Məhkəmə qərarları › İş №2(103)-1029/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1029/2024

06.02.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1029/2024 06.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMMC-nin cavabdeh X5 ("xxxx" MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “müqavilənin etibarsız hesab edilməsi və sair” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “müqavilənin etibarsız hesab edilməsi və sair”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Əkbərov Kamran Hüseyn oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə Həsənova Şərqi Əlabbas qızının katibliyi ilə, İddiaçı direktoru X7, nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil3, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi və vəkili X6, vəkili Vəkil4 iştirakları ilə, Nərimanov Rayon Məhkəməsinin 2(005)-3161/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh və üçüncü şəxs "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:

1. İddiaçı cavabdeh X8 qarşı “müqavilənin etibarsız hesab edilməsi, avtoyuma məntəqəsinin fəaliyyətinin dayandırılması və qeyri-yaşayış sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC ilə Cavabdeh arasında bağlandığı qeyd olunan xx.xx.2013-ci il tarixli 24 nömrəli müqavilənin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında ünvan 1 ünvanında yerləşən 2 saylı yaşayış binasının zirzəmisində fəaliyyət göstərən avtoyuma məntəqəsinin fəaliyyətinin dayandırılması və həmin sahəsinin boşaldılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mənzil mülkiyyətçilərinin qanunvericiliklə ümumi birgə mülkiyyəti hesab edilən binanın texniki zirzəmisi cavabdeh “Sahil-D Kompani" MMC tərəfindən müvafiq icra hakimiyyəti orqanları ilə və mənzil mülkiyyətçiləri ilə razılaşdırmadan qanunsuz olaraq ayrı-ayrı şəxslərə saxta müqavilələr və maliyyə arayışları ilə satılmışdır. Sözügedən saxta müqavilələrdən biri də xx.xx.2013cü il tarixli “Sahil-D Kompani" MMC ilə Cavabdeh arasında bağlanılan 24 nömrəli müqavilədir. Cavabdeh qeyd olunan müqavilə ilə ünvan 1 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının texniki zirzəmisində yerləşən qeyri yaşayış sahəsini “alaraq" həmin sahədə avtoyuma məntəqəsi yaratmışdır. Həmin avtoyuma məntəqəsinin tərəfindən dəfələrlə təhlükəli olduğu bildirilsə də, Cavabdeh oğu tərəfindən onun bağlanması ilə bağlı hər hansı tədbirlər görülməmişdir. Avtoyuma məntəqəsinin fəaliyyət göstərməsi binanın dayaqlarına kəskin şəkildə ziyan vurur və onun gələcəkdə hansı fəsadlara gətirib çıxaracağı məlum deyil. Sözügedən məsələ ilə bağlı tərəfindən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və İqtisadiyyat Nazirliklərinə müraciət etmişlər və həmin qurumların cavabları da iddiaçının mövqeyini dəstəkləsə də konkret addımlar atılmamışdır. Həmin Nazirliklər tərəfindən iddiaçıya göndərilən cavab məktubları qoşmaya əlavə ediləcəkdir. Bununla yanaşı Bakı şəhəri Nərimanov rayon Məhkəməsində avtoyuma məntəqəsinin bağlanılması ilə bağlı “Sahil-D Kompani" MMCyə qarşı tərəfindən iddia qaldırılmış, həmin işə baxılanda məlum olmuşdur ki, “Sahil-D Kompani" MMC avtoyuma məntəqəsini Cavabdeh “satmışdır". Normal olaraq xx.xx.2022ci il tarixli Nərimanov Rayon Məhkəməsinin qətnaməsi ilə “SahilD Kompani" MMC-yə qarşı qaldırılan bu iddia rədd edilmiş və məhkəmədən iddiaçıya konkret alıcı Cavabdeh qarşı iddia qaldırmaq məsləhət görülmüşdür. xx.xx.2013-cü il tarixli müqavilədən iddiaçının, xx.xx.2022-ci il tarixli Nərimanov Rayon Məhkəməsinin qətnaməsindən bir neçə gün əvvəl məhkəməyə təqdim olunduğu üçün həmin tarixdə xəbəri olmuşdur. Texniki zirzəmi ilə bağlı məsələ Nərimanov rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsində də öz əksini tapmışdır. Həmin qətnamədə qeyd edilir: “Göründüyü kimi "xxxx" MMC-nin cavabdeh qismində göstərildiyi iddia üzrə ünvan 1 ünvanında yerləşən 1-ci, 2-ci, 3-cü və 4-cü yaşayış binalarının qeyri-yaşayış sahələrinə sakinlərin hüquqlarının məhkəmə qətnaməsi əsasında tanınmasına zərurət yoxdur. İddiaçı bu hüquqa hər hansı müdaxilə olunmasını və ya cavabdeh "xxxx" MMC tərəfindən hansı maneə yaradılmasını göstərməmiş, qanunda nəzərdə tutulmuş, mövcud olan hüququn məhkəmə qətnaməsi ilə tanınması tələbini irəli sürmüşdür. İddiaçının bu tələbi isə “Sahil- D Kompani" MMC-yə yönlənmişdir. Belə olan halda, mövcud olan hüququn məhkəmə qətnaməsi ilə tanınmasında iddiaçının hüquqi marağının nədən ibarət olması aydın deyil." Qətnamədən də aydın olur ki, avtoyuma məntəqəsinin yerləşdiyi sahə texniki zirzəmidi və mənzil mülkiyyətçilərinin ümumi əmlakıdır. Texniki zirzəmidə fəaliyyət göstərən avtoyuma məntəqəsi binanın özülünə kəskin zərər vurur ki, bu da orada yaşayan minlərlə insanın həyat və sağlamlığını sual altında qoyur. Son günlərdə dünyada və Azərbaycanda baş verən təbii fəlakətlərə binanın dözməyi üçün həmin avtoyuma məntəqəsinin bağlanılması artıq qaçılmaz hala gəmişdir.

3. Birinci instansiya məhkəməsinin hazırlıq iclasında "xxxx" MMC-nin müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməsi qərara alınmışdır.

4. Nərimanov Rayon Məhkəməsinin 2(005)-3161/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi (hakim Solmaz Ədilova) ilə iddia təmin edilmiş, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2013-cü il tarixli 24 saylı müqavilənin etibarsız hesab edilməsi, ünvan 1, 2 saylı yaşayış binasının zirzəmisində yerləşən ümumi sahəsi 226,0 kv/m-dən ibarət olan qeyri-yaşayış sahəsində fəaliyyət göstərən avtoyuma məntəqəsinin fəaliyyətinin dayandırılması və həmin sahənin boşaldılması, "xxxx" MMC-dən 140000 (yüz qırx min) manat (MM-n 337.5-ci maddəsinə əsasən) alınaraq Cavabdeh verilməsi, mülki iş üzrə ödənilmiş 100 manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçınə ödənilməsi qərara alınmışdır.

5. Həmin qətnamədən cavabdeh və üçüncü şəxs "xxxx" MMC ayrılıqda apellyasiya şikayətləri vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri:

6. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək göstərmişdir ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, rayon məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 35-ci maddəsinin tələbləri baxımından çoxmənzilli binanın ümumi əmlakı olan sahəyə, yəni zirzəmiyə bütün paylı mülkiyyətçilərin hüquqları mövcuddur, zirzəmi çoxmənzilli binanın ümumi əmlakı hesab olunur. Halbuki, qeyd olunan normalardan göründüyü kimi, Mənzil Məcəlləsində çoxmənzilli binanın ümumi əmlakına daxil olan sahələrə texniki mərtəbələr, ..mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi) aid edilmişdir. “AzDTN 2.7-2 Yaşayış Binaları. Layihələndirmə Normaları”-da verilmiş anlayışlara görə: zirzəmi mərtəbəsi - mərtəbə hündürlüyünün yarıdan çox hissəsi torpağın planlaşdırma səviyyəsindən aşağıda olan mərtəbə; yeraltı mərtəbə- mərtəbə örtüyünün alt səviyyəsi hamarlanmış yer səthindən aşağı olmaqla, tam hündürlüyü boyu yerin altında yerləşən mərtəbə; texniki mərtəbə - binanın mühəndis avadanlığının yerləşdirilməsi və kommunikasiyaların çəkilişi üçün mərtəbə. Bu mərtəbə binanın aşağı hissəsində (yeraltı texniki mərtəbə), yuxarı hissəsində (texniki çardaq) və ya mərtəbələrarası ola bilər. avtomobil duracağı- avtomobillərin saxlanması üçün nəzərdə tutulmuş (təmir və texniki xidmət istisna olunur) yeraltı və ya yerüstü tikili. Göründüyü kimi, yaşayış binalarında yeraltı və ya yerüstü tikili kimi avtomobil duracağının yerləşdirilməsi nəzərdə tutulmuşdur və Mənzil Məcəlləsinin 35.1-ci maddəsində “çoxmənzilli binanın ümumi əmlakı”na aid edilən “texniki mərtəbə” və ya “mühəndis qurğuları” olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən “avadanlıq (texniki zirzəmi)” ilə eyniləşdirilə bilməz. Həmin norma Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2010-cu il tarixli 63 №-li əmri ilə, xx.xx.2010-cu il tarixdən respublika ərazisində qüvvəyə minmişdir. МСН 2.xx-xx-2000 normasının 4.2-ci bəndinə əsasən, dayanacaqlar (bu standartların tələblərinə uyğun olaraq) yer səviyyəsindən aşağıda və/ və ya yuxarıda yerləşə bilər, yeraltı və yerüstü hissələrdən (yeraltı və yerüstü mərtəbələr, o cümlədən bu binaların damından istifadə etməklə) ibarət ola bilər. Həmin Normanın 4.4-cü bəndinə əsasən, Ф 1.3 tipli (çoxmənzilli binalar) binalarda minik avtomobillərinin dayanacığının yerləşdirilməsi yalnız fərdi mülkiyyətçilərə daimi əsaslarla təhkim olunduğu təqdirdə (təcrid olunmuş bloklar olmadan) yol verilir. Yuxarıda istinad edilən normalardan da göründüyü kimi: - çoxmənzilli binaların yeraltı hissələrində (zirzəmi hissəsində) avtomobil dayanacaqlarının yerləşdirilməsi binanın layihəsində nəzərdə tutulmuş və qanuna uyğun olmuşdur; - Həmin dayanacaqlar yalnız fərdi mülkiyyətçilərə daimi əsaslarla təhkim olunduğu təqdirdə yerləşdirilə bilər ki, bu da həmin dayanacaq sahələrinin “ümumi istifadə” sahəsi olmasını istisna edir. Bundan başqa, rayon məhkəməsi qətnaməsində qeyd etmişdir ki, işin faktiki halları çərçivəsində araşdırma apararaq və işdə olan sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, mübahisəli zirzəminin satılmasına dair "xxxx" MMC Cavabdehla müqavilə bağlayarkən, səlahiyyətli şəxs olaraq çıxış etməmişdir. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 24 nömrəli müqavilə və xx.xx.2013-cü il tarixli maliyyə arayışına əsasən, 226 kv.m olan qeyriyaşayış sahəsini Cavabdeh 140.000 manata satın almışdır. Cavabdeh tərəfindən həmin qeyri-yaşayış sahəsi tam abadlaşdırılmış, su-kanalizasiya, elektrik sistemləri quraşdırılmış və onlara texniki şərtlər alınmışdır, həmin qeyri-yaşayış sahəsində avtoyuma xidməti fəaliyyət göstərir. Şikayət verilən qətnaməni qəbul etmiş Məhkəmə cavabdehin mülkiyyətində olan avtoyuma məntəqəsi kimi fəaliyyət göstərən qeyri-yaşayış sahəsinin yerləşdiyi binanın kommersiya fəaliyyəti həyata keçirən hüquqi şəxs-məhdud məsuliyyətli cəmiyyət tərəfindən inşa olunduğunu nəzərə almamışdır. Qeyd edilənlərdən əlavə, onu da nəzərə almaq lazımdır ki, həmin bina təşkilatihüquqi formasına görə "xxxx" (MTK) tərəfindən deyil, məhdud məsuliyyətli cəmiyyət (MMC) tərəfindən inşa edilmişdir. Məhkəmə MTK ilə MMC-nin inşa etdiyi binalarda olan sahələrdə mülkiyyət hüququnun əldə edilməsi ilə bağlı münasibətlərə tətbiq edilməli olan normaları düzgün tətbiq etməmiş, MMC-nin inşa etdiyi binadakı sahələrə mülkiyyət hüququnun yaranmasının fərqli əsaslara söykəndiyinin fərqinə varmamışdır. Belə ki, Mənzil Məcəlləsinin 6.0.9-cu maddəsinə əsasən, həmin Məcəllə mənziltikinti kooperativlərinin, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətlərinin yaradılması və fəaliyyəti, onların üzvlərinin hüquq və vəzifələri ilə bağlı münasibətləri tənzimləyir. Həmin Məcəllənin 8.0-cı maddəsinə əsasən, mənzil hüquq və vəzifələri bu Məcəllədə, digər qanunvericilik aktlarında nəzərdə tutulmuş əsaslardan, habelə mənzil münasibətləri iştirakçılarının belə aktlarda nəzərdə tutulmasa belə, lakin mənzil qanunvericiliyinin ümumi əsasları və mahiyyətinə görə mənzil hüquq və vəzifələri doğuran hərəkətlərindən əmələ gəlir. Mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsasları aşağıdakılardır: 8.0.4. qanunla yol verilən əsaslarla yaşayış sahələrini mülkiyyət hüququ ilə əldə etmə; 8.0.5. mənzil-tikinti kooperativində üzvlük; Mülki Məcəllənin 109.1-ci maddəsinə əsasən, kooperativ fiziki və (və ya) hüquqi şəxslərin birgə fəaliyyət göstərmək üçün üzvlüyə əsaslanan könüllü birliyi olub iştirakçılarının maddi və başqa tələbatının onun üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə ödənilməsi məqsədilə yaradılır. Həmin Məcəllənin 87.1-ci maddəsinə əsasən, bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır. İstinad edilən qanun normalarından da göründüyü kimi, “qanunla yol verilən əsaslarla yaşayış sahələrini mülkiyyət hüququ ilə əldə etmə (həmçinin alqı-satqı, podrat müqaviləsi üzrə və s.); və “mənzil-tikinti kooperativində üzvlük” əsasında mənzil hüquqlarının əldə edilməsi ayrı-ayrı əsaslardır. Hazırkı halda bina MTK tərəfindən deyil, "xxxx" MMC tərəfindən inşa edilmişdir. "xxxx" MMC isə digər şəxslərlə bağladığı alqı-satqı (yaxud mahiyyət etibarı ilə podrat müqaviləsi) əsasında yalnız həmin müqavilədə nəzərdə tutulmuş sahələri həmin şəxslərə satmışdır. Yuxarıda da qeyd edildiyi kimi, yeraltı mərtəbədə yerləşən avtomobil dayanacağı “çoxmənzilli binanın ümumi əmlakı” hesab edilmədiyindən, həmin sahələr (dayanacaqlar) binanı inşa etmiş MMC-nin mülkiyyətində olmaqla müvafiq əqd əsasında özgəninkiləşdirilmişdir. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 24 nömrəli müqavilə də mahiyyət etibarı ilə podrat müqaviləsidir. MMC-nin bu hüququ Mülki Məcəllənin 152.1-ci maddəsindən irəli gəlir. Həmin normaya görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İstinad olunan maddi hüquq normasının tələbindən aydın müəyyən olunur ki, müqavilənin etibarsız hesab edilməsi üçün həmin müqavilənin qanunla müəyyən olunan şərtə əməl edilməməsi, yəni qanunu tələbinin pozulmasının mövcud olması zəruridir. Belə ki, mülki qanunvericiliyin tələblərinə əsasən əqdin subyektiv tərkibinə aid edilən şərtə, əqdin məzmununa aid edilən şərtə, əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərtə, əqdin formasınaaid edilən şərtə tərəflər əməl etdikləri halda, həmin əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri nəticələr yaranır. Sadalanan bu şərtlərdən hər hansı birinin olmaması halı isə əqdin etibarsız hesab edilməsi üçün əsasdır. Qeyd olunanlardan göründüyü kimi, xx.xx.2013-cü il tarixli, 24 nömrəli əqd etibarsız hesab edilə bilməz. Mülki Məcəllənin 231-ci maddəsinə əsasən, yaşayış binasının altında yerləşən avtomobil dayanacaq yerləri çoxmənzilli binanın ümumi əmlakı hesab edilə bilməz. Belə ki, 1) Avtomobil dayanacaq yerləri ayrıca daşınmaz əmlak obyekti kimi alqı-satqı müqavilələri əsasında yaşayış/qeyri-yaşayış binalarının sakinlərinə/mülkiyyətçilərinə satılır və həmin şəxslərə dayanacaq yerlərinin onların mülkiyyətində olmasına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilir. Başqa sözlə desək, dayanacaq yerləri mülkiyyət obyekti kimi mülki dövriyyədə sərbəst iştirak edir və onun mülkiyyətçisi Mülki Məcəllənin 152.1-ci maddəsində təsbit olunmuş hüquqlardan istifadə edir. 2) Mənzil Məcəlləsinin 36.4-cü maddəsində qanunverici çoxmənzilli binada olan sahənin mülkiyyətçisinə aşağıdakıları qadağan edir: -36.4.1. çoxmənzilli binada ümumi əmlaka ümumi mülkiyyət hüququnda payını natura şəklində ayırmağa; -36.4.2. çoxmənzilli binada ümumi əmlaka ümumi mülkiyyət hüququnda payını özgəninkiləşdirməyə, -habelə həmin payın göstərilən sahəyə mülkiyyət hüququndan ayrılıqda keçməsinə səbəb olan digər hərəkətləri etməyə. Göründüyü kimi, “natura şəklində ayrılması”, “özgəninkiləşdirilməsi” qadağan edilən ümumi mülkiyyətdəki paya olan hüquq, özistədiyi kimi sahibi olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqla eyniləşdirilə bilməz. Məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasının, subyektiv hüququn pozulub-pozulmaması, daha sonra cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunanlardan göründüyü kimi,"xxxx" MMC-nin Cavabdeh ilə alqı-satqı müqaviləsi bağlamağa subyektiv hüququ olmuşdur. "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasında bildirmişdir ki, “.......2013-cü ildə "xxxx" MMMC-nin mövcud olmadığını, şirkətin mülkiyyətçilər qarşısında heç bir öhdəliyinin olmadığını, zirzəminin əmlak kimi ayrı-ayrı şəxslərə satıldğını, mübahisə ilə bağlı Fövqaladə Hallar Nazirliyinin rəyi olduğunu bildirmiş və iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.” İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, “avtoyuma məntəqəsinin fəqliyyət göstərməsi binanın dayanıqlığına kəskin şəkildə ziyan vurur və onun gələcəkdə hansı fəsadlara gətirib çıxaracağı məlum deyil.” Həmin məsələyə münasibətdə qeyd etməsi zəruri hesab edilir ki, "xxxx" MMC tərəfindən inşa edilən hündürmərtəbəli binanın tərtib edilmiş eskiz layihəyə uyğun olaraq, müvafiq qurumların razılığı ilə həmin zirzəminin avtomobil dayanacağı kimi istismarına icazə verilmişdirsə, deməli həmin zirzəminin binanın dayanıqlığına təsir göstərməsi ilə bağlı hər-hansı hal mövcud deyil. Qeyd edilənlərə əsasən, qətnamənin tam şəkildə ləğv edilərək, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Üçüncü şəxs "xxxx" MMC qətnamədən apellyasiya şikayəti vemriş, bildirmişdir ki, "xxxx" MMC tərəfindən inşa olunmuş ünvan 2 ünvanında yerləşən 4 ədəd hündürmərtəbəli yaşayış binası AR Prezidentinin “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sənədləşdirilməsi haqqında” xx.xx.2019-cu il tarixli, 529 saylı Fərmanına uyğun olaraq AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən istismarına icazə verilmişdir. Binanın zirzəmisi tam şəkildə abadlaşdırılmış, 2 və 3 saylı binaların arasında, zirzəmi hissəsində yerləşən 226,0 kv.metr qeyri-yaşayış sahəsi "xxxx" ilə Cavabdeh arasında imzalanmış xx.xx.2013-cü il tarixli müqavilə ilə sonuncuya satılmışdır. Cavabdeh tərəfindən qeyd olunan qeyri-yaşayış sahəsi tam abadlaşdırılmış, sukanalizasiya, elektrik sistemləri quraşdırılmış və onlara texniki şərtlər alınmışdır, həmin qeyri-yaşayış sahəsində avtoyuma xidməti göstərir. Həmin ünvanda yerləşən "xxxx" MMC-yə məxsus hündürmərtəbəli yaşayış kompeksinin Eskiz Layihəsində zirzəmilər təyinatına görə avtomobil dayanacağı kimi nəzərdə tutulmuşdur. etibarsız hesab edilən 24 saylı, xx.xx.2013- cü il tarixli müqavilə qanunvericiliyin tələblərinə uyğun bağlanmışdır. Həmin müqavilənin etibarsız hesab edilməsi üçün Mülki Məcəllədə nəzərdə tutulan hər hansı norma pozulmamışdır. Qətnamə maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edildiyindən, apellyasiya şikayətinin təmin edilərək, qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edirik. Tərəflərin izahatı:

8. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi və Vəkil3 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi, eyni zamanda da bildirdi ki, həmin sahədə başqa şəxslərə satılmış qaraj sahələrinin özəlləşdirilərək mülkiyyət hüququna dair müvafiq çıxarışların verilməsi faktı da təsdiq edir ki, cavabdehə satılmış qaraj sahəsi nə texniki sahə deyildir, nə də ki, ümumi mülkiyyət olmamışdır.

9. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi və vəkili A.Hüseynov və vəkili Vəkil4 ayrılıqda apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdilər və bildirdilər ki, iddiaçının özünün fəliyyəti tam qanunsuzdur, həmin ünvanda binaların sahibkarlıq fəliyyəti ilə məşğul olan "xxxx" MMC tərəfindən səlahiyyətli dövlət qurumları tərəfindən təsdiq olunmuş tikinti-layihə sənədləri əsasında inşa edilməsi və binalardakı mənzillərin və qaral sahələrinin də müvafiq olaraq müxtəlif şəxslərə satılması qanunla müəyyən olunmuş qaydada həyata keçirilmişdir, MMC binada olan mənzilləri, qeyri-yaşayış və qaraj sahələrini məhz gəlir əldə etmək məqsədi ilə inşa edərək onları satmışdır. "xxxx" ilə Cavabdeh arasında imzalanmış xx.xx.2013-cü il tarixli müqavilə ilə eyni qaydada həyata keçirilmişdir. MMC cavabdeh olmadığı halda rayon məhkəməsi onun üzərinə vəzifə qoymaqla səhv qətnamə qəbul etmişdir.

10. Məhkəmə kollegiyasının iclasında iddiaçının direktoru M.Ağayev və nümayəndəsi və vəkili Vəkil1 ayrılıqda apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi:

11. AR Ədliyyə Nazirliyi X1 reyestrindən verilmiş xx.xx.2022-ci il tarixli çıxarışının surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, F.Bayramov küçəsi, məhəllə 1156, mənzil 23 (yeni qaydalarla : AZ1025, ünvan 3 ünvanında fəaliyyət göstərən “Xətai-33" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti 05/1427-14 qeydiyyat nömrəsi ilə xx.xx.2022-ci il tarixdə qeydiyyatdan keçmişdir.

12. xx.xx.2013-cü il tarixli 24 saylı müqaviləyə və eyni tarixli maliyyə arayışına əsasən, "xxxx" MMC-nin direktoru X3 Cavanşir Murad oğluna ünvan 1, 2 saylı yaşayış binasının zirzəmisində yerləşən ümumi sahəsi 226,0 kv/mdən ibarət olan qeyri-yaşayış sahəsini 140 000 manat qarşılığında verməyi öhdəsinə götürür.

13. 19.02.2022-ci il tarixli ərizələrdən görünür ki, çoxmənzilli binaların idarə olunması ilə bağlı ayrı-ayrı vətəndaşlardan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə daxil olmuş ərizə və şikayətlərdə, şifahi müraciətlərdə, o cümlədən telefon əlaqəsi zaman, bir sıra binalarda ümumi əmlaka aid edilən, mənzillərin hissəsi olmayan va binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan girişlərin, dəhlizlərin, pilləkən meydançalarının., çardaqların, zirzəmilərin xüsusilə de binaya məxsus həyətyanı, sahələrin müxtəlif şəxslər tərəfindən fərdi istifadə üçün zəbt olunması, o cümlədən sözügedən obyektlərdə tikinti işlərinin həyata keçirilməsi, qeyri-yaşayış sahələrinin binanın ümumi əmlakı hesabına genişlendirilməsi, müxtəlif qurğu və avadanlıqların quraşdırılması hallarının mövcudluğu qeyd olunur. Bu isə nəticədə mənzil mülkiyyətçilərinin qanunvericilikle müəyyən olunmuş hüquqlarının pozulması ilə yanaşı, sahe mülkiyyətçiləri arasında anlaşılmazlıqlara və mübahisələrə gətirib çıxarır, habelə idarəedicilərin fəaliyyətindən narazılıq yaradır. Eyni zamanda ümumi əmlakın özbaşına zəbt olunması və əlavə tikinti-quraşdırma işlərinin aparılması ümumi ərazilərdə, dəhlizlərdə giriş-çıxış imkanlarını məhdudlaşdırmaqla fövqəladə hallarda, o cümlədən yanğın zamanı insan həyatı üçün təhlükəyə səbəb olur. Lakin, binalarda yaradılmış mənzil mülkiyyətçiləri müştərək cəmiyyətləri (MMMC) bir çox hallarda yuxanda qeyd olunan nöqsanların qarşısını almır, bazan ümumi əmlakın ayrı-ayrı şəxslər tərəfindən zəbt edilməsinə şərait yaradır ki, bu da öz növbəsində pozulmasına və məsuliyyətə səbəb olur. Qeyd olunanlar eləcə də vətəndaş məmnunluğunun təmin olunmasının vacibliyi nəzərə alınaraq, idarəetməsini həyata keçirdiyiniz çoxmənzilli binalarda ümumi paylı mülkiyyət hüququ ilə sahə mülkiyyətçilərinə məxsus olan ümumi əmlakdan istifadə zamanı qanunvericiliyin, xüsusilə də MM-nin tələblərinə ciddi şəkildə əməl olunması, yuxarıda qeyd olunan halların qarşısının alınması və aradan qaldırılması istiqamətində tədbirlərin görülməsi zəruri hesab olunur.

14. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin məktubundan görünür ki, Nazirliyin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və X12 Agentliyinin əməkdaşları tərəfindən sözügedən obyektə baxış keçirilmiş, obyektdə maye və təbii qazdan istifadə edilmədiyi müəyyən edilmişdir. Nazirliyin X17 Xidmətinin əməkdaşları tərəfindən '‘Xətal-33” MMMC-yə məxsus 24 mərtəbəli yaşayış binalarının zirzəmi mərtəbələrində vizual baxış keçirilərkən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılma sənədləri təqdim edilmədən avtomobil dayanacağının bir hissəsində təyinatı dəyişdirilərək 2 ədəd avtoyuma məntəqəsi, 3 ədəd avtoxidmət məntəqəsi, 1 ədəd idman zalı ve 1 ədəd anbarın fəaliyyət göstərdiyi, həmçinin obyektlərin istismarının X17 Xidməti ilə razılaşdırılmadığı, elektrik təchizatının “X2 Qaydalarımın tələblərinə uyğun quraşdırılmadığı, yanğın xəbərverici siqnalizasiya qurğusu və ilkin yanğınsöndürmə vasitələri ilə təchiz olunmadığı müəyyən edilmişdir.

15. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin İddiaçınə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Nazirliyin aidiyyeti qurumları tərəfindən araşdırma işləri aparılmış və aşağıdakılar müəyyən edilmişdir: - Nazirliyin Tikintidə Təhlükəsizliyə X9 mütəxəssislər tərəfindən yerində araşdırma işləri aparılmış, nəticədə binaların zirzəmi hissəsində təyinatına uyğun olmayan 2 ədəd avtoyuma va 1 ədəd maşın söküntüsü ilə məşğul olan obyektin fəaliyyət göstərməsi təsdiq edilmişdir. Nazirliyin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və X12 Agentliyinin əməkdaşlar tərəfindən sözügedən obyektə baxış keçirilmiş, obyektdə maye ve təbii qazdan istifadə edilmədiyi müəyyən edilmişdir. Nazirliyin Dövlət Yanğin Nəzarəti Xidmətinin əməkdaşlar tərəfindən "xxxx" MMMC-yə məxsus 24 mərtəbəli yasayiş binalarının zirzəmi mərtəbələrində vizual baxiş keçirilərkən müvafiq icra hakimiyyəti organlar ilə razılaşdırılma sənədləri təqdim edilmədən avtomobil dayanacağının bir hissəsində təyinat dəyişərək 2 ədəd avtoyuma məəntəqəsi, 3 ədəd avtoxidmət məntəqəsi, 1 ədəd idman zalı və 1 ədəd anbarin fəaliyyət göstərdiyi, həmçinin obyektlərin istismarının X17 Xidməti ilə razilaşsdırılmadığı, elektrik təchizatının "X2 Qaydaları"nın tələblərinə uyğun qurasdırılmadığı, yanğın xəbərverici siqnalizasiya qurğusu və ilkin yanğınsöndürmə vasitələri ilə təchiz olunmadığı müəyyən edilmişdir.

16. Nərimanov Rayon Məhkəməsinin 2(005)- 3040/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" MMMC-nin cavabdeh "xxxx"-yə qarşı "mənzil mülkiyyətçilərin hüquqlarının tanınması və qeyri-yaşayış sahəsinin bağlanması" tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Tətbiq edilən maddi hüquq normaları:

17. Azərbaycan Respublikası Mülki Məcəlləsi 231.1. Əgər daşınmaz əmlakın dövlət reyestrində yaşayış binasının tərkib hissəsinin müəyyən mülkiyyətçisinin xeyrinə heç bir xüsusi hüquq qeydə alınmayıbsa, aşağıdakı predmetlər və hüquqlar yaşayış binasının tərkib hissələri mülkiyyətçilərinin ümumi paylı mülkiyyətindədir: 231.1.1. torpaq və bina tikilməsinə əsas verəcək tikintiyə vərəsəlik hüququ; 231.1.2. yaşayış binasının və onun tərkib hissələrinin digər mülkiyyətçilərinin otaqlarının konstruksiyası, konstruktiv strukturu və möhkəmliyi üçün əhəmiyyət daşıyan və binanın zahiri simasını və görkəmini müəyyənləşdirən tikinti elementləri; 231.1.3. digər bu cür mülkiyyətçilərin öz otaqlarından istifadəsinə xidmət üçün nəzərdə tutulan qurğular. 231.2. binanın digər tikinti konstruksiyaları yaşayış binasının tərkib hissələri mülkiyyətçilərinin sonrakı razılaşması ilə əsaslandırma aktında birgə konstruksiyalar elan edilə bilər. Belə edilmədikdə ehtimal olunur ki, onlar xüsusi hüquqlara aid edilmişdir.

18. Maddə 324. Əqd anlayışı və onun növləri 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir... Maddə 337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

19. Maddə 752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. 752.3. Podratla bağlı smetanın tərtibi, əgər razılaşmada ayrı qayda müəyyənləşdirilməyibsə, ödənilmir. Maddə 759.1. Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. Maddə 759.2. Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: Maddə 35.1. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. Azərbaycan Respublikasının Şəhərsalma Və Tikintiyə Dair X13 AzDTN 2.7-2 Yaşayış Binaları. Layihələndirmə Normaları.

3. Əsas anlayışlar zirzəmi mərtəbəsi - mərtəbə hündürlüyünün yarıdan çox hissəsi torpağın planlaşdırma səviyyəsindən aşağıda olan mərtəbə; yeraltı mərtəbə- mərtəbə örtüyünün alt səviyyəsi hamarlanmış yer səthindən aşağı olmaqla, tam hündürlüyü boyu yerin altında yerləşən mərtəbə; texniki mərtəbə - binanın mühəndis avadanlığının yerləşdirilməsi və kommunikasiyaların çəkilişi üçün mərtəbə. Bu mərtəbə binanın aşağı hissəsində (yeraltı texniki mərtəbə), yuxarı hissəsində (texniki çardaq) və ya mərtəbələrarası ola bilər. Mərtəbələr arasında hündürlüyü 1,8 m və daha az olan məkan, yalnız kommunikasiyaların çəkilişi üçün istifadə olunur və mərtəbə sayılmır; avtomobil duracağı- avtomobillərin saxlanması üçün nəzərdə tutulmuş (təmir və texniki xidmət istisna olunur) yeraltı və ya yerüstü tikili; 4.16. Yaşayış binasının hüdudları daxilində şəhərsalma və tikintiyə dair müvafiq normativ sənədlərin tələblərinə uyğun avtomobil duracaqlarının təşkilinə yol verilir. Azərbaycan Respublikasının Dövlət Tikinti Normaları. Avtomobil dayanacaqlar. (Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 01. 06. 2010 tarixli 63 №-li əmri ilə təsdiq edilib və 01. 07. 2010-cu il tarixdən qüvvəyə minib) (AzDTN 2.7-1) 4.2. Avtodayanacaqlar yer səviyyəsindən aşağı və (və ya) yuxarı yerləşdirilə bilər (bu normaların tələbləri nəzərə alınmaqla), yeraltı və yerüstü hissələrdən (yeraltı və yerüstü mərtəbələrdən, o cümlədən bu binaların damından istifadə olunmaqla) ibarət ola bilər, başqa təyinatlı binalara bitişik və ya onların hüdudları daxilində, o cümlədən həmin binaların altındakı yeraltı, zirzəmi, kürsü və ya aşağı yerüstü mərtəbələrdə, həmçinin yer səviyyəsində xüsusi quraşdırılmış açıq meydançada yerləşə bilər. 5.6. Avtodayanacağın tərkibində avtomobillərə servis xidməti (texniki baxış və xidmət postları, diaqnostika və tənzimləmə işləri, yuyucu və s.) üçün yerləşgə qurulması zərurəti yarandıqda (layihələndirmə tapşırığı üzrə), bu məqsədlər üçün ayrıca bina, yerləşgə və ya yerləşgələr qrupu nəzərdə tutmaq lazımdır. Belə yerləşgələr avtodayanacaqlarda nəzərdə tutula bilər (açıq tipli avtodayanacaqlar və yaşayış binaları daxilində yerləşmiş avtodayanacaqlar istisna olmaqla) və avtodaynacaqdan 2-ci tip divarlarla və 3-cü tip örtmə konstruksiyaları ilə ayrılmalıdır. Bu yerləşgələrə avtomobillərin və adamların girişləri, avtodayanacağın girişlərindən təcrid olunmalıdır.

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılması”na dair 30 iyul 2008-ci il tarixli qərarında aşağıdakıları qeyd etmişdir. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.» Tətbiq edilən prosessual hüquq normaları:

21. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. 54.2. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. 54.4. Əsl olmayan tərəf əvəz edildikdən sonra işə əvvəldən baxılmağa başlanır. Maddə 77.1. Hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; Apellyasiya Məhkəməsinin baxışının hədləri:

22. Hazırkı halda cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

23. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbləri təmin edilməməlidir.

24. İddiaçı MMMC hazırkı “müqavilənin etibarsız hesab edilməsi, avtoyuma məntəqəsinin fəaliyyətinin dayandırılması və qeyri-yaşayış sahəsinin boşaldılması” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qeyd edir ki, cavabdeh çoxmərtəbəli yaşayış binasının texniki zirzəmisində yerləşən qeyri-yaşayış sahəsini alaraq həmin sahədə avtoyuma məntəqəsi yaratmışdır. Avtoyuma məntəqəsinin fəaliyyət göstərməsi binanın dayaqlarına kəskin şəkildə ziyan vurur və onun gələcəkdə hansı fəsadlara gətirib çıxaracağı məlum deyil. Avtoyuma məntəqəsinin yerləşdiyi sahə texniki zirzəmidi və mənzil mülkiyyətçilərinin ümumi əmlakıdır.

25. İddia tələbini təmin edən rayon məhkəməsi hesab etmişdir ki, avtoyuma məntəqəsi texniki zirzəmidə yerləşir, o mənzil mülkiyyətçilərinin ümumi əmlakıdır. Göründüyü kimi məhkəmə hesab etmişdir ki, həmin sahə texniki zirzəmi olduğundan özgəninkiləşdirilə bilməz.

26. Kollegiya rayon məhəməsinin mövqeyi ilə aşağıda qeyd edilənlərə əsasən, razılaşmır.

27. Mülki Məcəllənin 231.1-ci maddəsinə görə, əgər daşınmaz əmlakın dövlət reyestrində yaşayış binasının tərkib hissəsinin müəyyən mülkiyyətçisinin xeyrinə heç bir xüsusi hüquq qeydə alınmayıbsa, aşağıdakı predmetlər və hüquqlar yaşayış binasının tərkib hissələri mülkiyyətçilərinin ümumi paylı mülkiyyətindədir: 231.1.1. torpaq və bina tikilməsinə əsas verəcək tikintiyə vərəsəlik hüququ; 231.1.2. yaşayış binasının və onun tərkib hissələrinin digər mülkiyyətçilərinin otaqlarının konstruksiyası, konstruktiv strukturu və möhkəmliyi üçün əhəmiyyət daşıyan və binanın zahiri simasını və görkəmini müəyyənləşdirən tikinti elementləri; 231.1.3. digər bu cür mülkiyyətçilərin öz otaqlarından istifadəsinə xidmət üçün nəzərdə tutulan qurğular.

28. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur.

29. Azərbaycan Respublikasının Şəhərsalma və Tikintiyə Dair X13 AzDTN 2.7-2 Yaşayış Binaları. Layihələndirmə Normalarında 3-cü bəndində, əsas anlayışlar verilmişdir. Orada qeyd edilir ki, texniki mərtəbə - binanın mühəndis avadanlığının yerləşdirilməsi və kommunikasiyaların çəkilişi üçün mərtəbə. Bu mərtəbə binanın aşağı hissəsində (yeraltı texniki mərtəbə), yuxarı hissəsində (texniki çardaq) və ya mərtəbələrarası ola bilər. Mərtəbələr arasında hündürlüyü 1,8 m və daha az olan məkan, yalnız kommunikasiyaların çəkilişi üçün istifadə olunur və mərtəbə sayılmır;

30. Göründüyü kimi, texniki mərtəbə binanın mühəndis avadanlığının yerləşdirilməsi və kommunikasiyaların çəkilişi üçün olan hissədir.

31. Azərbaycan Respublikasının Şəhərsalma və Tikintiyə Dair X13 AzDTN 2.7-2 Yaşayış Binaları. Layihələndirmə Normalarına görə, avtomobil duracağı- avtomobillərin saxlanması üçün nəzərdə tutulmuş (təmir və texniki xidmət istisna olunur) yeraltı və ya yerüstü tikilidir. Həmin Layihələndirmə Normalarının 4.16-cı bəndində görə, yaşayış binasının hüdudları daxilində şəhərsalma və tikintiyə dair müvafiq normativ sənədlərin tələblərinə uyğun avtomobil duracaqlarının təşkilinə yol verilir.

32. Yuxarıda sadalanan normalardan məlum olduğu kimi, binanın zirzəmisi, texniki mərtəbə fərqli anlayışlar olub, texniki mərtəbə binanın mühəndis avadanlığının yerləşdirilməsi və kommunikasiyaların çəkilişi üçün nəzərdə tutulub, həmin texniki mərtəbə heç də bütövlükdə binanın zirzəmisini bötüvlükdə əhatə edə bilməz. Yaxud da orada avtomobil duracaqlarının təşkilinə maneə ola bilməz. Məlum məsələdir ki, Bakı şəhərində yüksəkmərtəbəli binaların inşasına başlandığı vaxtdan həmin binaların alt qatında bir, iki, bəzən də üç mərtəbədən ibarət məxsusi olaraq məhz avtomobil dayanacaqları üçün sahələr nəzərdə tutulur. Həmin binaların layihələndirmə sənədlərində də bu mərtəbələrin məhz avtomobillərin dayanacağı üçün nəzərdə tutlduğu əks olunur. O da məlumdur ki, yeni inşa edilən yüksəkmərtəbəli binaların zirzəmi və daha alt qatlarında məxsusi olaraq bu məqsədlə inşa olunmuş avtomobil dayanacaqları- qaraj sahələri binanının mənzillərindən ayrı satılır. Hazırkı halda da məlum olur ki, binanı inşa etmiş MMC eyni qaydada binanın alt qatında məxsusi olaraq avtomobillərin duracaqları üçün inşa etdiyi sahələri başqa-başqa şəxslərə tam qanuni olaraq satmışdır. Demək ki, həmin sahələrin binada mənzil almış şəxslərə aid olması və ya həmin sahələrin texniki sahələr olması səbəbdən satıla bilməməsi kimi mülahizələr əsassızdır.

33. Kollegiya qeyd edir ki, cavabdehə məxsus qeyri-yaşayış sahəsinin yerləşdiyi bina üçüncü şəxs “Sahil D Kompani” tərəfindən tikilmişdir. Üçüncü şəxsin nümayəndəsinin təqdim etdiyi binanın layihəsindən məlum olur ki, orada avtodayanacaq nəzərdə tutulmuşdur.

34. Azərbaycan Respublikasının Şəhərsalma və Tikintiyə Dair X13 AzDTN 2.7-2 Yaşayış Binaları. Layihələndirmə Normalarının 4.16-cı bəndində görə, yaşayış binasının hüdudları daxilində şəhərsalma və tikintiyə dair müvafiq normativ sənədlərin tələblərinə uyğun avtomobil duracaqlarının təşkilinə yol verilir.

35. Belə olan halda, məlum olur ki, çoxmərtəbəli binanın layihəsində avtodayanacaqlar nəzərdə tutulduğu halda, rayon məhkəməsinin hazırkı iş üzrə qeyriyaşayış sahəsinin əslində texniki mərtəbədə olması (yerləşməsi) barədə qənaətə gəlməsi əsaslı olmamışdır.

36. Rayon məhkəməsinin qətnaməsindən məlum olur ki, rayon məhkəməsi hazırkı müqaviləni subyekt tərkibinə dair şərtin pozulması əsası ilə etibarsız hesab etmiş və qeyd etmişdir ki, zirzəmi iddiaçıya məxsus olduğu halda, "xxxx" MMC-nin direktoru X11 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli 24 saylı müqavilənin bağlanmasında lazımi subyektlərin iştirakı olmamışdır.

37. Halbuki, mülki iş materiallarından məlum olur ki, iddiaçı “Xətai-33" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti 05/1427-14 qeydiyyat nömrəsi ilə xx.xx.2022-ci il tarixdə qeydiyyatdan keçmişdir. Mübahisələndirilən hazırkı müqavilədən isə məlum olur ki, həmin müqavilə 2013-cü ildə və binanı inşa edən "xxxx" MMC-nin direktoru M.Cəfərov ilə cavabdeh arasında bağlanmışdır.

38. Rayon məhkəməsi “müqavilənin bağlandığı vaxt iddiaçı MMMC-nin olmadığı” barədə məsələyə münasibətdə qeyd etmişdir ki, Cavabdehla mübahisəli əqd bağlanarkən "xxxx" MMC-nin vicdanlı hərəkət etməsi yəni, müqavilənin məhz 2013-cü il tarixdə bağlanması inandırıcı deyildir.

39. Kollegiya qeyd edir ki, rayon məhkəməsinin mübahisələndirilən müqavilənin məhz 2013-cü il tarixdə bağlanmasının “inandırıcı olmaması” barədə qənaəti işdə olan heç bir sübuta əsaslanmamış, tamamilə mülahizə xarakterlidir. Halbuki, MPM-in 217.1-ci maddəsinə görə, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

40. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

41. Hazırkı halda Cavabdehla mübahisəli əqd bağlanarkən"xxxx" MMC-nin vicdanlı hərəkət etməməsi, yəni müqavilənin məhz 2013-cü il tarixdə bağlanmasının inandırıcı olmaması barədə rayon məhkəməsinin həmin qənaətə hansı sübut əsasında gəlməsi müəyyən edilmir.

42. Beləliklə, iddiaçı hazırda "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli 24 saylı müqavilənin etibarsızlığını mübahisələndirsə də, Kollegiya hesab edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14-cü fəslində müəyyən edilmiş əqdin etibarsızlığının əsasları hazırkı iş üzrə müəyyən edilməmişdir.

43. Bundan başqa, hazırkı iş üzrə tələblərdən biri "xxxx" MMC ilə Cavabdeh arasında bağlandığı qeyd olunan xx.xx.2013-ci il tarixli 24 nömrəli müqavilənin etibarsız hesab edilməsi olduğu halda, iddia tələbində cavabdeh kimi yalnız müqavilənin tərəflərindən biri Cavabdeh qoyulmuş- göstərilmiş, müqavilənin digər tərəfi "xxxx" MMC iddiaçı tərəfindən cavabdeh kimi müəyyən olunmamış, o yalnız rayon məhkəməsi tərəfindən üçüncü şəxs kimi işə cəlb edilmişdir.

44. Rayon məhkəməsi qətnamədə qeyd etmişdir ki, xx.xx.2013-cü il tarixli 24 saylı müqavilənin digər tərəfi hazırki iş üzrə üçüncü şəxs "xxxx" MMC olmuşdur. Hazırkı mülki iş üzrə prosessual hüquqi baxımından statusu cavabdeh olsa da, üçüncü şəxs kimi mülki işə cəlb edilmiş (məhkəmə tərəfindən iddiaçıya cavabdeh qismində cəlb edilməsi təklif olunmuş, lakin iddiaçı razı olmamışdır), bununla da sonuncu məhkəmə iclaslarında iştirak etmiş, iddia ilə bağlı nümayəndəsi öz mövqeyini bildirmiş, bu baxımdan da üçüncü şəxs cavabdeh kimi cəlb edilməsə də, əslində mülki prosessual hüquq baxımından həmin statusda olmuşdur. Məhz buna görə də məhkəmə hesab edir ki, "xxxx" MMC-nin cavabdeh deyil, üçüncü şəxs kimi cəlb edilməsi hazırkı halda hüquqi əhəmiyyət kəsb etmir, yəni mübahisənin məğzini dəyişmir.

45. Məhkəmə kollegiyası rayon məhkəməsinin həmin mövqeyi ilə razılaşmır.

46. Belə ki, MPM-in 50.3-cü maddəsinə görə, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Həmin Məcəllənin 52.2-ci maddəsinə görə, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir.

47. İstinad olunan prosessual normaların müqayisəli təhlilindən məlum olur ki, cavabdeh iddia tələbinin yönəldiyi elə fiziki və hüquqi şəxlərdir ki, onlar iddianı tam və qismən etiraf edə bilərlər, başqa sözlə, onların iddianı etiraf etməsi mübahisənin həllinə səbəb olur. İddiaçının tələbi təmin olunur.

48. Hazırkı halda, rayon məhkəməsi tərəfindən iddiaçıya MMC-nin cavabdeh qismində cəlb edilməsi təklif olunmuş, lakin iddiaçı buna razı olmamış, etiraz etmişdir. Buna baxmayaraq, rayon məhəməsi qeyd etmişdir ki, "xxxx" MMC-nin cavabdeh deyil, üçüncü şəxs kimi cəlb edilməsi hazırki halda hüquqi əhəmiyyət kəsb etmir, yəni mübahisənin məğzini dəyişmir.

49. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının müqavilə tərəfi olan MMC-ini cavabdeh kimi cəlb edilməsinə razılıq verməməsinə baxmayaraq, rayon məhkəməsi prosessual qanunvericiliyin tələblərinin ziddinə müqavilənin etibarsız hesab edilməsi barədə qənaətə gəlmiş, hətta MM-in 337.5-ci maddəsinə əsasən üçüncü şəxs "xxxx" MMC-dən 140000 (yüz qırx min) manatın cavabdehin xeyrinə tutulması barədə düzgün olmayan nəticəyə gəlmişdir.

50. Bununla da iddiaçı tərəfindən üçüncü şəxsin cavabdeh kimi qoyulmadığı halda, iddiaçının ona qarşı tələbi yönəlmədiyi halda, məhkəmə üçüncü şəxsin tərəfi olduğu müqaviləni etibarsız hesab etmiş, hətta ondan pulun tutulması qənaətinə gəlmişdir, faktiki olaraq iddia tələbi yönəlməmiş üçüncü şəxsə münasibətdə iddia tələbini təmin etmiş, nəticədə prosessual hüquq normalarının tələblərini pozmuşdur.

51. Kollegiya qeyd edir ki, hətta hazırkı iddia tələbi əsaslı olmuş olsa belə, etibarsızlığı tələb olunan müqavilənin digər tərəfinə tələb yönəlmədiyi üçün iddia tələbi prosessual qanunvericiliyin tələbləri baxımından təmin edilə bilməzdi.

52. Oxşar vəziyyətlə bağlı Ali Məhkəmənin 2(102)-4065/2023 nömrəli, xx.xx.2023cü il tarixli qərarının 80-ci bəndində qeyd edilir ki, iddianın əsl cavabdehə qarşı verilməməsi MPM-in 54-cü maddəsində nəzərdə tutulmuş hüquqi nəticələr törədir və həmin normanın tələblərinə məhkəmələr tərəfindən dəqiq əməl olunmalıdır.

53. İddiçının tələbinin digər hissəsi həmin müqavilə əsasında ünvan 1 ünvanında yerləşən 2 saylı yaşayış binasının zirzəmisində fəaliyyət göstərən avtoyuma məntəqəsinin fəaliyyətinin dayandırılması və həmin sahənin boşaldılması barədədir.

54. Məhkəmə kollegiyası iddia tələbinin həmin sahəsinin boşaldılması hissəsi barədə qeyd edir ki, iddiaçının tələbindən və məhkəmədə verdiyi izahatlardan məlum olur ki, onun bu tələbi birinci – müqavilənin etibarsızlığına dair tələbinə bağlı olub, ondan doğan tələb olmuşdur. Bu baxımdan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli 24 saylı müqavilənin etibarsızlığı üçün əsas olmadığından, həmin qeyri-yaşayış sahəsinin boşaldılmasına dair törəmə tələb də təmin edilə bilməz.

55. Kollegiya ünvan 1 ünvanında yerləşən 2 saylı yaşayış binasının zirzəmisində fəaliyyət göstərən avtoyuma məntəqəsinin fəaliyyətinin dayandırılması barədə tələb üzrə iddiaçı avtoyuma məntəqəsinin fəaliyyət göstərməsinin həmin binada yaşayan minlərlə insanın həyat və sağlamlığına təhlükə yaratdığını bildirir, həmin sahədən qanunvericiliyin tələblərinə əsasən MMMC-nin mənafeləri üçün istifadə edə bilmir, bu məsələdə iddiaçı maneə ilə üzləşmişdir. O, həm faktiki olaraq, həm də hüquqi nəticə etibarı ilə qanunla müəyyən edilən və qorunan hüquqlarından məhrum edilmişdir.

56. Kollegiya qeyd edir ki, MPM-in 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

57. Hazırkı halda, iddiaçı həmin hissədə tələbini yetərincə əsaslandırmamışdır.

58. İddia tələbini həmin hissədə təmin edən rayon məhkəməsi də öz qənaətini əsaslandırmamışdır.

59. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də dəfələrlə öz qərarlarında qeyd etmişdir ki, məhkəmə aklarının əsaslandırılmaması, qərarlarda qanunvericilik aktlarının sadəcə olaraq sadalanması ədalətli məhkəmə araşdırmasına olan hüquqa xələl gətirir, başqa sözlə Konvensiyanın 6-cı maddəsində təzərdə tutulmuş tələblərə cavab vermir.

60. Avropa Məhkəməsi «Kastravet Moldovaya qarşı» iş üzrə 13 mart 2007-ci il tarixli qərarında məhkəmələr tərəfindən hüquq tətbiqediciliyinə aid olan daha bir hüquqi mövqeyini ifadə edərək belə qənaətə gəlmişdir ki, müvafiq məsələləri həll edərkən ölkə məhkəmələri qanunvericiliyin müddəalarını təkrar etməklə kifayətlənərək onların bu işə tətbiqini izah etməmişlər və beləliklə, həmin qərarlar əsaslandırılmış və kifayətedici deyildir.

61. Avropa Məhkəməsi həmin işdə milli məhkəmələr tərəfindən Konvensiyanın 6-cı maddəsinin pozuntusunu müəyyən etmişdir.

62. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsi məhkəmə aktının qanuni və əsaslı olması ilə bağlı tələblərin heç birinə cavab vermir.

63. Belə olan halda, Məhkəmə kollegiyası hesab edir ki, rayon məhkəməsi MPM-in 14.1 və 88-ci maddələrinə əsasən həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmadan, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermədən, həmin hissədə də, iddianın təmin olunması barədə səhv qənaətə gəlmiş, öz mövqeyini maddi və prosessual hüquq normaları baxımından lazımi qaydada əsaslandırmamışdır.

64. Kollegiya hesab edir ki, hazırkı halda yaşayış binasının zirzəmisində fəaliyyət göstərən avtoyuma məntəqəsinin fəaliyyətinin dayandırılması barədə iddia tələbinin əsaslılığı üzrə, yetərincə sübutlar verilmədiyindən, iddia tələbi həmin hissədə də təmin edilə bilməz.

65. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 2.2-ci maddəsinə görə məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir.

66. Mülki Prosessual Məcəllənin 385.1.1.-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Nəticə:

67. Göstərilənlərə əsasən Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş və qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlmədiyindən, prossesual hüquq normaları, müvafiq olaraq da maddi hüquq nomaları düzgün təfsir edilmədiyindən apellyasiya şikayətləri təmin olunmalı, qətnamə ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbləri təmin edilməməlidir.

68. Kollegiya hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayətlərinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumunun əvəzi kimi İddiaçındən 50 manat Cavabdeh, 50 manat üçüncü şəxs "xxxx" MMC-nin xeyrinə tutulmalıdır.

69. 30. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh və üçüncü şəxs "xxxx" MMC tərəfindən ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin olunsun. Nərimanov Rayon Məhkəməsinin 2(005)-3161/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin, iddia tələbi təmin edilməsin. Apellyasiya şikayətlərinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumunun əvəzi kimi İddiaçındən 50 manat Cavabdeh, 50 manat üçüncü şəxs "xxxx" MMC-nin xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar