Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10353/2021 05.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər – Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsilə, X1 və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-650/21saylı 26 avqust 2021-ci il tarixli qətnaməsindən Cavabdeh ASC tərəfindən verilmiş şikayətini nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı “istehlakçı hüquqlarının bərpası” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci Yaşayış Massivi, 3 saylı evə quraşdırılmış su sayğacının göstəricisindən əlavə ödənişin ondan Cavabdeh ASC və onun qurumları tərəfindən tələb edilməsinin qadağan olunması və sayğacdan kənar hesablanmış borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-650/2021 saylı, 26.08.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Cavabdeh ASC apellyasiya şikayəti verərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-650/2021 saylı, 26.08.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qeyrimümkün hesab edilməlidir. Belə ki, MPM-nin 363.1.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Göründüyü kimi, Mülki Prosessual Məcəllənin 363.1.2-ci maddəsinin tələbləri baxımından apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilməli olan dövlət rüsumu məhz müəyyən edilmiş qaydada və müəyyən edilmiş məbləğdə ödənilməlidir. Hazırkı iş üzrə verilmiş apellyasiya şikayətinə əlavə edilmiş dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbzdən isə görünür ki, dövlət rüsumu hazırkı iş iş üzrə yekun məhkəmə aktı çıxarılmamışdan əvvəl 23.01.2020-ci il tarixdə ödənilmiş və qeyd olunan qəbzin əsli deyil surəti əlavə edilmişdir. Odur ki, kollegiya hesab edir ki, qanunla nəzərdə tutulmuş məbləğdə dövlət rüsumu ödənilmədiyindən istinad edilən prosessual hüquq norma baxımından hazırkı işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli, qətnamədən verilən apellyasiya şikayətinin geri qaytarılması üçün mülki iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Həmin Məcəllənin 366.1 və 366.2-ci maddələrinin tələblərinə görə apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yaranmış vəziyyətdə isə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin «Neft Kəmərləri» İdarəsinin şikayətinə baxılması qeyri-mümkün hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 363, 364 və 366-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ : Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-650/21saylı 26 avqust 2021-ci il tarixli qətnaməsindən Cavabdeh ASC tərərfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyrimümkün hesab edilsin. Apellyasiya şikayətinin geri qaytarılması üçün mülki işin materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədirlik edən: Sərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-10353/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10353/2021
05.10.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver