Məhkəmə qərarları › İş №2(103)-1041/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1041/2023

19.01.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1041/2023 19.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Elşən Kazımov və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovnın katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi barədə” iddiasına dair mülki iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh İB-nin apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, iddiaçıya aid olan, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, “Vulkan ətrafı” adlandırılan ərazidə yerləşən evdə (abonent kodu: **********20015) təbii qazdan istifadə ilə bağlı hesablanmış 2.465,28 manat borc silinsin. Qətnamə ilə qət olunub ki, iddia təmin edilsin, həmin borc silinsin. Qətnamədə məhkəmə xərclərinə dair məsələ də həll olunub. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. Məhkəmə iclasında iştirak edən İddiaçı cavabdehin apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Cavabdeh İB-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçının silinməsini tələb etdiyi borc cavabdehin əməkdaşlarının tərtib etdiyi xx.xx.2021, xx.xx.2021, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022 və xx.xx.2022-ci il tarixli aktlara əsasən hesablanıb. Həmin aktlarda qeyd olunub ki, baxış zamanı abonentin sayğacdan kənar qazdan istifadə etdiyi aşkarlandı. Lakin iddiaçı qazdan səyğacdan kənar istifadə etmədiyini bildirir. Mülki işdə iddaçının qazdan sayğacdan kənar istifadə etdiyini təsdiq edən sübutlar (fotoşəkil, videoyazı və s.) yoxdur. Mülki işə aktlar əlavə olunsa da həmin aktlarda iddiaçının imzası yoxdur, yaxud, aktların imzalanmaq üçün iddiaçıya təqdim edilməsi, lakin iddiaçının aktları imzlamaqdan imtina etməsini təsdiq edən sübut yoxdur. Cavabdeh apellyasiya şikayətində bilirib ki, qazdan sayğacdan kənar istifadəni təsdiq edən fotoşəkillər var. Lakin həmin fotoşəkillər birinci instansiya məhkəməsinə təqdim edilməyib, baxmayaraq ki, cavabdehin nümayəndəsi həmin məhkəmədə işə baxılmasında iştirak edib. O cümlədən fotoşəkillər apellyasiya şikayətinə əlavə edilməyib, cavabdehin nümayəndəsi isə apellyasiya məhkəməsində keçirilən məhkəmə iclasına gəlməyib. Beləliklə, məhkəmə Mülki Məcəllənin 21, 1096 və 1097-ci maddələrinin göstərişlərinə, habelə Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na və “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar