Məhkəmə qərarları › İş №2(103)-10333/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10333/2021

13.10.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10333/2021 13.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-5745/2021 nömrəli, 31.08.2021-ci il tarixli qərardadından Cavabdeh4 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh4 və qeyrilərinə qarşı iddia ərizəsi ilə 30.08.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakla bağlı 12 saylı Dövlət Notariat Kontoru tərəfindən verilmiş 06.01.2017-ci il tarixli, 2V-02 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və həmin şəhadətnamə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh5 və Cavabdeh6 verilmiş çıxarışın ləğv edilməsi; ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakla bağlı 23.02.2017-ci il tarixdə 19 saylı Dövlət Notariat Kontorunda Cavabdeh2, Cavabdeh1, Cavabdeh5, Cavabdeh6 ilə Cavabdeh3 arasında bağlanmış daşınmaz əmlakın alqı-satqısına dair 4Ə-54 reyestr nömrəli müqavilənin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh3 verilmiş çıxarışın ləğv edilməsi; ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakla bağlı 17.01.2018-ci il tarixdə 19 saylı Dövlət Notariat Kontorunda Cavabdeh3 və Cavabdeh4 arasında bağlanmış daşınmaz əmlakın alğısatqısına dair 4Ə-7 reyestr nömrəli müqavilənin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh4 verilmiş çıxarışın ləğv edilməsi; ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka İddiaçı1 1/12 hissədə, İddiaçı2 isə ¼ hissədə miras pay hüququnun müəyyən edilməsi barədə barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar eyni zamanda iddianı təmin etmə tədbirinin tətbiqinə dair ərizə verərək qətnamənin gələcəkdə icrasının təmin edilməsi məqsədi ilə hazırda mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh4 adına qeydiyyata alınmış ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5745/2021 nömrəli, 31.08.2021- ci il tarixli qərardadına əsasən ərizə qismən təmin edilərək ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın özgəninkiləşdirilməsi qadağan edilmişdir. Cavabdeh4 20.09.2021-ci il tarixdə məhkəməyə şikayət ünvanlayaraq ünvan 2dadının ləğv edilərək ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın özgəninkiləşdirilməsiniə qadağanın qoyulmasına dair iddia təmin tədbirinə dair ərizənin rədd olunması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-5745/2021 nömrəli, 22 sentyabr 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə baxılması vaxtı və yeri haqqında işdə iştirak etməli olan şəxslərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, səbəbini göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 157.1-ci maddəsinə əsasən maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Həmin Məcəllənin 158.1-ci və 158.1.1-ci, 158.1.2-ci və 158.1.3-cü maddəsinə əsasən, iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq; müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək; mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək kimi müvəqqəti təminat tədbirləri tətbiq edilə bilər. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayətdə göstərilən dəlillər qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, birinci instansiya məhkəməsi iddianı təmin tədbirinin tətbiqinə dair ərizəni qismən təmin edərkən tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Çünki, iddianın məzmunundan da görünür ki, iddiaçı vərəsəlik şəhadətnaməsinin və alqı satqı-müqavilələlərinin etibarsızlığını, eləcə də özgəninkiləşdirilməsi qadağan edilən daşınmaz əmlaka dair payların müəyyən edilməsini tələb edir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, məhkəmənin müvəqqəti təminat tətdbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıdığından və işi qabaqcadan mahiyyəti üzrə həll etmədiyindən, hazırki iş üzrə də təminat tədbiri iddia tələbinin məzmununa və həddinə uyğundur. Mülki Prosessual Məcəlləsinin 398.0 və 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək etmək hüququ vardır. Şərh olunanları nəzərə alaraq, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilmədən Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-5745/2021 nömrəli, 31.08.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: Cavabdeh4 şikayəti təmin edilməsin. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-5745/2021 nömrəli, 31.08.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar