Məhkəmə qərarları › İş №2(103)-10352/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10352/2021

01.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10352/2021 01.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Vəfaddin Ələm oğlu İbayev (sədrlik edən və məruzəçi), Şeyda Ədalət qızı Məhərrəmova və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Şirinova Səbinə Eldəniz qızının katibliyi ilə, İddiaçının vəkili X1 iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1154/2020 saylı mülki iş üzrə qəbul etdiyi 06 oktyabr 2020-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, satılmış mənzillərin ümumi dəyəri ******* (dörd milyon yüz əlli yeddi min səkkiz yüz iyirmi beş) manat məbləğində pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı MTK-ya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 06.10.2020-ci il tarixdə keçirilən məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq İddiaçınə və Cavabdeh1 məhkəmə heç bir üzrlü səbəb təqdim etmədən iddiaçının nümayəndəsi və Cavabdeh1 məhkəmə iclasına gəlməmişlər. Bundan başqa tərəflər işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Həmin məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iddiaçının nümayəndəsinin iştirakı olmadan işə Cavabdeh2 aid hissədə mahiyyəti üzrə baxılmasını tələb etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 06.10.2020-ci il tarixli, 2(009)-1154/2020 saylı qərardadı ilə iddia ərizəsinin Cavabdeh1 aid hissədə baxılmamış saxlanılması qərara alınmışdır. İddiaçı Cavabdeh2 qarşı iddia tələbinə 06 oktyabr 2020-ci ildə məhkəmədə baxılmış və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 06.10.2020-ci il tarixli, 2(009)-1154/2020 saylı qətnaməsi ilə İddiaçı “pul” tələbinə dair iddia tələbi Cavabdeh2 münasibətdə rədd edilmişditr. İddiaçı Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 06.10.2020-ci il tarixli, 2(009)- 1154/2020 saylı qərardadından və eyni tarixli qətnaməsindən ayrılıqda şikayət vermişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 15 sentyabr 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iddiaçının vəkili X2 şikayəti müdafiə edərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1154/2020 saylı mülki iş üzrə qəbul etdiyi 06 oktyabr 2020-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Birinci instansiya məhkəməsi də həmin maddəyə əsaslanaraq iddia ərizəsinin baxılmamış saxlanılması nəticəsinə gəlmişdir. İddiaçı isə onun və Cavabdeh1 məhkəmə iclasına gəlmədiyinə əsaslanaraq hazırkı şikayəti vermişdir. Mülki Prosessual Məcəllənin 260.5-ci maddəsinə əsasən məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, bu Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Lakin iddiaçı tərəfindən məhkəmə iclasına üzlrü səbəbdən gəlməməsi barədə heç bir səbəb göstərilməmiş və bununla bağlı hər hansı sübut da təqdim edilməmişdir. Həmçinin, iş materiallarından görünür ki, İddiaçı 06 oktyabr 2020-ci il tarixində məhkəmə iclasının keçiriləcəyindən məlumatlı olmuş (səh. 60), məhkəmə Cavabdeh2 münasibətdə iddia tələbinə baxaraq iddia tələbini təmin etməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslı, şikayətdə göstərilən dəlillər isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1154/2020 saylı mülki iş üzrə qəbul etdiyi 06 oktyabr 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən: Vəfaddin İbayev Hakimlər: Rəşad Həsənov Şeyda Məhərrəmova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar