Məhkəmə qərarları › İş №2(103)-1042/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1042/2021

11.02.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1042/2021 11.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Səmədov Tofiq Səməd oğlunun sədrliyi və məruzəsilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi ilə, İddiaçı “xxxx” MTk-nın Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi və mənzillə təmin edilmə” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MTK-nin Cavabdeh qarşı "müqavilənin etibarsız hesab edilməsi və mənzillə təmin edilmə" tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi rayon məhkəməsinə müraciət etmişdir. Cavabdeh mülki iş materiallarının ərazi aidiyyəti üzrə göndərilməsi haqqında ərizəni məhkəməyə təqdim edərək, mülki işi qeydiyyatda olduğu ünvan üzrə İmişli rayon Məhkəməsinə göndərilməsinə dair qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(006)- 2560/2020 saylı qərardadı ilə iş üzrə Cavabdeh tərəfindən verilmiş “məhkəmə aidiyyatının dəyişdirilməsi” barədə vəsatəti rədd edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(006)- 2560/2020 saylı qərardaddan narazı qalan Cavabdeh şikayət verərək, həmin qərardadın ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-cu il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269cu maddəsinə əsasən iş baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq məhkəmə iclasına gəlməyən iş üzrə tərəflərin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Kollegiya sədrlik edənin məruzəsini dinləyib, şikayətin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıraraq hesab edir ki, aşağıdakı səbəblərdən şikayət təmin olunmamalı, Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki mülki iş xx.xx.2020-ci il tarixdə aidiyyət qaydalarına riayət etməklə məhkəmənin icraatına qəbul edilmişdir. Bundan başqa mübahisəli mənzil Bakı şəhəri Nəsimi rayon ərazisində yerləşir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı “xxxx” MTK-nin Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi və mənzillə təmin edilmə” tələbinə dair mülki işi aidiyyət qaydalarına riayət etməklə Nəsimi rayon məhkəməsinə təqdim edilmiş və həmin işə Nəsimi rayon məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsində qeyd edilir ki, tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Mülki Prosessual Məcəllənin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası MPM-nin 31.2-ci maddəsinə əsasən aidiyyət qaydalarına riayət etməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilir. İddia ərizəsi məhkəmə aidiyyatı qaydalarına uyğun şəkildə olaraq Bakı şəhər Nəsimi Rayon Məhkəməsinə verilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi ilə razılaşaraq hesab edir ki, iş üzrə aidiyyat qaydaları pozulmadığından, cavabdeh X1 səlahiyyətli nümayəndəsinin işin ərazi aidiyyatı üzrə göndərilməsi tələbinə dair vəsatəti əsassız olduğuna görə təmin etməməklə məhkəmə düzgün nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qərara aldı: Cavabdeh şikayəti təmin edilməsin. Bakı şəhər Nəsimi rayon Məhkəməsinin hazırkı iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar