Məhkəmə qərarları › İş №2(103)-10521/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10521/2021

19.11.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10521/2021 19.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Cabbarlı Sahibə Məmmədbağı qızının katibliyi ilə, İddiaçı cavabdeh X1rşı “borcun silinməsi” tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6385/2021 saylı, 26.08.2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı cavabdeh X1rşı “borcun silinməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, ünvan 1 ünvanına (Abonent kodu: **********00002) Cavabdeh tərəfindən tərtib olunmuş 27.07.2018-ci il tarixli ******* nömrəli akt üzrə əsassız olaraq hesablanmış cərimə borcundan qalan 1440,80 manat məbləğində borcun silinməsi, borcun hesablandığı gündən etibarən 07/2021-ci il tarixinə kimi aparılan ödənişlərdən borca tutulmuş 503,20 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq ona geri qaytarılması və işə baxılması ilə əlaqədar hüquqi yardımın göstərilməsi üçün tərəfindən 120 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı Regional Qazın Satışı Departamentində qeydiyyatda olmaqla təbii qazın alqı-satqı müqaviləsi əsasında fərdi yaşayış evində təbii qazdan istifadə edir. Fərdi yaşayış evinə Cavabdeh İB tərəfindən **********00002 nömrəli abonent kodu verilmiş və evi təbii qazla təchiz edən qaz xəttinin üzərində Smart G4 markalı İtron tipli qaz sayğacı quraşdırılmışdır. 22.05.2018-ci il tarixində Cavabdeh İB-nin nümayəndələri ona məxsus fərdi yaşayış evindən bir neçə metr aralıda həyətdə quraşdırılmış Smart G4 markalı İtron tipli 1002AQİ********** nömrəli qaz sayğacını yeni smart qaz sayğacı ilə əvəz edib “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli akt tərtib etmişlər. Daha sonra çıxarılmış Smart G4 markalı İtron tipli 1002AQ1********** nömrəli qaz sayğacı dövlət yoxlamasına (laboratoriyaya) göndərilmiş, qaz sayğacının çıxış plastmas borusunun deşilmiş olması barədə rəy verilmişdir. Sözügedən rəy əsasında BRQSD-nin rəisi tərəfindən 27.07.2018-ci il tarixində “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli akt və həmin akt əsasında 27.07.2018-ci il tarixində hesabat qəbul edilmişdir. Hesabatda 9720 m3 qaz itkisinin yaranması səbəbindən abonent hesabına 1944 manat məbləğində cərimə borcu qeyd edilmişdir. Qəbul olunmuş laboratoriya rəyinə münasibətdə bildirmək istəyir ki, qaz sayğacının dövlət yoxlamasında iştirakı təmin olunmamış, eləcə də qaz sayğacında aşkar olunmuş xətalarda heç bir təqsiri olmamışdır. Belə ki, evdən bir neçə metr aralıda olan qaz sayğacına həyətdən keçən istənilən şəxs, hətta SOCAR işçisinin də müdaxilə etməsi mümkündür. Həmçinin, qaz sayğacının dövlət yoxlaması zamanı onda müəyyən olunmuş qüsur və xətaların SOCAR işçiləri tərəfindən də törədilmiş olması mümkün ola bilərdi. Əlavə olaraq qeyd edir ki, tərtib edilmiş 27.07.2018-ci il tarixli ******* nömrəli aktın da tərtib olunmasından xəbəri olmamış və aktı imzalamaq təklif edilməmişdir. Tərəfindən məhkəmədə hüquqlarının Bakı şəhəri 7 saylı vəkil bürosunun vəkili Vəkiltərəfindən müdafiəsi məqsədilə vəkil bürosunun hesabına pul ödənişi edilmişdir.

3. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6385/2021saylı, 26.08.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh tərəfindən İddiaçı məxsus Bakı şəhəri, ünvan 1 ünvanına (Abonent kodu: **********00002) tərtib olunmuş 27.07.2018-ci il tarixli ******* nömrəli akt üzrə hesablanmış cərimə borcundan qalan 1440,80 (bir min dörd yüz qırx manat 80 qəpik) manat məbləğində borc silinməsi,borcun hesablandığı gündən etibarən 07/2021-ci il tarixinə kimi İddiaçı tərəfindən aparılan ödənişlərdən borca tutulmuş 503,20 (beş yüz üç manat 20 qəpik) manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq iddiaçıya geri qaytarılması,işə baxılması ilə əlaqədar hüquqi yardımın göstərilməsi üçün tərəfindən ödənilmiş 120 (bir yüz iyirmi) manat məbləğində pul vəsaitinin Cavabdehndən tutularaq İddiaçı verilməsi,Cavabdehndən 30 (otuz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət olunmuşdur.(Sədrlik edən: Sərdar Mehrəliyev)

4. Həmin qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, onun ləğv olunmasını və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri:

5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə mülki işi qeyri-obyektiv araşdırmış, mülki iş materiallarında olan abonent saldosuna diqqət yetirməmişdir. Belə ki, saldodan da göründüyü kimi, iddiaçı 01.05.2011-ci ildən 01.05.2018-ci il tarixə qədər təbii qazın dəyərini ödəmədən istifadə etmişdir. Bu isə şübhə doğuran məqamlardan biridir. Dolayı yolla bu hal iddiaçının sayğaca müaxilə etmə faktını isbat etməkdədir. Beləliklə, sahə üzrə müvafiq dövlət hakimiyyəti orqanları tərəfindən analoji sənəd qəbul edilənədək, Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş Nizamnaməsi üzrə ona verilmiş səlahiyyətləri çərçivəsində SOCAR tərəfindən qəbul edilmiş “İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarınının pozulması hallarında qanunsuz isifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydaları” və “Neftqazelmitədqiqatlayihə” institutu tərəfindən hazırlanmış “Sayğacla ölçülməyən qaz həcmlərinin hesabatlarının aparılmasına dair metodiki tövsiyələr”in tətbiqi qanuna zidd olmadığı üçün məcburi xarater daşımalıdır.Məsələyə hüquqi qiymət verilərkən yalnız “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13.8-ci maddəsinin, Qaydaların 4.9-cu bəndinin rəhbər tutulması, neqativ halların hərtərəfli araşdırılmasına, geniş yayılmasının qarşısının alınmasına və ədalətli qiymətləndiməsinə imkan yaratmır.Həmçinin şikayətdə göstərilmişdir ki, iddiaların böyük əksəriyyətində qaz sayğacına müdaxilə nəticəsində dəymiş ziyanın ödənilməsi tələb olunsa da, hakimlər qaz sayğacına müdaxilə olunmasında istehlakçının təqsiri sübuta yetirilmədiyi üçün qaz paylayıcılarının iddialarını təmin etmirlər. Lakin təqsirli tərəfin müəyyən edilməsi ilə bağlı təhqiqatların aparılması Cavabdeh İB-nin funksiyasına aid deyildir. Əsasən qaldırılan iddiaların mahiyyəti sayğaca müdaxilədə təqsirli tərəfin müəyyən edilməsi, məsuliyyətə cəlb edilməsi deyil, təsbitlənmiş müdaxilə nəticəsində qeyri-qanuni faydalanan istehlakçı tərəfindən zərərçəkmiş dövət müəssisəsi olan qaz paylayıcısına dəyən külli miqdarda dəyən ziyanın ödənilməsidir. Tərəflərin izahatları: Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər kollegiya iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Sübutların tədqiqi:

6. İş materiallarında olan 27.07.2018-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, iddiaçının yaşadığı Bakı şəhəri, ünvan 1 ünvanında qaz sayğacına müdaxilə olunduğu və nəticədə qaz itkisi yarandığı aşkar edilmişdir.

7. İş materiallarına əlavə edilmiş 27.08.2018-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətinə əsasən müəyyən edilmişdir ki, iddiaçının yaşadığı evdə İTRİ “Sənaye və məişət qaz sayğaclarını yoxlanması laboratoriyası”nın rəyinə əsasən qaz sayğacına müdaxilə olunduğu və nəticədə qaz itkisi yarandığına görə cavabdeh tərəfindən iddiaçıdan 9720 kub metr itirilmiş qazın bərpası məqsədilə borc tələb edilir.

8. İş materiallarına əlavə edilmiş abonentin saldosundan onun 1944 manat məbləğində borcunun olması, iddiaçı tərəfindən ödənilmiş məbləğdən 503,20 manatın borca tutulduğu görünür. Hüquqi dəyərləndirmə:

10. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

11. Kollegiya qeyd edir ki, hazırki apellyasiya baxışının predmetini qətnamənin qanuniliyinin və əsaslığının tam yoxlanılması təşkil edir, çünki cavabdehin apellyasiya şikayəti qətnamənin ləğvinə yönəlmişdir.

12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011 -ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 3.1.7-ci bəndinə əsasən, qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməli, istehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir.

13. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz, edilir, quraşdırılır və dəyişdirilir.

14. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-mn və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır.

15. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.

16. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

17. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

18. Həmçinin, Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

19. Həmin Məcəllənin 77.1 -ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Həmin Məcəllənin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür.

21. Məhkəmə kollegiyası apellyasiya şikayətində qeyd edilən “saldodan da göründüyü kimi, iddiaçı 01.05.2011-ci ildən 01.05.2018-ci il tarixə qədər təbii qazın dəyərini ödəmədən istifadə etmişdir. Bu isə şübhə doğuran məqamlardan biridir. Dolayı yolla bu hal iddiaçının sayğaca müaxilə etmə faktını isbat etməkdədir” fikrinə münasibət bildirərək qeyd edir ki, qeyd edilən hallar şikayətdə qeyri-müəyyən ifadə edilmiş və aydın şəkildə əsk edilməmişdir.Eyni zamanda cavabdehə iclasın vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iclasda iştirak edərək həmin hallara iclasda aydınlıq gətirə biləcəyi halda bunu etməmişdir.Həmçinin iş materiallarında sayğaca müdaxilənin iddiaçı tərəfindən edildiyi aşkar edilməmişvə bu faktın həqiqiliyini isbat dən hər hansı bir sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir.Kollegiya vurğulayır ki,bütn bunları nəzərə alaraq qeyd edir ki, şikayət təmin edilməməlidir.

22. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, sayğacın yararsız hala düşməsində iddiaçının təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, iddia tələbi əsaslı və qanunu olduğuna görə cavabdehin apellyasiya şikayəti təmin edilməməlidir.

23. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Nəticə: Beləliklə, apellyasiya instansiyası məhkəməsi tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6385/2021 saylı, 26.08.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar