Məhkəmə qərarları › İş №2(103)-10546/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10546/2021

13.10.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10546/2021 13.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi ilə, iddiаçı İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “əsassız hesablanmış cərimənin silinməsi” tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3453/2021 saylı mülki iş üzrə 03.05.2021-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiyanın mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3453/2021 saylı mülki iş üzrə 03.05.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş(iş səh.53), cavabdeh "xxxx" ASC tərəfindən prosessual müddətin bərpasına dair ərizə və həmin qətnamadən apellyasiya şikayəti verilmişdir (səh.70-73), Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin işi üzrə 10 sentyabr 2021-ci il tarixli qərardadı ilə cavabdeh "xxxx" ASC-nin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3453/2021 saylı mülki iş üzrə 03.05.2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilmiş (iş səh.79), həmin qərardadın tərəflərə çatması barədə müvafiq sənəd (xəbərnamə) əldə edilmədən və tərəfin qərardaddan şikayət vermək hüququ gözlənilmədən (iş səh.81) qeyd olunan mülki iş 04.10.2021-ci il tarixində Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir (iş səh.82). Qeyd edilməlidir ki, prosessual müddətlə bağlı ərizəyə baxılması zamanı iddiaçının iştirakı təmin edilməmişdir. Məhkəmə kollegiyası daxil olmuş apellyasiyanın mümkünlüyünə qiymət verərkən müəyyən prosessual müddətlər həddində tərəflərin şikayət vermək (hüququ) müddəti gözlənilmədən qanunvericiliyin tələbinə riayət edilmədiyini aşkar etmişdir. Qeyd edilməlidir ki, apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra apellyasiya instansiyası məhkəməsinə göndərilməli olan mülki iş üzrə ayrıca akt şəklində qəbul edilmiş qərardaddan Mülki Prosessual Məcəllədə göstərilmiş (Prosessual müddətlərə dair məsələ üzrə) işdə iştirak edən şəxslər şikayət verə bilər. Diqqətə çatdırılmalıdır ki, işdə iştirak edən şəxslərin şikayət vermək hüquqlarını məhdudlaşdıran prosessual hərəkət (hərəkətsizliklər) işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların mövcudluğunu istisna edən və (dispozitiv imkandan) sui-istifadəyə şərait yaradan hal kimi yolverilməzdir. Ona görə bu şikayət vermək hüququ üzrə gözləntiləri birinci instansiya məhkəməsi təmin etməlidir. Prosessual müddətlərə dair məsələyə son qoyulmaması qanunveriliklə nəzərdə tutulmuş qaydada işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olmasını istisna edir və hazırki verilən şikayətə şikayət vermə hüququnun təmin edilməsi üzrə prosessual hərəkətlərin (gözləntilərin) edilməsindən sonra baxıması mümkündür. Şərh olunanlara, Azərbaycan Respublikası Konstitusiyasının 24(İİİ), “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 62-67 və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2, 9, 128-135, 263-269, 357.1, 360-366, 397.2, və 402-406-cı maddələrinə əsasən məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3453/2021 saylı mülki iş üzrə 03.05.2021-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti qəbul olunmamış hesab edilsin və mülki iş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar