Məhkəmə qərarları › İş №2(103)-10497/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10497/2021

19.11.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10497/2021 19.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının nümayəndəsi Dilarə Tairovanın iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “akta əsasən hesablanmış borcun və və sayğacın dəyəri kimi hesablanmış borcun silinməsi barədə” iddiasına dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 12.08.2021-ci il tarixli qətnaməsindən cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, iddiaçıya aid olan, Bakı şəhəri, Əmircan qəsəbəsi, Pravda döngəsi, dalan 2-də yerləşən 4 nömrəli fərdi yaşayış evində təbii qazdan istifadə ilə bağlı hesablanmış 1.944 manat borc silinsin və sayğacım dəyəri kimi 213 manat pulu cavabdeh iddiaçıdan tələb etməsin. Qətnamə ilə qət olunub ki, iddia təmin olunsun, qazdan istifadə ilə bağlı hesablanmış 1.944 manat borc və sayğacın dəyəri kimi 213 manat pul cavabdeh tərəfindən silinsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Dilarə Tairova apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, həmin borc cavabdehin tərtib etdiyi 21.09.2018-ci il tarixli akta əsasən hesablanıb. Aktda qeyd olunub ki, qaz sayğacının çıxış plastmas borusu deşilib. Daha sonra hesabat aparılıb, dəymiş ziyanın əvəzi kimi iddiaçıya borc hesablanıb. Lakin iddiaçının sayğaca müdaxilə etdiyini təsdiq edən sübut yoxdur, o, sayğacın mühafizəsinə görə məsuliyyət daşımır. Ona görə də məhkəmə Mülki Məcəllənin 21, 1096 və 1097-ci maddələrinin göstərişlərinə, habelə Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na və “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlib. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: “Azəriqaz” İstehsalat Birliyinin apellyasiya şikayəti rədd olunsun. Hazırkı iş üzrə Suraxanı Rayon Məhkəməsinin 12.08.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar