Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10373/2021 07.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı "xxxx" MTK-nın nümayəndəsi X3, Cavabdeh və onun nümayəndəsi X1, Qətnamə ilə maraqlarına toxunulan şəxs X4 və onun nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" MTK-nın Cavabdeh qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair ilk iddiası və Cavabdeh "xxxx" MTK-ya qarşı pul tələbinə dair qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 04 iyul 2018-ci il tarixli 2(007)-1527/2018 saylı qətnaməsindən X5 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MTK Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospektində yerləşən "xxxx" MTK-ya məxsus yaşayış binasının 1-ci giriş, 12-ci mərtəbəsində, ümumi sahəsi 100,17 kv.m olan 2 otaqlı 62 saylı mənzilin müqavilə əsasında Cavabdeh verilməsi barədə bağlanmış 19 sentyabr 2016-cı il tarixli “Mənzil tikintisi haqqında müqavilə”nin və 19 sentyabr 2016-cı il tarixli “Müqavilə”nin etibarsız hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh isə "xxxx" MTK-ya qarşı qarşılıqlı iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək "xxxx" MTK-dan ona məxsus olan 65111 manat pulun, əldən çıxmış faydaya görə 10000 manat pulun və ona vurulmuş mənəvi zərərə görə 5000 manat pulun, cəmi 80111 manat pul vəsaitinin, dövlət rüsumuna görə ödənilmiş 30 manatın onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 04 iyul 2018-ci il tarixli 2(007)-1527/2018 saylı qətnaməsi ilə ilk iddia təmin edilmiş, Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospektində yerləşən "xxxx" MTK-ya məxsus yaşayış binasının 1-ci giriş 12-ci mərtəbəsində, ümumi sahəsi 100,17 kv.m olan 2 otaqlı 62 saylı mənzilin Cavabdeh verilməsi barədə bağlanmış 19 sentyabr 2016-cı il tarixli “Mənzil tikintisi haqqında müqavilə”nin və 19 sentyabr 2016-cı il tarixli “Müqavilə”nin etibarsız hesab edilməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, "xxxx" MTK-dan 65111 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat pulun alınıb Cavabdeh verilməsi, qarşılıqlı iddia tələbinin qalan hissədə rədd olunması qət edilmişdir. 09 iyul 2019-cu il tarixdə qətnamədən maraqlarına toxunulan şəxs kimi X5 apellyasiya şikayəti verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 04 iyul 2018-ci il tarixli 2(007)-1527/2018 saylı qətnaməsinin qismən, Cavabdeh qarşılıqlı iddia tələbinin qismən, "xxxx" MTK-dan 65111 manat pulun alınıb Cavabdeh verilməsinin təmin edilməsi hissəsində ləğv edilməsi və həmin hissədə qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 oktyabr 2019-cu il tarixli 2(103)-12034/2019 saylı qərardadı ilə apellyasiya şikayəti mümkün hesab edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 noyabr 2019-cu il tarixli 2(103)-13278/2019 saylı qətnaməsi ilə iş üzrə maraqlarına (hüquq və vəzifələrinə) toxunulan şəxs X4 apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 04 iyul 2018-ci il tarixli qətnaməsi qismən (qarşılıqlı iddia ərizəsinin təmin edildiyi hissədə) ləğv edilmiş və iddiaçı Cavabdeh "xxxx" MTK-ya qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməmiş, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin 25 noyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilərək qarşılıqlı iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir Azərbaycan Respublikası Ali Məhkəməsinin 21 avqust 2020-ci il tarixli 2(102)- 2730/2020 saylı qərarı ilə Cavabdeh kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 25 noyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və işə apellyasiya qaydasında yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 fevral 2021-ci il tarixli 2(103)-673/2021 saylı qətnaməsi ilə X4 apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 04 iyul 2018-ci il tarixli 2(007)-1527/2018 saylı qətnaməsi qismən---qarşılıqlı iddia ərizəsinin təmin olunduğu hissədə ləğv edilmiş və iddiaçı Cavabdeh "xxxx" MTK-ya qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməmiş, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 23 avqust 2021-ci il tarixli 2(102)- 3504/2021 saylı qərarı ilə Cavabdeh kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-673/2021 saylı iş üzrə 11 fevral 2021ci il tarixli qətnaməsi ləğv edilmiş və işə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilmişdir. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası hazırkı işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin 23 avqust 2021-ci il tarixli qərarında şərh olunan göstərişləri nəzərə almışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin tələbinə görə kassasiya qaydasında işə baxan məhkəmənin qərarında şərh olunan göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 fevral 2012-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi üçün məcburidir. Hazırkı mülki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 23 avqust 2021-ci il tarixli qərarındakı göstərişlər Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarında nəzərdə tutulmuş “qanuni hədlər daxilində” olduğundan, məhkəmə kollegiyası həmin göstərişlərlə razılaşaraq və onları nəzərə alaraq aşağıdakıları qeyd edir. Belə ki, işə bundan əvvəl baxan Ali Məhkəmə istinad olunan qərarında göstərmişdir ki, “apellyasiya instansiya məhkəməsinin buna hüququ olmayan şəxsin verdiyi apellyasiya şikayəti əsasında işə mahiyyəti üzrə baxaraq qəbul etdiyi qərar yuxarıda qeyd edilən prossesual hüquq normalarının pozulması ilə qəbul edildiyindən və bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnə bildiyindən ləğv edilməli, yuxarıda şərh olunan halları nəzərə almaqla, X4 apellyasiya şikayətinin mümkünlük məsələsi yenidən müzakirə olunması üçün iş yeni apellyasiya baxışına qaytarılmalıdır.” Apellyasiya icraatı qaydasında yenidən işə baxılarkən Alış Vəliyev, onun nümayəndəsi Ramiz İbrahimov və iddiaçının nümayəndəsi Asəf Məmmədov mübahisələndirilən qətnamənin Alış Vəliyevin maraqlarına birbaşa toxunduğunu bildirərək apellyasiya şikayətinin mümkün hesab edilməsini, Cavabdeh və onun nümayəndəsi İlqar Cəfərov isə şikayətin qeyri-mümkün hesab edilməsini xahiş etdilər. Aşağıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 04 iyul 2018-ci il tarixli 2(007)-1527/2018 saylı qətnaməsindən X4 apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 15.4-cü maddəsinə əsasən məhkəmə aktları maraqlı şəxslərin mənafelərinə toxunduqda bu aktların məcburiliyi işdə iştirak etməyən maraqlı şəxslərin öz hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün məhkəməyə müraciət etmələri imkanını istisna etmir. Həmin Məcəllənin 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Yenə həmin Məcəllənin 357.2-ci maddəsinə əsasən, həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. X4 apellyasiya şikayətinin məzmunundan görünür ki, onun direktoru olduğu "xxxx" MMC ilə "xxxx" MTK arasında liftlərin quraşdırılmasına dair 21 iyul 2016-cı il tarixli 23 saylı müqaviləyə əsasən görülən işlərin dəyərinin bir hissəsi kimi "xxxx" MTK tərəfindən mübahisəli mənzilin satış üçün icraçıya ayrılması Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 04 iyul 2018-ci il tarixli 2(007)-1527/2018 saylı qətnaməsi qüvvədə saxlanılarsa və gələcəkdə icra edilərsə, onda X5 liftlərin dəyərinin bir hissəsinin əvəzi olaraq ona ayrılmış mübahisəli mənzildən və həmin mənzilin satışından əldə etməli olduğu vəsaitdən məhrum ola bilər. İşə təkrar apellyasiya qaydasında baxan məhkəmə kollegiyası belə hesab edir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 04 iyul 2018-ci il tarixli 2(007)-1527/2018 saylı qətnaməsindən X4 apellyasiya şikayəti üzrə apellyasiya mümkün hesab edilərkən, qətnamənin X4 maraqlarına (hüquq və vəzifələrinə) toxunmaması, liftlərin quraşdırılmasına dair 21 iyul 2016-cı il tarixli 23 saylı müqavilənin fiziki şəxs X5 ilə yox, "xxxx" MMC ilə "xxxx" MTK arasında bağlanması nəzərə alınmamışdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiyanın mümkünlüyü barədə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 05 oktyabr 2019-cu il tarixli 2(103)-12034/2019 saylı qərardadı ləğv edilməli, X4 apellyasiya şikayəti qeyri-mümkün hesab edilərək mülki iş apellyasiya şikayətinin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Həmin Məcəllənin 384.0.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Yuxarıda göstərilənlərə əsasən, Mülki Prosessual Məcəllənin 366, 384.0.6 və 402ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiyanın mümkünlüyü barədə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 oktyabr 2019-cu il tarixli 2(103)-12034/2019 saylı qərardadı ləğv edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 04 iyul 2018-ci il tarixli 2(007)-1527/2018 saylı qətnaməsindən X4 apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və mülki iş apellyasiya baxışından çıxarılmaqla apellyasiya şikayətinin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə yazılı formada kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-10373/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10373/2021
07.12.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver