Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10463/2021 01.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nağıyev Nicat Kamil oğlunun, Cavabdeh iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1065/2021 saylı iş üzrə 11 avqust 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi, torpaq sahəsinə giriş qapısının əvvəlki vəziyyətə qaytarılması, torpaqdan istifadəyə edilən müdaxilənin qarşısının alınması və torpaq sahəsidən istifadə qaydlarının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, 05.09.2006-cı il tarixli AN-İ ******* saylı alğısatqı müqaviləsinə əsasən Bakı şəhəri Səbail rayonu 7-ci Bayıl küçəsində istifadədə olan 0.01975 ha torpaq sahəsində yerləşən 1 və 2 mərtəbəli 6 otaqlı 133.1 kv.m yaşayış, 97.5 kv.m köməkçi sahədən ibarət 39b nömrəli yaşayış evinin 2 otağını, 46.7 kv.m sahəsini Nəbiyev Əliyəddin Zalış oğlundan almışdır. Əmlak üzərində mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH seriyalı ******* saylı çıxarışına əsasən dövlət qeydiyyatına alınmışdır. Həmin fərdi yaşayış evi alınarkən evin qarşısında ümumi istifadədə torpaq sahəsi olmuş və evin giriş qapısı (darvaza) həmin sahədən idi. Hazırda iddiaçı paylı mülkiyyətin naturada bölünməsi barədə məhkəmədə iddia qaldırmış və iş məhkəmənin icraatında olduğu dövrdə, yəni məhkəmə tərəfindən tikinti-texniki ekspertizası təyin olunduqdan sonra ümumi istifadədə olan torpaq sahəsində özbaşına olaraq hasar çəkmiş, torpaq sahəsini öz maraqlarına uyğun olaraq bölmüş və mənim fərdi yaşayış evimə giriş hüququmu və torpaqdan istifadə hüququmu qanunsuz olaraq məhdudlaşdırlmışdır. Həmin hasarı çəkməklə ümumi giriş qapısı zəbt etdiyi torpaq sahəsində qalmışdır. Cavabdeh qanunsuz hərəkətlərinin qarşısının alınması və özbaşına olaraq çəkdiyi hasarın sökülməsi ilə bağlı aidiyyəti orqanlara şikayət etsə də, heç bir nəticəsi olmamış, şikayətinə hər hansı münasibət bildirilməmişdir. Bu səbəbdən məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Hesab edir ki, Cavabdeh tərəfindən özbaşına olaraq çəkilmiş hasar sökülməli, ümumi istifadə də olan torpaq sahəsindən istifadə qaydaları müəyyən edilməlidir. Sonradan İddiaçı nümayəndəsi və vəkili Nağıyev Nicat iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən Cavabdeh tərəfidən Səbail rayonu 7-ci Bayıl küçəsində ümumi istifadədə olan 0.01975 ha torpaq sahəsində özbaşına olaraq tikilmiş hasarın cavabdehin vəsaiti hesabına sökülməsi, iddiaçıya məxsus mənzilin yerləşdiyi 0.01975 ha torpaq sahəsindəndən istifadəyə cavabdeh tərəfindən qoyulmuş məhdudiyyətin, istifadəyə edilən müdaxilənin aradan qaldırılması, həmin torpaq sahəsindən istifadənin bərpa edilməsi və torpağı əvvəlki vəziyyətinə qaytarılması barəsə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1065/2021 saylı iş üzrə 11 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh inşa etdiyi Bakı şəhəri, Səbail rayonu, 7-ci Bayıl küçəsində ümumi istifadədə olan 0.01975 ha torpaq sahəsindəki hasarın onun tərəfindən sökülməsi, giriş qapısının əvvəlki vəziyyətə qaytarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iddiaçı tərəfindən ödənilmiş 20 manat dövlət rüsumunun 10 manatının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və həmin iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı atası mərhum Elçin Nurəhmədov vəfat etmişdir. Bundan sonra iddiaçının arvadı Vüsalə Nurəhmədova ona aid hissənin təmir olunduğunu və abadlaşdırıldığını görüb qəsdən yenidən onunla münaqişə edərək ara hasarın sökülməsi tələbi ilə şikayət etməyə başlamış və əri İddiaçı vəkil vasitəsi ilə məhkəməyə müraciət etməyə məcbur etmişdir. Məhkəmə tərəfindən mübahisəli əraziyə yerində baxış keçirilərəkən hakimin suallarını cavablandıran İddiaçı, həqiqətən onun atası mərhum Elçin Nurəhmədov ilə onun arasında əvvəlcədən yuxarıda göstərdiyi qaydada razılaşmanın olduğunu, mərhum Elçin Nurəhmədovu söhbətə dəvət edərək, uzun illər əvvəl aralarında olmuş razılaşmanı atası Elçinə xatırlatdığını, Elçinin və ailə üzvülərinin heç biri etiraz etmədən razılaşdığını və mərhum atası Elçinlə birlikdə qonşuluqda yaşayan ustaları onun iştirakı olmadan dəvət edərək hasarın tikilməsi, girişçıxış qapısının ayrılması ilə bağlı görüləcək işləri onlara göstərdiklərini və ustaların həmin işləri onun mərhum atası Elçinin göstərdiyi qaydada icra etdiklərini təsdiq etmişdir. Yerli baxış zamanı həmçinin hasarın və giriş-çıxış qapısının tikintisində iştirak etmiş ustalar Əhliman və Sucəddin adlı şəxslər hakimin suallarına cavab olaraq, İddiaçı mərhum atası Elçin Nurəhmədov ilə birlikdə onları dəvət edərək, hasarın tikilməsi, giriş-çıxış qapısının ayrılması ilə bağlı görüləcək işləri onlara göstərdiklərini və həmin işləri mərhum Elçinin Nurəhmədovun göstərdiyi qaydada icra etdiklərini bildirmişlər. Bakı şəhəri 7-ci Bayıl küçəsində istifadəsində olan 0,01975 ha torpaq sahəsindəki hasarın sökülməsi barədə İddiaçı iddia tələbilə məhkəməyə müraciət etməyə subyektiv hüququ olmamışdır. Hesab edir ki, İddiaçı hazırkı vəziyyətdə belə bir iddia tələbi ilə məhkəməyə mübahisəli torpaq sahəsinin mülkiyyətçisi kimi çıxış etmək səlahiyyətinə malik deyil. İddiaçı belə bir subyektiv hüquqa malik olmamasına dair dəlilləri Səbail məhkəməsinin hakimi tərəfindən nəzərə alınmamış və nəticədə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 48-ci maddəsinin “Hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülki prosessual hüquq qabiliyyətinə) malikdir” kimi tələbləri pozulmuşdur. Qeyd edir ki, Bakı şəhəri 7-ci Bayıl küçəsində istifadədə olan 0.01975 ha torpaq sahəsi artıq 20 ilə yaxın müddətdir ki, onun istifadəsindədir. Şikayət ərizəsində qeyd etdiyi isin faktiki hallan məhkəmənin 11.08.2021-ci il tarixli qətnaməsində öz əksini tapmışdır. Həmin qətnamədə qeyd edilmişdir ki “...Məhkəmə həmçinin hesab edir ki, Cavabdeh hasann tikintisi, giriş qapısının qovulması və s. islərin görülməsi iddiaçı tərəfindən razılığ verilməsi əsasında apanldığı məhkəmə prosesinin gedişində öz təsdiqini birmənalı tapdığından aparılmış işlər nəticəsində dəymiş ziyanla bağlı cavabdehə qarşı məhkəmədə iddia galdıra bilər...’' Buna uyğun olaraq İddiaçı qarşı mübahisəli həyətyanı sahəni almağına görə xərclədiyi 2000 ABŞ dollarının, əldə olunmuş ümumi razılaşmadan sonra həyətyanı sahənin abadlaşdırılması, yeni giriş darvazasının quraşdırılması islərinə görə xərclədiyi 21 500 (iyirmi bir min bes yüz) manatın, mənəvi ziyana görə 10000 (on min) manatın, dövlət rüsumuna görə 30 manatın, cəmi 31 530 (otuz bir min bes yüz otuz) manatın tutularaq ona ödənilməsinə dair (“pul Tələbinə Dair”) iddia ərizəsi ilə Səbail Rayon Məhkəməsinə müraciət etmiş və iddia ərizəsi məhkəmə baxışına təyin edilmişdir. Bundan başqa, cavabdehlər - Əliyev Sevidağa Rahib oğlu, İddiaçı, Abdurəhmanova Qətibə Əli gızma və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin vanında DƏDRX-nin 1 savh Bakı Ərazi İdarəsinə qarşı idda ərizəsi ilə Səbail rayon Məhkəməsinə müraciət edərək - Bakı səhəri, Səbail rayonu. 7-ci Bayıl küçəsində istifadədə olan 0,01975 ha torpaq sahəsində yerləşən 1 və 2 mərtəbəli, 6 otaolı, 1,1 kv.m vasavıs, 97,5 kv.m köməkçi sahədən ibarət 39 b nömrəli fərdi yaşayış evinin naturada, ümumi mülkiyyət hüqugundakı paylara uyğun olaraq bölünməsi barədə qətnamə çıxarılmasnı xahiş etmişdir. Bakı səhəri Səbail Rayon Məhkəməsinin 2 (009)-89/2021 saylı 29 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi təmin edilmişdir. Həmin Qətnamədən İddiaçı nümayəndəsi Nağıyev Nicat Kamil oğlu və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin vanında DƏDRX-nin 1 savh Bakı Ərazi idarəsi tətəfindən apellvasiva şikayəti verilmiş və Bakı Apellvasiva Məhkəməsinin Mülki Kollegiyasının 25 iyun 2021-ci il tarixli Qətnaməsi ilə, apellvasiva şikayətləri təmin edilməmiş və iş üzrə Bakı səhəri Səbail Rayon Məhkəməsinin 2 (009)-89/2021 saylı 29 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə təqdim və tədqiq edilmiş sənədlərə, həmçinin şahid ifadələrinə, son nəticədə isə işin əhəmiyyətli hallarına düzgün hüquqi qiymət verilməmiş əsassız və qanuna zidd qətnamə qəbul edilmişdir. Hesab edir ki, istifadəsində olan, Bakı şəhəri, Səbail rayonu, 7-d Bayıl küçəsindəki 0.01975 ha torpaq sahəsinin iddiaçı ilə paylı mülkiyyət kimi qiymətləndirilməsi də hüquqi cəhətdən əsaslı olmamışdır. Ümumilikdə isə hesab edir ki, məhkəmə hazırkı nəticəyə gəlməklə qanunsuz bir tikilini haqlı hesab etməklə, daha bir qanunsuz hərəkətə rəvac vermiş və bununla iki ailə arasında yaranmış münaqişənin yenidən alovlanmasına şərait yaratmışdır. Halbuki, hal-hazırda hər iki ailə ayrı-ayrılıqda bir-birini görmədən dinc həyat şəraitində yaşayır. Odur ki, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, İddiaçı iddia tələbinin qismən təmin edilməsi üzrə qətnamə çıxararkən Səbail Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası MPM-nin qətnamənin qanuniliyi və əsaslılığını təsbit edən 217-ci maddəsinin tələbləri kobud şəkildə pozulmuşdur. Belə ki, məhkəmə, istifadə etdiyi sahənin tərəfindən qanunsuz istifadə etməyi üzrə nəticəyə əsassız faktlar üzrə gəlmişdir. Digər bir halda isə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki hallar aydınlaşdırılmamış və məhkəmə tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli hallar sübut edilməmişdir. Göründüyü kimi Səbail Rayon Məhkəməsi bu kimi əhəmiyyətli halları nəzərə almamış və yekun nəticə etibarı ilə düzgün olmayan nəticəyə gəlmişdir. Bununla da Səbail Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası MPM-nin maddələri düzgün tətbiq olunmamışdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Nağıyev Nicat Kamil oğlu apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1065/2021 saylı iş üzrə 11 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan, AZE seriyalı, 12009752 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan 05 sentyabr 2006-cı il tarixli, AN- l seriyalı, № ******* Daşınmaz əmakın alğı-satqı müqaviləsindən görünür ki, İddiaçı Bakı şəhəri, Səbail rayonu, 7-ci Bayıl küçəsində istifadədə olan 0.01975 ha torpaq sahəsində yerləşən 1 və 2 mərtəbəli 6 otaqlı 133.1 kv.m yaşayış, 97.5 kv.m köməkçi sahədən ibarət 39b nömrəli yaşayış evinin 2 otağını, 46.7 kv.m sahəsini Nəbiyev Əliyəddin Zalış oğlundan almışdır. İş materiallarında olan **********54-10301 reyestr nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, 7-ci Bayıl küçəsi, ev 39b yerləşən ümumi sahəsi 230.60 kv.m xüsusi mülkiyyət kimi 1 otaq-14.7 kv.m payda 25.06.2013-cü il tarixdə Əliyev Seyidağa Rahib oğlunun, 2 otaq-54.2 kv.m payda 11.07.2019-cu il tarixdə Cavabdeh, 2 otaq-46,7 kv.m payda 10.01.2007-ci il tarixdə İddiaçı adına, 1 otaq-17.6 kv.m payda 21.05.2008-ci il tarixdə Abdurəhmanova Qətibə Əli qızının adına qeydiyyatdan keçmişdir. Torpaq sahəsi dövlət mülkiyyətindədir, istifadə hüququ verilmişdir. Birinci instansiya məhkəməsi icraatı zamanı məhkəmənin yerli baxış iclasında iştirak edən İddiaçı izahat verərək bildirmişdir ki, atasının təkidi əsasında hasarın tikilməsinə etiraz edə bilməmişdir. Cavabdeh hasar tikəcəyini bildirərək su çənlərini çəkməyə məcbur etmişdir. Atası rəhmətə getdikdən sonra müxtəlif orqanlara şikayət ərizələri ünvanlamışdır. Çünki atası sağ olan zaman şikayət etməyə icazə vermirdi. Xəstə olduğu üçün də atasına etiraz edə bilməmişdir. Birinci instansiya məhkəməsində iştirak edən şahid Abdurahmanov Eldəniz Mətləb oğlu izahat verərək bildirmişdir ki, 2006-cı ildən orada yaşayır. Çöl hasarı o gələndə artıq tikilmişdi. Hər ikisi yaxşı qonşu olmuş, 1-1,5 il əvvəl tam mehriban şəraitdə yaşamışlar. O və yoldaşı səhər işə gedib, axşam gəldikləri üçün mübahisələrdən tam xəbərdar deyillər. Lakin, mübahisə olduğunu bilirlər. İddiaçı və cavabdehin əvvəllər bir girişləri var idi. Sonradan isə ayrı darvaza qoydular. İşdən gələn zaman ustaların işlədiyini görmüşdür. Hasar tikilən zaman Elçin kişi sağ olmuşdur. Ustaları kimin çağırdığını bilmir. Ustaların yanında Elçin kişinin olduğu yadındadır. Namiqi həmin zaman orada görməmişdir. Səməndər isə çox zaman çöldə olduğu üçün görüb-görmədiyi yadında deyil. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 fevral 2003-cü il tarixli 2№li qərarın 3-cü bəndinə əsasən torpaq sahəsi ilə əlaqədar mübahisələrə baxıldıqda hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməli, buna müvafiq olaraq müdafiə tədbirləri seçilməlidir. İşlər məhkəmə baxışma hazırlandıqda torpaq sahəsinin hüquqi statusunu müəyyən edən sənəd, ilk növbədə həmin sənədin əsli tələb edilməlidir. Torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını (kənd təsərrüfatı təyinatlı, su fondu, ehtiyat fondu və s.), torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə, icarə), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) nəzərdə tutur. Həmin Qərarın 6-cı bəndinə əsasən isə Torpaq Məcəlləsinin 78-ci və Mülki Məcəllənin 139 cu maddələrinə müvafiq olaraq torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı məcburidir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, torpaq sahəsi dövlət mülkiyyətindədir, yaşayış sahəsinin paylı mülkiyyətçilərinə istifadə hüququ verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Mülki Məcəllənin 215.4-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əmlakın hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər. Mülki Məcəllənin 239.1-ci maddəsinə əsasən fiziki şəxslər dövlət və bələdiyyə mülkiyyətində olan, hamının buraxılması üçün açıq torpaq sahələrində heç bir icazə almadan sərbəst ola bilər və həmin sahələrdə olan təbiət obyektlərindən qanunvericiliyin, habelə müvafiq torpaq sahəsi mülkiyyətçisinin yol verdiyi hədlərdə istifadə edə bilər. Mülki Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə haqlı olaraq hesab etmişdir ki, Cavabdeh inşa etdiyi Bakı şəhəri, Səbail rayonu, 7-ci Bayıl küçəsində ümumi istifadədə olan 0.01975 ha torpaq sahəsindəki hasar onun tərəfindən sökülməli, giriş qapısı əvvəlki vəziyyətə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apellyasiya şikayətinin dəlilinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində qeyd olunanlar yuxarıda göstərilənlərlə təkzib olunduğundan formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən əsaslı sayıla və təmin edilə bilməz. Belə ki, İş materiallarında olan çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, 7-ci Bayıl küçəsi, ev 39b yerləşən 2 otaq-46,7 kv.m payda 10.01.2007-ci il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir. Torpaq sahəsi dövlət mülkiyyətindədir, istifadə hüququ verilmişdir. Göründüyü kimi, iddiaçının subyektiv hüququnun mövcudluğu iş materialları ilə təsdiq olunur. Ona görə də apellyasiya şikayətinin dəlilləri əsassızdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1065/2021 saylı iş üzrə 11 avqust 2021ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1065/2021 saylı iş üzrə 11 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-10463/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10463/2021
01.12.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver