Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10270/2021 01.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Vəfaddin Ələm oğlu İbayev (sədrlik edən və məruzəçi), Şeyda Ədalət qızı Məhərrəmova və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Şirinova Səbinə Eldəniz qızının katibliyi, Ərizəçi Ərizəçi nümayəndəsi və vəkili Vəkil, məhkəmə qətnaməsi maraqlarınan toxunun şəxs Maraqlı şəxs2 iştirakı ilə, Ərizəçi ünvan 1 ünvanında qeydiyyatda olan, 14 oktyabr 1981-ci il təvəllüdlü oğlu “X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 2(001)-5317/2021 saylı, 06.09.2021-ci il tarixli qətnaməsindən həmin qətnamənin maraqlarına toxunan şəxs Maraqlı şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən e t d i: Ərizəçi ünvan 1 ünvanında qeydiyyatda olan, 14 oktyabr 1981-ci il təvəllüdlü oğlu “X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi” tələbi ilə Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 14 oktyabr 1981-ci il təvəllüdlü X7 onun oğludur. O, 2003-cü ildən Binəqədi Rayonu 9 saylı Şəhər Poliklinikasında qeydiyyatdadır, psixi qüsur nəticəsində öz hərəkətlərinin mənasını başa düşmür və öz hərəkətlərini idarə edə bilmir. Eyni zamanda 2003-cü ildən orta dərəcəli debillik dərəcəsində ağıl zəifliyi diaqnozu ilə psixiatriya kabinetində dispanser qeydiyyatındadır və 2-ci qrup əlildir. O, əqli inkişafdan geri qalır, nitqi tam inkişaf etməyib və onda ağıl kəmağıllığı vardır. Oğlu davranış və nitq qüsurları nəticəsində öz hərəkətlərinin mənasını başa düşmür və öz hərəkətlərini idarə edə bilmir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi istənilən Əbülfəz Yaqubovun maraqlarının və mənafeyinin müdafiə edilməsi üçün mülki hüquqi fəaliyyət qabiliyyətinin əldə edilməsi və həyata keçirilməsi zəruridir. Qeyd olunanlara əsasən ərizənin təmin olunmasını xahiş etmişdir. Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 2(001)-5317/2021 saylı, 06.09.2021-ci il tarixli qətnaməsi ilə ərizənin təmin edilməsi, 14.10.1981-ci il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi, iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməsi qət edilmişdir. Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 2(001)-5317/2021 saylı, 06.09.2021-ci il tarixli qətnaməsindən işdə iştiraka cəlb olunmamış, çıxarılan qətnamənin maraqlarına toxunduğu şəxs kimi Maraqlı şəxs2 apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, verilmiş apellyasiya şikayəti ilə əlaqədar ilkin olaraq apellyasiya baxışının hədləri müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İşdə iştirak etməyə cəlb edilməyən qətnamənin maraqlarına toxunduğu şəxs tərəfindən verilmiş apellyasiya şikayət qətnamənin ləğv edilməsinə yönəldiyinə görə birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı tam yoxlanılmalıdır. Məhkəmə iclasında İşdə iştirak etməyə cəlb edilməyən qətnamənin maraqlarına toxunduğu şəxs Maraqlı şəxs2 apellyasiya şikayətini müdafiə edərək göstərmişdir ki, Ə.Y.Yaqubovun müəyyən sağlamlıq problemləri olsa da o tam anlaqlı şəxsdir. Onun fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməsi məhkəmə qətnaməsinə əsasən Ə.Y.Yaqubovun ona ödəməli olduğu 33200 manat borcun alınmasında problemlər yaradacaqdır. Ona görə məhkəmə qətnaməsinin ləğv edilməsini və ərizənin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında ərizəçi Ərizəçi nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 2(001)-5317/2021 saylı, 06.09.2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, X7 14.10.1981-ci il tarixində, Qubadlı rayonunda anadan olmuş, atası X5, anası Ərizəçidır. 1981-ci il təvəllüdlü olan X7 anadangəlmə xəstədir və 2003-cü ildən “orta dərəcəli debillik dərəcəsində ağıl zəifliyi diaqnozu ilə psixiatriya kabinetində dispanser qeydiyyatındadır və 2-ci qrup əlildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X1 Məhkəmə Psixiatrik Ekspertizasının 31.07.2021-ci il tarixli 1659 saylı rəyi ilə müəyyən edilmişdir ki, X4 orta dərəcəli əqli gerilik müəyyən edilir. X7 öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə kifayət qədər əsaslar vardır, X7 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etməyən və öz hərəkətlərini şüurlu idarə etmək iqtidarına malik olmayan şəxsdir. Birinci instansiya məhkəməsi aşağıdakı hüquq normalarına istinad eymişdir: Azərbaycan Respublikası MPM-nin 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Maraqlı şəxs2 apellyasiya şikayətində ona istinad etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 08 noyabr 2019-cu il tarixli qətnaməsi ilə cəmi 33200 manatın X2 alınaraq X6 verilməsi qət edilmişdir. Həmin qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 18 mart 2020-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır... X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi qətnamənin icra olunmasına mane olacaqdır. Ə.Y.Yaqubovun müəyyən sağlamlıq problemləri olsa da o tam anlaqlı şəxsdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin dəlili ilə əlaqədar qeyd edir ki, 14.10.1981-ci il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixatrik X1 Məhkəmə Psixatrik Ekspertizasının 31.07 2021-ci il tarixli, 1659 saylı rəyi ilə təsdiq olunur. Maraqlı şəxs2 sabiq ərinin sağlamlıq problemləri olsa da, tam fəaliyyət qabiliyyətli olması barədə dəlili ekspert rəyinin şübhə altına alınmasına əsas vermir. Məhkəmə kollegiyası hesab edir ki, X3 fəaliyyət qabiliyyətli olmamasının məhkəmə qətnaməsinin icrasına maneçilik yaratması barədə dəlil birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Ona görə apellyasiya şikayətinin dəlilləri əsassız hesab edilməklə birimci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: Maraqlı şəxs2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 2(001)-5317/2021 saylı, 06.09.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-10270/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10270/2021
01.11.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver