Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1037/2023 14.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh iştirakı ilə, Binəqədi Rayon Məhkəməsinin 2(001)-689/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İşin faktiki halları: İddiaçı Şirkəti Cavabdeh qarşı şirkətin ərazisi hüdudları daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılmasına, özbaşına tikilinin cavabdehin hesabına sökülməsinə və torpaq sahəsinin boşaldılaraq iddiaçının istifadəsinə qaytarılmasına dair iddia ilə məhkəməyə müraciət etmişdir. Binəqədi Rayon Məhkəməsinin 2(001)-689/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə (hakim Səadət Səlimova) iddia ərizəsi təmin edilmiş, Cavabdeh X4 Şirkətinin Saziş ərazisi hüdudlarında, 1 saylı mədənin 4-cü sahəsində və Şirkətin ərazi hüdudları daxilində, (1. 401 689,792 4 480 409,693; 2. 401 698,354 4 480 410,138; 3. 401 698,910 4 480 399,018; 4. 401 689,903 4 480 398,796 koordinatları daxilində) inşa edilmiş özbaşına tikilidən çıxarılması qət edilmişdir. Cavabdeh E.Xanməhmədli apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Cavabdeh E.Xanəhmədli apellyasiya şikayətini müdafiə edərək qeyd etmişdir ki, o əsl cavabdeh-iddia tələblərinə cavab verməli şəxs deyil, həmin torpaq sahəsinin sahibi deyil, orda qanunsuz tikili tikməyib. Ümumiyyətlə, onun mülki işə cavabdeh kimi cəlb olunduğundan və qətnamə üzrə borcu olduğundan “Soliton” mağazasında məişət texnikası alanda xəbəri olub, rayon məhkəməsində də prosesdə iştirak etməmişdir, həmçinin iddia ərizəsinin geri qaytarılmasına etiraz etmədiyini bildirdi. İddiaçının nümayəndəsi K.Hacıyev bildirmişdir ki, araşdırma zamanı həqiqətən, müəyyən olunmuşdur ki, Cavabdeh iş üzrə əsl cavabdeh deyil, bu səbəbdən rayon məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın geri qaytarılmasını və mülki işin baxılmamış saxlanılmasını xahiş etmişdir. Apellyasiya Məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iddia ərizəsi baxılmamış saxlanılaraq geri . Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 391-ci maddəsinə əsasən həmin Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir Göstərilən Məcəllənin 259.0.11-ci maddəsinə görə, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə Məhkəmə ərizəni baxılmamış saxlayır. MPM-in 384.0.5-cü maddəsinə görə birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı vəziyyət istisna təşkil edir, çünki mülki iş materiallarından və cavabdehin də izahatından məlum olur ki, Cavabdeh birinci instansiya məhkəməsində prosesdən xəbərsiz olmuş, birinci instansiyada iştirak etməmişdir, belə olan halda 259.0.11-ci maddənin hazırkı mərhələdə tətbiq edilməsi mümkün olduğundan ərizə təmin edilməli, rayon məhkəməsinin qətnaməsi ləğv olunmalı, iddia ərizəsi baxılmamış saxlanılaraq geri qaytarılmalıdır. Nəticə: Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Binəqədi Rayon Məhkəməsinin 2(001)- 689/2021 saylı, 08 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia ərizəsi baxılmamış saxlanılaraq geri qaytarılmalıdır. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardad, kassasiya şikayəti verilməsi nəzərdə tutulan qərardad hesab olunmadığından ondan şikayət verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 259.0.11, 261, 262, 263-264, 391, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı Şirkəti tərəfindən verilmiş iddia ərizəsinin baxılmadan geri qaytarılmasına dair ərizə təmin edilsin. Binəqədi Rayon Məhkəməsinin 2(001)-689/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilsin, İddiaçı Şirkətinin Cavabdeh qarşı “özbaşına tikilidən çıxarılma, tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq iddiaçıya qaytarılması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılaraq geri qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardad qətidir, qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-1037/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1037/2023
14.03.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver