Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1049/2021 25.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Nüsrət Qasım oğlu Ağazadənin katibliyi ilə, İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil Rəşid qızının, Cavabdehin nümayəndəsi və vəkili X16 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri Cavabdeh2nə qarşı «qanunsuz inşa edilmiş tikilinin sökülməsi, mülkiyyətində olan əmlakından istifadəyə yaradılan maneələrin aradan qaldırılması və vurulmuş maddi zərərin ödənilməsi» tələbinə dair ilkin iddia ərizəsi və iddiaçı tərəfindən müstəqil tələb irəli sürən üçüncü şəxs X17 Cavabdeh1 və Bakı şəhəri Cavabdeh2nə qarşı «qanunsuz inşa edilmiş tikilinin sökülməsi və mülkiyyətində olan əmlakından istifadəyə yaradılan maneələrin aradan qaldırılması» tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(004)-17/2020 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh1 və Bakı şəhəri Cavabdeh2nə qarşı iddia ərizəsi və sonradan iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1qarşı qaldırdığı Bakı şəhəri, Yasamal rayonu, T.Xəlil küçəsi, 7 saylı evin 3-cü və 4-cü mərtəbələrinin inşasının qanunsuz hesab edilməklə sökülməsi, iddiaçıya məxsus Bakı şəhəri, Nizami küçəsi, ev 53, 37 saylı mənzildən cavabdeh tərəfindən istifadəyə yaradılan maneələrin aradan qaldırılması, iddiaçının qanunsuz bağlanmış pəncərəsinin açılması və cavabdehin mənzildən istifadəyə yaratdığı maneələr nəticəsində iddiaçıya vurulmuş zərərin əvəzi olaraq cavabdehdən 5000 manat vəsaitin alınaraq iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan İddiaçı iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, hazırda iddia tələblərini artıraraq məhkəmədən cavabdeh X24 qarşı qaldırdığı iddia tələblərinin təmin edilməsi, Bakı şəhəri Yasamal RİHB-nın xx.xx.2017-ci il tarixli, 157 saylı sərəncamın ləğv edilməsi, Bakı şəhəri, Yasamal rayonu, T.Xəlil küçəsi, 7 saylı evin 3cü və 4-cü mərtəbələrinin inşasının qanunsuz hesab edilməklə sökülməsi, ona məxsus Bakı şəhəri, Nizami küçəsi,ev 53,37 saylı mənzildən cavabdeh tərəfındən istifadəyə yaradılan maneələrin aradan qaldırılması, qanunsuz bağlanmış pəncərəsinin açılması, cavabdehdən mənzilindən istifadəyə yaratdığı qanunsuz maneələr nəticəsində ona vurduğu 5.000 manat maddi və 50.000 manat mənəvi zərərin əvəzi otaraq vəsait cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin iş üzrə iddiaçı tərəfindən müstəqil tələb irəli sürən üçüncü şəxs X26 Cavabdeh1 və Cavabdeh2nə qarşı müstəqil iddia ərizəsi və sonradan iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən Cavabdeh1 Bakı şəhəri, Yasamal rayonu, T.Xəlil küçəsi, 7 saylı evin 3-cü və 4-cü mərtəbələrinin inşasının qanunsuz hesab edilməklə cavabdehin hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı tərəfindən müstəqil tələb irəli sürən üçüncü şəxs X26 iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Cavabdeh2 Başçısının xx.xx.2017-ci il tarixli 157 saylı sərəncamının ləğv edilməsi, Cavabdeh1 qarşı qaldırdığı Bakı şəhəri, Yasamal rayonu, T.Xəlil küçəsi, 7 saylı evin 3-cü və 4-cü mərtəbələrinin inşasının qanunsuz hesab edilməklə sökülməsi, iddiaçıya məxsus Bakı şəhəri, T.Xəlil küçəsi, 7 saylı evdə yerləşən iki otaqlı mənzildən istifadəyə yaradılan maneələrin aradan qaldırılması, mənzildən istifadəyə yaratdığı maneələr nəticəsində iddiaçıya vurulmuş 5.000 manat maddi və 50.000 manat mənəvi zərərin əvəzinin cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun hazırda yaşadığı Bakı şəhəri, Nizami küçəsi, ev 53,37 saylı mənzil anası X20 məxsus olmuş, anasının vəfatından sonra həmin mənzil vərəsəlik qaydasında adına rəsmiləşdirilmiş və mülkiyyət hüquqları dövlət reyestrində qeydə alınmışdır. Qeyd edilmiş mənzilə dair verilmiş texniki pasportundan məlum olduğu kimi ona məxsus mənzil 2 yaşayış otağından və köməkçi sahələrindən ibarətdir. Eyni zamanda 1992-ci ildə yaşadıqları 53 saylı evdə ona məxsus mənzilə bir işik yaşayış sahəsi 36,5 kv.olan mənzil boşalmış və Bakı şəhəri Yasamal rayon İHB-nin xx.xx.1992-ci il tarixli 532/5 saylı sərəncamı ilə həmin mənzil də ailəsinin sərəncamına verilmiş, mərhum anası X27 yaşayış sahəsi 62.4 kv.m olan 4 otaqlı mənzilin kirayəçisi hesab edilmişdir. Anasının vəfatından sonra yaşayış sahəsi 62,4 kv.m olan 4 otaqlı mənzil onun və ailə üzvlərinin mülkiyyətində və sahibliyindədir. 2017-ci ilin aprel ayında mənzilinin yerləşdiyi binanın yanında Bakı şəhəri, Yasamal rayonu, T.Xəlil küçəsi, 7 saylı ünvanda yerləşən mənzildə yanğın baş vermiş və nəticədə də cavabdehin mənzili yanmış, eyni zamanda həmin yanğın zamanı ona məxsus mənzilin balkonu və bir otağın avadanlıqları yanmış, otağın özü isə istifadəyə yararsız vəziyyətə düşmüşdür. Məhkəmənin diqqətinə çatdırmışdır ki, ona məxsus mənzil 3 mərtəbəli evin 3-cü mərtəbəsində, cavabdehə məxsus mənzil isə 2 mərtəbəli binanın 2-ci mərtəbəsində yerləşir. Cavabdeh1 yanğından sonra mənzilinə vurduğu ziyanı ödəyəcəyini vəd etsə də, bu günədək ödəməmiş, əksinə bu müddət ərzində binanın 2-ci mərtəbəsində yerləşən mənzilini bərpa etmiş və mənzilinin üstündə qanunsuz olaraq 3-cü və 4-cü mərtəbələri inşa etməyə başlamış və hazırda da evin 4-cü mərtəbəsinin inşasını davam etdirir. Bununda nəticəsində cavabdehin qanunsuz mənzilinin açıq eyvanının və pəncərələrinin 0,5-1,0 metrliyində inşa etdiyi tikili ona məxsus Bakı şəhəri, Nizami küçəsi, ev 53,37 saylı mənzilin açıq eyvanına və otaqlara düşən havanın və gün işığın qarşısını kəsmiş, günün günorta vaxtında ailəsi mənzilində gün işığına və havaya həsrət qalmışlar. Bununla əlaqədar müvafiq İcra Hakimiyyəti və Polis orqanlarına etdiyi müraciətlər nəticəsiz qalmış, mübahisənin yalnız məhkəmə qaydasında həll edilməsinin münkün olduğunu bildirirlər. Eyni zamanda hesab edir ki, cavabdehin mənzilində baş vermiş yanğın nəticəsində mənzilinə dəymiş ziyan da ödənilməlidir. İş üzrə iddiaçı tərəfindən müstəqil tələb irəli sürən üçüncü şəxs X26 iddia ərizəsində göstərmişdir ki, 2017-ci ilin aprel ayının 10-da Bakı şəhəri, Yasamal rayonu, X22, ev 7 ünvanda yerləşən binanın 2-ci mərtəbəsində yerləşən və cavabdehə məxsus olan mənzildə yanğın baş vermişdir. Yanğından bir müddət sonra cavabdeh “öz mənzilində təmir” işləri aparılması adı altında yenidənqurma işləri aparmağa başlamışdır. Qonşular və onun tərəfindən dəfələrlə tikinitinin dayandırılması ilə bağlı dövlət orqanlarına müraciətlərinə baxmayaraq, cavabdeh tikintisini davam etdirmiş və tikili demək olar ki, artıq yekunlaşmaq üzrədir. Qeyd edilən ünvanda onun iki mənzili var və hər ikisi binanın birinci mərtəbəsində yerləşir, (qeydiyyat vəsiqələri ərizəyə əlavə olunmuşdur.) Cavabdehin tikilisi onun mənzillərinin düz üstündədir. Cavabdeh ikimərtəbəli daş binanın üzərində əlavə 02 mərtəbəli monolit beton bina yüksəltmişdir. Köhnə daş binanın üzərində iki mərtəbə ucaltmaq binanın uçmasına səbəb ola bilər. Bundan başqa yeni tikili onun mənzilini günəş işığında və havadan məhrum edib. O, cümlədən evə giriş hissəsi məhdudlaşdırılmışdr. Hesab edir ki, dövlət orqanlarına müraciətləri heç bir nəticə verməmiş, buna görə də haqq-ədalətin bərqərar olması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. AR MM-nin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımı icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və başqa daşınmaz əmlak özbaşına tikili sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə görə özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək və digər əqdlər bağlamaq hüququ yoxdur. Bununla bağlı hesab edir ki, cavabdehin ona məxsus mənzilinin açıq eyvanının və pəncərələrinin 0,5-1,0 metrliyində özbaşına inşa edilmiş tikili qanunsuz hesab edilməklə sökülməlidir. AR MM-nin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona məxsus əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.Yuxarıda şərh edilənlərə, Mülki-Prosessual Məcəllənin 55. 149 və 150-ci maddələrini rəhbər tutaraq Cavabdeh1 Bakı şəhəri, Yasamal rayonu, X42 küçəsi, ev 7 ünvanında yerləşən binanın 3cü və 4-cü mərtəbələrinin inşasının qanunsuz hesab edilməklə cavabdehin hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(004)- 17/2020 nömrəli qətnaməsi ilə İddiaçı iddiası və iddiaçı tərəfindən müstəqil tələb irəli sürən üçüncü şəxs X17 iddiasının qismən təmin edilməsi, Cavabdeh1 məxsus olan, Bakı şəhəri, Yasamal rayonu, X22, 7 saylı evin 2-ci mərbətəsinin üzərindəki (2 mərtəbəli binasının üzərindəki) özbaşına inşa edilmiş 3-cü və 4-cü mərtəbələrinin inşasının qanunsuz hesab edilməsi və sökülməsi, Bakı şəhər Cavabdeh2 Başçısının xx.xx.2017-ci il tarixli 157 saylı Sərəncamının ləğv edilməsi, iddiaların qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-17/2020 saylı iş üzrə xx.xx.2020-ci il tarixli qətnaməsininin qismən, yəni iddia tələblərinin təmin edildiyi hissədə ləğv edilməsi və həmin hissədə iddia tələblərinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırır ki, cavabdeh tərəfindən Bakı şəhəri, Yasamal rayonu, T. Xəlil küçəsi, 7 saylı evin 3-cü və 4-cü mərtəbələrində müvafiq tikinti işləri qanunvericiliyin tələblərinə və müəyyən olunmuş qaydalara (yanğın təhlükəsizlik və s) uyğun şəkildə aparılmışdır. (əsas Cavabdeh2 xx.xx.2017-ci il tarixli, 157 saylı sərəncamı, Memarlıq və Şəhərsalma Baş İdarəsinin məktubları, Fövqəladə Hallar Nazirliyininin müvafiq qurumlarının müsbət rəyi və digər sənədlər). Bu səbəbdən həmin tikinti qanunsuz hesab edilə və sökülə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.1-ci maddəsinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almad, qurğu bə ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Qanunvericiliyin ifadə etdiyi mənaya görə daşınmaz əmlak (yaşayış evi, digər tikili , qurğu və s) o halda özbaşına tikinti sayılır ki, həmin daşınmaz əmlak tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş olsun. Lakin hazırki iş üzrə Mülki Məcəllənin 180.1-ci maddəsində ifadə olunan əsaslar tam, 532/5 nömrəli “boşalmış mənzil sahəsinin Ə.M.Məmmədovaya verilməsi haqqında” Sərəncamından görünür ki, Bakı şəhəri, Nizami küçəsindəki 53 nömrəli evin yaşayış sahəsi 62, 4 kv.m olan otaqlı mənzilin kirayicisi hesab edilmişdir. Bundan başqa işdə olan Cavabdeh2 Başçısının xx.xx.1994-cü il tarixli 121/11 nömrəli “Nizami küçəsi 53 nömrəli evin 36-cı mənzilinin bölünməsi haqqında” Sərəncamının surətindən görünür ki, Bakı şəhəri, Nizami küçəsindəki 53 nömrəli evin 36-cı mənzilindəə yaşayan X27 ərizə ilə müraciət edib, ona məxsus olan 4 otaqlı sahəsi 58,9 kv.m mənzilin bölünməsini xahiş etmişdir. İcra Hakimiyyəti təfindən onun xahişi nəzərə alınaraq, evin 41,9 kv.m sahə, eyni zamanda evin 17,0 kv m sahəsi olan 1 otaqlı ev sahibi X18 adına keçirilmişdir. Bundan sonrakı müddətdə, X27 Bakı şəhəri, Nizami küçəsi 53 saylı evin 36 nömrəli mənzilini öz adına qalan (17, 0 kv.m- lik hissəni) digər şəxsə-X1. Qeyd olunan hallardan belə nəticəyə gəlmək olur ki, iddiaçı hazırda ünvan 4 ünvanda yerləşən 3 otaqlı mənzilin mülkiyyətçisidir. İşdə olan həmin mənzilin texniki pasportunun surətindən, o cümlədən Məhkəmə Ekspertiza Mərkəzinin 20905 saylı, xx.xx.2020-ci il tarixli rəyindən də görünür ki, iddiaçının mənzili 3 yaşayış otağından, şüşəbəndindən, mətbəx tikilisindən, xx.xx.2020-ci il tarixli rəyindən görünür ki, mənzilin texniki pasportu üzrə 3 saylı kimi göstərilən otağın yan divarında qapı boşluğu açıldığı və divarın digər tərəfindəki qonşu sahədə sahəsi 7,7 kv.metr olan otağın 37 saylı mənzillə birləşdirildiyi müəyyən edilmişdir. Beləliklə iddiaçınını cavabdeh tərəfindən maneə yaradıldığını qeyd etdiyi otağın ümumiyyətlə, iddiaçının mənzilinə hər hansı aidiyyətin olmadığını, həmin , cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan mənzildən istifadəyə hər hansı maneənin yaradıldığının istisna olmasını bildirmişdir. Göründüyü kimi iddiaçının cavabdehə qarşı Cavabdeh2 Başçısının sərəncamının ləğv edilməsi, tikilinin sökülməsi, mənzildən istifadəyə yaradılan maneənin aradan qaldırılması, qanunsuz bağlanmış pəncərənin açılması, cavabdehdən mənzildən istifadəyə yaradılan maneələr nəticəsində vurulmuş 5000 manat maddi və 50.000 maanat mənəvi zərərin əvəzi olaraq vəsaitin cavabdehdən tutulmasında dair iddia tələbi üzrə iddiaçının hər hansı subyektiv hüquqa malik olmadığını bildirmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili X28 apellyasiya şikayətinin dəlillərinə istinad etməklə, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, yəni iddia tələblərinin təmin edildiyi hissədə ləğv edilməsi və həmin hissədə iddia tələblərinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil Rəşid qızı apellyasiya şikayətinə yazılı etiraz təqdim edərək, etiraza uyğun izahat verərək bildirmişdir ki, apellyasiya şikayətinin qeyd edilmiş dəlilləri işin həqiqi halları, məhkəmə araşdırmaları zamanı tətqiq edilmiş aşağıda istinad edilmiş subutlara və qanunvericiliyin tələblərini ilə tam təkzib olunur. ş materiallarına əlavə edilmiş rəsmi sənədlərdən göründüyü kimi, Bakı şəhəri, Nizami ev 53,37 saylı 3 otaqlı, sahəsi 62,4 kv.m sahəli mənzilə dair mülkiyyət hüquqları dövlət reyestrində hazırda İddiaçı adına qeydiyyatdan keçmişdir.Məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş İddiaçı müraciətinə cavab olaraq verilmiş AR Milli Arxiv İdarəsinin AR Dövlət Arxivinnin Bakı filialın xx.xx.2020-ci il tarixli,M-172 saylı məktuba əlavə edilərək təqdim edilmiş Bakı şəhəri Yasamal RİHB-nın xx.xx.1992-ci il tarixli 532/5 saylı və xx.xx.1994-cü il tarixli 121/11 saylı sərəncamlardan görünür ki, ilkin olaraq iddiaçının anası Əzizə Məmmədovanın sərəncamındakı olan 25,6 kv.m sahəli yaşayış sahəsinə qonşuluqda boşalmış 2 otaqlı 36,5 kv.m sahəli mənzil birləşdirilərək axırıncı 62,4 kv.m sahəli 4 otaqlı mənzilin kirayəçisi hesab edilmiş, daha sonra isə həmin mənzil bölünərək 41,9 kv.m sahəli 3 otaqlı mənzil iddiaçının, sahəsi 17,0 kv.m olan 1 otaqlı mənzil iddiaçının anası Əzizə Məmmədovanın icarəsində saxlanılmış və sonuncu sərəncama əlavə edilmiş mənzilin bölgüsünün münkünlüyü ilə bağlı verilmiş rəy və rəyə əlavə edilmiş mənzilin plansxemindən məlum olur ki,iddiaçının sərəncamında saxlanılmış 41,9 kv.m yaşayış sahəli,3 otaqlı mənzili əks etdirən "ox" işarəsi ilə 2,3,4 və 2 saylı tikilidən giriş qapısı olan, pəncərəsi cavabdeh tərəfindən qanunsuz hörülmüş köməkçi sahəsinin də göstərilməsi müəyyən ediİmişdir. O vaxtdan da həmin tikili iddiaçının çalışma otağı kimi istifadə edilmişdir.Cavabdehin qanunsuz inşa etdiyi tikili nəticəsində həmin otağın pəncərəsini bağlamaqla iddiaçının qanunla qorunan sahiblik və köməkçi sahələrindən istifadə hüquqlarını pozmuşdur. Belə olduğu halda hesab edir ki,cavabdehin apellyasiya şikayətində 1994-cü ildən bu günədək iddiaçının sərəncamında və istifadəsində olan otağın mülkiyyətində olmadığından belə bir iddianı irəli sürmək hüququn olmadığına dair irəli sürdüyü dəlil əsassız və qanunsuz hesab edilməlidir. Məlum məsələdir ki, qanunvericilikdə mülkiyyət hüququ ilə bərabər sahiblik, sərəncam və istifadə hüquqları da görünür və müdafiə olunur. Digər tərəfdən mübahisə ilə bağlı birinci instansiya məhkəməsində aparılan məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, 2017-ci ilin aprel ayında Bakı şəhəri, Yasamal rayonu, T.Xəlil küçəsi,7 saylı evin ikinci mərtəbəsində yerləşən iki otoqlı mənzildə yanğın hadisəsi baş vermiş, hadisədən bir ay sonra Cavabdeh1 Yasamal RİH-nə müraciət edərək mənzilində baş vermiş yanğın hadisəsindən sonrakı təmir-tikinti işləri ilə əlaqədar evin üzərində apardığı əlavə tikililərin mövcud vəziyyətində tərtib edilmiş lahiyyəyə uyğun olaraq sənədlərşdirilməsinə razılıq verilməsini xahiş etmiş,mübahisə edilən Bakı şəhəri Yasamal RİHB-nın xx.xx.2017-ci il tarixli,157 saylı sərəncamı ilə BŞİH-nin Memarlıq və Şəhərsalma Baş İdarəsi xx.xx.2017-ci il tarixli,18/03-8/1358 saylı məktubla cavabdeh tərəfindən aparılmış əlavə tikinti işlərinin mövcud vəziyyətə dair təqdim edilmiş memarlıq planlaşdırmasının həlli lahiyyəsinə dair verilmiş xx.xx.2017-ci il tarixli, 18/03-8/1420 1420 məktubla işçi lahiyyəsinin məmarlıq hissəsinin razılaşdırdığına istinad edirək Bakı şəhəri,Yasamal rayonu,T.Xəlil küçəsi,7 saylı ünvanda yerləşən mənzilin üzərində Cavabdeh1 tərəfindən aparılmış əlavə tikinti işlərinin mövcud vəziyyətinə dair təqdim olnmuş memarlıq planlaşdırmasının həlli layiəsini razılaşdırıldığını və lahiyyəyə uyğun ölçülərlə onun adına sənədləşdirilməsinə sərəncam verilmişdir. Məhkəmə sorğusu əsasında həmin sərəncamın verilməsinə əsas olmuş sənədlər Bakı şəhəri Yasamal RİH-dən tələb edilmiş, Bakı şəhəri Yasamal RİHB-nın 08.04.663/d saylı məktubu ilə Bakı şəhəri Yasamal RİHB-nın xx.xx.2017-ci il tarixli,157 saylı sərəncamın, BŞİH-nin Memarlıq və Şəhərsalma Baş İdarəsi xx.xx.2017-ci il tarixli,18/03-8/1358 saylı və xx.xx.2017=ci il tarixli,18/03-8/1420 məktubların və "xxxx" MMM-nin xx.xx.2016-cı il tarixli eskiz lahiyyəsinin surətləri məhkəməyə təqdim edilmiş, lakin həmin sənədlərin içində nə Bakı şəhəri,Yasamal rayonu,T.Xəlil küçəsi,7 saylı ünvanda Cavabdeh1 məxsus mənzilin olması,nə də həmin mənzildə 2017-ci ilin aprel ayında yanğın hadisəsinin baş verməsi, bunun da nəticəsində mənzilə zərər dəyməsi və bu zərərin aradan qaldırılması üçün binanın 2-ci mərtəbəsinin üstündə 3-cü və 4-cü mərtələlərin inşa edilməsinə zəruriyyət yaranmasını təstiq edən hər hansı birsənəd və subut müəyyən edilməmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhər Məmarlıq və Şəhərsalma Baş idarəsi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2020-ci il tarixliu,03/03-878 saylı məktubuna əlavə edilərək göndərilmiş sənədlərdən məlum olur ki,cavabdehin 2 mərtəbəli Bakı şəhəri,Yasamal rayonu,T.Xəlil küçəsi,7 saylı binanın 2-ci mərtəbəsində 2 otaqlı 35,0 kv.m sahəli 8 saylı mənzili olmüş və o,2017-ci ilin aprel ayında mənzilində yanğın baş verməsi bəhanəsi ilə Bakı şəhəri,Yasamal rayonu,T.Xəlil küçəsi,7 saylı evin ikinci mərtəbəsinin üstündə özbaşına ümümi sahəsi 444 kv m olan 3-cü və 4-cü mərtəbələri inşa edilməsi razılaşdırılmışdır.Halbuki belə bir tikilinin işasına hər hansı bir səlahiyyətli orqan tərəfindən icazə verilməmiş, Bakı şəhəri Yasamal RİHB-nın xx.xx.2017ci il tarixli,157 saylı sərəncam isə tikiliyə icazə sənədin olmamaqla yanaşı,aparılmış tikilinin nəticələrinin sənədləşdirilməsinə dair verilmiş sərəncam olmuş, həmin sərəncamla evin ikinci mərtəbəsinin üstündə 3-cü və 4-cü mərtələlərin inşasına icazə verilməsinə istinad edilməmiş, hətta həmin tikiliyə dair BŞİH-nin Memarlıq və Şəhərsalma Baş İdarəsi xx.xx.2017-ci il tarixli,18/03-8/1358 saylı və xx.xx.2017=ci il tarixli,18/03-8/1420 məktubları ilə "xxxx" МММ tərəfindən tərtib edilmiş eskiz lahiyyədə tikilinin iddiaçının sərəncamında və istifadəsində olan 7,7 kv.m köməkçi otağın pəncərəsinin mövcudluğu nəzərə alınmadan tikinti norma və qaydalarına zidd olaraq eskiz lahiyyənin tərtib edilməsi əsas götürərək məhkəmə həmin sərəncamın ləğv edilməsinə dair tamamilə əsaslı bir nəticəyə gəlmişdir. Cavabdehin apellyasiya şikayətində 3-cü və 4-cü mərtəbələrin inşa edilməsi nəticəsində müstəgil tələb irəlisürən üçüncü şəxs Mehriban Əliyevaya məxsus binanın birinci mərtəbəsində yerləşən tikililərin divarlarında çatların əmələ gəlməsini təstiq edən subutlar məhkəməyə təqdim edilmədiyini göstərməsinə bununla əlaqədar məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, mübahisə ilə bağlı Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixiİ20905 saylı rəylə espert məhkəmənin 1-ci sualına cavab olaraq tədqiq olunan binanın üstündə inşa edilmiş 3-cü və 4-cü mərtələlərin inşa edilməsi üçün müvafiq icra Hakimiyyəti orqanın icazəsi,qabaqcadan İcra Hakimiyyəti orqanı ilə razılaşdırılmış tikinti lahiyyəsinin mövcud olmadığına, məhkəmənin 2-cü sualına cavab olaraq tikinti istifadəsində olan köməkçi otağın 30 sm aralı inşa edildiyi,bu da həmin otağa düşən işığın qarşısını qismən almasına səbəb olduğunu, məhkəmənin 4-cü sualına cavab olaraq ekspert Mehriban Əliyevaya məxsus binanın birinci mərtəbəli 2 otaqlı 6 saylı və iki otaqlı 3 saylı mənzillərin divarlarında əmələ gəlmiş çatların yaranma səbəbini yalnız vizual baxışla müəyyən etmək qeyri-münkün olduğunu,yaşayış evin yükdaşıyan konstruksiyasının hazırki vəziyyətinin dayanıqlığını qiymətləndirilməsi və çatların əmələ yaranma səbəblərinin araşdırılması üçün elmi tədqiqat institutu tərəfindən müvafiq instrumental müayinə-tədqiqat işlərin ararılmalı olduğuna istinad edilmişdir.Məlum məsələdir ki,həmin çatlar binanın daşıyıcı yükünü qabaqcadan müəyyən etmədən binanın üstündə 3-cü və 4-cü mərtəbələrin qanunsuz inşa etməsi nəticəsində əmələ gəlmişdir. AR Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1-ci maddəyə görə həmin Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur.Həmin Məcəllənin 74.2-ci maddəyə əsasən Məcəllənin 74.1-ci maddəsində nəzərdə tutulmuş qayda tikinti obyektlərin sökülməsinə də şamil edilir. AR Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəyə əsasən tikintiyə icazə müvafiq tikinti ərazisi üçün qüvvədə olan müfəssəl plan əsasında verilir. Belə bir plan olmadıqda isə tikintiyə icazə bu Məcəllənin 11-ci maddəsinə(şəhərin Baş planı) əsasən yoxlanılır.İcarə müvafiq İcra Hakimiyyətləri orqanı tərəfindən İH-nə təqdim edilmiş inşa edilməsi nəzərdə tutulmuş torpaq üzərində mülkiyyət, icarə və istifadə hüququnun olmasına dair sənəd,tikinti lahiyyəsi,texniki şərtlər və sairə sənədlər təqdim edildikdən sonra tikintinin inşa edilməsinin münkünlüyü yoxlanılır. AR Şəhərsalma və Tikinti Məcəlləsinin 76-ci maddəyə görə müvafiq icra hakimiyyəti orqanı tikintiyə icazə ilə bağlı icraat barədə maraqlı şəxsləri(yaxın qonşulara və qonşulara)məlumat verməyə və onları dinləməyə borcludur. AR Şəhərsalma və Tikinti Məcəlləsinin 79.1.1-ci maddəyə əsasən hündürlüyü ən çoxu 5 metr, sahəsi 100 kv.m olan yardımçı tikililərin,kəndə təsərrüfatı, məşə təsərrüfatı və balıqçılıqla məşğul olan obyektlərin inşasına icazə tələb olunmur.Həmin Məcəllərin 80ci maddəyə əsasən isə mərtəbələrin sayı 3- dən,hündürlüyü 12 metrdən və aşırımların sayı 6 metrdən çox olmayan yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti lahiyyəsi yalnız memarlıq və planlaşdırma bölməsinin hazırlanması tələb olunur.Şifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə İH-nə məlumat verir və yaşayış evinin lahiyyəsinin memarlıq və planlaşdırma bölməsinə göndərir.Müvafiq İcra Hakimiyyəti orqanı tərəfindən 3 ay müddətində lahiyyəyə dair irad sifarişçiyə təqdim edilmədikdə,sifarişçi tikinti işlərini başlaya bilər. Hesab edir ki, birinci instansiya məhkəməsi tamamilə əsaslı olaraq istinad edilmiş maddələrin tələblərinə zidd olaraq Cavabdeh1 tərəfindən inşa edilmiş tikili iddiaçının mülkiyyətimdə və sərəncamında olan mənzilinin tam qarşısında mənzilin bir pəncərəsini tam bağlamaqla digər pəncərənin və balkonunun qarşısında evin üstündə 3-cü və 4-cü mərtəbəli tikilini tikməklə, binanın birinci mərtəbəsində olan tikililərin divarlarında çatların əmələ gəlməsinə səbəb olması həmin tikilinin AR Şəhərsalma və Tikinti Məcəlləsinin 74,75,76,79 və 80-cı maddələrinin tələbləri və həmin ərazidə yerləşən mənzillərdə yaşayan sakinlərin sağlamlığına və təhlükəsizliyinə zidd olaraq inşa edilmiş tikili hesab edilməklə həmin tikilidən istifadə edilməsinə yol verilməzliyinə istinad edərək ədalətli qətnamə qəbul etmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyasından iş üzrə çıxarılmış Bakı şəhəri Yasamal rayon məhkəməsinin həmin qətnaməsindən verdimiş apellyasiya şikayətinin təmin edilməməsi haqda qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə digər cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini və tərəflərin izahatını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Cavabdeh2 Başçısının xx.xx.1992-ci il tarixli, 532/5 saylı boşalmış mənzil sahəsinin Ə.M.Məmmədovaya verilməsi haqqında sərəncama əsasən Ə.M.Məmmədova 04 nəfər ailə təkibi ilə (özü, oğlu, gəlini, nəvəsi) Nizami küçəsindəki 53 saylı evin yaşayış sahəsi 25,9 kv.m. olan 02 otaqlı mənzilində yaşayır. Həmin evin yaşayış sahəsi 36,5 kv.m. olan digər otaqlı mənzili boşalmışdır. Ə.M.Məmmədova boşalan otaqların onun mənzilinə əlavə edilməsini xahiş edir. Qeyd edilənləri nəzərə alaraq, Nizami küçəsindəki 53 saylı evin yaşayış sahəsi 36,5 kv.m. olan boşalmış otaqlı mənzilin X14 mənzilinə əlavə edilməsi və onun yaşayış sahəsi 62,4 kv.m. olan otaqlı mənzilin kirayəçisi hesab edilməsi barədə sərəncam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Başçısının aparatı Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin qeydiyyat vəsiqəsinə əsasən Nizami küçəsindəki 53 saylı evin 37 saylı mənzili İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə reyestr kitabında 467-ci səhifədə 67809 qeydəalma № 30/67809, xx xxxxxxxx 1995-ci il tarixdə qeydiyyat aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri Yasamal rayon Qeydiyyat Şöbəsinin xx xxxxxxxx 2011-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X27 xx xxxxxx 2011-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Başçısının aparatı Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin qeydiyyat vəsiqəsinə əsasən Ə.Bayramov küçəsindəki 07 saylı evin 06 saylı mənzili X5 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 163 saylı reyestr kitabında 24072-ci səhifədə qeydəalma № 30/5822, xx xxxx 1997-ci il tarixdə qeydiyyat aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin seriya ÖM, №251260 saylı qeydiyyat vəsiqəsinə əsasən X9 07 saylı evin 31,0 yaşayış sahəsindən ibarət 02 otaqlı mənzil X5 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 572 saylı reyestr kitabında 85559-cu səhifədə qeydəalma № 30/21845, xx xxxxxx 2005-ci il tarixdə qeydiyyat aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin seriya ÖM, №212421 saylı qeydiyyat vəsiqəsinə əsasən X9 07 saylı evin 35,0 yaşayış sahəsindən ibarət 02 otaqlı mənzil Cavabdeh1 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 1365 saylı reyestr kitabında 204912-ci səhifədə qeydəalma № 30/204912, xx xxxxxx 2005-ci il tarixdə qeydiyyat aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya MA, №0253816 saylı çıxarışa əsasən X9 07 saylı evin 22 saylı mənzili X15 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 1443 saylı reyestr kitabının 132160 saylı vərəqində xx xxxxxx 2011-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Mehriban Əliyevaya ünvanlanmış 37/Ə01521 saylı, xx xxxx 2017-ci il tarixli cavab məktubundan görünür ki, Cavabdeh2nə X22, 07 ünvanda yerləşən mənzilin mülkiyyətçisi, vətəndaş Cavabdeh1 məxsus mənzildə baş vermiş yanğın hadisəsindən sonrakı təmir-bərpa işləri ilə əlaqədar evin üzərində apardığı əlavə tikinti işlərinin mövcud vəziyyətdə tərtib edilmiş layihəyə uyğun sənədləşdirilməsinə razılıq verilməsini xahiş etmişdir. Qeyd edilən ünvanda yerləşən evin üzərində aparılmış əlavə tikinti işlərinin mövcud vəziyyətdə tərtib edilmiş eksiz layihəsi Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2017-ci il tarixli, 18/03-8/1358 saylı məktubu ilə razılaşdırılmış və vətəndaş Cavabdeh1 adına sənədləşdirilməsi haqqında Cavabdeh2 tərəfindən xx.xx.2017-ci il tarixli, 157 saylı sərəncam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri Cavabdeh2 Başçısının 157 saylı, xx.xx.2017-ci il tarixli Sərəncamı ilə Yasamal rayonu, X22, 07 ünvanda yerləşən evin üstündə aparılmış əlavə tikinti işlərinin mövcud vəziyyətində vətəndaş Cavabdeh1 adına sənədləşdirilməsi haqqında sərəncama əsasən Cavabdeh2nə X22, 07 ünvanda yerləşən mənzilin mülkiyyətçisi, vətəndaş Cavabdeh1 müraciət edərək həmin mənzildə baş vermiş yanğın hadisəsindən sonrakı təmir-bərpa işləri ilə əlaqədar evin üzərində apardığı əlavə tikinti işlərinin mövcud vəziyyətində tərtib edilmiş layihəyə uyğun sənədləşdirilməsinə razılıq verilməsini xahiş etmişdir. BŞİH-nin Memarlıq və Şəhərsalma Baş İdarəsi xx.xx.2017-ci il tarixli, 18/03- 8/1358 nömrəli məktubla X22, 7 saylı ünvanda yerləşən evin üzərində vət. Cavabdeh1 tərəfindən aparılmış əlavə tikinti işlərinin mövcud vəziyyətinə dair təqdim olunmuş memarlıq-planlaşdırmasının həlli layihəsini, xx.xx.2017-ci il tarixli, 18/03- 8/1420 nömrəli məktubla işçi layihəsinin memarlıq hissəsini razılaşdırmışdır. Qeyd olunanlara əsaslanaraq: Yasamal rayonu, X22, 7 saylı ünvanda yerləşən mənzilin mülkiyyətçisi vət. Cavabdeh1 mənzildə baş vermiş yanğın hadisəsindən sonrakı təmir-bərpa işləri ilə əlaqədar evin üzərində apardığı əlavə tikinti işləri mövcud vəziyyətində razılaşdırılmış layihəyə uyğun ölçülərdə onun adına sənədləşdirilməsi barədə sərəncam verilmişdir. İş materiallarında olan Bakı şəhəri Cavabdeh2 Başçısının İ müavini tərəfindən Mehriban Əliyevaya ünvanlanmış xx xxxxxx 2017-ci il tarixli cavab məktubundan görünür ki, yanğından sonra vət. Cavabdeh1 mənzili yaşayış üçün yararsız vəziyyətə düşdüyündən o, Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəs ilə xx.xx.2017-ci il tarixli, 18/03-8/1358 saylı razılaşdırımış layihə əsasında rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 157 saylı, xx.xx.2017-ci il tarixli sərəncamı ilə mənzilində təmir-bərpa və yenidənqurma işləri aparır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutu (AzİMETİ) tərəfindən məhkəməyə ünvanlanmış 01/182 saylı, xx xxxx 2019-cu il tarixli cavab məktubundan görünür ki, Azərbaycan İnşaat və Memarlıq X2 3.6-cı bəndinə əsasən ödənişli əsaslarla hüquqi və fiziki şəxslər uçün elmi-tədqiqat və layihə işləri aparmaq tikintiyə və layihələndirməyə dair normativ sənədləri hazırlamaq və fəaliyyətinə uyğun qanunvericilikdə qadağan olunmayan digər xidmətlən göstərmək İnstitutun hüququ kimi müəyyən edilmişdir. Bununla əlaqədar bildirmişlər ki, müqavilə bağlanaraq İnstitutun hesabına ödəniş heyata keçirildikdən sonra müvafiq tikililərə texnikibaxış keçirilərək rəy veriləcək. İş materiallarında olan Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən məhkəməyə ünvanlanmış xx/xx-02791 saylı, xx xxx 2019-cu il tarixli, xx/xx-02962 saylı, xx xxx 2019-cu il tarixli və 37/36 saylı, xx xxx 2019-cu il tarixlicavab məktublarından görünür ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanlarına əsasən 2019-cu ilin fevral ayında Şamaxı, İsmayıllı və Ağsu rayonlarında baş vermiş zəlzələlər nəticəsində yaşayış evlərinə, sosial və infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması və eyni zamanda, 2019-cu il yanvarın 1-dək tikintiquraşdırma işləri başa çatmış və istismar edilən çoxmənzilli yaşayış binalarının istismara hazırlığı baxımından müayinələrin aparılması Fövqəladə Hallar Nazirliyinə tapşırılmışdır. Qeyd olunan tapşırıqların çoxhəcmli və onların icra müddətlərinin məhdud olduğundan, halhazırda həmin tədbirlərin həyata keçirilməsinə Agentliyin tabeliyində olan bütün qurumların mütəxəssisləri cəlb olunmuşlar. Bu səbəbdən də məhkəmə ekspertiza tədqiqatının aparılması üçün tərəflərindən yaxın müddət ərzində mütəxəssislərin ayrılması imkan xaricindədir. Eyni zamanda bildirmişlər ki, Respublikada istismara qəbul olunmuş binaların texniki vəziyyətinin müayinəsi aidiyyəti üzrə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nəzdindəki Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutu (AzİMETİ) tərəfindən həyata keçirilir. Bununla bağlı, bu müddət ərzində məhkəmə ekspertizasının keçirilməsi üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin AzİMETİ-nin və ya bu sahədə ixtisaslaşmış özəl qurumların mütəxəssislərinin, yaxud da müvafiq yerli icra hakimiyyətinin memarlıq və tikinti şöbələrinin mühəndislərinin cəlb edilməsini məhkəmədən xahiş etmişlər. İş materiallarında olan Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən məhkəməyə ünvanlanmış xx/xx-08648 saylı, xx xxxxxxx 2019-cu il tarixlicavab məktubundan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, T.Xəlil Rza oğlu küçəsi, ev 7-də yerləşən dörd mərtəbəli yaşayış evinin üçüncü və dördüncü mərtəbələrinin yanğın təhlükəsizliyi tələblərinə uyğunluğu barədə YTNƏŞ-0588 saylı, xx.xx.2018-ci il tarixli akt, 37/N-00793 saylı, xx.xx.2018-ci il tarixli məktubla Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən vətəndaş Cavabdeh1 göndərilmişdir. Akta əsasən təqdim olunmuş sənədlərin araşdırılmış və yerində yanğın-texniki müayinədən obyektin qüvvədə olan 2.6- 1 «Şəhər, qəsəbə və kənd yaşayış məskənlənnin planlaşdırılması və tikilib abadlaşdınlması» Azərbaycan Respublikasının Dövlət Tikinti Normalarının, 2.08.02-89 «İctimai bina və qurğular» Tikinti Norma və Qaydalarının, 2.11-1 “Su təchizatı xarici xətlər və qurğular” TN və Q-nın; 2.04-09-84 «Bina və qurğuların yanğın avtomatikası» Tikinti Norma və Qaydalarının. “X4 Qaydalarının, 2 02 01-97 «Bina və qurğuların yanğın təhlükəsizliyi» yanğına qarşı yönəldilmiş tələblərinə əməl edilməklə inşa edilmiş və yanğın-texnıkı ləvazimatlarla təmin edilmişdir. İş materiallarında olan Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən məhkəməyə ünvanlanmış xx/xx-06888 saylı, xx xxxxxxx 2019cu il tarixli cavab məktubundan və məktuba əlavə edilmiş xx.xx.2019-cu il tarixli Rəydən görünür ki, məhkəmənin xx xxxxxxxx 2019-cu il tarixli, 2(004)-50 nömrəli məktubu ilə əlaqədar olaraq, Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisi ünvan 6 ünvanında müvafiq tədqiqat işləri aparmışdır. Tədqiqat işləri nəticəsində tərtib olunmuş mütəxəssis rəyini məhkəməyə təqdim etmişlər. xx xxxxxxx 2019-cu il tarixli mütəxəssis rəyinə əsasən İddiaçı Cavabdeh1 və Cavabdeh2nə qarşı “qanunsuz inşa edilmiş tikilinin sökülməsi, mülkiyyətində olan əmlakından istifadəyə yaradılan maneələrin aradan qaldırılması və vurulmuş maddi zərərin ödənilməsi” tələbinə dair ilkin iddia ərizəsi və iddiaçı tərəfindən müstəqil tələb irəli sürən üçüncü şəxs X17 Cavabdeh1 və Cavabdeh2nə qarşı “qanunsuz inşa edilmiş tikilinin sökülməsi və mülkiyyətində olan əmlakından istifadəyə yaradılan maneələrin aradan qaldırılması” tələbinə dair mülki ış üzrə mütəxəssis rəyinin verilməsi üçün Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə müraciət edilmişdir. Qeyd edilən ünvana baxış keçirib müvafiq rəyi hazırlamaq üçün “Azərdövlətsənayelayihə" Dövlət Layihə İnstitutunun 2 nömrəli memar- inşaat şöbəsinin, konstruksiya sektorunun mühəndisi X32 ayrılmışdır. Tədqiqat hissəsi: Baxış keçirilən ünvan 7 saylı ünvanda yerləşən yaşayış evi 4 mərtəbəli, 1 girişli olub planda düzbucaqlı şəkillidir. Yaşayış binasının yükadaşıyan divarları əl ilə yonulmuş düzgün formalı əhəngdaşından yerinə yetirilmişdir. Damı mansard tipli olub dalğavari metal vərəqələrlə örtülmüşdür. Mərtəbəarası örtükləri 1-ci və 2-ci mərtəbələrdə ağac konstruksiyasından, 3cü və 4-cü mərtəbələrdə isə monolit dəmir-betondandır. Baxış zamanı evin 3 saylı mənzilində, divarın qalınlığı 0,2 metr olan sanitar qovşağının hörgü birləşmələrində 2-3 mm qalınlığında aralanmalar müşahidə olundu. 3 saylı mənzilin əsas yükdaşıyan divarlarında çat və zədələnmələr müşahidə edilmədi. Baxış zamanı yaşayış evinin 6 saylı mənzilinin giriş qapısının yerinin dəyişdirilməsi müşahidə olundu. Belə ki, evinin tağvari formada olan əsas giriş qapısı əhəng daşı ilə hörülüb, təqribən əsas qapıdan 2,5 - 3,0 metr məsafədə yeni qapı boşluğu açılmışdır. Yeni qapı boşluğu tikinti norma və qaydalarına əməl edilmədən - qapı üzəri atmalardan istifafə edilməməklə açılmışdır. Açılmış qapı boşluğunun üzərində qalınlığı 2-3 mm olan iki tərəfli və birtərəfli çatlar yaranmışdır. 6 saylı mənzilin digər əsas yükdaşıyan divarlarında da müxtəlif ölçülü birtərəfli çatlar müşahidə olundu. Baxış zamanı 7 saylı yaşayış evinin üzərində monolit dəmir-betondan olmaqla 3- cü və 4-cü mərtəbəsinin inşa edilməsi müşahidə olundu. Yeni inşa edilmiş tikiliyə tam şəkildə baxış keçirmək mümkün olmadı. Sonradan inşa edilmiş hissələrdə (fasad və baxış keçirilən hissələrdə ) çat və deformasiyalar müşahidə edilmədi. Ekspertiza qarşısında aşağıdakı suallar qoyulmuşdur: Bakı şəhəri, Yasamal rayonu, T.Xəlil küçəsi, 7 saylı ünvanda yerləşən 2 mərtəbəli binanın üstündə inşa edilmiş 3-cü və 4-cü mərtəbələrin inşa edilməsi üçün müvafiq icra Hakimiyyəti (İH) orqanın icazəsi, qabaqcadan İH-ti orqanı ilə razılaşdırılmış memarlıq və planlaşdırma bölməsi tərəfindən təsdiq edilmiş tikinti lahiyyəsi olmuşdurmu? Bakı şəhəri, Nizami küçəsi, ev 53,37 saylı mənzilin bir pəncərəsi hörülməklə digər pəncərə və eyvana münasibətdə 0,5-0,1 metr ara məsafə saxlanılmaqla cavabdeh tərəfindən aparılan həmin tikinti işləri tikinti norma və qaydalarına uyğundurmu? Cavabdeh tərəfindən İddiaçı məxsus Bakı şəhəri, Nizami küçəsi, ev 53, 37 saylı mənzilin pəncərəsi və eyvanın tam qarşısında quraşdırılmış binanın 3-cü və 4-cü mərtəbələrinə aid çoxsaylı sanitar, havaçəkən, istilik və kondisioner qurğularının quraşdırılması qanunun tələbinə uyğundurmu? Bakı şəhəri, Yasamal rayonu, T.Xəlil küçəsi, 7 saylı binanın birinci mərtəbəsində yerləşən iki otaqlı 6 saylı və 2 otaqlı 3 saylı mənzillərin divarlarında əmələ gəlmiş çatlar köhnə 2 mərtəbəli daş binanın üstündə monolit betondan 3-cü və 4-cü mərtəbələrin inşaası nəticəsində əmələ gəlməsi mümkündürmü? Bakı şəhəri, Yasamal rayonu, T.Xəlil küçəsi, 7 saylı ünvanda yerləşən 2 mərtəbəli binanın üstündə inşa edilmiş 3-cü və 4-cü mərtəbələrin inşası yanğın və təhlükəsizlik qaydalarına uyğun olaraq inşa edilmişdirmi? Bakı şəhəri, Yasamal rayonu, T.Xəlil küçəsi, 7 saylı ünvanda yerləşən 2 mərtəbəli binanın üstündə inşa edilmiş 3-cü və 4-cü mərtəbələrin inşası AR Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulmuş tikinti norma və qaydalarına, tələblərinə uyğun inşa edilmişdirmi? Bakı şəhəri, Yasamal rayonu, T.Xəlil küçəsi, 7 saylı ünvanda yerləşən bina 2017-ci ilin aprel ayınadək neçə mərtəbəli olub, hazırda bina neçə bərtəbədən ibarətdir və binanın hansı mərtəbələri və hissələri qanunsuz inşa edilmişdir? Bakı şəhəri, Yasamal rayonu, T.Xəlil küçəsi, 7 saylı binada Cavabdeh1 məxsus tikili qanuni və qanunsuz (tikinti normalarına uyğun) olub-olmaması müəyyən edilsin? Bakı şəhəri, Yasamal rayonu, T.Xəlil küçəsi, 7 saylı binada Cavabdeh1 məxsus tikili İddiaçı məxsus ünvan 8 ünvanına və müstəqil tələb irəli sürmüş üçüncü şəxs X21 məxsus Bakı şəhəri, Yasamal rayonu, T.Xəlil küçəsi, 7 saylı binada yerləşən mənzilinə maneə yaradırmı? İddiaçıya cavabdeh tərəfindən mənzildən istifadəyə görə maneə olduğu halda maddi ziyan vurulmuşdurmu və vurulmuşsa ziyanın məbləği nə qədərdir? Tədqiqatın nəticəsi. 4-cü sual üzrə: Bakı şəhəri, Yasamal rayonu, T.Xəlil küçəsi, 7 saylı binanın birinci mərtəbəsində yerləşən iki otaqlı, 6 saylı və iki otaqlı, 3 saylı mənzillərin divarlarında əmələ gəlmiş çatların yaranma səbəbini yalnız vizual baxışla müəyyən etmək qeyri mümkündür. Yaşayış evinin yükdaşıyan konstruksiyasının hazırki vəziyyətinin - dayanıqlığının qimətləndirilməsi və çatların yaranma səbəblərinin araşdırılması üçün elmi tədqiqat institutu tərəfindən müvafiq instrumental müayinə - tədqiqat işləri aparılmalıdır. 1,2,3,5,6,7,8,9 və 10-cu suallar üzrə: Bu suallar inşaat konstruktorunun səlahiyyətlərinə aid olmadığı üçün tərəfindən cavablandırılmır. İş materiallarında olan Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən məhkəməyə ünvanlanmış xx/xx-02756 saylı, xx xxxxx 2020-ci il tarixlicavab məktubundan görünür ki, məhkəmənin sübutun tələb edilməsi barədə xx xxxx 2020-ci il tarixli, 2(004)-17/2020 nömrəli sorğusuna cavab olaraq, Agentliyin “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutu tərəfindən tərtib olunmuş Bakı şəhəri, Yasamal rayonu, X3, 7 saylı ünvanda mövcud 2 mərtəbəli yaşayış evinin üzərində inşa edilmiş üçüncü və mansard mərtəbələrinin müayinəsi haqqında Texniki rəyin surətini məhkəməyə təqdim etmişlər. Eyni zamanda bildirmişlər ki, alınması ilə bağlı sifarişçi müraciət etmədiyinə görə tikintinin istismara hazır olması barədə akt tərəflərindən tərtib olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20905 saylı, xx.xx.2020-ci il tarixli ekspert rəyinə əsasən: 1-ci sual üzrə: tədqiq olunan binanın üstündə inşa edilmiş 3-cü və 4-cü mərtəbələrin inşa edilməsi üçün müvafiq icra Hakimiyyəti orqanın icazəsi, qabaqcadan İHti orqanı ilə razılaşdırılmış tikinti lahiyyəsi mülki iş materiallarına əlavə edilməmişdir. Lakin Cavabdeh2 xx.xx.2017-ci il tarixli, 157 saylı sərəncamına əsasən, Yasamal rayonu, X25 7 saylı ünvanda yerləşən mülkiyyətçisi vət. Cavabdeh1 mənzildə baş vermiş yanğın hadisəsindən sonrakı təmir-bərpa işləri ilə əlaqədar evin üzərində apardığı əlavə tikinti işlərinin mövcud vəziyyətində tərtib edilmiş layihəyə uyğun sənədləşdirilməsinə icazə verilmiş, həmçinin Azərbaycan Respublikası Memarlıq və Şəhərsalma Baş idarəsinin xx.xx.2017-ci il və xx.xx.2017-ci il tarixli, 18/03-8/1358 saylı məktublarına əsasən, əlavə tikinti işlərinin memarlıqplanlaşdırmasının həlli layihəsi və işçi layihəsinin memarlıq hissəsi razılaşdırılmışdır; 2-ci sual üzrə: tikinti norma və qaydalarına əsasən yaşayış otaqları və yardımçı tikililər təbii işıqla təmin olunmalıdır. Baxış zamanı 37 saylı mənzilə sonradan əlavə edilmiş və texniki pasport üzrə nəzərdə tutulmayan otağa həyətə tərəf olan pəncərəsinin qarşı tərəfində, divardan 30 sm aralı məsafədə iş üzrə cavabdeh tərəfindən tikili inşa edildiyi müəyyən olunmuşdur ki, bu da həmin otağa düşən təbii işığın qarşısının qismən alınmasına səbəb olmuşdur. Lakin təbii işığın qarşısı nə qədər alınması və normalara uyğun olub-olmaması həmin sahə üzrə mütəxəssis tərəfindən xüsusi ölçmə cihazı vasitəsilə ölçülərək müəyyən oluna bilər; 3-cü sual üzrə: sanitar, havaçəkən, istilik və kondisioner qurğularının quraşdırılmasının qanunun tələbinə uyğun olub-olmamasının müəyyən edilməsi tikinti ekspertinin səlahiyyətinə aid olmadığından, bu sual üzrə tədqiqat aparılmadı; 4-cü sual üzrə: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisi tərəfindən tərtib edilmiş xx.xx.2019cu il tarixli mütəxəssis əsasən Bakı şəhəri, Yasamal rayonu, T.Xəlil küçəsi, 7 saylı binanın birinci mərtəbəsində yerləşən iki otaqlı, 6 saylı və iki otaqlı, 3 saylı mənzillərin divarlarında əmələ gəlmiş çatların yaranma səbəbini yalnız vizual baxışla müəyyən etmək qeyrimümkündür. Yaşayış evinin yükdaşıyan konstruksiyasının hazırki vəziyyətinin dayanıqlığının qimətləndirilməsi və çatların yaranma səbəblərinin araşdırılması üçün elmi tədqiqat institutu tərəfindən müvafiq instrumental müayinə - tədqiqat işləri aparılmalıdır; 5-ci sual üzrə: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanın Nəzarəti Xidmətinin X10 Əsasları şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli, YTNƏŞ-0588 saylı akta əsasən, tədqiq olunan evin üçüncü və dördüncü mərtəbələrinin qüvvədə olan 2.6-1 «Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması» Azərbaycan Respublikasının Dövlət Tikinti Normalarının, 2.08.02- 89 «İctimai bina və qurğular» Tikinti Norma və Qaydalarının, 2.11-1 “Su təchizatı xarici xətlər və qurğular” TN və Q-nın; 2.04- 09-84 «Bina və qurğuların yanğın avtomatikası» Tikinti Norma va Qaydalarının, “X4 Qayadaları”nın, 2.02.01-97 «Bina və qurğuların yanğın təhlükəsizliyi» yanğına qarşı yönəldilmiş tələblərinə əməl edilməklə inşa olunduğu və yanğın-texniki ləvazimatlarla təmin edildiyi müəyyən olunmuşdur; 6-cı, 7-ci və 8-ci suallar üzrə: mülki iş materiallarındakı məlumatlara əsasən, tədqiq olunan binanın 2017-cı ilin aprel ayınadək 2 mərtəbədən ibarət olduğu, hazırda 2-ci mərtəbənin üstündə 3-cü və mansard mərtəbəsi inşa edildiyi müəyyən olunmuşdur. Eyni zamanda qeyd olunur ki, Cavabdeh2 xx.xx.2017-ci il tarixli, 157 saylı sərəncamına əsasən, Yasamal rayonu, X22 7 saylı ünvanda yerləşən mülkiyyətçisi vət. Cavabdeh1 mənzildə baş vermiş yanğın hadisəsindən sonrakı təmir-bərpa işləri ilə əlaqədar evin üzərində apardığı əlavə tikinti işlərinin mövcud vəziyyətində tərtib edilmiş layihəyə uyğun sənədləşdirilməsinə icazə verilmiş, eləcə də Azəbaycan Respublikası Memarlıq və Şəhərsalma Baş idarəsinin xx.xx.2017-ci il və xx.xx.2017-ci il tarixli, 18/03-8/1358 saylı məktublarına əsasən, əlavə tikinti işlərinin memarlıq-planlaşdırmasının həlli layihəsi və işçi layihəsinin memarlıq hissəsi razılaşdırılmış, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi “Azərdövlətsənayelayihə” DLİnin əməkdaşları tərəfindən tərtib edilmiş həmin tikililər müayinə edilərək müsbət rəy verilmiş, həmçinin Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin X10 Əsasları şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli, YTNƏŞ-0588 saylı akta əsasən, tədqiq olunan evin üçüncü və dördüncü mərtəbələrinin qüvvədə olan 2.6-1 «Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması” Azərbaycan Respublikasının Dövlət Tikinti Normalarının, 2.08.02-89 “İctimai bina və qurğular” Tikinti Norma və Qaydalarının, 2.11-1 “Su təchizatı xarici xətlər və qurğular” TN və Q- nın; 2.04-09-84 «Bina və qurğuların yanğın avtomatikası» Tikinti Norma va Qaydalarının, “X7 Qayadaları”nın, 2.02 01-97 «Bina və qurğuların yanğın təhlükəsizliyi» yanğına qarşı yönəldilmiş tələblərinə əməl edilməklə inşa olunduğu və yanğın-texniki ləvazimatlarla təmin edildiyi qeyd olunmuşdur; 9 və 10-cü suallar üzrə: tədqiq olunan tikililərin digər şəxslərə məxsus mənzillərə maneə yaratmasının müəyyən olunması tikinti ekspertinin səlahiyyətinə aid olmadığından, bu suallar üzrə tədqiqat aparılmadı. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən vət. Cavabdeh1 ünvanlanmış 18/03-8/1420 saylı, xx xxxx 2017-ci il tarixlicavab məktubundan görünür ki, onun daxil olmuş xx.xx.2017-ci il tarixli ərizəsini nəzərə alaraq, Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2017-ci il tarixli, 18/03-8/1358 saylı məktubu ilə Yasamal rayonu, X22, 7 saylı ünvanda yerləşən evin üzərində aparılmış əlavə tikinti işlərinin mövcud vəziyyətinə dair razılaşdırılmış memarlıqplanlaşdırmasının həlli layihəsinə əsasən təqdim olunmuş işçi layihəsinin memarlıq hissəsi (“xxxx” MMC-nin işi, memar O.O.Məmmədov) razılaşdırılır. Sənədləşdirmə işləri mövcud qanunvericiliyin tələblərinə uyğun müvafiq qaydada aparılmalıdır. İş materiallarında olan Yasamal Rayon Məhkəməsinin 2(004)–6159/2017 saylı, xx.xx.2017-ci il tarixli qərardadı ilə İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs X17 nümayəndəsinin iddianın təmin etmə tədbiri barədə ərizələri təmin edilərək, mübahisəyə mahiyyəti üzrə baxılıb qurtaranadək və yekun məhkəmə qətnaməsi qüvvəyə minənədək Cavabdeh1 tərəfindən aparılan Bakı şəhəri, Yasamal rayonu, T.Xəlil Rza oğlu küçəsi, 7 saylı evin 3-cü və 4-cü mərtəbələrinin inşası ilə bağlı tikinti, təmir və bərpa işləri dayandırılsın, həmin işlərin aparılmasına qadağa qoyulmuşdur. Qərardadın dərhal icra edilməsi qərara alınmışdır. İş materiallarında olan Yasamal rayon icra şöbəsinin icra məmurlarının tərtib etdiyi xx.xx.2017-ci il, xx.xx.2017-ci il, xx.xx.2017-ci il tarixli aktlara əsasən iddianın təmini tədbiri barədə Yasamal Rayon Məhkəməsinin 2(004)–6159/2017 saylı, xx.xx.2017-ci il tarixli qərardadı icra edilərək, bu barədə qeydiyyat aparılmış. Həmin aktı Cavabdeh1 qardaşı X33 da imzalamışdır. İş materiallarında olan Yasamal rayon icra şöbəsinin rəisi X19 Rayon Polis İdarəsinə ünvanlandığı xx.xx.2017-ci il tarixli, xx/xx-222277-17/12- 22425 saylı məktubunun surətindən görünür ki, Yasamal Rayon Məhkəməsinin 2(004)– 6159/2017 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsinə əsasən mübahisəyə mahiyyəti üzrə baxılıb qurtaranadək və yekun məhkəmə qətnaməsi qüvvəyə minənədək Cavabdeh1 tərəfindən aparılan Bakı şəhəri, Yasamal rayonu, T.Xəlil Rza oğlu küçəsi, 7 saylı evin 3-cü və 4-cü mərtəbələrinin inşası ilə bağlı tikinti, təmir və bərpa işləri dayandırılmalı, həmin işlərin aparılmasına qadağa qoyulmuşdur. İcra tədbirləri həyata keçirilən zaman müəyyən edilmişdir ki, təmir, tikinti və bərpa işləri borclu Cavabdeh1 qardaşı X33 tərəfindən həyata keçirilir. X8 işlərin dərhal dayandırılması təklif olunsa da həmin işlər onun tərəfindən dayandırılmamış və hal-hazırda da davam etdirilməkdədir. Yuxarıda göstərilənləri nəzərə alaraq, Bakı şəhəri, Yasamal rayonu, T.Xəlil Rza oğlu küçəsi, 7 saylı evin 3-cü və 4-cü mərtəbələrində təmir, tikinti və bərpa işlərinin dayandırılmasına köməklik göstərilməsi üçün aidiyyəti üzrə göstəriş verilməsi xahiş edilmişdir. Cavabdeh2 iş üzrə məhkəmənin xx.xx.2018-ci il tarixli iclas protokolundan görünür ki, cavabdeh kimi işə cəlb edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)- 5286/2018 saylı qərardadında da qeyd edilmşidir ki, Cavabdeh2 xx.xx.2017-ci il tarixli, 157 saylı Sərəncamı tikiliyə icazə verilməsinə dair olmamaqla, aparılmış tikilinin nəticələrinin sənədləşdirilməsinə dairdir. Belə olduğu təqdirdə Sərəncamın ləğv edilməli olub-olmaması məsələsi, tərəflər aransıda olan mülki mübahisələrin nəticəsindən, yəni tikilinin qanunsuz hesab edilib-edilməməsi, sökülməli olub-olmaması nəticəsindən asılıdır. Bundan əlavə iş materiallarında olan Yasamal RİH Başçısının xx.xx.2017-ci il tarixli 157 saylı Sərəncamı tikiliyə icazə sənədi olmamaqla yanaşı, həmin Sərəncamda 2 mərtəbəli binanın üzərində aparılmış məhz 3-cü və 4-cü mərtəbələrin inşasının qanuni olduğu da öz əksini tapmamışdır. Yəni həmin sərəncamla özbaşına tikinti qanuni tikinti hesab edilməmişdir. Sərəncamda yazılmışdır ki, əlavə tikinti işləri sənədləşdirilsin. Əlavə tikinti işlərinin nədən ibarət olması göstərilməmişdir. Həmin əlavə tikinti işlərinin məhz 3-cü və 4-cü mərtəbə olması Sərəncamda göstərilməmişdir. Yəni Sərəncamla 2 mərtəbəli binanın üzərində əlavə 3 və 4-cü mərtəbələrin tikintisinə icazə verilməsi qeyd edilməmişdir Beləliklə, birinci instansiya məhkəməsində müəyyən edilmişdir ki, mübahisə edilən Yasamal rayonu, X25 7 saylı ünvanda yerləşən bina 2017-cı ilin aprel ayınadək 2 mərtəbədən ibarət olmuşdur. Sonradan həmin binada 2-ci və 3-cü mərtəbələr inşa edilmişdir. Həmin binanın hazırda mübahisə predmeti olan 3 və 4-cü mərtəbələrinin inşasına hər hansı bir səlahiyyətli orqan tərəfindən icazə verilməsi iş üzrə müəyyən edilmədi. Cavabdeh2 xx.xx.2017-ci il tarixli, 157 saylı Sərəncamı isə tikiliyə icazə verilməsinə dair rəsmi sənəd deyil. Buna görə də həmin binanın hazırda mübahisə edilən 3-cü və 4-cü mərtəbələrinin tikintisi özbaşına tikili hesab edilir. Çünki Mülki Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin maddənin bir neçə müstəqil şərtləri vardır. Həmin şərtlərdən birinin olması kifayət edir ki, tikili özbaşına tikili hesab edilsin. Hazırkı iş üzrə də müəyyən edilir ki, həmin maddənin dispozitiv şərtlərindən biri olan, yəni “buna lazımi icazələr almadan” tikinti aparıldığından, bu cür icazə alınmadan aparılmış tikinti özbaşına tikilidir. MM-in 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. MM-in 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Hazırkı iş üzrə həmin özbaşına tikiliyə məhkəmə tərəfindən mülkiyyət hüququnun tanınmasına dair hər hansı bir sübut müəyyən edilməmişdir. Belə olduğu təqdirdə MM-in 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. İddiaçılar ilə Cavabdeh1 qonşudurlar. Belə olduğu təqdirdə iş üzrə ekspert rəyinə əsasən müəyyən edilir ki, aparılmış həmin özbaşına tikili nəticəsində cavabdeh İddiaçı məxsus olan və özbaşına tikilinin aparıldığı 2017-cı ilin aprel ayınadək mövcud olan mənzilin pəncərəsinin qarşı tərəfindən, divardan 30 sm aralı məsafədə cavabdeh tərəfindən tikili inşa edildiyi müəyyən edilmişdir. Bu da iddiaçının həmin otağına düşən təbii işığın qarşısının qismən alınmasına səbəb olmuşdur. Məhkəmə kollegiyası aşağıdakılara görə hesab edir ki, cavabdeh tərəfindən aparılmış həmin özbaşına tikili sökülməlidir. Belə ki, Mülki Məcəllənin 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. MM-in 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, birbirinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Mülki Məcəllənin 170.2-ci maddəsində cürbəcür hədsiz təsirlərdən bir neçəsi xüsusilə (yəni xüsusən işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri) sadalanmış, təsirlərin tam dairəsi maddədə sadalanmamış, həmçinin həmin cürbəcür hədsiz təsirlərin dairəsi də məhdudlaşdırılmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən özbaşına tikinti aparılan anadək iddiaçının mövcud olan mənzilinin 30 santimetrliyində özbaşına tkilinin aparılması, tikili nəticəsində iddiaçının evinə düşən təbii işığın qarşısı alındığından, bu özbaşına tikili iddiaçının qanunla qorunan mənafelərini pozur, divarda çatların əmələ gəlməsi həmin binanın və qonşu binada mənzili olan ididaçı fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradır. Ona görə də hazırkı iş üzrə iddiaçılar maraqlı tərəf kimi həmin özbaşına tikilinin sökülməsi barə məhkəmədə iddia qaldıra bilərlər. Məhkəmə kollegiyası, həmçinin Yasamal RİH-nin sərəncamının ləğv edilməsi hissəsində də hesab edir ki, iddialar təmin edilməlidir. Çünki həmin sərəncam tikilinin nəticələrinin sənədləşdirilməsinə dairdir. Belə olduğu təqdirdə tkilinin sökülməsi qərara alındığından, həmin tikilinin nəticələrinin sənədləşdirilməsinə dair Sərənca da ləğv edilməlidir. Məhkəmə kollegiyası həmçinin iddia tələbindən digəri olan cavabdehin apardığı tikili nəticəsində iddiaçının evinə vurduğu ziyan tələbi hissədə iddianın təmin edilməməsi qənaətinə gəlir. Belə ki, iddiaçı həmin ziyanı ona görə tələb edir ki, iddia edir ki, cavabdehin apardığı əlavə tikinti nəticəsində iddiaçıya məxsus evə maddi ziyan dəymişdir. Lakin dəymiş maddi ziyanın dəqiq məbləği barədə məhkəməyə sübut təqdim etməmişdir. Bundan əlavə mənəvi zərər tələb edilsə də, həmin tələb edilən mənəvi zərərin məbləğinin ağlabatan olması barədə məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, tikilinin sökülməsi ilə iddiaçının pozulmuş hüquqları bərpa edildiyindən, bu halın özü də mənəvi zərərin aradan qaldırılması formasında çıxış edə bilər. Yəni tkili sökülməklə vurulmuş mənəvi zərər kompensasiya edilə bilər. Belə ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarında müəyyən edilmişdir ki, mənəvi zərərin ödənilməsinin zəruriliyi bir sıra beynəlxalq sənədlərdə də öz əksini tapmışdır. Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 1985-ci il 29 noyabr tarixdə qəbul etdiyi «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannamənin 1-ci maddəsində göstərilir ki, «qurbanlar» termini altında üzv dövlətlərin hakimiyyətdən cinayətkar sui-istifadəni qadağan edən qanunlar daxil olmaqla, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, yaxud əsas hüquqların xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apelyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi, yaxud dəyişdirilməsi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(004)- 17/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-1049/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1049/2021
25.02.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver