Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10524/2021 08.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09 iyul 2021-ci il tarixli qətnaməsindən Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı 30.07.2020-ci il tarixli, № ******* nömrəli aktın ləğv olunması, aktla əlaqədar ona yazılmış 216 manat cərimənin silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakim L.Rəhimli, iş № 2(011)-5294/2021) iddia təmin edilmişdir. Cavabdeh qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində xüsusi mülkiyyətində olan 137 saylı bağ evində onun xəbəri olmadan Cavabdeh işçiləri gələrək, hasarın bayır hissəsində yerləşən elektron sayğacı mexaniki sayğacla əvəz etmişlər. İddiaçı sayğac dəyişdirilən zaman orada olmamış və ümumiyyətlə sayğacın dəyişdirilməsindən xəbəri olmamışdır. Yalnız 1 ay keçdikdən sonra, Cavabdeh nəzarətçisi qapıya ödənişi gətirdikdə, iddiaçının əri Namiq Qurbanov bilmişdir ki, onların bağa aid sayğacları dəyişdirilib. Bir neçə gün bundan əvvəl Cavabdeh qazın satış mərkəzində iddiaçının ərinin vasitəsi ilə iddiaçıya məlum olmuşdur ki, Cavabdeh № ******* nömrəli aktına əsasən 216 manat cərimələnmişdir. Cavabdehn 09.06.2020-ci il tarixli, № ******* nömrəli aktına nəzər yetirsək, istehlakçının nümayəndəsi hissəsində iddiaçının adı soyadı yazılsa belə, lakin imza iddiaçı tərəfindən icra edilməmişdir, iddiaçının imzası saxtalaşdırılaraq iddiaçının adından başqa şəxs imza etmişdir. Bundan başqa Cavabdeh əməkdaşları iddiaçının əri Namiq Qurbanova bildirmişlər ki, sayğaca laboratoriyada sayğaca baxış keçirilmiş, müəyyən edilmişdir ki, giriş klapanının qırığı aşkar edilərək, sayğaca müdaxilə olunmuşdur. Bir müddət əvvəl, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi 137 saylı iddiaçının xüsusi mülkiyyətində olan bağ evinin hasarının bayır hissəsində yerləşən qaz sayğacı (müdaxilə) sındırılmış, iddiaçının əri Namiq Qurbanov bunu aşkar edərkən, dərhal 102 və 104 xidmətinə zəng vurmaqla məlumat vermişdir. İddiaçının mülkiyyətində olan bağının hasarının bayır hissəsində yerləşən qaz sayğacına iddiaçı cavabdehlik daşımıram. Sözügedən problemlə bağlı, iddiaçı Cavabdehnə müraciət edərək, Cavabdeh tərəfindən tərtib edilmiş, № ******* nömrəli aktına əsasən iddiaçıya yazılmış 216 manat cərimənin silinməsi barədə rəsmi ərizə ilə müraciət etmişdir. 26.04.2021-ci il tarixdə Cavabdeh iddiaçının rəsmi ərizəsinə cavab olaraq bildirmişdir ki, araşdırma zamanı istifadənizdə olmuş əvvəlcədən ödənişli, G-4 markalı, **********9 nömrəli qaz sayğacının yeni sonradan ödənişli, G-4 markalı, **********0 nömrəli qaz sayğacı ilə əvəzlənərək 09.06.2020-ci il tarixli. ******* nömrəli Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akt tərtib etdiyi və yoxlamağa göndərdiyi məlum olmuşdur. Cavabdeh, Metrologiya Departamentinin 28.07.2020-ci il tarixli MSK 29/1710- 01891-1 saylı aktında 10002335 nömrəli plomb kəsilərək G-4 SM/4415 saylı qutunun açıldığı, sayğaca ümumi baxış keçirildiyi, qoruyucu örtüyünü üst hissəsindən kəsici alətlə kəsildiyi, hesablama mexanizminin iş prinsipinə maneə törətdiyi, 22.05.2019cu il tarixdə sayğacda 8141 rejiminin aşkar olunduğu (Alarm-1), element yuvasının ətrafında kənar təsir izinin aşkar olunmadığı, klapanın açıq olduğu, sayğacın çıxış plastmas borusunun deşildiyi qeyd edilmişdir. Həmin akta əsasən “Təbii quzdan istifadə qaydalarının pozulması haqqında” 30.07.2020-ci il tarixli ******* nömrəli akt tərtib olunaraq 216 manat dəymiş ziyan hesablanmışdır. Nəzərinizə çatdırırıq ki, hazırda istifadənizdə olan mexaniki qaz sayğacı vasitəsilə istifadə edilmiş təbii qaza görə 107 manat olmaqla, istehlakçı hesabınızda ümumilikdə 323 manat borc yaranmışdır. Həmin borcdan 50 manat tərəfinizdən ödənilmiş və əvəzlənmiş əvvəlcədən ödənişli qaz sayğacının balansında olan istifadə edilməmiş 75,60 manat məbləğ 01.07.2020-cı il tarixində istehlakçı hesabınıza keçirilmişdir. Bildiririk ki, istehlakçı hesabınızda mövcud olan 197,40 manat borc məbləği tərəfinizdən ödənilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən mötəbər hallara qiymət verilməməsi və müvafiq qanun və qaydaların tələblərinin tətbiq edilməməsi maddi hüquq normalarının pozulması kimi qiymətləndirilməlidir. İddiaçı məhkəmə kollegiyasının iclasında izahat verərkən apellyasiya şikayətini qəbul etmədi və rədd olunmasını xahiş etdi. Cavabdeh işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin iş üzrə 09 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı 30.07.2020-ci il tarixli aktın surətindən görünür ki, İddiaçı yaşadığı ünvanda qaz sayğacına baxış keçirilmiş, nəticədə onun qaz sayğacın zədələndiyi müəyyən edilmişdir. İş materiallarında olan Cavabdeh İB-nin 30.07.2020-ci il tarixli itirilmiş qazın dəyərinin hesablanması barədə sənədin surətindən müəyyən olunur ki, İddiaçı barəsində tərtib olunmuş 30.07.2020-ci il tarixli ******* saylı akta əsasən cəmi 2160 m3 itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. İş materiallarında olan Abonentin saldosu vərəqindən görünür ki, İddiaçı 2021-ci il üzrə 216 manat cərimə yazılmışdır. Birinci instansiya məhkəməsi iddianı əsaslı sayaraq təmin etmiş və qeyd etmişdir ki, Sayğacın göstəricilərinə əsasən iddiaçı tərəfindən qazın istehlakına görə hər ay az məbləğdə qaz sərf edildiyi, o cümlədən, qaz sayğacı düzgün işləmədiyi halda, ödəniləcək məbləğin 216 manat məbləğində hesablanmasını məhkəmə ağlabatan hesab etmir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni hüquqi cəhətdən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3, 4.1, 4.5 və s. ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddiaçının dəlillərinə verdiyi qiymətlə razılaşır. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə cavabdeh öz etirazının əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh İB-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin iş üzrə 09 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-10524/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10524/2021
08.12.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver