Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10435/2021 29.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Fərəh Qulam qızının katibliyi, İddiaçı3, İddiaçı1 nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2 ASC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3693/2021 saylı, 14.09.2021-ci il tarixli qərardadından Cavabdeh2 ASC tərəfindən verilmiş şikayətə, Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər “X1 (Capitals Auction)”, Cavabdeh2 ASC, Cavabdeh3, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlak Dövlət Reyestr Xidmətinin 1 Saylı Bakı Ərazi İdarəsinə qarşı “hərracın nəticələrinin ləğvi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən “X1 (Capitals Auction)”, Cavabdeh2 ASC-dən və digərlərindən hərracın yekunları üzrə 07.03.2019-cu il tarixli əmlakın alqısatqı müqaviləsinin, hərracın yekunları üzrə 07.03.2019-cu il tarixli, 33 saylı protokolun etibarsız hesab edilməsi, Bakı şəhəri, Nizami rayonu, M.X.Şərəfli küçəsi 15/15 saylı fərdi yaşayış evi ilə bağlı edilmiş bütün hüquqi nəticələrin etibarsız hesab edilməsi, İddiaçı1 ilə Cavabdeh2 ASC arasında bağlanmış 15.04.2008-ci il tarixli 140408-857-23/1089/İ saylı ipoteka müqaviləsi üzrə Bakı şəhəri, Nizami rayonu, M.X.Şərəfli küçəsi 15/15 saylı fərdi yaşayış evinin ipoteka ilə yüklülüyünə xitam verilməsi, fərdi yaşayış evi ilə bağlı edilmiş bütün hüquqi hərəkətlər və onların nəticələrinə xitam verilməsi, fərdi yaşayış evinin Cavabdeh2 ASC qarşısında evinin ipoteka ilə yüklülüyündən azad edilməsi və Bakı Apellyasiya Məhkəməsinin 08 avqust 2018-ci il tarixli 2(103)-81/2018 saylı icra vərəqəsinin geri qaytarılmasını xahiş etmişdir. Eyni zamanda iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 tərəfindən məhkəməyə iddianının təmin tədbiri barəsində vəsatət təqdim edilərək mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin hərracda tələbkar “Bank Respublika" ASC-yə təklif edilməsi və Bank tərəfindən təklif edilən əmlakın qəbul edilməsinə görə onun özgəninkiləşdirlərək əldən çıxarıla biləcəyini və gələcəkdə iddia tələbinin təmin ediləcəyi təqdirdə qətnamənin iclasını təmin edilməsinin mümkün olmaya bilməsi, buna görə də gələcəkdə qətnamənin icrasının təmini məqsədilə mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin başqalarına özgəninkiləşdirilməsinin “Bank Respublika' ASC-yə və digər şəxslərə qadağan edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 25 avqust 2021-ci il, 2(007)-3693/2021 nömrəli qərardadı ilə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 iddianının təmin tədbiri barəsində vəsatətləri təmin edilməmişdir. Məhkəmənin 25.08.2021-ci il tarixli qərardadı ilə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin başqalarına özgəninkiləşdirilməsinin “Bank Respublika" ASC-yə və digər şəxslərə qadağan edilməsi barədə ərizəsi təmin edilməmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı3 həmin qərardaddan şikayət verərək, Bakı şəhər Nizami rayon Məhkəməsinin 25 avqust 2021-ci il tarixli qərardadının ləğv edilməsini və iddianın təmin edilməsi barədə vəsatətin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli, 2(007)- 3693/2021 saylı qərardadın ləğv edilmiş və iddianı təmin tədbiri barədə ərizəsinin təmin edilməsi barədə qərardad qəbul edilmişdir. Cavabdeh2 ASC-nin nümayəndəsi X2 həmin qərardaddan şikayət verərək, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli, 2(007)- 3693/2021 saylı qərardadın ləğv edilməsi və iddianı təmin tədbiri barədə ərizəsinin təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, İddiaçı1 cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2 ASC-yə, DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinə (müstəqil tələb irəli sürməyən İİİ şəxs Bakı ş. Cavabdeh3nə) qarşı 07.03.2019-cu il tarixdə keçirilən hərracın və onun nəticələri haqqında 33 nömrəli protokolun, hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 07.03.2019-cu il tarixli müqavilənin, ünvan 1 ünvanındakı fərdi yaşayış evinə mülkiyyət hüququna dair bankın adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız sayılması tələbinə dair 15.04.2019-cu il tarixli iddia ərizəsi ilə Nərimanov rayon Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin 27.05.2019-cu il tarixli 2(005)-2303/2019 №-İi qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin iş üzrə İddiaçı1 verdiyi apellyasiya və kassasiya şikayətləri müvafiq olaraq Bakı Apellyasiya Məhkəməsi MKnin 01,08.2019-cu il tarixli 2(103)-10615/2019 №-li qətnaməsi və AR Ali Məhkəməsinin 11.02.2020-ci il tarixli, 2(102)- 297/2020 nömrəli qərarı ilə təmin olunmamışdır. İddiaçı2 cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2 ASC-yə, DƏDRXin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı 07.03.2019-cu il tarixdə keçirilən hərracın və onun nəticələri haqqında 33 nomrəli protokolun, hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 07.03.2019-cu il tarixli müqavilənin, fərdi yaşayış evinə mülkiyyət hüququna dair bankın adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız sayılması tələbinə dair 17.12.2019-cu il tarixli iddia ərizəsi ilə Nərimanov rayon məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin 13.03.2020-ci il tarixli 2(005)-758/2020 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin iş üzrə İddiaçı2 verdiyi apellyasiya və kassasiya şikayətləri müvafiq olaraq Bakı Apellyasiya Məhkəməsi MK-nin 27.10.2020-ci il tarixli 2(103)-7621/2020 nömrəli qətnaməsi və AR Ali Məhkəməsinin 12.04.2021-ci il tarixli 2(102)-2639/2021 nömrəli qərarı ilə təmin olunmamışdır. Qeyd olunan hər iki iş üzrə iddianı təmin tədbiri görülmüş (fərdi yaşayış evinin özgəninkiləşdirilməsinin qadağan olunmuş) və işə baxılıb qurtarandan sonra ləğv edilmişdir. Məhz bunu nəzərə alaraq məhkəmə 25.08.2021-ci il tarixli qərardadı ilə iddianı təmin etmə barədə vəsatəti rədd etmişdi. Hazırkı iş üzrə iddia ərizəsindən görünür ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 əvvəllər qaldırdıqları və barəsində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olan iddia tələbini (hərracı yekunlarına dair protokolun, müqavilənin və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsızlığı tələbini) hazırki iş üzrə eyni tərəflərə qarşı və eyni əsaslarla təkrar irəli sürmüşlər. Belə vəziyyətdə məhkəmə AR MPM-in 151-ci maddəsinə uyğun olaraq bu iddia ərizəsi üzrə məhkəmə icraatının mümkünlüyünü yoxlamadan (iddiaçılar İddiaçı1 və İddiaçı2 münasibətdə iddia ərizəsinin qəbulundan imtina MPM-in 153.2.2- ci maddəsi) və ya işin icraatına xitam verilməsi (MPM-in 261.0.2-ci maddəsi) üçün əsasın mövcudluğu) həmin iddianı təmin etmək üçün tədbirlər görmüşdür. Hətta eyni predmet üzrə iddia fərqli əsaslarla verilmişdirsə belə, etibarsız əqdlər üzrə AR MM-in 354-cü maddəsi ilə müəyyən edilmiş müddətlər ötürüldüyü üçün iddianın əsassız olması aşkardır. İddiaçı3 isə belə bir iddia qaldırmağa subyektiv hüququ yoxdur. AR MPM-in 157 və 158-ci maddələrinin bəzi müddəalarının şərhinə dair AR Konstitusiya Məhkəməsi Plenumunun 14.03.2018-ci il tarixli Qərarında qeyd olunur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin, MPM-in 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirilməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə münasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Məhkəmə qərardadda iddianı təmin tədbirinin tətbiq olunmasının zəruriliyi əsaslandırmamış, yalnız iddiaçıların müvafiq vəsatətlə məhkəməyə müraciət etdiklərini göstərməklə və MPM-in 157.1, 157.2 və 158.1.1-ci maddələrinin mətnini qərardada köçürməklə kifayətlənmişdir. İddiaçıların 2019-cu ilin aprel və dekabr aylarında eyni tərəflərə qarşı qaldırdıqları eyni predmetli iddialar rədd edildikdən, həmçinin məhkəmə qaydasında onların fərdi yaşayış evindən istifadə hüququna xitam verildikdən və evdən çıxarıldıqdan sonra hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmədikdə məqsədləri bankın mülkiyyətində olan fərdi yaşayış evi üzərində sərəncam hüquqlarının həyata keçirilməsinə mane olmaqdır. Konstitusiya Məhkəməsi Plenumunun 14.03.2018ci il tarixli Qərarının təsviriəsaslandırıcı hissəsində göstərilir ki, “Mülki Prosessual Məcəllənin 158-ci maddəsində nəzərdə tutulmuş hansı təmin etmə tədbirlərinin iddiaçı tərəfindən irəli sürülmüş tələbə münasib olması göstərilmişdir. Lakin həmin maddənin mənasından aydın olunur ki, məhkəmə, təmin etmə tədbirlərinin tətbiq edilməsinə dair ərizələrə baxarkən ərizəçinin tələb etdiyi konkret təmin etmə tədbirinin irəli sürülmüş iddia tələbi ilə nə qədər bağlı olduğunu, ona müvafiq olub-olmadığını araşdırmalıdır. Buna görə məhkəmə, irəli sürülmüş iddia tələbindən və həmin iddia ilə bağlı mümkün məhkəmə qərarından çıxış edərək əmin olmalıdır ki, iddia tələbinin təmin olunması halında Mülki Prosessual Məcəllənin 158-ci maddəsində göstərilən tədbirlərdən hər hansı birinin qəbul olunmaması məhkəmə qərarının icrasını çətinləşdirə və yaxud qeyri-mümkün edə bilər. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli, 2(007)- 3693/2021 nömrəli qərardadı ilə şikayət təmin edilməyərək işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Kollegiya iclasında iştirak edən İddiaçı3 və İddiaçı1 nümayəndəsi və vəkili Vəkil şikayətin təmin edilməməsini, qərardadın dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Kollegiya iclasında iştirak edən Cavabdeh2 ASC-nin nümayəndəsi Nümayəndən şikayəti müdafiə edərək təmin edilməsini, qərardadın ləğv edilməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə digər şəslərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin şəxslər kollegiya iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Kollegiya həmin şəxslərin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi qərardadında qeyd etmişdir ki, hazırkı mülki iş üzrə qətnamənin gələcəkdə icrasının təmin edilməsi üçün iddianın təmin tədbiri kimi cavabdeh və digər şəxslərə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin başqalarına özgəninkiləşdirilməsi “Bank Respublika' ASC-yə və digər şəxslərə qadağan edilməlidir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və hesab edir ki, Cavabdeh2 ASC-nin şikayəti əsaslıdır. Belə ki, iş materiallarından görünür ki, İddiaçı1 cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2 ASC-yə, DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinə (müstəqil tələb irəli sürməyən İİİ şəxs Bakı ş. Cavabdeh3nə) qarşı 07.03.2019-cu il tarixdə keçirilən hərracın və onun nəticələri haqqında 33 nömrəli protokolun, hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 07.03.2019-cu il tarixli müqavilənin, ünvan 1 ünvanındakı fərdi yaşayış evinə mülkiyyət hüququna dair bankın adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız sayılması tələbinə dair 15.04.2019cu il tarixli iddia ərizəsi ilə Nərimanov rayon Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin 27.05.2019-cu il tarixli 2(005)-2303/2019 №-İi qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin iş üzrə İddiaçı1 verdiyi apellyasiya və kassasiya şikayətləri müvafiq olaraq Bakı Apellyasiya Məhkəməsi MKnin 01,08.2019-cu il tarixli 2(103)- 10615/2019 №-li qətnaməsi və AR Ali Məhkəməsinin 11.02.2020-ci il tarixli, 2(102)- 297/2020 nömrəli qərarı ilə təmin olunmamışdır. İddiaçı2 cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2 ASC-yə, DƏDRXin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı 07.03.2019-cu il tarixdə keçirilən hərracın və onun nəticələri haqqında 33 nomrəli protokolun, hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 07.03.2019-cu il tarixli müqavilənin, fərdi yaşayış evinə mülkiyyət hüququna dair bankın adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız sayılması tələbinə dair 17.12.2019-cu il tarixli iddia ərizəsi ilə Nərimanov rayon məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin 13.03.2020-ci il tarixli 2(005)-758/2020 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin iş üzrə İddiaçı2 verdiyi apellyasiya və kassasiya şikayətləri müvafiq olaraq Bakı Apellyasiya Məhkəməsi MK-nin 27.10.2020-ci il tarixli 2(103)-7621/2020 nömrəli qətnaməsi və AR Ali Məhkəməsinin 12.04.2021-ci il tarixli 2(102)-2639/2021 nömrəli qərarı ilə təmin olunmamışdır. Qeyd olunan hər iki iş üzrə iddianı təmin tədbiri görülmüş (fərdi yaşayış evinin özgəninkiləşdirilməsinin qadağan olunmuş) və işə baxılıb qurtarandan sonra ləğv edilmişdir. Məhz bunu nəzərə alaraq məhkəmə 25.08.2021-ci il tarixli qərardadı ilə iddianı təmin etmə barədə vəsatəti rədd etmişdi. Hazırkı iş üzrə iddia ərizəsindən görünür ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 əvvəllər qaldırdıqları və barəsində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olan iddia tələbini (hərracı yekunlarına dair protokolun, müqavilənin və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsızlığı tələbini) hazırki iş üzrə eyni tərəflərə qarşı və eyni əsaslarla təkrar irəli sürmüşlər. Belə vəziyyətdə məhkəmə AR MPM-in 151-ci maddəsinə uyğun olaraq bu iddia ərizəsi üzrə məhkəmə icraatının mümkünlüyünü yoxlamadan (iddiaçılar İddiaçı1 və İddiaçı2 münasibətdə iddia ərizəsinin qəbulundan imtina MPM-in 153.2.2- ci maddəsi) və ya işin icraatına xitam verilməsi (MPM-in 261.0.2-ci maddəsi) üçün əsasın mövcudluğu) həmin iddianı təmin etmək üçün tədbirlər görmüşdür. Hətta eyni predmet üzrə iddia fərqli əsaslarla verilmişdirsə belə, etibarsız əqdlər üzrə AR MM-in 354-cü maddəsi ilə müəyyən edilmiş müddətlər ötürüldüyü üçün iddianın əsassız olması aşkardır. AR MPM-in 157 və 158-ci maddələrinin bəzi müddəalarının şərhinə dair AR Konstitusiya Məhkəməsi Plenumunun 14.03.2018ci il tarixli Qərarında qeyd olunur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin, MPM-in 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirilməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə münasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Birinci instansiya məhkəməsi isə qərardadda iddianı təmin tədbirinin tətbiq olunmasının zəruriliyi əsaslandırmamışdır. İddiaçıların 2019-cu ilin aprel və dekabr aylarında eyni tərəflərə qarşı qaldırdıqları eyni predmetli iddialar rədd edildikdən, həmçinin məhkəmə qaydasında onların fərdi yaşayış evindən istifadə hüququna xitam verildikdən və evdən çıxarıldıqdan sonra hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmədikdə məqsədləri bankın mülkiyyətində olan fərdi yaşayış evi üzərində sərəncam hüquqlarının həyata keçirilməsinə mane olmaqdır. Konstitusiya Məhkəməsi Plenumunun 14.03.2018-ci il tarixli Qərarının təsviriəsaslandırıcı hissəsində göstərilir ki, “Mülki Prosessual Məcəllənin 158-ci maddəsində nəzərdə tutulmuş hansı təmin etmə tədbirlərinin iddiaçı tərəfindən irəli sürülmüş tələbə münasib olması göstərilmişdir. Kollegiya hesab edir ki, hazırda Cavabdeh2 ASC-nin mülkiyyətində olan əmlakın üzərinə həbs qoyulması onun mülkiyyət hüquqlarını əsassız şəkildə məhdudlaşdırır. Belə ki, Mülki Prosessual Məcəllənin 157.1-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı(bankın öhdəliklərinin könüllü restrukturizasiyası zamanı bank və (və ya) onun aktivləri ilə bağlı verilmiş iddia istisna olmaqla) təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1-ci və 158.1.1-ci, 158.1.2-ci və 158.1.3-cü maddəsinə əsasən, iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq; müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək; mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək kimi kimi tədbirlər görülə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair Konstitusiya Məhkəməsinin Plenumunun 14 mart 2018-ci il tarixli qərarında qeyd olunru ki, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Həmin qərarda Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə,... iddianı təmin etmək üçün istənilən növ tədbir, tətbiq edildiyi şəxsə münasibətdə həmin şəxsin və digər şəxslərin hüquqlarını məhdudlaşdırır və bəzən onlara əsaslı dərəcədə zərər dəyməsinə səbəb olur. Buna görə Konstitusiyada təsbit olunmuş prosessual hüquq bərabərliyi prinsipindən çıxış edərək, işdə iştirak edən şəxs ərizədə iddianı təmin etmək üçün tədbirlərin görülməsi zərurətini kifayət qədər əsaslandırmalıdır...Konstitusiya Məhkəməsi Plenumunun qənaətinə görə, iddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbir olmaqla, üç əsas meyara cavab verməlidir: bu tədbirlər, onların tətbiqi üçün əsaslar olduğu halda kifayət qədər qısa zaman ərzində tətbiq edilməlidir; bu tədbirlər müvəqqəti xarakter daşımalıdır; tətbiq olunan tədbirlər verilmiş iddia tələblərinə mütənasib olmalıdır...Ən ümumi mənada isə mütənasiblik prinsipi mütləq olaraq özündə 3 əsas elementi nəzərdə tutur: bu prinsip insan və vətəndaş hüquq və azadlıqlarının məhdudlaşdırılması məsələlərini tənzimləyir; hüquq ancaq qanunla məhdudlaşdırıla bilər; məqsədə çatma vasitəsi kimi hüququn məhdudlaşdırılma dərəcəsi həmin məqsədə uyğun olmalı və hədsiz olmamalıdır.... Qüvvədə olan Mülki Prosessual Məcəllənin şübhəsiz üstünlüklərindən biri məhz iddianı təmin etmə tədbirlərinin iddiaçı tərəfindən irəli sürülmüş tələbə mütənasibliyi prinsipinin tətbiq edilməsidir. Mülki Prosessual Məcəllənin 158-ci maddəsində nəzərdə tutulmuş hansı təmin etmə tədbirlərinin iddiaçı tərəfindən irəli sürülmüş tələbə mütənasib olması göstərilmir. Lakin həmin maddənin mənasından aydın olur ki, məhkəmə, təmin etmə tədbirlərinin tətbiq edilməsinə dair ərizələrə baxarkən ərizəçinin tələb etdiyi konkret təmin etmə tədbirinin irəli sürülmüş iddia tələbi ilə nə qədər bağlı olduğunu, ona müvafiq olub-olmadığını araşdırmalıdır. Buna görə məhkəmə, irəli sürülmüş iddia tələbindən və həmin iddia ilə bağlı mümkün məhkəmə qərarından çıxış edərək əmin olmalıdır ki, iddia tələbinin təmin olunması halında Mülki Prosessual Məcəllənin 158-ci maddəsində göstərilən tədbirlərdən hər hansı birinin qəbul olunmaması məhkəmə qərarının icrasını çətinləşdirə və yaxud qeyri-mümkün edə bilər. Odur ki, müvəqqəti təmin tədbirinin təmin edilməsinə dair birinci instansiya məhkəməsinin qərardadı əsassız olmuşdur. Şərh olunanlara əsasən, şikayət təmin edilməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3693/2021 saylı, 14.09.2021-ci il tarixli qərardadı ləğv edilməli, mübahisəyə baxılması üçün sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsindən ötrü mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: Cavabdeh2 ASC tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3693/2021 saylı, 14.09.2021-ci il tarixli qərardadı ləğv edilsin. ünvan 1 ünvanındakı fərdi yaşayış evinin üzərindən müvəqqəti təminat tədbiri götürülsün. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-10435/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10435/2021
29.10.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver