Məhkəmə qərarları › İş №2(103)-1038/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1038/2020

08.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1038/2020 08.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Türkmənli Lamiyə Elman qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «təbii qazdan istifadə qaydalarının pozulmasına görə yaranmış borc və debitor borcun tutulması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(003)-3202/2019 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı «təbii qazdan istifadə qaydalarının pozulmasına görə yaranmış borcun tutulması» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 7040,70 manat məbləğində borc və 30 manat dövlət rüsumunun İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırmışdır ki, Cavabdeh İddiaçı Bakı X3 Departamentində qeydiyyatda olmaqla ünvan 1 B ünvanında (fərdi yaşayış evi) müqavilə əsasında fasiləsiz təbii qazdan istifadə edir. Həmin ünvana İddiaçı Bakı X3 Departamenti tərəfindən **********00501 saylı hesab nömrəsi verilmişdir. Qeyd olunan ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində G-4 markalı, 1102AQ**********8 nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavadeh Cavabdeh məxsus fərdi yaşayış evində istifadə edilmiş 1610,9 manat əvvəlki borcu 3 E proqramına keçirilmişdir. 3 E proqramına əsasən istehlakçının mənzilində smartkart tipli qaz sayğacı quraşdırıldıqdan sonra xüsusi kart vasitəsi ilə istehlakçı öncədən ödənişlər aparır və təbii qazdan fasiləsiz istifadə edir. Əgər smartkart sayğacdan əvvəl quraşdırılmış mexaniki qaz sayğacından istifadə nəticəsində debutor borc qalırsa, həmin borc məbləği xüsusi karta keçirilir və hər dəfə karta pul məbləği yüklənərkən 30 % debutor borca (borc qurtaranadək) 70% təbii qazdan istifadəüçün yüklənir. Lakin cavabdeh iddiaçı tərəfindən edilən güzəştdən səmərəli istifadə etməmiş, qeyri-qanuni təbii qazdan istifadə etmək üçün başqa yollara əl atmışdır. Belə ki, Cavabdeh qeyri-qanuni təbii qazdan istifadə nəticəsində xx.xx.2016-cı il tarixli, ******* saylı akt əsasında 172,80 manat, xx.xx.2016-cı il tarixli, ******* saylı akt əsasında 107,10 manat, xx.xx.2016-cı il tarixli, ******* saylı akt əsasında 109,10 manat, xx.xx.2016-cı il tarixli, ******* saylı akt əsasında 245,70 manat, xx.xx.2016-cı il tarixli, ******* saylı akt əsasında 436 manat, xx.xx.2017-ci il tarixli, ******* saylı akt əsasında 729,80 manat və xx.xx.2017-ci il tarixli, ******* saylı akt əsasında 364,20 manat olmaqla, cəmi 2164,70 manat (3 E proqramına keçirilən borcdan xaric) İddiaçı İB-yə ziyan vurmuşdur. Hazırda cavabdehin qazdan istifadə qaydalarını pozduğuna görə 3140,90 manat borcu vardır. Cavabdeh onunla bağlanmış “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilənin müvafiq bəndlərini pozmaqla üzərinə götürdüyüöhdəlikləri yerinə yetirməmişdir. Belə ki, müqavilənin 2.3.2-ci bəndinəəsasən istehlakçı “Qazdan istifadə Qaydaları”nın tələblərinəəməl etməlidir. Müqavilənin 3.4-cü bəndinəəsasən hesab istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən sonra bir ay müddətində istehlakçı tərəfindən bank və ya poçt şöbələri vasitəsi ilə tam ödənilməlidir. Ona görə də təbii qazdan istifadəyə görə yaranmış 3140,90 manat məbləğində borcun Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(003)- 3202/2019 saylı qətnaməsi ilə (hakim Zeynəb Axundova) iddia ərizəsi rədd edilmişdir. İddiaçı birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın tam təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini – iddia ərizəsində göstərilənlərə uyğun qaydada əsaslandırmış, həmçinin birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olmasını, iddanın təmin olunmalı olmasını və s. göstərmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə baxışında iştirak edən cavabdeh apellyasiya şikayətinə etiraz edərək,birinci instansiya məhkəməsində veridyi izahatına uyğun izahat vermiş,məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya rəsmi qaydada məlumat verilmiş,lakin məhkəmə iclasına gəlməmişdir. Bu səbəbdən də,məhkəmə kollegiyası,Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakiminməruzəsini və izahatları dinləyib,iş üzrə toplanmış sübutları tam,hərtərəfli və obyektivaraşdırıb,apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymətverərəkhesabedirki,apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə» müqavilənin surətindən görünür ki, İddiaçı Bakı X3 Departamenti ilə Cavabdeh arasında xx.xx.2016-cı il tarixdə 03/1027 saylı müqavilə bağlanmışdır. İşdə olan abonent saldosunun surətindən görünür ki, Cavabdeh məxsus ünvan 1 B ünvanına verilən qaz xətti üzrə abonent kodu **********00501 sayla qeydiyyata alınmışdır. İşdə olan xx.xx.2016-cı il tarixli, ******* saylı, xx.xx.2016-cı il tarixli, ******* saylı, xx.xx.2016-cı il tarixli, ******* saylı, xx.xx.2016-cı il tarixli, ******* saylı, xx.xx.2016-cı il tarixli, ******* saylı, xx.xx.2017-ci il tarixli, ******* saylı və xx.xx.2017-ci il tarixli, ******* saylı aktların surətlərindən görünür ki, istehlakçı Cavabdeh qeyri-qanuni olaraq sayğacdan kənar təbii qazdan istifadə edir. Odur ki, kənar xəttin ləğv olunması, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb olunur. Aktlarda Cavabdeh aktlarıı imzalamaqdan imtina etdiyi qeyd olunmuşdur. İddiaçı qeyd edilən aktlara əsaslanaraq, cavabdeh tərəfindən qeyri-qanuni olaraq sayğacdan kənar təbii qazdan istifadə etməsinin aşkar olunmasını iddia etmiş, həmin aktlara əsasən əlavə sərfiyyat hesablanmasını və s. göstərmişdir. Cavabdeh isə etirazının əsası kimi sayğacdan kənar təbii qazdan istifadə etməməsini, aktların birtərəfli qaydada tərtib olunmasını, onun iştirakının təmin olunmamasını və s. göstərmidir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən - iddiaçının sübutetmə yükünü həyata keçirə bilməməsinə, zərərin hesablanmasına əsas olmuş aktlar tərtib edilərkən abonentin iştirakı təmin edilməməsinə və s. əsaslanmışdır. Məhkəmə kollegiyası iddianın rədd olunması ilə bağlı hissələrdə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, həmçinin aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx xxx 2011-ci il tarixli 80 saylı Qərarının 6.5-ci bəndinə əsasən (bundan sonra, Qaydalar) qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qaydaların 6.7-ci bəndinə əsasən, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan isehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. «Qaz təchizatı haqqında» Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. İddiaçının iddia etdiyi aktlardan görünür ki, onlar qanunvericiliyin tələblərinə zidd olaraq birtərəfli qaydada, iddiaçının (və ya onun hər hansı ailə üzvünün) iştirakı təmin olunmadan tərtib olunmuş, eyni zamanda aktın bir surəti abonentə təqdim olunmamış və ya göndərilməmişdir. Halbuki, Qaydaların yuxarıda qeyd edilən tələblərinə görə şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Həmçinin, iddiaçı tərəf keçən müddət ərzində cavabdehə ziyanın ödənilməsi istiqamətində rəsmi xəbərdarlığın, bildirişin və s. bu kimi hər hansı sənədin göndərilməsinə dair də sübut təqdim edə bilməmişdir. İddia ərizəsinə əlavə olunmuş fotoşəkillərdən də müdaxilə faktının olmasını müəyyən etmək olmur. Eyni zamanda, işdən görünür ki, birinci instansiya məhkəməsi yerində müayinə (baxış) həyata keçirmiş və sayğacdan kənar təbii qazdan istifadə halı aşkar olunmamışdır. Buna baxmayaraq, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinin tam, hərtərəfli və obyektiv yoxlanılması, həmçinin cavabdeh tərəfindən sayğacdan kənar təbii qazdan istifadə və s. bu kimi halların mövcud olub-olmamasının müəyyənləşdirilməsi istiqamətində iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmişdir. Daxil olmuş, Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 10/56- 9/181 nömrəli ekspertiza rəyindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Q.İsmayılov küçəsi, 12 ünvanında yerləşən, cavabdehə məxsus fərdi yaşayış evində sayğacdan kənar təbii qazdan istifadə halı, eləcə də paylayıcı qaz xəttinin üzərində sayğacdan kənar qoşulmaya xarakterik olan (qaynaq, borucuq və s.) işlər aşkar olunmamışdır. Göründüyü kimi, ekspertiza rəyi ilə də sayğacdan kənar təbii qazdan istifadə halı, eləcə də paylayıcı qaz xəttinin üzərində sayğacdan kənar qoşulmaya xarakterik olan (qaynaq, borucuq və s.) işlər aşkar olunmamışdır. İddiaçı isə tərtib olunmuş aktlara əsasən cavabdehdən dəymiş ziyan tələb edir. Halbuki, cavabdehin həmin aktlarda göstərilən delikti (hüquqazidd, təqsirli əməli) törətməsinə dair məhkəməyə hər hansı sübut təqdim olunmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. MM-nin 1096.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qanunvericiliyin qeyd edilən müddəalarının tələblərinə əsasən, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. İlkin olaraq zərər hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə vurulmalıdır. Digər şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Məhkəmə baxışı zamanı isə, iddiaçı təşkilat müxtəlif tarixlərdə tərtib olunmuş aktlarda göstərilən pozuntuların mövcudluğunu, eyni zamanda cavabdehin bu istiqamətdə təqsirli, hüquqa zidd əməllərinin (hərəkətlərinin) olmasını ehtiva edən halları sübut edə bilməmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçı cavabdeh tərəfindən etiraf edilməyən və qanunuliyi mübahisələndirilən aktlar üzrə özünün istinad etdiyi halları, yəni aktların qəbul edilməsi üçün əsas olmuş halları əsaslandıra və sübut edə bilməmişdir. Göründüyü kimi, məhkəmə araşdırması zamanı iddiaçı tərəf tələb və etirazının əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq,hesab edir ki,birinci instansiya məhkəməsinin qətnaməsi əsaslı və qanunidir.Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla,qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası həmçinin, məhkəmə xərclərinə də hüquqi qiymət verərək, qeyd edir ki, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsində icraat zamanı 102 manat ekspertiza xərci (məhkəmə xərci) mövcud olmuşdur ki, həmin məhkəmə xərci də iddiaçıya aid edilməlidir. Şərh edilənlərə əsasən və MPM-in 372, 382,384.0.1,393və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «təbii qazdan istifadə qaydalarının pozulmasına görə yaranmış borc və debitor borcun tutulması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(003)-3202/2019 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(003)-3202/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Məhkəmə xərci İddiaçın aid edilsin. İddiaçıdan aparılmış ekspertiza tədqiqatının dəyəri olan 102 (bir yüz iki) manat tutlaraq Məhkəmə Ekspertizası Mərkəzinə (ekspertiza xərclərinə dair bildirişlərə əsasən xərcin keçiriləcəyi hesab – Dövlət Xəzinədarlığı Ağentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar