021 24.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X13 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh "xxxx" QSC-nin nümayəndəsi X8 iştirakları ilə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli, 2(005)-1855/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Aleksandr Marxevka küçəsində 0,04 ha. torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı, 99,7 kv.m yaşayış, 105,6 kv.m köməkçi sahədən ibarət 3 saylı fərdi yaşayış evinə dair keçirilmiş hərracın və hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4432/2019 saylı, 06 sentyabr 2019-cu il tarixli qətnaməsi icraya yönləndirilmiş, icra şöbəsi cavabdeh hərrac xidməti ilə birlikdə qanunvericiliyin tələbləri pozaraq, məlumatı olmadan pandemiya şəraitində, Nazirlər Kbinetinin qərarlarının əleyhinə olmaqla hərrac təşkil etmiş, mənzili tələbkara təklif etmişdir. Halbuki əvvəlki iki hərracı keçirdikdən sonra hər iki bildirişi bır konvertə yerləşdirib geri tarixlə onlara xüsusi çatdırılma vasitəsi ilə göndərilmiş, sonuncu hərracı isə kəskin karantin vaxtı, harada, hansı şəraitdə keçirilməsi məlum deyil. Belə ki, həmin tarixdə Nazirlər Kabinetinin qərarına uyğun olaraq həmin hərracın keçirilməsi mümkün deyildir. Bundan sonra cavabdehə teleqram vuraraq, hərracın nəticəsinin ləğv edilməsini tələb etsə də, tələb yerinə yetirilməmişdir. Həmçinin keçirilmiş hərrac protokollarının ona təqdim edilməsini tələb etsə də, protokollar təqdim edilməmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qaldı. Eyni zamanda sözügedən hərrac barədə kütləvi informasiya vasitələrində məlumatlar dərc edilməmişdir. İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.4-43.8-ci maddələrinin mənasına görə ipoteka predmetinın ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-cı maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. Təkrar hərracda bır iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur. Bu Qanunun 43.1.1-cı maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracda ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir Maddənin mənasından da göründüyü kimi ipotekaya o vaxt xitam verilə bilərdi ki, təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etməsin. Göründüyü kimi hərrac keçirilərkən hərracın keçirılməsi qaydaları pozulmuşdur. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli, 2(005)-1855/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli, 2(005)-1855/2021 saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia tələbi ilə eynilik təşkil etməklə, qeyd olunur ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməsi ilə bağlı yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh "xxxx" QSC-nin nümayəndəsi X12 apellyasiya şikayətini qəbul etmədi, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş edərək, hərracın qanunvericiliyin tələblərinə uyğun həyata keçirildiyini bildirdi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam olaraq yoxlanılması təşkil edir. Çünki iddiaçı tərəf qətnaməni tam olaraq mübahisələndirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə kollegiyası bu kontekstdə tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, işdə olan sübutları tədqiq edərək hesab edir ki, iş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli, 2(005)-1855/2021saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 04.12.2018-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh1 QSC-nin cavabdenlər İddiaçı, X5, X6 və X10 qarşı "borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi" tələbinə dair iddiası qismən təmin edilərək, İddiaçı, X1, X2 və X7 müştərək qaydada əsas borc üzrə 42587,37 ABŞ dolları, faiz borcu üzrə 13820,09 ABŞ dolları, cərimə borcu üzrə 1000 ABŞ dolları olmaqla cəmi 57407,46 ABŞ dolları məbləğində pulun manatın ödəniş gününə məzənnə nisbəti ilə həmçinin 30 manat məbləğində dövlət rüsumu, bildirişin qeydə alınması ilə bağlı ödənilmiş 10 manat və 20 manat xidmət haqqı olmaqla, cəmi 60 manat məbləğində pulun iddiaçı Cavabdeh1 QSC-nin xeyrinə tutulması, tələbin ipoteka predmeti olan X9 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Aleksandr Marxevka küçəsində 0,04 hə torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı, 99,7 kv.m. yaşayış, 105,6 kv.m köməkçi sahədən ibarət 3 saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına borcun ödənilməsi, satışdan əldə olunan vəsait borcun ödənilməsi üçün yetərli olmadıqda borcun qalıq hissəsinin cavabdehlər İddiaçı, X1, X2 və X7 müştərək qaydada iddiaçı Cavabdeh1 QSC-nin xeyrinə tutulması, Bakı şəhəri, Xəzər rayonu Binə qəsəbəsi Aleksandr Marxevka küçəsində yerləşən 3 saylı fərdi yaşayış evin ilkin satış qiymətinin 91000 manat məbləğində müəyyən edilməsi fərdi yaşayış evi satıldıqdan bir ay sonra X4 evdən istifadə hüququna xitam verilməsi və onun həmin torpaq sahəsi və evdən çıxarılması, əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat məbləğində pulun cavabdehlər İddiaçı X1, X3 və X7 müştərək qaydada tutulub, Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 150 manat məbləğində pulun cavəbdehlər İddiaçı, X1, ƏzizovaZəkyə Əmirasian qızından və X7 müştərək qaydada tutulub "xxxx" MMC-nin hesabına köçürülməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4432/2019 saylı, 06 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-425/2018 saylı, 04 dekabr 2018-ci il tarixli qətnaməsi qismən, iddianın cavabdehlər X6, X11 və X10 qarşı zamin kimi (əmin olunan və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissələrində ləğv edilsin və zaminlərə aid hissədə iddia təmin edilməmiş, İpoteka predmeti olan Bakı şəhəri, Əzizbəyov (hazırkı Xəzər) rayonu, Binə qəsəbəsi Aleksandr Marxevka küçəsində yerləşən 3 saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 100000 (yüz min) manat müəyyən edilmiş, cavabdeh İddiaçı iş üzrə keçirilmiş ekspertiza xərci – 200 (iki yüz) manat tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazilriyi Xəzər rayon İcra Şöbəsi tərəfindən "xxxx" MMCyə ünvanlanmış 20.10.2020-ci il tarixli məktubunun surətinə əsasən Bakı Apellyasiya Məhkəməsinin 2(103) 4432/2019 saylı, 06 sentyabr 2019-cu il tarixli icra sənədinin icrası qaydasında borclulardan X9 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Aleksandr Marxevka küçəsində 0.04 hə torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı, 99,7 kv.m. yaşayış, 105,6 kv.m köməkçi sahədən ibarət 3 saylı fərdi yaşayış evinin hərracın təşkil edilməsi və nəticəsi barədə Xəzər rayon İcra Şöbəsinə məlumat verilməsi xahiş olunmuşdur. Cavabdeh3 05.11.2020-ci il tarixli, 01 nömrəli və 02.12.2020-ci il tarixli, 02 nömrəli açıq hərracın keçirilməsinə dair bildirişlərinin və bu bildirişlərin çatdırılmasını təsdiq edən poçt qəbzlərinin surətinə əsasən ipoteka predmetini təşkil edən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Aleksandr Marxevka küçəsində 0,04 hə torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı, 99,7 kv.m. yaşayış, 105,6 kv.m köməkçi sahədən ibarət 3 saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 100.000 manat olmaqla hərraca çıxarılması və hərracın 01 dekabr 2020-ci il tarixdə saat 11-00-dan-17-00-dək, növbəti 02.12.2020-ci il tarixli, 02 nömrəli açıq hərracın keçirilməsinə dair bildiriş üzrə 14 dekabr 2020-ci il tarixdə saat 11-00-dan- 17-00-dək ünvan 3 ünvanında keçiriləcəyi göstərilmiş və bu barədə borcluların qeydiyyatda olduğu ünvana bildiriş göndərilmişdir. Cavabdeh3 05.11.2020-ci il tarixli, 01 nömrəli və 02.12.2020-ci il tarixli, 02 nömrəli açıq hərracın keçirilməsinə dair bildirişlərin çatdırılmasını təsdiq edən poçt qəbzlərinin surətinə əsasən ipoteka predmetini təşkil edən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Aleksandr Marxevka küçəsində 0.04 hə torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı, 99,7 kv.m. yaşayış, 105,6 kv.m köməkçi sahədən ibarət 3 saylı fərdi yaşayış evinin satış qiymətinin 15% aşağı qiymətlə 85.000 manat olmaqla hərraca çıxarılması və hərracın keçiriləcəyi göstərilmiş və barədə borcluların qeydiyyatda olduğu ünvana bildiriş göndərilmişdir. “Birja Yenilikləri” Qəzetinin 2020-ci ilə aid olan 222, 225 nömrəli buraxılışlarında yerləşdirilmiş elanlara əsasən hərracın 01 dekabr 2020-ci il və 14 dekabr 2020-ci il tarixlərdə hərraca çıxarılması, habelə hərracın baş tutmaması barədə məlumatlar dərc edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 416-cı və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 44-cü maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə hərracın keçirilməsinin ümumi qaydaları müəyyən edildiyi halda, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu ilə borcun ipoteka predmetinə yönəldilməsi məqsədilə keçirilən hərracın xüsusiyyətləri nəzərə alınmaqla qaydalar müəyyən edilmişdir. “İpoteka haqqında” Qanunun 41.2-ci maddəsinə əsasən, məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Məhkəmə icraçısı hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata, (hərracın təşkilatçısına) sifariş verir. Həmin Qanunun 42.1-ci maddəsinə əsasən, Hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir. Həmin Qanunun 42.3-cü maddəsinə əsasən, hərracın təşkilatçı və onun əməkdaşları istisna olmaqla, hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər. Həmin Qanunun 42.8-ci maddəsinə əsasən hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur. Həmin Qanunun 43.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə, hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir: 43.1.1. hərraca iki nəfərdən az alıcı gəldikdə; 43.1.2. hərracın iştirakçısı olmadıqda; 43.1.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; 43.1.4. hərracı udmuş iştirakçı bu Qanunla müəyyən o olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı və həmin müddət uzadılmasın. Həmin Qanunun 43.4-cü maddəsinə əsasən, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayanla ipoteka qoyan arasında müqavilə baş tutmadıqda, birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir. Həmin Qanunun 43.5-ci maddəsinə əsasən, təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. , Həmin Qanunun 43.6-cı maddəsinə əsasən, təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur. Həmin Qanunun 43.7-ci maddəsinə əsasən, bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə, ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. Sadalanan xüsusatlara və qanunvericilik normalarına əsasən, kollegiya belə qənaətə gəlir ki, ipoteka predmeti olmuş Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Aleksandr Marxevka küçəsində 0,04 hə torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı, 99,7 kv.m. yaşayış, 105,6 kv.m köməkçi sahədən ibarət 3 saylı fərdi yaşayış evinə tutmanın yönəldilməsi məqsədilə Cavabdeh3 tərəfindən keçirilmiş hərracın etibarsızlığı üçün hər hansı bir əsaslar yoxdur. Belə ki, hərrac təşkilatçısı olan Cavabdeh3 qanunun tələblərinə riayət edilməklə ipoteka saxlayana, ipoteka qoyana keçiriləcək hərracla bağlı məlumat verilməsi istiqamətində tədbirlər görüldüyü, həmçinin kütləvi informasiya vasitələrində elanların dərc edildiyi iş materiallarında olan sənədlərlə sübut olunur. Göründüyü kimi, hərrac qanunvericiliyin tələblərinə uyğun keçirilmiş, bildirişlər tələb edilən müddətlərdə göndərilmiş, hərrac iştirakçıları məlumatlandırılmışlar. F.Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 oktyabr 2008-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, MM-in 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Göründüyü kimi, hərracla bağlı kütləvi informasiya vasitələrində də, məlumat dərc edilmiş, tərəflər məlumatlı olmuşlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycaqn Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli, 2(005)- 1855/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-10227/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10227/2021
24.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver