Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10349/2021 13.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Məmmədova Nigar Kərəm qızının katibliyi, İddiaçı, Cavabdeh vəkili X4 iştirakları ilə, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1371/2021 saylı, 14.07.2021-ci il tarixli, qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı X6 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, S.Vurğun küçəsi, 1 saylı evin 13 saylı mənzilinə dair 01.06.2016-cı il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, AR ƏMDK DƏDRX-nin Bakı 1 saylı Ərazi İdarəsi tərəfindən Cavabdeh adına aparılmış qeydiyyatın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı X6 31.05.2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, özünün əsl İddiaçı ilə əvəz edilməsini və X2 cavabdeh kimi işə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə tərəfindən AR MPM-nin 54.1-ci maddəsinə əsasən iddiaçı X6 əsl İddiaçı ilə əvəz edilmiş və X3 cavabdeh kimi işə cəlb olunmuşdur. İddiaçı 14.07.2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh qarşı heç bir iddia qaldırmadığını və onun adından verilmiş etibarnamədən sui-istifadə olunaraq məhkəməyə iddia ərizəsi ünvanlandığını və imzalandığını, tərəfindən verilmiş etibarnamələrə notarial qaydada xitam verildiyini və bu məlumatı “Elektron notariat” X1 çıxarılmış Məlumatın təsdiq etdiyini bildirmiş və iddia ərizəsindən imtina etdiyini bildirərək işin icraatına xitam verilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri ünvan 1adı ilə ərizə təmin edilmişdir. İddiaçı 24.09.2021-ci il tarixdə məhkəməyə şikayət ünvanlayaraq, ünvan 1adının ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, o, 14.07.2021-ci il tarixli ərizəni yazarkən hirsli olmuşdur, iş üzrə icraata xitam verilməsini istəmir, işə mahiyyəti üzrə baxılmasını istəyir. İddiaçı tərəfindən həmin qərardaddan verilmiş şikayət məhkəmənin eyni saylı, 27.09.2021-ci il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı şikayəti müdafiə edərək təmin edilməsini xahiş etdi, həmçinin bildirdi ki, iş üzrə icraata xitam verilməsi barədə ərizəni özü yazıb imzalamışdır, lakin hazırda işə baxılmasını istəyir. Bu səbəbdən, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə Kollegiyaının iclasında Cavabdeh vəkili E.Hacıyev şikayətlə razılaşmayaraq təmin edilməməsini xahiş etdi. Şikayətə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, digər cavabdeh məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPMin 376.2-ci maddəsinə əsasən şikayətə onun iştirakı olmadan baxılması mümkündür. Məhkəmə kollegiyası mülki işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə qəbul edilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 261.0.4 maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. İddiaçı özü də məhkəmə iclasında həmin ərizəni yazdığını etiraf etmişdir. Bu baxımdan, rayon məhkəməsi həmin ərizə əsasında iş üzrə icraata xitam verilməkdə haqlı olmuşdur. Məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının sonradan mövqeyini dəyişməsi icraata xitam barədə məhkəmə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, qərardad qanuni və əsaslı, şikayət isə əsassız olmaqla, qərardadın ləğvinə səbəb olmadığından təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 398-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2020-ci il 1 yanvar tarixdən qüvvəyə minmiş) 09 iyul 2019-cu il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmuşdur. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259-260, 398, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı X6 tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1371/2021 saylı, 14.07.2021-ci il tarixli, qərardadı onun şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 10 gün müddətində, Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-10349/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10349/2021
13.10.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver