Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-105/2020 02.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2943/2018 saylı xx xxxx 2018-ci il tarixli qətnaməsindən cavabdeh “xxxxxxxxxxx” ASC tərəfindən verilmiş apellyasiya şikayətinə, Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, “xxxxxxxxxxx” ASC-yə qarşı üçüncü şəxs Qaradağ İcra Şöbəsi cəlb edilməklə iddia ərizəsi daha sonra iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən iddiaçıya məxsus Bakı şəhəri, Lökbatan qəsəbəsi, Alim Şəbiyev küçəsi, 7-ci massivdə yerləşən 25 A saylı fərdi yaşayış evinin satılması ilə əlaqədar keçirilmiş hərracı və «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC tərəfindən həmin mənzilin auksion vasitəsi ilə satılmasına dair keçirilmiş hərracın nəticələrinin, 45/01 saylı xx.xx.2017-ci il tarixli protokolun, xx.xx.2017-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, bunun nəticəsində mübahisəli mənzilə dair «xxxxxx» BOKT ASC ilə bağlanmış müqavilənin və müqavilə əsasında mübahisəli mənzilə verilmiş çıxarışın etibarsız hesab edilməsi və Bakı şəhəri, Lökbatan qəsəbəsi, Alim Şəbiyev küçəsi, 7-ci massivdə yerləşən 25 A saylı fərdi yaşayış evinin mülkiyyət hüququ əsasında ona məxsus olması barədə yeni çıxarışın verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2943/2018 saylı xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçı məxsus Bakı şəhəri, Lökbatan qəsəbəsi, A.Şəbiyev küçəsi, 7-ci massiv 25 A saylı mənzilə dair hərracın yekunları barədə xx xxxx 2018-ci ildə tərtib olunmuş 45/01 nömrəli protokol və həmin tarixdə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Bakı şəhəri, Lökbatan qəsəbəsi, A.Şəbiyev küçəsi, 7-ci massiv 25 A saylı mənzilin xüsusi mülkiyyət hüququ üzrə “xxxxxx” BOKT ASC-nin adına daşınmaz əmlakın dövlət reyestrində, 190 nömrəli reyestr kitabının 174500 nömrəli vərəqində, xx.xx.2017-ci il tarixdə qeydiyyata alınması barədə RX seriyalı, № ******* nömrəli çıxarış etibarsız hesab olunması qət edilmişdir. Qətnamədən cavabdeh “xxxxxxxxxxx” ASC apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia ərizəsinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə prosessual hüquq normalarına ziddir. Bakı Apellyasiya Məhkəməsinin 2(1030-11384/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qərardadı ilə mülki iş üzrə icraat, iddiaçı “xxxxxx” BOKT ASC-nin cavabdeh İddiaçı qarşı pulun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması tələbinə dair mülki iş üzrə yekun məhkəmə qərarı qanuni qüvvəyə minənədək dayandırılışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(013)-105/20 saylı xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə mülki iş üzrə icraat təzələnmişdir. İşə baxılması vaxtı və yeri haqqında işdə iştirak etməli olan şəxslər lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq səbəbini göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 2026/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-390/19 saylı xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Apellyasiya isntansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsas ola bilməz. Belə ki, hazırki iş üzrə, iddia tələbinin faktiki əsası, tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Əvvəla, qeyd edildiyi kimi Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2026/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarından aydın olur ki, həmin qərarla Bakı Apellyasiya Məhkəməsinin 2(103)-390/19 saylı xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-390/19 saylı xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-3079/2016 nömrəli xx xxxxxxxx 2016-cı il tarixli qətnaməsi cavabdeh, hazırki iş üzrə isə iddiaçının apellyasiya şikayəti üzrə qismən təmin edilərək, faiz borcun cəmi məbləğinin və ipoteka predmetinin ilkin satış qiyməti hissələrində dəyişdirilmiş, faiz borcu azaldılaraq 3464,53 ABŞ dolları, ipoteka predmetinin ilkin satış qiyməti isə 69800 manat müəyyən edilmişdir. Göründüyü kimi, hazırki iş üzrə hərracın keçirilməsi üçün əsas olmuş icra sənədi, yəni Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-3079/2016 nömrəli xx xxxxxxxx 2016-cı il tarixli qətnaməsi həm faiz borcunun, həm də ipoteka predmetinin ilkin satış qiyməti hissəsində dəyişdirildiyindən keçirilmiş hərrac və onun nəticələrinin əsaslılığı və qanuniliyi özü-özlüyündə aradan qalxmış olur. Başqa sözlə, ipoteka predmeti olan əmlak hərraca Bakı Apellyasiya Məhkəməsinin 2(103)-390/19 saylı xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş ilkin satış qiyməti ilə çıxarılımalıdır. Çünki, hazırki iş üzrə hərracın keçirilməsinə əsas olmuş icra sənədində göstərilən ipoteka predmetinin ilkin satış qiyməti əhəmiyyətli dərəcədə artmışdır. Belə vəziyyətdə, keçirilmiş hərrac və onun nəticələrinin etibarsızlığı üçün yalnız bu əsas da kifayətdir. Apellyasiya şikayətinin digər dəlillərinin yoxlanılmasına isə əlavə lüzum qalmamışdır., Mülki Prosessual Məcəlləinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdeh “xxxxxxxxxxx” açıq səhmdar cəmiyyətinin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin mübahisələndirdiyi hissədə ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdeh “xxxxxxxxxxx” açıq səhmdar cəmiyyətinin apellyasiya şikayəti üzrə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh “xxxxxxxxxxx” açıq səhmdar cəmiyyətinin apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2943/2018 saylı xx xxxx 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-105/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-105/2020
02.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver