Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10389/2021 24.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X7 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 07 iyun 2021-ci il tarixli, 2(006)-2587/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Pənah qızına qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə İddiaçı arasında bağlanmış 3M-909 saylı, 30.08.2017-ci il tarixli kredit müqaviləsinin etibarsız sayılaraq ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı arasında 30.08.2017-ci il tarixli kredit müqaviləsi imzalanmışdır. Kredit müqaviləsi üzrə qarşı Cavabdeh İddiaçı 24.000 (iyirmi dörd min) manat borc verilməsi qeyd edilmişdir, halbuki işin halları aşağıdakı qaydadır: Cavabdeh özü də borc tələbinə dair digər məhkəmədə verdiyi izahatlarda da qeyd etmişdir ki, İddiaçı X5 tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə tanışı X4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında əvvəlcədən hazırladıqları plana əsasən Fərid Eldarov öz hərəkətləri və söhbətləri ilə onu aaldadaraq Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kiçik Gəmilər İdarəsinə rəis vəzifəsinə işə qəbul olunmasında köməklik edəcəyinə dair yalan vəd verib ondan birinci dəfə 2014-cü il oktyabr ayının sonlarında ünvan 1 ünvanda yerləşən Hərbi Hospitalın inzibati binasının qarşısında 20.000 manat, ikinci dəfə eyni niyyətlə Fərid Eldarov vasitəsi ilə Bakı şəhəri Nizami rayonu Qara Qarayev prospektində yerləşən metronun yanında Qara Qarayev stansiyası”nm çıxışında 4000 manat, üçüncü dəfə bir neçə gün sonra eyni niyyətlə Fərid Eldarov vasitəsi ilə Bakı şəhəri Nizami rayonu Qara Qarayev prospektində yerləşən metronun “Qara Qarayev stansiyası”nın çıxışında 4000 manat, dördüncü dəfə isə 2014-cü il noyabr ayının sonlarında eyni niyyətlə Fərid Eldarov vasitəsi ilə ünvan 2 ünvanın qarşısında 1500 manat pul alaraq ümumilikdə 29500 manat məbləğində külli miqdarda ziyan vurub ələ keçirdikləri pulu öz aralarında bölməklə dələduzluq etmişdir. Bundan başqa, X5 ilə X4 əlbir olaraq yüksək vəzifəli tanışlarının vasitəsilə işə qəbul etdirəcəyinə dair yalan vəd verib X6 1500 manat, Ramil Abdullayevdən 13000 manat, Natiq Eyyubovadn 10.000 manat, Fərid Həsənovadan 2500 manat, Şahid Ömərovadan 13000 manat, Aysel Rzayevadan 5000 manat alaraq onlara külli miqdarda ziyan vuraraq dələdüzlüq etmişdir. Nəticədə iddiaçının oğlu X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsilə cinayət məsuliyyətinə cəlb edilmişdir. X3 cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılarkən İddiaçı bir sıra zərərçəkmişlərə dəymiş ziyanı ödəmişdir ki, oğlunu azadlığa buraxsınlar. Lakin ona dəyən ziyan ödənilmədiyindən İddiaçı ona təkilif etmişdir ki, dəymiş ziyanı ödəmək üçün hazırda vəsaiti yoxdur. Oğlunun azadlığa buraxılması üçün onun məhkəmədə dəymiş ziyanın ödənilməsi barədə iltizam verməsi lazımdır. Lakin dəymiş ziyanın ödənilməsinə dair məhkəmədə iltizam və izahat verməyin müqavilində onunla borc müqaviləsi bağlayaraq gələcəkdə dəymiş ziyanı ödəyər, bu şərtlə ki, məhkəmədə oğlu azad edilsin. O bu təkliflə razılaşaraq İddiaçı ilə sözügedən müqaviləni notariusda bağlamışdır. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 07 iyun 2021-ci il tarixli, 2(006)-2587/2021 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən İddiaçı İsfənidiyar oğlu apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin tam təmin edilməsini və Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 07 iyun 2021-ci il tarixli, 2(006)-2587/2021 saylı qətnaməsinin ləğv edilərək, iddianın tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia tələbi ilə eynilik təşkil etməklə şikayətdə qeyd olunur ki, məhkəmə qətnaməsi maddi və prossesual hüquq normalarının pozulması ilə qəbul olunmuşdur. İddiaçı və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün saydı. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, işdə olan sübutları tədqiq edərək hesab edir ki, iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 07 iyun 2021-ci il tarixli, 2(006)-2587/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının predmetini qətnamənin qanuniliyinin və əsaslılığının tam olaraq yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası bu kontekstdə apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə də yişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarında olan Cavabdeh ilə İddiaçı arasında bağlanmış 30.08.2017-ci il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı 24.000 (iyirmi dörd min) manat borc vermişdir. Baki şəhəri Sabunçu rayon Məhkəməsinin 02 iyul 2018-ci il tarixli, 2(008)-3937/2018 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı 24000 manat pulun alınaraq onun xeyrinə tutulması barədə iddiası rədd edilmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25.01.2021-ci il tarixli 2(103)-1119/2021 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh apellyasiya şikayəti qismən təmin edilməsi, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-3937/2018 saylı iş üzrə qəbul etdiyi 02 iyul 2018-ci il tarixli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi qismən təmin edilərək, cavabdeh İddiaçı Cavabdeh xeyrinə 22000 manat pulun tutulması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 30 iyun 2021-ci il tarixli, 2(102)-3819/2021 saylı qərarı ilə cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25.01.2021-ci il tarixli 2(103)- 1119/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh tərəflər arasında borc münasibətlərinin olmadığına istinad edərək, kredit müqaviləsinin etibarsızlığını xahiş etmişdir. Mülki qanunvericiliyə əsasən əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Etibarsız əqdlər elə hüquqa zidd hərəkətlərdir ki, bu hərəkətlər əqdin etibarlı olması şərtlərindən heç olmazsa birinə uyğun gəlmədiyinə görə arzu edilən hüquqi nəticəyə səbəb olmur. Qanunda əqdlərin etibarlı olması üçün dörd qrup şərtin (tələbin) olması göstərilir. Bu şərtlər qanunda nəzərdə tutulmuşdur: əqdin subyekt tərkibinə aid edilən şərt, əqdin məzmununa aid edilən şərt, əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt, əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticəni doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdlərin etibarsızlığına səbəb olur. Əqdin hansı elementinin qüsurlu olmasından asılı olaraq etibarsız əqdlərin dörd növü fərqləndirilir. Subyekt tərkibi qüsurlu olan, iradəsi qüsurlu olan, forması qüsurlu olan, məzmunu qüsurlu olan əqdlər. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324, 337, 340cı maddələrinə istinad edərək, əqdin etibarsızlığı ilə bağlı əsasların müəyyən olunmadığını, iddiaçı tərəfindən bununla bağlı sübutlar təqdim olunmadığını qeyd etmişdir. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mulki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunan faktlar həmin şəxslərin iştirak etdiyi başqa mülki işlərə baxıldıqda yenidən sübut edilmir. Belə ki, iddiaçı Cavabdeh İddiaçı qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25.01.2021-ci il tarixli, 2(103)-1119/2021 saylı qətnaməsində qeyd etmişdir ki, cavabdehin övladı olan X5 iddiaçı Cavabdeh etibarından sui-istifadə edərək, onu işə düzəltmək bəhanəsi ilə sonuncuya 29500 manat zərər vurmuş, cavabdehin oğlu olan X3 barəsində cinayət işinə məhkəmədə baxılarkən Fəridin atası İddiaçı Cavabdeh 4500 manat ödəyərək, oğlu tərəfindən iddiaçıya vurulmuş zərərin qalan hissəsi yəni 24000 manat barədə notariat kontorunda iddiaçı ilə borc müqaviləsi bağlamışdır. Bu müqavilə bağlandıqdan sonra iddiaçı ona dəymiş zərərin ödənilməsi barədə məhkəməyə ərizə vermiş və bu hal cinayət işini baxılan zaman yüngülləşdirici hal kimi qəbul edilmişdir. Göründüyü kimi tərəflər arasında real borc münasibəti yaranmasa da, cavabdeh oğlunun iddiaçıya ödəməli olduğu maddi ziyanın məbləğini borc kimi etiraf etmiş və borcun etiraf edilməsi barədə qanunda nəzərdə tutulan məzmun və formaya uyğun müqavilə bağlanmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti üzrə 13 fevral 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeydşərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. “Brumaresku Rumıniyaya qarşı” 28 oktyabr 1999-cu il tarixli qərarda Avropa İnsan Hüquqları Məhkəməsi göstərmisdir ki, hüququn aliliyinin əsas aspektlərindən bıri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Kollegiya həmçinin hüquqi müəyyənlik prinsipini nəzərə alaraq, hesab edir ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 07 iyun 2021-ci il tarixli, 2(006)-2587/2021 saylı qətnaməsinin ləğv edilməsi üçün əsas yoxdur. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 07 iyun 2021-ci il tarixli, 2(006)- 2587/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən: Xəyal Sarıyev Hakimlər: Namiq Cəfərov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-10389/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10389/2021
24.11.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver