Məhkəmə qərarları › İş №2(103)-10522/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10522/2021

02.12.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10522/2021 02.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər İbayev Vəfaddin Ələm oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Hüseynli Gültəkin Xalıq qızının katibliyi, İddiaçı cavabdeh X1rşı “borcun silinməsi tələbinə dair” kiçik iddiaya dair ərizəsi üzrə mülki işlə bağlı çıxarılmış Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 27.08.2021-ci il tarixli, 2(011)-6176/2021 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh X1rşı “borcun silinməsi tələbinə dair” iddia ərizəsi ilə müraciət edərək, “Təbii X5nın pozulması” haqqında 21.05.2019-cu il tarixli, ******* saylı aktın ləğv edilməsi və 6858 kubmetr qaza görə hesablanmış 685,80 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, 22.02.2019-cu ildə Saatlı Qaz sahəsinin işçiləri həyətlərinə gəlib, “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında ******* saylı akt tərtib etmişlər. Həmin aktda qeyd edilmişdir ki, sayğacın hesablama mexanizminin qoruyucu qapağına vurulan dövlət qurğuşun plombu kəsilmişdir. Onun özü və ailə üzvləri tərəfindən qaz sayğacına hər hansı müdaxilə edilmə halı göstərilməmişdir. Tərtib edilmiş aktda da, qaz sayğacına istehlakçı tərəfindən müdaxilə edilmə halı göstərilməmişdir. Bundan əlavə, sayğac açılıb laboratoriyaya göndərilərkən onun iştirakı ilə qablaşdırılıb möhürlənmişdir. X8 gedərək, qaz idarəsinin əməkdaşlarının qanunsuz hərəkətləri barəsində etirazını bildirmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 27.08.2021-ci il tarixli, 2(011)-6176/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, İddiaçı yaşadığı Saatlı şəhəri, M.Kərimov küçəsi, döngə 1, ev 1 (abonent kodu: **********00520) ünvanında qaz sərfiyyatına görə hesablanmış 685,8 (altı yüz səksən beş manat 80 qəpik) manat borcun əsassız hesab edilərək silinməsi cavabdeh X3 həvalə edilmiş, X2 dövlət rüsumuna görə 30 (otuz) manatın dövlət nəfinə tutulması qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ******* saylı 15.05.2019-cu il tarixli akt tam və obyektiv araşdırılmamışdır. Belə ki, aktda abonentə məxsus G4 markalı ******* saylı qaz sayğacının hesablama mexanizmin qoruyucu örtüyünün gövdədən aralandığı qeyd edilmiş və istehlakçının nümayəndəsi X6 tərəfindən imza edilərək qəbul edilmişdir. Akt MSK-29/1710-01148-2 saylı müdaxilə rəyinə əsasən tərtib edilmiş və 21 may 2019-cu il tarixdə 6858 m3 həcmində təbii qaz itkisinin yarandığı müəyyən edilərək abonentin kod hesabına 685,80 manat borc kimi qeyd edilmişdir. Akt iddiaçının fərdi yaşayış evinə keçirilmiş baxış nəticəsində aşkar edilən hallara dair cavabdehin əməkdaşlarının mövqeyini əks etdirir. Aktın məzmunundan da görünür ki, cavabdehin əməkdaşları keçirdikləri baxış zamanı yaşayış sahəsində istifadə olunan qaz işlədicilərinin nələrdən ibarət olduğunu sadalamışlar, həmçinin dəymiş ziyanın tələb edilməli olduğunu bildirmişlər. Mübahisələndirilən aktın tərtib edilməsi nəticəsində iddiaçı hər hansı bir hüquqi məsuliyyətə cəlb olunmamışdır. Özü də həmin təkliflər iddiaçıya ünvanlanmamışdır. Həmin təkliflər əsasında iddiaçıya münasibətdə hər hansı huquqı məsuliyyət yaradan qərar, o cümlədən dəymiş ziyanın ödənilməsi ilə bağlı qərar qəbul edilərək hesablanmış ziyanın ödənilməsi tələb olunduqda, artıq həmin andan etibarən iddiaçının hüquqlarının güman edilən pozuntusundan söz edilə bilər. Müvafiq olaraq, iddiaçı da məhz həmin hüquqi məsuliyyət yaradan qərarı mubahisələndirməlidir. Çünki aktın tərtib edilməsi və cavabdeh tərəfindən həmin aktın məlumatları nəzərə alınmaqla iddiaçı barəsində hüquqi məsuliyyət yaradan qərarın qəbul edilməsi iki ayrı mərhələdir. Aktın tərtib edilməsinə baxmayaraq, məsuliyyət doğuran qərar qəbul edilməyə də bilərdi. Şəxsin hüquqi vəziyyətinin strukturunu bir biri ilə qarşılıqlı əlaqədə olan şəxsin hüquqları, azadlıqları, hüquqi vəzifələri və məsuliyyəti təşkil edir. Hüquqa müdaxilədən və bunun nəticəsində güman edilən pozuntudan yalnız şəxsin hüquqi vəziyyətinin (statusunun) dəyişməsi halında söz edilə bilər. Yalnız elə hallar şəxsin hüquqi vəziyyətinə təsir edən hallar kimi qəbul edilə bilər ki, onların nəticəsində hüquqlara qoyulmuş məhdudiyyətlər götürülsün və ya yeni məhdudiyyətlər qoyulsun, şəxs əvvəllər üzərinə qoyulmuş vəzifələrdən azad edilsin və ya onun üzərinə yeni vəzifələr qoyulsun və s. Bu mənada cavabdehin əməkdaşları tərəfindən tərtib olunmuş akt özlüyündə iddiaçı ilə bağlı hər hansı yeni hüquqi status (vəziyyət) yaratmadığına, dəyişdirmədiyinə və ya xitam etmədiyinə görə, onun qəbul edilməsi nəticəsində iddiaçının hər hansı hüququnun pozuntusu nəticəsinə də gəlmək mümkün deyil. Belə olan halda isə aktın özünün mübahisələndirilməsi ayrıca məhkəmə mübahisəsinin predmetini təşkil edə bilməz. Məhkəmə tərəfindən qeyd olunan mötəbər hallara qiymət verilməməsi və qanunun tətbiq edilməməsi maddi hüquq normalarının pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə gəlməyən tərəflərin iştirak olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş materiallarından görünür ki, ünvan 2 ünvanında abonent kodu: **********00520 olmaqla abonent kimi İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan Qaz sayğaclarının çıxarılması, quraşdırılması və istismara qəbul edilməsi barədə 22.02.2019-cu il tarixli aktdan görünür ki, yuxarıda qeyd edilən ünvan üzrə yeni sayğac quraşdırılmışdır. İş materiallarında olan Azəriqaz İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş «Təbii X5nın pozulması haqqında» ******* №-li aktdan görünür ki, Azəriqaz İB-nin Metrologiya Departamentinin sayğacların müayinəsi laboratoriyasının 25 aprel 2019-cu il tarixli 29/1710-01148-2 saylı qaz sayğacının hesablama mexanizminin qoruyucu brtüyünün gövdədən aralanması müəyyən edilmiş, dəymiş ziyanın, həmçinin sayğacın dəyərinin ödənilməsi qeyd edilmişdir. Qeyd edilən akt abonentin nümayəndəsi X4 iştirakı ilə tərtib edilmiş və onun tərəfindən imzalanmışdır. İş materiallarında olan X7 İstismarı İdarəsinin rəisi tərəfindən tərtib edilmiş 21 may 2019-cu il tarixli «Dəymiş ziyanın bərpasına dair» tələbnamədə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış 685,8 manat (borcun cəmi 6858 m3 x 0,10 manat =685,8 manat) tələb edilməsi göstərilmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının abonenti olduğu ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində quraşdırılmış qaz sayğacının hesablama mexanizminin qoruyucu örütüyü gövdədən aralanmışdır. Faktla bağlı mübahisəli akt tərtib olunarkən, iddiaçının nümayəndəsi aktda göstərilənlərə etiraz etməmiş və onun doğruluğunu abonentin nümayəndəsi dir. Dövlət yoxlaması nəticəsində isə sayğacın sərf olunmuş qazı hesablanmadığı müəyyən edilmişdir. İddiaçı yoxlamanın nəticəsini mübahisələndirməmiş, sonrakı hesabat dövründə isə həmin akt üzrə hesablanmış ziyan məbləğini aylıq ödənişlər şəkilində hissə-hissə olmaqla ödəmişdir. Göründüyü kimi, mövcud qüsur sayğacın sərf olunmuş qazın hesablanmamasına səbəb olduğundan, istehlak edilmiş qazın dəyəri ödənilməmiş, nəticədə cavabdeh zərərə uğramışdır. X7 İstismarı İdarəsi itirilmiş qazın bərpası (zərərin əvəzi) üçün 685,8 manat borc hesablamışdır. İddiaçı aktın ləğv olunmasını və hesablanmış borcun silinməsini tələb etmiş, iddiasını onun tərəfindən sayğaca müdaxilə edilməməsi ilə əsaslandırmış, lakin evində qazın istehlak olunduğu dövrdə sayğacın sərfiyyatı hesablamamasına dair halı nəinki mübahisələndirməmiş, əksinə həmin halla bağlı hesablanmış ziyan məbləği ödəmişdir. Məhkəmə kollegiyası iddia üzrə onu qeyd etməyi zəruri hesab edir ki, istehlak etdiyi qazın dəyərini ödəməli olan iddiaçının evində qaz istehlak olunsa da, hesablama mexanizminin qoruyucu örütüyü gövdədən aralanmış sayğacın istehlak olunmuş qazı hesablamaması işin mübahisə edilməyən halıdır. Eləcə də, mübahisəli aktda göstərilənlər işin hallarına uyğundur. “X5”nın 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə kollegiyası hesab edir ki, qüsurlu sayğacın sərf olunmuş qazı hesablamaması nəticəsində zərərə uğramış cavabdehin zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ var. Eləcə də, mübahisəli aktda göstərilənlər işin hallarına uyğundur. Həmin aktda əks olunmuş hadisənin (sayğaca müdaxilənin) doğruluğu abonentin nümayəndəsi tərəfindən təsdiq edildiyindən, bunun əksini sübut etmək yükü artıq iddiaçıya keçmişdir. Lakin iddiaçı bununla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edir və bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən işin faktiki hallarını düzgün müəyyən etməmiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və səhv nəticəyə gəlmişdir, ona görə də mübahisələndirilən qətnamə ləğv edilməklə yeni qətnamə qəbul edilməli, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas təşkil edir. Həmin Məcəllənin 385.1.4-cü maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas təşkil edir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 385, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏT ETDİ : Apellyasiya şikayəti təmin edilsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 27.08.2021-ci il tarixli, 2(011)-6176/2021 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdeh X1rşı “borcun silinməsi tələbinə dair” iddiası rədd edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar