Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10404/2021 25.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı və nümayəndəsi vəkil ƏlVəkil və Cavabdeh1 nümayəndəsi vəkil X1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, 3 saylı Bakı Asan Xidmət X4rşı “miras payının müəyyən olunması” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5546/2021 saylı işi üzrə 17 sentyabr 2021-ci il tarixli qərardadından İddiaçı və nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı X7 cavabdeh X5, 3 saylı Bakı "Asan Xıdmət" X3rşı vərəsəlik hüququ üzrə mübahisə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qeyri-rəsmi nikahda olduğu həyat yoldaşı mərhum X11 atalığını verdiyi övladları 03.02.2006-cı il təvəllüdlü X14 və 05.11.2011 -ci il təvəllüdlü X12 çatacaq miras əmlakında payların müəyyən olunması və buna müvafiq şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil həmçinin iddianı təmin etmə barədə ərizə ilə məhkəməyə müraciət edərək mərhum miras qoyan X11 adına Mitsubishi Pajero minik markalı **-KZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin, mərhum X11 adına Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, 78V ünvanında adına olan mənzilin, Cavabdeh1 adına Bakı şəhəri, Yasamal rayonu, Haqverdiyev Əbdülrəhim küçəsi, ev 3, 5 saylı mənzilin üzərinə həbsin qoyulması barədə qərardad qəbul edilməsini və həmin əmlakların özgəninkiləşdirilməsinin cavabdehə və digər şəxslərə qadağan edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5546/2021 saylı işi üzrə 17 sentyabr 2021-ci il tarixli qərardadı ilə (Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 157.1, 157.2, 158.1.3, 160.1, 163.1-ci il tarixli maddələrinə istinadən) Ərizənin qismən təmin edilməsi, Mitsubishi Pajero minik markalı **-KZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması və qərardadın dərhal icra olunmsı qərara alınmışdır. Qərardadda qeyd edilmişdir ki, iddiaçı vərəsəlik işini iş materiallarına əlavə etmədiyindən miras əmlakını müəyyənləşdirmək mümkün olmamışdır. Məhkəmə iclasında iddiaçı və cavabdehin izahatlarına əsasən müəyyən olunmuşdur ki, Mitsubishi Pajero minik markalı **-KZ-*** dövlət qeydiyyat nişanlı avtomobil miras əmlakıdır. Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, 78V ünvanında olan mənzilin, Cavabdeh1 adına Bakı şəhəri, Yasamal rayonu, Haqverdiyev Əbdülrəhim küçəsi, ev 3, 5 saylı mənzilin miras əmlak olması iş materialları ilə müəyyən edilmədiyindən, həmin mənzillərin üzərinə həbs qoyulması qətnamənin gələcəkdə icrasını təmin edilməsi məqsədi daşımır. Beləliklə, iddianı təmin etmə tədbiri barədə ərizə qismən təmin edilməli, Mitsubishi Pajero minik markalı **-KZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmalıdır. Qanunun mənasına görə iş üzrə çıxarılan qətnamənin gələcəkdə real icra edilə bilməyəcəyi şübhəsi yarandıqda iddianın təmin edilməsi üçün tədbirlər görmək zərurəti yaranır. İddianı təmin etmək üçün əsas məhkəmənin gələcəkdə qəbul edəcəyi qətnamənin icra edilməsinin çətinliyi və ya mümkünsüz ola biləcəyi qənaətidir. İddiaçı qərardaddan şikayət verərək Yasamal Rayon Məhkəməsinin 17.09.2021-ci İl tarixli 2(004)-5546/2021 saylı qərardadın ləğv edilməsi, iddiaçının iddianın təmin edilməsi barədə ərizəsinin tam təmin edilməsi və 1) mərhum miras qoyan X9 adına Mitsubishi Pajero minika markalı **-KZ-*** dövlət qeydiyyat nişanlı avotmobilin, 2)mərhum X11 adına Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, 78 V ünvanında olan mənzilin, 3) Cavabdeh1 adına Bakı şəhəri, Yasmal rayonu, Haqverdiyev Əbdülrəhim küçəsi, ev 3, 5 saylı mənzilin üzərinə həbsin qoyulması və həmin əmlakların özgəninkiləşdirilməsinin cavabdehə və digər şəxslərə qadağan edilməsini xahiş etmişdir. Şikayətdə qeyd edilmişdir ki, 16.09.2021-cİ il tarixdə baş tutmuş məhkəmə baxış iclasında iddiaçının vəkili tərəfindən aşağıdakı sənədlər təqdim edilmişdir:1 DƏRDX-dən aldığı 07.09.2021-ci il tarixli cavab məktubu. Həmin məktuba əsasən, Cavabdeh1 adına Bakı şəhəri, Yasamal rayonu, Haqverdiyev Əbdülrəhim küçəsi, ev 3, 5 saylı mənzil qeydiyyata alınmışdır. 2.Yasamal-42 MMMC tərəfindən verilən 02.07.2021 tarixli arayış. Arayış 3 saylı Bakı Asan Xidmət Mərkəzinin Notariat Ofisində vərəsəlik işində aşkar edilmişdir. Həmin arayışa əsasən, Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, 78 V ünvanında yerləşən mənzil mərhum X15 məxsusdur. Belə olan halda, tək avtomobilin deyil, eyni zamanda yuxarıda qeyd olunan mənzillərin də üzərinə iddianı təmin etmə tədbiri kimi həbs qoyulmalıdır, bu tədbirin görülməməsi qətnamənin icrasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Çünki Cavabdeh1 həmin əmlakları gizlədir, onlar barədə məlumatları nə notariusa, nə də məhkəməyə təqdim etmir. Məhkəmə zalında da cavabdehin vəkili Məmmədova Nərminə bildirdi ki, guya avtomobildən başqa heç bir əmlak mövcud deyil. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5546/2021 saylı işi üzrə 24 sentyabr 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi vəkil ƏlVəkil apellyasiya şikayətini müdafiə edərək, iddiaçının miras qoyanın nikahdan kənar övladlarının anası olduğunu, mərhumun atalığın tanındığını, iddianın təmin tədbirinin təmin edilməsi ilə bağlı 3 sənəd mövcud olduğunu, birinci sənədin avtomobilə dair etibarnamə olduğunu, ikinci sənədin DƏDRX Bakı şəhər Ərazi İdarəsindən əldə edilmiş sorğuya cavab olduğunu, üçüncü sənədin isə Yasamal 42 MMC-dən əldə edilmiş arayış olduğunu, cavabdehin mülkləri gizlətdiyini, özgəninkiləşdirilməsindən ehtiyat etdiklərini, bu səbəblə də hər üç əmlaka həbs qoyulmasını xahiş etdiklərini, miras əmlak kimi notariat orqanında yalnız “Mitsubishi Pajero” markalı nəqliyyat vasitəsinin qeydə alındığını, iddiaçının övladlarını tək böyütdüyünü, mənzilə dair əldə edilmiş sorğuya cavab məktubuna əsasən Bakı şəhəri, Yasamal rayonu, Haqverdiyev Əbdülrəhim küçəsi, ev 3, 5 saylı mənzilin 2003-cü ildə qeydə alındığını, bunun da nikah dövrünə təsadüf etdiyini və birgə əmlak olduğunu, digər mənzilin isə ona məxsus olduğunun arayışda qeyd edildiyini bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi vəkil X6 apellyasiya şikayətini qəbul etməyərək, qarşı tərəfin iddia etdiyi mənzilin cavabdehin atasına məxsus olduğunu, atası vəfat etdikdən sonra 2003-cü ildə qızının adına rəsmiləşdirildiyini, miras əmlakı ilə bağlı ilk olaraq cavabdehin müraciət etdiyini, miras kütləsinə yalnız avtomobil daxil olduğunu və tələbin də miras əmlakla bağlı olduğunu bildirmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdeh 3 saylı Bakı Asan Xidmət X17 iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası şikayəti araşdırıb Azərbaycan Respublikası Konstitusiyasının 24, 80, “X20 haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 63-67 və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2,14, 15, 77, 88, 157-164, 236, 386, 388; 397.2, 398-ci maddələrinə əsasən hesab edir ki şikayətdə qeyd edilən dəlillər onun təmin edilməsi üçün əsaslar müəyyən etmir. Belə ki, iddianın təmini tədbiri mülki dövriyyəni (hüquqları) məhdudlaşdırsa da, lüzumsuz yerə hüquqlardan məhrum edilməsinə və sui-istifadə hallarına şərait yaratmamalı, habelə mülki hüquq subyektlərinin bərabərliyini, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyini, mülkiyyətin toxunulmazlığını, müqavilələr azadlığını, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılmasını, pozulmuş hüquqların bərpasının təmin edilməsini, mülki hüquqların məhkəmə müdafiəsi prinsiplərinin həyata keçirilmə mütənasibliyini və tarazlığını təmin etməlidir. Kollegiya hesab edir ki, iddianın təmin edilməsi barədə təmin tədbiri yönələcək əmlaklar miras siyasına daxil olmadığından və onların cavabdehə aidiyyəti mübahisələndirilmədiyindən, tələb aidiyyəti olmayan əmlaklar üzərində məhdudiyyətlərin müəyyən edilməsi hüquqlardan (dispozitiv imkandan və diskression səlahiyyətlərdən) suiistifadəyə şərait yaradan hal kimi yolverilməzdir Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 5546/2021 saylı işi üzrə 17 sentyabr 2021 -ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2(103)-10404/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10404/2021
25.10.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver