Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1032/2024 24.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: özbaşına tikilinin sökülməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X2 ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, İddiaçı, onun nümayəndəsi (vəkili) X1, Cavabdeh, onun nümayəndələri Akif Mamedovun və Vəkil (vəkil) iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 24 yanvar 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı ünvan 1 ünvanda 1976-cı ildən yaşayır. ünvan 2 MKİS-in xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır və özbaşına tikili olan evdə xx.xx.1983-cü ildən bu günə kimi ailəsi ilə birlikdə qeydiyyatdadırlar və halhazırda orada yaşayırlar.
2. AR Fövqəladə Hallar Nazirliyi X4 Xidməti 3-cü ərazi X4 İdarəsi tərəfindən İddiaçı ünvanlanan 28 fevral 2022-ci il tarixli, 37/H-00030 nömrəli məktubdan məlum olur ki, ünvan 3 ünvanında yaşayan Cavabdeh tərəfindən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırma sənədləri təqdim olunmadan məhəllə daxili yolda eni 3 metr, uzunluğu 13 metr, ümumi sahəsi 39 kvadrat metr olan 1 mərtəbəli fərdi yaşayış evi inşa edildiyi və İddiaçı məxsus fərdi yaşayış evinin üzərindən orta təzyiqli qaz xətti çəkildiyi müəyyən olunmuşdur.
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yaşayan Cavabdeh tərəfindən məhəllə daxili ictimai yolda eni 3 metr, uzunluğu 13 metr, ümumi sahəsi 39 kv.m olan əlavə özbaşına tikilinin cavabdehin öz hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh faktiki olaraq küçənin ümumi istifadədə olan hissəsini zəbt etmiş, nəticədə gediş-gəliş yolu tutulmuş, onun evinə giriş hissəsi əhəmiyyətli dərəcədə çətinləşmişdir, belə ki, o, sonradan məhəllə daxili yolda eni 3 metr, uzunluğu 13 metr, ümumi sahəsi 39 kv.m olan əlavə özbaşına tikili aparmışdır. Həmin dar döngədə yüksək təzyiqli magistral qaz borusu keçir, qaz paylayıcı qurğu onun həyətinə giriş hisəssində yerləşdirilmişdir. Cavabdehin özbaşına olaraq küçədə tikinti inşaat işləri aparmasına iddiaçı dəfələrlə irad tutmuş, müvafiq aidiyyəti qurumlara yazılı formada rəsmi şikayət etmişdir. Həmin qaz paylayıcı qurğu iddiaçının evinin girəcəyində olduğundan oraya nəinki yanğınsöndürmə texnikası, hətta 2 nəfər yanğınsöndürmə əməkdaşı fəaliyyət göstərə bilməz. İddiaçı bildirir ki, bütün bunlar ailəsini daim qorxu və stress içərisində saxlayır, ailəsi 4 nəfərdən ibarətdir, özü ürək xəstəsidir. Çoxsaylı şikayətlərindən sonra Nərimanov rayon İcra Hakimiyyətinin nümayəndələri, həmçinin AR Fövqəladə Hallar Nazirliyinin DYNX-nin 3-cü ərazi X4 İdarəsinin əməkdaşları həmin yerdə baxış keçirmiş, nəticədə cavabdeh haqqında xx.xx.2022-ci il tarixli ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Həmçinin, Nərimanov rayon 35 saylı MKİS-nin mühəndisi barəsində də inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bundan əlavə həmin qurum xx.xx.2022-ci il tarixli məktubla Bakı Regional Qaz İstismarı Departamentinin rəhbərliyinə və Nərimanov rayon İcra Hakimiyyətinə rəsmi məktub göndərmiş, həmin məsələnin nəzarətdə saxlanıldığı bildirilmişdir. Hesab edir ki, ailəsinin və ümumiyyətlə həmin ərazidə yaşayan qonşuların təhlükəsizliyini təmin etmək məqsədilə cavabdeh tərəfindən özbaşına tikilmiş tikili təcili sökülməlidir.
5. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-140/23 saylı iş üzrə 26 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim S.Ədilova) iddia rədd edilmişdir.
6. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, ünvan 1 ünvanında yaşayan Cavabdeh tərəfindən məhəllə daxili ictimai yolda inşa edilmiş eni 3 metr, uzunluğu 13 metr, ümumi sahəsi 39 kv.m olan əlavə özbaşına tikilinin cavabdehə məxsus olması müəyyən edilmədiyindən (tərəflərin izahatları ilə cavabdehə aidiyyətinin olmadığı təsdiqlənmişdir), həmçinin də iddiaçıya məxsus tikilinin də özbaşına tikili olması səbəbindən, iddiaçının həmin əlavə özbaşına tikilinin cavabdehin hesabına sökülməsini və ərazinin ilkin vəziyyətinin bərpa edilməsini tələb etməkdə subyektiv hüququ yoxdur. Nəticə etibarilə, cavabdehin hərəkət və ya hərəkətsizliyi nəticəsində iddiaçının hər hansı hüququ və mənafeyi pozulmamışdır. Belə olan halda, pozulmayan hüquqlarının bərpa edilməsi ilə bağlı iddiaçının cavabdehə qarşı hazırkı tələblə məhkəməyə müraciət etmək və mübahisə predmeti olan əlavə özbaşına tikilinin sökülməsini tələb etmək üçün subyektiv hüququ olmamışdır.
7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci, Mənzil Məcəlləsinin 24.1, 27.5-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
8. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.
9. Apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə yanaşı həmçinin onunla əsaslandırılmışdır ki, 1-ci instansiya məhkəməsi təyin edilmiş ekspertizaların rəylərinin hec birinə hüquqi qiymət verməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. İddiaçı və nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdilər.
12. Cavabdeh və nümayəndələri isə apellyasiya şikayətinin rədd olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
13. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
14. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.
15. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.
16. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
Azərbaycan Respublikasının Mənzil Məcəlləsi:
17. Maddə 24.1. Yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – razılaşdırmanı həyata keçirən orqan) qərarı əsasında aparılır.
18. Maddə 27.5. Yaşayış sahəsinin özbaşına yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasını aparmış şəxs, əgər bu vətəndaşların hüquqlarını və qanuni mənafelərini pozursa və ya onların həyat və ya sağlamlığına təhlükə yaradırsa, qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır.
19. “Şəhərsalmanın əsasları haqqında” Azərbaycan Respublikası Qanunu
20. Maddə 10. Təsdiq olunmuş şəhərsalma sənədlərində yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsi yalnız yerli icra hakimiyyəti orqanları ilə razılaşdırıldıqdan sonra həyata keçirilir.
21. Maddə 25. Hüquqi və fiziki şəxslər qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanlarının razılığını almadan özbaşına bina və qurğular tikdikdə, mövcud tikililərin funksional təyinatını dəyişdirməklə, onların yenidən planlaşdırma və yenidənqurma işlərini apardıqda inzibati və mülki məsuliyyət daşıyırlar.
“M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarı
22. “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ, müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz”.
Apellyasiya baxışının hədləri
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
24. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən mübahisələndirildiyindən və iddia rədd edildiyindən qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
26. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır.
27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
28. Baxılan iş üzrə iddiaçı belə bir iddia qaldırmaq üçün müvafiq subyektiv hüquqa malik olduğunu təsdiq etmək üçün ilk növbədə öz istifadəsində olan torpaq sahəsinə və tikiliyə mülkiyyət hüququnu təsdiq edən sübutlar təqdim etməli idi. Bu baxımdan iddiaçı öz istifadəsində olan tikiliyə dair hüquqlarının həyata keçirilməsinə cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması tələbini irəli sürməklə bağlı müvafiq subyektiv hüquqa malik şəxs kimi qəbul edilə bilməz.
29. İddiaçı subyektiv hüquqa malik şəxs kimi qəbul olunsa belə, iddia özlüyündə əsassızdır. Belə ki, cavabdeh mübahisəli tikilidə yaşamır. Onun mübahisəyə hər hansı aidiyyəti yoxdur.
30. Nəzərə alınmalıdır ki, mülki işlər üzrə məhkəmə icraatı iddiaçının məhkəməyə təqdim etdiyi ərizə əsasında başlanan icraatdır və iddiasına cavab verməli olan subyekti müəyyənləşdirmək bilavasitə iddiaçının müstəsna hüququdur. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki-prosessual qanunvericilik yalnız iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslərin cavabdeh hesab olunduğunu nəzərdə tutur (MPM-nin 50-ci maddəsi).
31. Kollegiya qeyd edir ki, iddiaçının tələbinə ilk növbədə, onun cavabdeh qismində göstərdiyi şəxsin bu iddiaya cavab verməli olan şəxs olub-olmadığı kontekstində qiymət verilməli və gəlinən nəticəyə uyğun olaraq müvafiq qərar qəbul edilməlidir.
32. Bu kontekstdə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi məhz ona cavab verməli olan şəxsə qarşı irəli sürüldüyü zaman əsaslı hesab edilə və təmin oluna bilər.
33. Bunda əlavə, Məhkəmə Ekspertizası Mərkəzinin 25 avqust 2023-cü il tarixli, 10/3166 saylı ekspert rəyi ilə müəyyən olunmuşdur ki, Məmməd Araz (keçmiş T.Əliyev) küçəsində məhəllə daxili yolda eni 2.7 metr, uzunluğu 13.32 metr, ümumi sahəsi 36.0 kvadrat metr olan 1 mərtəbəli yaşayış kimi istifadə olunan metal konstruksiyalı tikili ilə diametri 159 mm-lik orta təzyiqli qaz xətti arasındakı məsafənin 2.34 metrdir və yerüstü orta təzyiqli qaz xəttinin mühafizə zonasına düşür.
34. Göründüyü kimi, mübahisəli tikilinin yaxınlığındakı qaz borusu iddiaçının qeyd etdiyi kimi yüksək təzyiqli magistral qaz borusu deyil, orta təzyiqli qaz xəttidir.
35. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı işin mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir.
36. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Kollegiya nəzərə alır ki, MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
37. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.