Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10303/2021 06.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X12 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi, Qusar rayon dövlət notariat kontoruna qarşı (üçüncü şəxslər X24, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi olmaqla) “vərəsəlik şəhadətnamələrinin və dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 oktyabr 2020ci il tarixli 2(005)-1069/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi, Qusar rayon dövlət notariat kontoruna qarşı (üçüncü şəxslər X24, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi olmaqla) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qusar rayon dövlət notariat kontoru tərəfindən 06 iyun 2012-ci il tarixdə reyestrdə 2V-329 nömrə ilə qeyd olunmaqla X17 verilmiş X8 tərəfindən əmanət kassasına qoyulmuş 51570 nömrəli hesabdakı pula vərəsəlik, həmin notariat kontoru tərəfindən 26 iyul 2016-cı il tarixdə reyestrdə 2V-327 nömrə ilə qeyd olunmaqla X17 verilmiş ünvan 1 ünvanında yerləşən evin mərhum X18 məxsus hissəsinə vərəsəlik və həmin notariat kontoru tərəfindən 01 oktyabr 2019-cu il tarixdə reyestrdə 2V-720 nömrə ilə qeyd olunmaqla X17 verilmiş ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0,04 ha olan torpaq sahəsindən və üzərində yerləşən ümumi sahəsi 248,7 kv.m olan fərdi yaşayış evindən mərhum X18 məxsus hissəsinə vərəsəlik şəhadətnamələrinin, eyni zamanda Qusar rayon dövlət notariat kontoru tərəfindən 26 iyul 2016-cı il tarixdə reyestrdə 2V-327 nömrə ilə qeyd olunmaqla X17 verilmiş ünvan 1 ünvanında yerləşən evin mərhum X18 məxsus hissəsinə vərəsəlik şəhadətnaməsi əsasında verilmiş ünvan 12-ün 1/2 hissəsinin 29 iyul 2016-cı il tarixdən X12 mülkiyyətinə verilməsi barədə 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X8 hərbçi olmuş, 1959-cu ildə hazırda ailəsi ilə birlikdə yaşadığı ünvan 3 ünvanında yerləşən evi almış və 14 fevral 1958-ci il tarixdə ailə həyatı qurduğu X7 ilə birlikdə bir müddət həmin evdə yaşadıqdan sonra Quba şəhərinə köçmüşlər. Həmin evdə qohumları yaşamağa başlamışlar. 1985-ci ildə orta məktəbi bitirdikdən sonra iddiaçı Azərbaycan Politexnik İnstitutunun mexanika fakültəsinə daxil olmuşdur. Bundan sonra həmin evə köçərək yaşamağa başlamışdır. Ali məktəbi bitirdikdən sonra 28 iyun 1992-ci il tarixdə X33 ilə ailə həyatı qurmuş və həyat yoldaşı Müslüm İsayevlə həmin ünvanda yaşamağa başlamışlar. Hazırda da həmin ünvanda həyat yoldaşı Müslüm İsayev, oğlanları Murad və Fuad ilə birlikdə yaşayırlar. Adıçəkilən ünvanda onlardan başqa X7 və böyük bacısı Qurbanova (Qaçabəyova) Sevda Qonağ qızı qeydiyyatda olmuşlar. Həmin evdə o və həyat yoldaşı Müslüm İsayev, oğlanları Murad və Fuaddan başqa heç kim yaşamamış, yalnız 2-3 il bundan əvvəl kiçik bacısı Nigar Qurbanova qardaşı ilə mübahisə etdiyi üçün anasının təkidi əsasında yaşadıqları həyətdə olan bir otaqdan və mətbəxdən ibarət olan ayrıca evdə bir müddət yaşamışdır. X8 30 dekabr 2003-ci il tarixdə, X7 isə 27 iyun 2019-cu il tarixdə vəfat etmişlər. Onlara məxsus mirasın bir hissəsini, yəni hazırda yaşadıqları ünvan 3 ünvanında yerləşən evi faktiki olaraq qəbul etmiş, digər əmlakları, o cümlədən ünvan 4 ünvanında yerləşən evə vərəsəlik şəhadətnaməsi verilməsi üçün həm Qusar rayon dövlət notariat kontoruna, həm də Bakı şəhəri, Yasamal rayonu, 12 nömrəli dövlət notariat kontoruna müraciət etmişlər. Lakin sonradan onlara məlum olmuşdur ki, kiçik X6 yaşadıqları ünvan 6 ünvanında yerləşən evə öz adına DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsindən çıxarış almışdır. Qusar rayon dövlət notariat kontorundan daxil olmuş sənədlərin surətlərindən məlum olmuşdur ki, X7 06 iyun 2012-ci il tarixdə Qusar rayon dövlət notariat kontoruna müraciət edərək 30 dekabr 2003cü ildə vəfat etmiş mərhum əri X10 miras qalmış əmlakları, ona çatan payı, məcburi payı nə faktiki, nə də ki, ərizə ilə müraciət edərək qəbul etmədiyini, hal-hazırda da qəbul etmədiyini, 6 aylıq müddəti buraxdığını, həmin müddətin bərpası və payın tələbi ilə əlaqədar gələcəkdə məhkəməyə müraciət etməyəcəyini bildirmişdir. Bundan sonra kiçik X6 elə həmin gün, yəni 06 iyun 2012-ci il tarixdə Qusar rayon dövlət notariat kontoruna ərizə ilə müraciət edərək 30 dekabr 2003-cü ildə vəfat etmiş X8nun yeganə vərəsəsi olduğunu bildirərək, eləcə də Qusar RİHB-nın ünvan 8 ünvanında atası vəfat edənədək birgə yaşamaları barədə arayış təqdim edərək atasından miras qalmış əmanət kassasında saxlanılan pul məbləği üçün vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. Qusar rayon dövlət notariat kontoru 06 iyun 2012-ci il tarixdə X17 X8 tərəfindən əmanət kassasına qoyulmuş 51570 nömtəli hesabdakı pula reyestrdə 2V-329 nömrə ilə qeyd olunmuş vərəsəlik şəhadətnaməsi vermişdir. Halbuki həmin vaxt X8nun anasından və bacısı Nigardan başqa daha üç vərəsəsi olmuşdur: o, bacısı Sevda və qardaşı Rauf. Həmçinin o, miras əmlakın bir hissəsini faktiki olaraq qəbul etmişdir. X6 26 iyul 2016-cı il tarixdə yenidən Qusar rayon dövlət notariat kontoruna ərizə ilə müraciət edərək 30 dekabr 2003-cü ildə vəfat etmiş X8nun yeganə vərəsəsinin olduğunu bildirərək, ünvan 1 ünvanında yerləşən evin mərhuma məxsus hissəsinə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. Qusar rayon dövlət notariat kontoru 26 iyul 2016-cı il tarixdə X17 ünvan 1 ünvanında yerləşən evin mərhum X18 məxsus hissəsinə reyestrdə 2V-327 nömrə ilə qeyd olunmuş vərəsəlik şəhadətnaməsi vermişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 12-ün 1/2 hissəsi (yəni iddiaçının yaşadığı ev) 29 iyul 2016-cı il tarixdən X12 mülkiyyətinə verilmişdir. Bundan əlavə o, faktiki olaraq həmin miras əmlakı atası vəfat edəndən qəbul etmişdir və həmin vaxtdan bu günə kimi də ailəsi ilə birlikdə orada yaşayır. X7 isə 27 iyun 2019-cu il tarixdə vəfat etmişdir. Eləcə də Qusar rayon dövlət notariat kontorundan daxil olmuş materiallardan görünür ki, X8 30 dekabr 2003-cü ildə vəfat etməsinə baxmayaraq 11 sentyabr 2019-cu il tarixdə DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsindən ünvan 4 ünvanında yerləşən evə mərhum X13 adına hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış alınmışdır. Həmçinin Qusar rayon dövlət notariat kontorundan daxil olmuş materiallardan görünür ki, X6 01 oktyabr 2019-cu il tarixdə yenidən Qusar rayon dövlət notariat kontoruna ərizə ilə müraciət edərək 30 dekabr 2003-cü ildə vəfat etmiş X8nun yeganə vərəsəsi olduğunu bildirərək, ünvan 2 ünvanında yerləşən evə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. Həm də nədənsə o, notariat kontoruna 06 iyun 2012-ci il tarixdə həmin notariat kontorunda “299’' daxil olma nömrəsi ilə əvvəllər qeydiyyatdan keçmiş ərizəsinin surətini təqdim etmişdir. Qusar rayon dövlət notariat kontoru 01 oktyabr 2019-cu il tarixdə X17 ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0,04 ha olan torpaq sahəsindən və üzərində yerləşən ümumi sahəsi 248,7 kv.m olan fərdi yaşayış evindən mərhum X18 məxsus hissəsinə reyestrdə 2V-720 nömrə ilə qeyd olunmuş vərəsəlik şəhadətnaməsi vermişdir. Bundan başqa X7 27 iyun 2019-cu il tarixdə vəfat etdiyi üçün 28 dekabr 2019-cu il tarixədək (yəni altı ay keçənədək) vərəsəlik şəhadətnaməsi verilə bilməzdi. Bundan əlavə o, 30 dekabr 2003-cü il tarixdən, yəni X8 vəfat etdiyi gündən miras əmlakı qəbul etmişdir. Yəni həmin vaxtdan mirasın bir hissəsinə sahiblik etməyə taktik başladığı üçün mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, bütün mirası tamamilə qəbul etmiş sayılır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1069/2020 saylı 28.10.2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətində göstərilmişdir ki, məhkəmədə izahatında bildirmişdir ki, 30.06.2004-cü il tarixli ərizəni ona görə yazmışdır ki, atasından miras qalmış Yasamal rayonunda yerləşən ev anasının adına qeydiyyatdan keçirilsin, çünki anası vərəsəlik şəhadətnaməsinin açılması üçün 2004-cü ildə notariat orqanına müraciət etmişdir. Lakin özbaşına aparılmış əlavə tikililər olduğu üçün evin müvafiq sənədlərini notariat orqanına təqdim edə bilmədiklərindən anasına vərəsəlik şəhadətnaməsi verilməmişdir. Bundan sonra həmin ərizədən imtina etmiş, lakin onun etibarsız hesab edilməsi barədə müraciət etməli olduğunu bilməmişdir. 30.12.2003-cü il tarixdən, yəni atası vəfat edən gündən qəbul etdiyi miras əmlakda ailəsi ilə birlikdə yaşayır. Bacısı Nigar həmin ərizələrdən məlumatlı olduğu üçün, ondan istifadə edərək atası və anasından miras qalmış bütün əmlakı onların xəbəri olmadan özünü yeganə vərəsə kimi göstərərək öz adına keçirtmişdir. Həmin ərizələrdə göstərilən əmanət atası hərbi pensiyasını götürmədiyi və əmanət bankına qoyduğu üçün həmin pulun anası tərəfindən götürülməsinə razılıq barədə olmuşdur. Həmin pulu da anası 2004-cü il tarixdə götürmüşdür. 06.06.2012-ci il tarixdə atası tərəfindən əmanət kassasına qoyulmuş pul isə Sovet dövründə qoyulmuş, 2012-ci ildə Azərbaycan hökümətinin qərarı ilə qaytarılması müəyyən edilmiş əmanət olmuşdur. Həmin əmanətdən heç biri imtina etməmişdir, digər tərəfdən onlar 2004-cü ildə bilə bilməzdirlər ki, 2012-ci ildə Azərbaycan höküməti Sovet dövründən qalmış əmanətləri qaytaracaqdır. Nigar Qurbanova vərəsəlik şəhadətnaməsi verilərkən ona məlumat verilməmiş, notariat kontoruna dəvət edilməmişdir. Onun ailəsi ilə birlikdə yaşaması və qeydiyyatda olması barədə hər hansı sənəd, həmçinin qeyd edilən ərizə notariat işində olmadığı halda notariat orqanı vərəsəlik şəhadətnaməsi vermişdir. Notariat orqanı səlahiyyəti olmadığı halda Nigar Qurbanovaya vərəsəlik şəhadətnaməsi vermiş, mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görməmiş, mirasın qorunması üçün mirası siyahıya almamışdır. Qusar rayonunda yerləşən torpaq sahəsi və ev barəsində vərəsəlik şəhadətnaməsi ümumiyyətlə verilə bilməz, həmin ev atası ilə anasının birgə nikah dövründə tikilmiş, atası 30.12.2003-cü ildə, anası 07.08.2019-cu ildə vəfat etməsinə baxmayaraq, 11.09.2019-cu il tarixdə mərhum atasının adına çıxarış alınmışdır. Digər tərəfdən nəzərə alınmalıdır ki, mərhum anası mərhum atasından qalmış miras payından imtina etmişdir, belə ki, Bakı şəhəri, Yasamal rayonu, Sadıx Dadaşov küçəsindəki 13 saylı ev valideynlərinin birgə nikahda olduğu vaxt əldə olunmaqla onların birgə mülkiyyəti olmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Həmçinin qeyd etdi ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Dövlət Notariat Arxivindən əldə olunmuş notariat sənədlərindən müəyyən olunur ki, 30 iyun 2004-cü il tarixdə iddiaçıdan başqa digər qardaş və bacıları, o cümlədən Nigar Qurbanova da 12 saylı notariat kontoruna müraciət edərək mirasdan imtina etmələri barədə ərizə vermişlər, bu da bir daha onu göstərir ki, bütün qardaş və bacıları öz paylarından imtina barədə ərizəni ona görə vermişlər ki, atalarının ölümündən sonra Bakı şəhəri, Yasamal rayonu, Sadıx Dadaşov küçəsindəki 13 saylı evi vərəsəlik qaydasında analarının adına rəsmiləşdirsinlər, lakin özbaşına tikililər olduğu üçün rəsmiləşdirə bilməmişlər. Həmçinin o da nəzərə alınmalıdır ki, hazırki işə baxılarkən Nigar Qurbanova tərəfindən məhkəməyə təqdim olunmuş ona və bacısı Sevdaya aid razılıq ərizələri Nigar Qurbanovaya hər üç əmlaka (iki ev və əmanət pulu) dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilərkən notariusa təqdim olunmamış və həmin şəhadətnamələr Nigar Qurbanovaya digər vərəsələrin mirasdan imtinası yox, yeganə vərəsə olması əsası ilə verilmşdir. Halbuki, notarius onların ailəsi barədə məlumatlı olmuş, lakin mərhum atasının digər vərəsələri kimi onlara məlumat belə verməmişdir. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs Nigar Qurbanova apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, digər tərəflər (nümayəndə) məhkəməyə gəlməmiş və bunun səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. Kollegiya işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. İşin müəyyən edilmiş hallarına əsasən İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X24 bacıdırlar, həmçinin Sevda Qurbanova adlı bacıları və Rauf Qurbanov adlı qardaşları var. X5 30.12.2003-cü il tarixdə, anaları X20 isə 07.08.2019-cu il tarixdə ölmüşdür. X25 ilə X20 1958-ci ildə ailə qurmuşlar. 1959-cu il tarixli çıxarışdan görünür ki, Yasamal rayonu, 6-cı Xrebtovı küçəsi, 13 ünvanında yerləşən fərdi yaşayış evinin ½ hissəsi X13 adına qeydə alınmışdır. X24 tərəfindən Qusar rayon Notariat Ofisinə ünvanlanmış 06.06.2012-ci il tarixli ərizəsindən görünür ki, 30.12.2003-cü il tarixdə ünvan 10 ünvanında yaşamış X8 vəfat etmişdir. Miras əmlak əmanət kassasına qoyulmuş pul məbləğidir. Göstərilən əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. 06.06.2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, Qusar rayonu Dövlət Notariat kontorunun dövlət notariusu vəzifəsini icra edən X16 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq etmişdir ki, 30 dekabr 2003-cü ildə vəfat etmiş X13 vərəsəsi - ünvan 11 ünvanında qeydiyyatda olan qızı: X19r. Şəhadətnamənin verildiyi miras əmlakı: Əmanət Kassasına qoyulmuş 51570 nömrəli hesabdakı puldan ibarətdir. Qusar RİHB-nın Qusar şəhər inzibati ərazi üzrə nümayəndəliyinin 06.06.2012-ci il tarixli 2532 nömrəli arayışından görünür ki, X17 arayış verilmişdir ondan ötrü ki, həqiqətən mərhum X8 vəfat etdiyi günə kimi Qusar şəhəri Muxtadır küçəsi 136 saylı evdə birlikdə yaşamışlar. X12 ərizəsindən görünür ki, 30.12.2003-cü il tarixdə ünvan 10 ünvanında yaşamış X25 vəfat etmişdir. Miras əmlakı ünvan 14anında yerləşən fərdi yaşayış evinin mərhuma məxsus hissəsidir. Göstərilən əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159-cu maddəsi ilə nəzərdə tutulmuş başqa vərəsələr yoxdur. 26.07.2016-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 30.12.2003-cü il tarixdə vəfat etmiş X13 vərəsəsi: qızı X19r. Şəhadətnamə verilən miras əmlak 21.04.1959-cu il tarixdə X18 verilmiş ünvan 14anında yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 213h/e nörmrəli reyestr kitabının 12549 nömrəli vərəqində qeydiyyata alınmış A-ümumi sahəsi 95.5 kv.m, yaşayış sahəsi 47.3 kv.m, yardımçı sahəsi 48.2 kv.m, yaşayış otaqlarının sayı 3, B-ümumi sahəsi 30 kv.m, yaşayış sahəsi 27 2 kv.m, yardımçı sahəsi 2,K kv.m, yaşayış otaqlarının sayı 3, V-ümumi sahəsi 21.1 kv.m, yaşayış sahəsi 11 kv.m, yardımçı sahəsi 10.1 kv.m, yaşayış otaqlarıma sayı 1 olan fərdi yaşayış evindən X23 məxsus 1/2 hissəsidir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən notarial qaydada təsdiqlənmiş RX seriyalı ******* nömrəli çıxarışdan müəyyən olunur ki, ünvan 12 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət kimi 29.07.2016-cı il tarixdə ½ hissədə X12 adına qeydiyyatdan keçmişdir. DƏDRX-dən verilmiş çıxarışdan müəyyən olunur ki, ünvan 10 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət kimi 11.09.2019-cu il tarixdə X13 adına qeydiyyatdan keçmişdir. X12 Qusar rayon Notariat Ofisinə ünvanlanmış ərizəsindən görünür ki, 30.12.2003cü il tarixdə ünvan 10 ünvanında yaşamış X25 vəfat etmişdir. Miras əmlakı ünvan 10 ünvanında yerləşən torpaq sahəsi, fərdi yaşayış evidir. Göstərilən əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159-cu maddəsi ilə nəzərdə tutulmuş başqa vərəsələr yoxdur. 01.10.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 30.12.2003-cü il tarixdə vəfat etmiş X13 vərəsəsi: qızı X19r. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nın Ərazi İdarəsi tərəfindən 11.09.2019-cu il tarixdə X18 verilmiş **********47-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 10 ünvanında yerləşən ümumi sahəsi 0,04 ha olan torpaq sahəsindən və üzərində yerləşən ümumi sahəsi 248,7 kv.m olan fərdi yaşayış evindən məhrum X18 məxsus olan hissəsi. Qusar rayon Notariat X4 tərəfindən ünvanlanmış ərizədən görünür ki, 30.12.2003cü il tarixdə vəfat etmiş mərhum X10 miras qalmış əmlakları, ona çatan payı, məcburi payı nə faktiki, nə də ki, ərizə ilə müraciət edərək qəbul etməmişdir. Hal-hazırda qəbul etmir. 6 aylıq müddəti buraxmışdır, həmin müddətin bərpası üçün və payın tələbi ilə əlaqədar gələcəkdə məhkəməyə müraciət etməyəcəkdir. İş materiallarına əlavə edilmiş 30.06.2004-cü il tarixli ərizədən görünür ki, X21 X8ndan miras qalmış Bakı şəhəri, Şaxtaxtinski küçəsi, ev 13 mənzilindən və əmanətdən ona düşən paydan imtina etmişdir. İş materiallarına əlavə edilmiş 29.06.2004-cü il tarixli ərizədən görünür ki, X26 X8ndan miras qalmış Bakı şəhəri, Şaxtaxtinski küçəsi, ev 13 mənzilindən və əmanətdən ona düşən paydan imtina etmişdir. İş materiallarında olan Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən verilmiş məktubda qeyd edilmişdir ki, Tİ və MHQ İdarəsinə vətəndaş X1 13 saylı evin vərəsəlik sənədlərinin qəbul olunması üçün müraciət etmişdir. Mühəndis tərəfindən yerində yoxlama zamanı aşkar olunmuşdur ki, “A” tikilisində 5 və 6 nömrəli sahələrə bitişik 14,8 kv.m bağlı eyvan, 4,5 kv.m mətbəx tikilmişdir. “B” tikilisində 4 nömrəli sahəyə bitişik (2,6x2,2)=5,7 kv.m və (2,1x1,6)=3,4 kv.m təsərrüfat otaqları tikilmişdir. Həyətyanı sahədə (4,0x1,8)=7,2 kv.m hamam, 1,2x1,0=1,2 kv.m tualet, (4,0x1,75)=7,0 kv.m anbar tikilmişdir. “V” tikilisi sökülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Dövlət Notariat Arxivindən daxil olmuş 01 fevral 2021-ci il tarixli 05/01-100/14 nömrəli məktubda göstərilmişdir ki, Bakı şəhəri 12 saylı dövlət notariat ofisində 09 mart 2004-cü il tarixdə 2V-1/83 reyestr nömrəsi ilə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verildiyi və həmin dövlət notariat ofisində 2004-cü ildə aparılmış 7E indeksli notariat reyestrində X27, X34, X22, X14 ərizələrdəki imzalarının həqiqiliyinin təsdiq edilməsi barədə qeydiyyatın aparıldığı müəyyən edilmişdir. Vərəsəlik işində olan İddiaçı X7nın 12 saylı dövlət notariat kontoruna ünvanlanmış 09 mart 2004-cü il tarixli ərizəsindən görünür ki, o, həyat yoldaşından miras qalmış təqaüdə və evə (Bakı şəhəri, Yasamal rayonu, Şəhriyar küçəsi, 13) vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmiş, həmçinin ərizəsində qeyd etmişdir ki, hazırda həmin evdə qızı X22, kürəkəni X30, nəvələri X28 və X31 qeydiyyatdadır. Həmin vərəsəlik işində olan İddiaçı 09 mart 2004-cü il tarixli ərizəsindən görünür ki, o, atası Qonaq Qurbanovdan qalmış təqaüd pulundan imtina etmişdir. 09 mart 2004-cü il tarixli 2V- 1/83 reyestr nömrəsi ilə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, X13 vərəsəsi həyat yoldaşı X15r və şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası Birləşmiş X32 2 saylı Yasamal rayon filialının 50319 nömrəli hesabında olan 1.180.982,24 manat, P-126 nömrəli hesabında olan 2.307.365 manat əmanət mərhuma məxsus mirasdan ibarətdir. İddiaçı hazırda X8ndan qalmış miras əmlaklara (ünvan 10 ünvanında yerləşən fərdi yaşayış evi; ünvan 14anında yerləşən fərdi yaşayış evi və Əmanət Kassasına qoyulmuş 51570 nömrəli hesabdakı pul) dair X6nın adına verilmiş vərəsəlik şəhadətnamələrinin və dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsini tələb edir. Birinci instansiya məhkəməsi iddianın rədd edilməsi barədə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı X21 yazılı ərizə ilə notariat kontoruna müraciət edərək X8ndan qalan əmlak və əmanətdən imtina etmiş və bunu öz imzası ilə təsdiqləmişdir. Həmçinin iddiaçının digər ailə üzvləri də yazılı ərizə ilə onlara düşən paydan imtina etmiş və X13 yeganə vərəsəsi kimi X24 qalmışdır. Bu səbəbdən də qanun üzrə vərəsəlik hüququ üzrə şəhadətnamədə vərəsə kimi X24 göstərilmişdir. İddiaçının anası atadan qalan mirasdan imtina etdiyinə görə, mübahisəli miras əmlak onun mirası yox, Qonağ Qurbanovun mirası olmuşdur. İddiaçının anası ərindən sonra miras əldə etmədiyinə görə miras qoyan da hesab edilə bilməz. Kollegiya hesab edir ki, məhkəmənin nəticəsi qanuni və əsaslı olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin: 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1151-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. 1159.1.1-ci maddəsinə əsasən, ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbədə vərəsə sayılırlar. 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna (hazırda notariat ofisinə) mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir (24 iyun 2005-ci ilədək olan redaksiyada: Miras onun açıldığı gündən altı ay ərzində qəbul edilə bilər). 1257-ci maddəyə əsasən hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir. Əgər vərəsə mirasın bir hissəsindən imtina edərsə və ya hər hansı şərt qoyarsa, hesab edilir ki, o, mirasdan imtina etmişdir. 1269-cu maddəyə görə mirasa sahiblik etməyə və ya onu idarə etməyə faktik başlamış vərəsə mirasın qəbulu üçün müəyyənləşdirilmiş vaxt ərzində mirasın qəbulundan imtina edə bilər. Bu barədə ərizə ilə o, notariat orqanına müraciət etməlidir. İddiaçı bildirmişdir ki, məhkəmənin istinad etdiyi imtina ərizələri həmin vaxt fərdi yaşayış evinin analarının adına qeydə alınması üçün verilmişdir, onunla bərabər qardaşı və digər bacıları (həmçinin Nigar Qurbanova özü də) imtina barədə ərizə vermişdir. Təqdim edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Dövlət Notariat Arxivindən daxil olmuş çıxarışlardan görünür ki, X26 29 iyun 2004-cü il tarixdə, X34, X22 və X29 30 iyun 2004-cü il tarixdə 12 saylı dövlət notariat kontoruna müraciət edərək mirasdan imtina etmə barədə ərizələrini notarial qaydada təsdiq etdirmişlər. Mülki Məcəllənin 1246-cı maddəsinin 24 iyun 2005-ci ilədək olan redaksiyasında göstərilmişdir ki, miras onun açıldığı gündən altı ay ərzində qəbul edilə bilər. Mirasa sahiblik etməyə və ya onu idarə etməyə faktik başlamış vərəsə mirasın qəbulu üçün müəyyənləşdirilmiş vaxt ərzində, yəni altı ay müddətində notariat qaydada mirasın qəbulundan imtina edə bilər. Hazırki işin hallarından isə görünür ki, əmanət puluna və Bakı şəhəri, Şaxtaxtinski küçəsindəki 13 saylı evə dair miras 30.12.2003-cü ildə açılmış, iddiaçı da atasından qalmış həmin əmlaklardakı paydan 30.06.2004-cü ildə, yəni altı ayın tamamında imtina etmişdir. Hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir. Əgər vərəsə mirasın bir hissəsindən imtina edərsə və ya hər hansı şərt qoyarsa, hesab edilir ki, o, mirasdan imtina etmişdir. İddiaçının 1985-ci ildən tək, 1992-ci ildən isə ailəsi birlikdə fasiləsiz olaraq Bakı şəhəri, Şaxtaxtinski küçəsindəki 13 saylı evdə yaşaması mübahisə doğurmur, bu isə o deməkdir ki, o, 30.12.2003-cü ildə atası öldükdən sonra ondan qalmış həmin evdəki payını qəbul etmiş, 30.06.2004-cü ildə isə həmin paydan imtina etmişdir. Belə olan təqdirdə iddiaçı əmanət puluna münasibətdə də atasından qalmış paydan imtina etmiş hesab olunur. Göründüyü kimi, uşaqların dördü də imtina ərizəsi vermişdir, lakin bu imtina ataları Qonağ Qurbanovun payına münasibətdə olmuşdur. Belə ki, valideynləri 1958-ci ildə ailə qurmuş, Bakı şəhəri, Şaxtaxtinski küçəsindəki 13 saylı ev isə 1959-cu ildə əldə edilmişdir, yəni onların birgə nikah dövründə əldə etdikləri əmlak – birgə mülkiyyətləri olmuşdur. Əmanət Kassasına qoyulmuş pula münasibətdə isə işin müəyyən edilmiş hallarından görünür ki, həmin pul Səlimə Qurbanova ilə Qonağ Qurbanovun birgə nikah dövründə əldə edilmiş qazanc hesabına əmanətə qoyulmuşdur və ər-arvadın birgə mülkiyyəti hesab edilir. Səlimə Qurbanova özü də X10 miras qalmış əmlaklardan, ona çatan paydan, yəni ərindən qalmış paydan imtina etmişdir. Beləliklə, istinad edilən imtina ərizələri qəbul edilsə belə, bu imtina mərhum Qonağ Qurbanovun payına aid edilə bilər. ünvan 10 ünvanında yerləşən fərdi yaşayış evi isə 11.09.2019-cu il tarixdə mərhum Qonaq Qurbanovun adına qeydiyyata alınmışdır, belə olan halda 2004-cü ildə verilmiş imtina ərizələrinin həmin evə aid edilməsi yolverilməzdir. Kollegiya qeyd edir ki, ünvan 10 ünvanında yerləşən fərdi yaşayış evinin 11.09.2019-cu il tarixdə mərhum Qonaq Qurbanovun adına ilkin hüquqi qeydə alınması mübahisələndirilməmişdir, ona görə də Kollegiya hazırda həmin məsələyə hüquqi qiymət verməyə zərurət görmür, həmçinin nəzərə alınmalıdır ki, belə bir mübahisələndirmə inzibati icraat qaydasında həyata keçirilə bilər. Qeyd olunanlardan savayı, Nigar Qurbanova miras əmlaklara dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı müraciət ərizələrində Mülki Məcəllənin 1159-cu maddəsi ilə nəzərdə tutulmuş başqa vərəsələrin olmadığını göstərmişdir. Notariat ofisi tərəfindən müvafiq notariat hərəkətləri aparılarkən və Nigar Qurbanovaya qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilərkən, imtina barədə hazırda istinad edilən ərizələr nəzərə alınmamışdır, notariat işlərində qeyd edilən imtina barədə ərizələr olmamışdır. Nigar Qurbanova başqa vərəsə olmadığını göstərmiş, notariat ofisi tərəfindən isə digər vərəsələrin olub-olmaması müəyyənləşdirilməmiş və yeganə vərəsə olaraq Nigar Qurbanova qəbul edilərək, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Belə olan halda məlum olur ki, digər vərəsələrin, həmçinin iddiaçının hüquqları pozulmuşdur. Mülki Məcəllənin 1318-ci maddəsinə görə Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür. Məcəllənin 1322-ci maddəsinə görə vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. Göründüyü kimi, vərəsələrin dairəsini yoxlamaq notariusun vəzifəsi olduğu halda, hər üç halda notarius vərəsələrin dairəsini yoxlamadan, miras əmlaklara dair yeganə vərəsə kimi Nigar Qurbanovanı hesab edərək, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr vermişdir. Halbuki Qusar rayon notariat kontorunun notariusunun mərhum Qonaq Qurbanovun digər vərəsələrinin olmasını bilməməsi ən azı inandırıcı deyil. İddiaçı mərhum anasının ölümü ilə (27.06.2019) sonuncudan qalmış mirası (əmanət pulu və Bakı şəhəri, Şaxtaxtinski küçəsindəki 13 saylı evə olan ½ hissədə payı) faktiki qəbul etmişdir. Qeyd olunan halları nəzərə alaraq Kollegiya hesab edir ki, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr qanunvericiliyin tələbləri pozulmaqla verilmişdir, buna görə də etibarsız hesab edilməlidir. Şəhadətnamələr etibarsız sayıldığından, 26 iyul 2016cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Bakı şəhəri, Yasamal rayonu, Sadıx Dadaşov küçəsi, 13 saylı evin 1/2 hissəsinin X12 adına aparılmış daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat da etibarsız hesab olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə t e t d i: Apelyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1069/2020 saylı iş üzrə 28 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilməklə iddia təmin edilsin. Qusar rayon dövlət notariat kontoru tərəfindən 06 iyun 2012-ci il tarixdə reyestrdə 2V-329 nömrə ilə qeyd olunmaqla X17 verilmiş X8 tərəfindən əmanət kassasına qoyulmuş 51570 nömrəli hesabdakı pula dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə; Həmin notariat kontoru tərəfindən 26 iyul 2016-cı il tarixdə reyestrdə 2V-327 nömrə ilə qeyd olunmaqla X17 verilmiş ünvan 1 ünvanında yerləşən evin mərhum X18 məxsus hissəsinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və həmin şəhadətnamə əsasında verilmiş ünvan 12-ün 1/2 hissəsinin 29 iyul 2016-cı il tarixdən X12 mülkiyyətinə verilməsi barədə 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış (dövlət qeydiyyatı) etibarsız hesab edilsin. Həmin notariat kontoru tərəfindən 01 oktyabr 2019-cu il tarixdə reyestrdə 2V-720 nömrə ilə qeyd olunmaqla X17 verilmiş ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0,04 ha olan torpaq sahəsindən və üzərində yerləşən ümumi sahəsi 248,7 kv/m olan fərdi yaşayış evindən mərhum X18 məxsus hissəsinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-10303/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10303/2021
06.12.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver