Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10402/2021 19.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlu və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Aslanova Gülnar Faiq qızının katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə. Ərizəçi (Bakı Şəhər İcra Hakimiyyəti və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti maraqlı şəxs qismində cəlb edilməklə) “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 31.08.2021-ci il tarixli, 2(008)-6739/2021 nömrəli qərardadından Ərizəçi verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı Şəhər İcra Hakimiyyəti maraqlı şəxs qismində cəlb edilməklə “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 1997-ci ilə dair sərəncamlar kitabında 235 №li sərəncamda qeyd olunan Ərizəçi “Nəriman” oğlunun Ərizəçi “Əhliman” oğlu olması faktının təsdiq olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 31.08.2021-ci il tarixli, 2(008)-6739/2021 nömrəli qərardadı ilə ərizənin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilmiş, ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə Ərizəçi qaytarılmışdır. Ərizəçi şikayət verərək, 31.08.2021-ci il tarixli, 2(008)-6739/2021 nömrəli qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qərardadında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6.1, 6.2-ci ci bəndinə istinad edərək ərizənin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edərkən həmin qərarın əsas müddəalarına kifayət qədər diqqət yetirməmişdir. Plenumun qərarının 6-cı bəndində qeyd olunan halların hər biri mövcuddur. Bu sənədlərdən biri olan arxiv arayışı 24 il əvvəl qeydə alınmış və rəsmiləşdirilmiş sənəd əsasında verilmişdir. Arxiv məlumatlarında isə müvafiq dəyişikliyin edilməsi qeyri-mümkün olduğu üçün bu cür tələbin məhkəmə tərəfindən qoyulması əsassızdır. Bundan əlavə vətəndaşın ərizəsinin əsasını sənədlərdə göstərilən səhvlərin düzəldilməsi deyil, 24 il əvvəl sərəncamlar kitabında ata adının səhv yazılmasının məhkəmə tərəfindən dolayısı ilə təsdiq olunması təşkil edir. Həmçinin işə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olması da qərardadda öz əksini tapmamışdır. Qeyd olunanların nəzərə alınaraq qərardadın ləğv edilərək işə mahiyyəti üzrə baxılması və iştirakının təmin olunması xahiş edilmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 23.09.2021-ci il tarixli, 2(008)-6739/2021 qərardadı ilə şikayət əsassız olduğundan təmin edilməmiş, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apelyasiya baxışı zamanı ərizəçinin nümayəndəsi və vəkili Vəkil şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış maraqlı şəxslər Bakı şəhər İcra Hakimiyyəti və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə kollegiyası iclasın həmin maraqlı şəxslərin nümayəndələrinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, ərizədən görünür ki, ərizəçi Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 1997-ci ilə dair sərəncamlar kitabında 235 №li sərəncamda qeyd olunan Ərizəçi “Nəriman” oğlunun Ərizəçi “Əhliman” oğlu olması faktının təsdiq olunması xahiş edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6.1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Həmin qərarın 6.2-ci bəndində göstərilmişdir ki, eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarından göründüyü kimi məhkəmələr müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının müəyyən edilməsi faktına dair ərizələrə xüsusi icraat qaydasında baxmağa haqlı deyildir. Belə ki, xüsusi icraat qaydasında baxılmalı olan tələblər sırasında belə bir faktın müəyyən edilməsi nəzərdə tutulmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 153.3, 153.4 və 153.5-ci maddələrini rəhbər tutaraq ərizənin qəbulundan iddianın yolverilməzliyinə görə imtina etmişdir. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq, birinci instansiya məhkəməsinin gəldiyi həmin qənaəti əsaslı sayır və hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qanuni və əsaslı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 153, 263, 264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Ərizəçinin şikayəti təmin edilməsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 31.08.2021-ci il tarixli, 2(008)-6739/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-10402/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10402/2021
19.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver