Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10289/2021 19.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının nümayəndəsi Ceyhun Aslanovun iştirakı ilə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “elektrik enerjisindən istifadəyə görə yaranmış borcun ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Suraxanı Rayon Məhkəməsinin 18.06.2021-ci il tarixli qətnaməsindən iddiaçının apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, ünvan 1 ünvanı (abunə kodu: **********60000) üzrə elektrik enerjisindən istifadə nəticəsində yaranmış 5.299,39 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Qətnamə ilə qət olunub ki, iddia rədd olunsun. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Ceyhun Aslanov apellyasiya şikayətinin əsaslı olduğunu bildirdi. Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Mülki Məcəllənin 551.2.1-ci maddəsinə görə vaxtaşırı ödənişlər haqqında tələblər 5 il keçdikdn sonra qüvvəsini itirir. İddiaçının tələb etdiyi 5.299,39 manat borcun bir hissəsinə münasbətdə 5 il keçib, ona görə də həmin hissədə tələb qüvvəsini itirib. Son 5 ilin daxilində qalıq borcun cəmi 2.132,83 manat təşkil edir. Bu cəmə daxildir: 5,49 + 260,31 + 174,7 + 55,97 + 1.636,36 = 2.132,83 manat. İddiaçı bu məbləğdən artıq ödənişi (-19,35 manat) çıxıb, qalan borcun məbləğini maliyyə arayışında (iş v. 49) 2.113,48 manat göstərib (2.132,83-19,35=2.113,48). Lakin digər artıq ödəniş (-121,72 manat) həmin məbləğdən çıxılmayıb. Artıq ödənilmiş 121,72 manatı 2.113,48 manatdan çıxdıqda qalan məbləğ 1.991,76 manat təşkil edir. Beləliklə, məhkəmə Nazirlər Kabinetinin 02.02.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın və Mülki Məcəllənin 425-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia qismən təmin edilməli, istifadə edilmiş elektrik enerjisinin dəyəri kimi 1.991,76 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti qismən təmin olunsun. Hazırkı iş üzrə Suraxanı Rayon Məhkəməsinin 18.06.2021-ci il tarixli qətnaməsi ləğv olunsun. İddia qismən təmin olunsun. Elektrik enerjisindən istifadəyə görə 1.991,76 (min doqquz yüz doxsan bir tam onda bir) manat borc Cavabdeh alınaraq "xxxx" ASC-yə verilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-10289/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10289/2021
19.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver