Məhkəmə qərarları › İş №2(103)-1056/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1056/2024

21.02.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1056/2024 21.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh7, Bakı Şəhəri 9 saylı Notariat Ofisi, Mingəçevir Regional “Asan xidmət” Mərkəzi Notariat Ofisi, Daşınmaz Əmlakın Dövlət Kadatsrı və reyestri X42 1 saylı Bakı Ərazi İdarəsi və Dövlət Reyestr Xidmətinin Yevlax 17 sayı Ərazi İdarəsinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, bağışla müqavilələrinin etibarsız hesab edilməsi və onlar əsasında verilmiş daşınmaz əmlaka mülkiyyət hüququ haqqında çıxarışın ləğvi tələbinə dair mülki iş üzrə İş №2(103)-1056/2024 Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası,hakimlər Xəyal Əjdər oğlu Sarıyev (sədrlik edən və məruzəçi), X31 və X7 ibarət tərkibdə, Məhkəmə iclas katibi Rüfanə Elxan qızı Əzizzadənin katibliyi, İddiaçı, Cavabdeh3 və Cavabdeh4 iştirakları ilə, Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli, 2(005)-2735/2023 saylı qətnaməsindən cavabdehlər Cavabdeh7, Cavabdeh4, Cavabdeh3 və Bakı Şəhəri 9 saylı Notariat Ofisi tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.Mingəçevir şəhəri, 20 yanvar küçəsi, ev 4, 27 saylı mənzil X9 tam payda mülkiyyəti olmuşdur. X9 mərhum X21 ilə nikahından 9 övladı olmuşdur. 2.X19 öldükdən sonra Cavabdeh3 2012-ci ildə notariat orqanına müraciət edərək X9 tək vərəsəsi kimi onun adına banklarda olan pul məbləğlərinə miras əmlak kimi sahib olmuşdur. Daha sonra 2021-ci il tarixdə notariat orqanına müraciət edərək mərhumun yeganə vərəsəsi olduğunu bildirmiş və Mingəçevir şəhəri, 20 yanvar küçəsi, ev 4, 27 saylı mənzili öz mülkiyyəti kimi rəsmiləşdirmişdir. Bundan sonra həmin əmlak Cavabdeh3 tərəfindən Cavabdeh4 bağışlanılmış, o da əmlakı oğlu Cavabdeh7 bağışlamışdır. 3.İddiaçı Cavabdeh3 əməlindən sonradan xəbər tutuğunu bildirərək hazıriki tələblə məhkəməyə müraciət etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 4.İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli 2V-393 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsizlığı və onun əsasında Cavabdeh3 verilmiş çıxarışın, Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli 4Ə-1278 nömrəli bağışlama müqaviləsinin və onun əsasında alınmış çıxarışın, Mingəçevir şəhər Regional “Asan Xidmət” Notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli 4Ə-2154 nömrəli bağışlama müqaviləsinin və onun əsasında verilmiş xx.xx.2022-ci il tarixli ********** saylı qeydiyyat nömrəsi ilə Yevlax 17 saylı Daşınmaz əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 5.İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı anası X19 xx.xx.2001-ci ildə vəfat etmişdir. Ailədə doqquz övlad olmuşlar. İddiaçı, Şirinov Məhəmməd, Şirinov Elşən, Şirinov Fərrux, Cavabdeh3, Şirinova Lətafət, X12 xx.xx.2023-cü il tarxidə vəfat etmişdir. Bacısının yas mərasimində iştirak etmək üçün Mingəçevir şəhərində olarkən İddiaçı məlum oldu ki, bacısı Cavabdeh3 anası X20 rayon qeydiyyat şöbəsindən ikinci ölüm aktı qeydi alaraq onun ölümündən sonra miras qalmış daşınmaz əmlakı və pul vəsaitlərini tək vərəsə kimi yalan məlumat verərək saxta vərəsəlik şəhadətnaməsi almış və həmin miras əmlakı qanunsuz olaraq ələ keçirib digər şəxslərə bağışlama müqaviləsi adı ilə vermişdir. Belə ki, atası Şirinov Qədimalı 1993-cü ildə vəfat etmiş,1997-ci ildə anası X26 şəhəri 20 yanvar küçəsi ev 6, m.27-də yerləşən 3 otaqlı mənzili alğısatqı müqaviləsi ilə alaraq öz adına dövlət qeydiyyatına almışdır. Anasının ölümündən sonra həmin daşınmaz əmlak miras əmlak kimi qalmış, mirasın qəbulu ilə əlaqədar vərəsələrdən heç biri qanunla müəyyən edilmiş müddətdə notariat orqanlarına müraciət etməmişdirlər. Lakin bacısı Cavabdeh3 xx.xx.2012-ci ildə Bakı şəhər 9 saylı notariat kontoruna ərizə ilə müraciət edərək bildirmişdir ki, mərhum X9 ondan başqa digər vərəsələri yoxdur, qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin sənədləşdirilməsində köməklik etməsini, əgər mübahisə olarsa bütün məsuliyyəti öz üzərinə götürəcəyini bildirmişdir. Cavabdeh3 eyni zamanda Bakı şəhəri 175 saylı MİS-dən arayış alaraq anasının son vaxtlar onunla birlikdə yaşadığını və yeganə vərəsə olduğunu təsdiq etmişdir. Bakı şəhər 9 saylı Notariat kontoru xx.xx.2012-ci il tarixdə AR MM-nin 1159-cu maddəsinə əsasən guya xx.xx.2022-ci ildə vəfat etmiş X9 yeganə vərəsəsi kimi Bakı şəhər F.X. Xoyski küçəsi ev 110,mənzil 157-də qeydiyyatda olan qızı Cavabdeh3 yeganə vərəsə kimi tanıyaraq ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. “X18” AQİSdan verilmiş çıxarışlardan görünür ki, X9 ölümü barədə 2 akt qeydi vardır. 1-ci qeyd Mingəçevir şəhər qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2001-ci il tarixdə və Bakı şəhər Nərimanov Rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ölüm haqqında şəhadətnamələrdir. Cavabdeh Şirinova X8 şəhər 20 yanvar küçəsi ev 6, mənzil 27-də yerləşən 3 otaqlı mənzili Bakı şəhəri 9 saylı Notrariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli, 2V-393 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X9 vərəsəsi Cavabdeh3 vərəsəlik olunmuşdur. Bundan sonra Cavabdeh3 yenə Bakı şəhər 9 saylı Notariat ofisinin xüsusi notrariusu tərfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli, 4Ə- 1278 saylı bağışlama müqaviləsinin əsasən X6 bağışlamışdır. Sonradan Mingəçevir şəhər Xüsusi Notariusu Elxan Hüseynov tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli 4Ə-2154 saylı müqaviləyə əsasən Cavabdeh4 qeyd olunan mənzili oğlu Cavabdeh7 Savanşir oğluna bağışlamışdır və onun tam mülkiyyət hüququ xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəsi ilə Daşınmaz Əmlakın Yevlax 17 saylı Ərazi İdarəsində qeydiyyata alınmışdır. 6.Cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh7, Bakı Şəhəri 9 saylı Notariat Ofisinin nümayəndəsi və vəkili Vəkil məhkəməyə iddiaya etiraz təqdim edərək bildirmişlər ki, iddiaçı bildirir ki, vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən xəbəri olmamışdır. Bu haqda ona yalnız 2023-cü ilin mart ayında məlum olmuşdur. Halbuki, hələ 2012-ci ildə Cavabdeh3 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən iddiaçının xəbəri olmuşdur. Məlumdur ki, həmin şəhadətnaməyə əsasən miras qoyananaları Bənövşə Şirinovanın adına olan bank hesablarındakı pul vəsaitlərindən digər vərəsələr kimi, iddiaçının da xəbəri olmuşdur. Çünki həmin pul vəsaiti Cavabdeh3 tərəfindən əldə edildikdən sonra digər vərəsələrlə yanaşı, İddiaçı da bir hissəsi verilmişdir. Beləliklə, iddiaçının nəinki mirasın açılmasından xəbəri olmuş, hətta analarından miras qalmış əmlakı üzrə hələ 2012-ci ildə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən də məlumatı olmuşdur. Beləliklə, açıq-aşkar bəlli olur ki, iddiaçının iddia müddətinin üzürlü səbəbdən ötürməsi faktı həqiqi deyildir və yalnız bu yolla buraxdığı iddia müddətinin üzürlü səbəbdən buraxdığını kimi məhkəməyə təqdim etmək istəyir. Digər tərəfdən isə, iddiçının mirasın açıldığı vaxt haqqında məlumatı olmuşdur. Buna baxmayaraq mirasın qəbulu ilə bağlı notariat kontoruna (ofisinə) ərizə ilə müraciət etməmiş və mirası faktiki olaraq qəbul da etməmişdir. Mirasqoyanın 2001-ci ildə vəfat etdiyini nəzərə alınsa, ümumilikdə iddianın verilənədək 22 il vaxt keçmişdir. Digər tərəfdən isə, 2012-ci ildə verilmiş qanun üzrə vərəslik hüququ haqqında şəhdətnamənin verilməsindən isə 11 il vaxt keçmişdir. Göründüyü kimi, iddia tələbi ümumiyyətlə əsassızdı və digər tərəfdən isə Məcəllədə nəzərdə tutulmuş iddia müddəti üzürlü səbəb olmadan ötürülmüşdür. İddiaçı irəli sürdüyü iddia tələbləri əsassız olduğuna görə, eləcə də həmin iddia tələbi üzrə qanunda nəzərdə tutulmuş iddia müddətini tətbiq edərək iddia tələblərinin təmin olunmaması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. 7.Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş İddiaçı izahatında bildirmişdir ki, mərhum anası övladı Elşən ailə həyatı qurduqdan sonra hazırda mübahisəli olan evi ona vermək istəyirdi, lakin xəstə olması səbəbindən bunu edə bilmədən vəfat etdi. Evin Elşənə verilməsi analarının niyyəti olduğundan digər övladların heç biri vərəslik işinin açılması üçün müraciət etmədi, xx.xx.2023-cü il tarixdə vəfat etmiş bacısı Kifayətin yas mərasimində iştirak edən zaman qohumların Lətafətlə olan söhbətlərindən onun analarına məxsus evdə yaşadığını və evi yaxşı təmir elədiyini eşitmiş, Lətafət ona evi öz adlarına rəsmiləşdirdiklərini bildirmişdir. Bundan dərhal sonra İddiaçı vəkillə müqavilə bağlayaraq bu işi araşdırmasını xahiş etmişdir. Bundan sonra həmin evin saxta sənədlər təqdim edilməklə saxta yollarla Mətanət tərəfindən ələ keçirildiyini, qohumlarının deməsinə görə evi pulla Lətafətə satdığını, lakin vergidən yayınmaq üçün bağışlama müqaviləsi bağladıqlarını, Mətanətin anasının adına olan pulları 2012-ci ildə tək vərəsə kimi ələ keçirdiyini öyrənmişdir. Mətanət məhkəmə iclasında bu puldan İddiaçı verdiyini bildirsə də, dedikləri həqiqəti əks etdirmir, pul məbləğindən ona heç nə verilməyib. Sonda bütün vərəsəlik hüquqlarının müdafiəsi üçün iddiasının təmin edilməsini xahiş etmişdir. 8.Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh7, Bakı Şəhəri 9 saylı Notariat Ofisinin nümayəndəsi və vəkili Vəkil izahatlarında bildirmişlər ki, İddiaçı anası 2001-ci il tarixdə vəfat etdiyindən və onun bundan məlumatlı olmasına baxmayaraq vərəsəlik işinin açılması üçün heç bir müracəti olmadığından susmuş vərəsə hesab edilir və bu səbəbdən də əmlak Cavabdeh3 adına rəsmiləşdirilmişdir. Həmçinin 2012-ci il tarixdə mərhumun adına olan pul vəsaitləri vərəsələr arasında bölündüyündən İddiaçı həmin tarixdən vərəslik şəhadətnaməsinin verilməsindən məlumatlı olmuşdur. Sonda İddiaçı tərəfindən hazırki iddia ərizəsinin verilməsi üçün iddia müddətinin ötürülmüş olması səbəbindən iddianın təmin edilməməsini xahiş etmişdir. 9.Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh3 izahatında bildirmişdir ki, onun evi ələ keçirmək niyyəti olmamışdır. Cavabdeh4 maddi cəhətdən çətinlik çəkdiyindən evi onun adına rəsmiləşdirmək istəmiş, lakin o həmin ev üzrə qeydiyyatda olmadığından evi ilk olaraq öz adına keçirmiş və bundan sonra Cavabdeh4 bağışlamışdır. 10.Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 26 oktyabr 2023-cü il tarixli, 2(005)-2735/2023 saylı qətnaməsi ilə (hakim-Aytən Novruzova) iddia tələbi təmin edilərək xx.xx.2021-ci il tarixli, 2V-393 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və onun əsasında Cavabdeh3 verilmiş çıxarış, Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli, 4Ə-1278 nömrəli bağışlama müqaviləsi və onun əsasında alınmış çıxarış, Mingəçevir şəhər Regional “Asan Xidmət” Notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli 4Ə-2154 nömrəli bağışlama müqaviləsi və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. 11.Məhkəmə iclasına cavabdeh tərəfindən şahid qismində çağırılmış X13 izahatında bildirmişdir ki, ünvan 1 ünvanında Cavabdeh4 3 övladı və əri Cavanşir ilə yaşayır. X13 onun qonşusudur. X19 2001-ci ildə vəfat etmişdir. ünvan 1 ünvanına baş sağlığı verməyə Lətafətin yanına gedib. Mənzil əsaslı təmir olunub. İddiaçı həmin ünvanda görməyib. 12.İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Mingəçevir Şəhər Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş arayışda qeyd olunur ki, xx.xx.1937ci ildə Ucar rayonu, Alpout kəndində anadan olmuş X19 barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “X18” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlama xx.xx.2023-cü ilədək aparılmış və aşağıdakı məlumatlar aşkar edilmişdir: Əri xx.xx.1921-ci təvəllüdlü X21 (ölüb); oğlu xx.xx.1972-ci il təvəllüdlü X27; oğlu xx.xx.1967-ci il təvəllüdlü X22; qızı xx.xx.1965-ci il təvəllüdlü Cavabdeh3; qızı xx.xx.1963-cü il təvəllüdlü X23 (ölüb); qızı xx.xx.1956-cı il təvəllüdlü X24; qızı xx.xx.1957-ci il təvəllüdlü X12 (ölüb); qızı xx.xx.1959-cu il təvəllüdlü X14; qızı xx.xx.1961-ci il təvəllüdlü X15; qızı xx.xx.1954-cü il təvəllüdlü İddiaçı. 13.İş materiallarında olan Mingəçevir Şəhər Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş arayışda qeyd olunur ki, X19 18 iyun 2001-ci il tarixdə ölmüş və bu barədə 19 iyun 2001ci il tarixdə 238 nömrəli akt qeydi aparılmışdır. 14.İş materiallarında olan Bakı Şəhəri Nərimanov VVADQŞ tərəfindən xx.xx.2002-ci il tarixdə verilmiş 102472 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X9 04 avqust 2002-ci il tarixdə öldüyü və bu barədə xx.xx.2002-ci il tarixdə 536 nömrəli qeyd aparıldığı əksini tapmışdır. 15.İş materiallarında olanBakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil Kommunal Təsərrüfatı Departamentinin 2 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin 115 saylı Mənzil Kommunal istismar Sahəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş arayışdan görünür ki, mərhum X4 xan Xoyski küçəsi 110 saylı evin 152 nömrəli mənzilində vəfat edənədək qeydiyyatda olub və yaşayıb. 15.İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2021ci il tarixdə verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda heç kəs yoxdur. 16.İş materiallarında olan “Elektron notariat” X3 vasitəsilə “X18” AQİS-dən çıxarışdan görünür ki, X9 doğum və ölüm tarixləri barədə iki fərqli akt qeydi vardır: doğum tarixi xx.xx.1937-ci il, ölüm tarixi xx.xx.2002-ci il. Ölüm tarixi barədə qeydiyyat xx.xx.2022-ci il tarixdə aparılmaqla şəhadətnamə həmin tarixdə verilmişdir; doğum tarixi xx.xx.1937-ci il, ölüm tarixi xx.xx.2001-ci il. Ölüm haqqında qeydiyyat xx.xx.2001-ci il tarixdə aparılmaqla, şəhadətnamə xx.xx.2012-ci il tarixdə verilmişdir. 17.İş materiallarında olan xx.xx.2012-ci il tarixdə Cavabdeh3 tərəfindən Bakı şəhərinin notariusuna təqdim olunmuş yazılı ərizədən aydın olur ki, Cavabdeh3 X11 mərhum X9 əri olduğunu, nikah haqqında şəhadətnamə və ölüm haqqında şəhadətnaməni itirdiyini bildirərək X9 ondan başqa vərəsələri olmadığını, vərəsəlik hüququ haqqında şəhadətnamənin rəsmiləşdirilməsində kömək edilməsini xahiş etmiş və bununla əlaqədar hər hansı mübahisə olarsa bütün məsuliyyəti öz üzərinə götürdüyünü bildirmişdir. 18.İş materiallarında olan xx.xx.2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2002-ci il tarixdə vəfat etmiş X5 vərəsəsi – qızı Cavabdeh3dır. Şəhadətnamə verilən miras əmlak X9 adına Mingəçevir şəhəri, filialda 07900297, 07900862, 04373, ******* saylı hesabda olan pul məbləğindən faizləri və kompensasiyaları ilə birlikdə ibarətdir. 19.İş materiallarında olan Mingəçevir şəhər 12 nömrəli Mənzil istismar Sahəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş 502 nömrəli arayışdan görünür ki, ünvan 1 ünvanında Cavabdeh7, X28 və Cavabdeh4 qeydiyyata düşmədən yaşayırlar. 20.İş materiallarında olan xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2002-ci il tarixdə vəfat etmiş X9 vərəsəsi – qızı Cavabdeh3dır və o miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 69,81 kv.m olan 3 otaqlı mənzildən ibarətdir. 21.İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş məktubda qeyd olunur ki, Mingəçevir şəhəri, 20 Yanvar küçəsi 6 nömrəli binanın 27 saylı mənzili Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli 2V-393 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X9 vərəsəsi qızı- Cavabdeh3 vərəsəlik olunmuşdur. Cavabdeh3 Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli 4Ə-1278 nömrəli bağışlama müqaviləsinə əsasən Cavabdeh4 bağışlanmışdır. Sonradan Mingəçevir şəhər xüsusi notariusu X36 tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli 4Ə-2154 nömrəli müqaviləyə əsasən Cavabdeh4 qeyd olunan mənzili Cavabdeh7 bağışlamışdır və onun tam mülkiyyət hüququ xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 22.Məhkəmə müəyyən etmişdir ki, Mingəçevir şəhəri, 20 yanvar küçəsi, ev 4, 27 saylı mənzil X9 tam payda mülkiyyəti olmuşdur. X9 mərhum X21 ilə nikahından 9 övladı olmuşdur: oğlu xx.xx.1972-ci il təvəllüdlü X27; oğlu xx.xx.1967-ci il təvəllüdlü X22; qızı xx.xx.1965-ci il təvəllüdlü Cavabdeh3; qızı xx.xx.1963-cü il təvəllüdlü X23 (ölüb); qızı xx.xx.1956-cı il təvəllüdlü X24; qızı xx.xx.1957-ci il təvəllüdlü X12 (ölüb); qızı xx.xx.1959-cu il təvəllüdlü X14; qızı xx.xx.1961-ci il təvəllüdlü X15; qızı xx.xx.1954-cü il təvəllüdlü İddiaçı. X19 öldükdən sonra Cavabdeh3 2012-ci ildə notariat orqanına müraciət edərək X9 tək vərəsəsi kimi onun adına banklarda olan pul məbləğlərinə miras əmlak kimi sahib olmuşdur. Daha sonra 2021-ci il tarixdə notariat orqanına müraciət edərək mərhumun yeganə vərəsəsi olduğunu bildirmiş və Mingəçevir şəhəri, 20 yanvar küçəsi, ev 4, 27 saylı mənzil öz mülkiyyəti kimi rəsmiləşdirmişdir. Bundan sonra həmin əmlak Cavabdeh3 tərəfindən Cavabdeh4 bağışlanılmış, o da əmlakı oğlu Cavabdeh7 bağışlamışdır. 23.Məhkəmə iddia tələbini vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi hissəsində təmin edərkən mövqeyini belə əsaslandırmışdır ki, Cavabdeh3 ilə yanaşı X9 digər övladları da X9 əmlakından bərabər paylarda miras almalı idilər. Lakin Cavabdeh3 notariat orqanına etdiyi müraciətində özünün yeganə vərəsə olduğunu bildirmiş və Mingəçevir şəhəri, 20 yanvar küçəsi, ev 4, 27 saylı mənzilin adına rəsmiləşdirilməsinə nail olmuşdur. Halbuki Cavabdeh3 özünün yeganə vərəsə olmadığını, digər qardaş və bacıları, yəni X9 digər övladlarının olduğunu və onların da həmin əmlaka vərəsə olmaq hüquqları olduğunu əlbəttə ki bildirdi. Onun yeganə vərəsə hesab edilməsi və miras əmlaka tam payda hüququnun olmasına dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin alınması Azərbaycan Respublikası Mülki Məcəlləsinin istinad olunan normalarının birmənalı pozuntusudur. 24.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Lakin Cavabdeh3 hərəkətlərini vicdanla həyata keçirməmişdir. Eyni zamanda “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 55-ci maddəsinə əsasən açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. Notarius həmçinin kütləvi elan verilməsi və ya mətbuatda məlumat dərc edilməsi yolu ilə vərəsələri çağıra bilər. Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür. İş materiallarında olan Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubunda miras qoyanın vərəsələrinin dairəsinin müəyyən edilmiş olduğu qeyd olunur. Halbuki miras qoyanın Cavabdeh3 başqa övladlarının da olduğu və onlarında vərəsə olduqları müəyyən edilməmişdir. Belə olan halda, Mülki Məcəllənin 1273-1-ci maddəsi ilə müəyyən olunmuş qayda tətbiq edilə bilməz. 25.Cavabdeh3 adına sözügedən vərəsəlik hüququ haqqında şəhadətnamələr verilərkən mərhumun (miras qoyanın) başqa övladlarının olması notariusdan gizlədilmiş, notarius isə vərəsələrin dairəsini yoxlamaması nəticəsində həmin vərəsələri nəzərə almadan sadəcə Cavabdeh3 adına vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. Həmin şəhadətnamələrin verilməsindən xəbər tutandan sonra iddiaçı hazırkı iddia tələbləri ilə məhkəməyə müraciət etmişdir. Həmçinin nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 1318-ci maddəsinə görə, notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görməlidir; “Notariat haqqında” Qanunun 59-cu maddəsinə görə isə, notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Həmin Qanunun 55-ci maddəsinə görə də, notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür. 26.Məhkəmə qeyd etmişdir ki, notariat orqanı öz vəzifəsini yerinə yetirməmiş, M.Şininova isə digər vərəsələrin olmasını gizləyərək mirası qəbul etmək üçün digər vərəsələrin hüquqlarının pozulmasına şərait yaratmışdır. Bu səbəblə də Cavabdeh3 adına verilmiş yuxarıda göstərilən vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməlidir. 27.Nəzərə alınmalıdır ki, 1) MM-in 1273-1-ci maddəsi 24 iyun 2005-ci il 949-İİQD nömrəli "Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikasının Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu ilə bu Məcəlləyə əlavə edilmişdir; 2) X19 2005-ci il tarixdən əvvəl vəfat etmişdir və miras 2005-ci il tarixdən əvvəl açılmışdır; 3) 1273-1-ci maddəsində nəzərdə tutulmuş normanın geriyə qüvvəsi barədə qanunla birbaşa nəzərdə tutulmuş və ya geri qüvvəsi olmasına əsas verən hal mövcud deyil. 28.Məhkəmə onu da qeyd etmişdir ki, cavabdehlərin vəkili məhkəmə iclasında 2012-ci il tarixdə mərhumdan miras qalmış pul vəsaitlərinin mərhumun övladları arasında bölüşdürüldüyünü bildirsə də, bunu təsdiq edən heç bir sübut təqdim etməmişdir. Həmçinin iş materiallarında olan sübutlardan mərhumun adına banklarda olan pul vəsaitlərinin yeganə vərəsə olan Cavabdeh3 tam payda mülkiyyətinə keçdiyi məlum olur. Cavabdeh tərəf onu da nəzərə almamışdır ki, iddiaçı 2012-ci il tarixli şəhadətnamənin deyil, 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsızlığı tələbi ilə məhkəməyə müraciət etmişdir. Vərəsəliklə bağlı iş materiallarından yalnız Cavabdeh3 qanun üzrə vərəsə kimi əmlaka tam payda xüsusi mülkiyyət hüququnun tanınması və mərhumun digər övladlarının vərəsələrin dairəsinə daxil edilməməsi nəzərə alınaraq, onların vərəsəlik işindən məlumatlı olmamaları ağlabatandır. 29.Məhkəmənin bağışlama müqaviləsinin etibarsız hesab edilməsi hissəsində iddia tələblərini ilə bağlı mövqeyi belə olmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 347.2.3-cü maddəsi əsas götürülməklə təmin edilməlidir. Belə ki, tərəfin bağışlama müqaviləsi bağlanan zaman əsas götürdükləri hal, əmlakın bağışlayan tərəfin qanuni mülkiyyətində olması üçün əsaslar mövcud deyil. Belə ki, əmlakın Cavabdeh3 mülkiyyəti kimi dövlət qeydiyyatına alınmasına əsas verən şəhadətnamə qanuni əsaslarla əldə edilməmişdir. Cavabdeh3 və Cavabdeh4 arasında bağlanmış Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli 4Ə-1278 nömrəli bağışlama müqaviləsi etibarsız hesab edilməli və onun əsasında alınmış çıxarış ləğv edilməlidir. Belə ki, hədiyyə alan tərəf - Cavabdeh4 hədiyyə aldığı əmlakın mərhum anasının əmlakı olduğunu və anasının övladlarının onun əmlakından bərabər paylarda miras almaq hüququ olduğundan məlumatlı olmuşdur. Bununla belə, hədiyyə verən və hədiyyə alan analarından miras qalası əmlak barədə bağışlama müqaviləsi imzalamışlar. 30.Eyni zamanda Cavabdeh4 bu əmlakı övladı Cavabdeh7 bağışlamışdır. Yuxarıda qeyd olunanlara əsaslanaraq məhkəmə qeyd etmişdir ki, mərhum X2 Zaur Cavanşir oğlunun nənəsi, ona bağışlanmış əmlak da nənəsindən miras qalmış əmlak olmuşdur. Xala və dayılarının nənəsinin vəfatı vaxtında sağ olmasına və miras əmlakdan paylar almaq hüquqlarının olduğuna dair məlumatlı olmasına baxmayaraq maddi vəziyyətinin zənginləşməsi üçün qeyd olunan əmlakı anasından hədiyyə olaraq almışdır. 31.Məhkəmə bunun vicdanlılıq prinsipini ödəyən hal olmadığı qənaətinə gələrək Mingəçevir şəhər Regional “Asan Xidmət” Notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli 4Ə- 2154 nömrəli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında alınmış çıxarışın ləğv edilməsini ədalətli hesab etmişdir. 32.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcələsinin 1133.1, 1134.1, 1159.1, 1243.2, 1243.3, 5.3, 1318, 1273, 1145, 7.1, 6.2, 324, 39..1, 666.1, 337.1, 337.3, 337.4, 347.2.1, 347.2.2, 347.2.3-cü; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N.Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 13 iyul 2009-cu il tarixli qərarına; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli qərarına; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.3, 217.4, 107, 119.1 və 216-220-ci maddələrinəistinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 33.Qətnamədən cavabdehlər Cavabdeh7, Cavabdeh4, Cavabdeh3 və Bakı Şəhəri 9 saylı Notariat Ofisi tərəfindən apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi və iddianın təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. 34.Cavbadehlər Cavabdeh7, Cavabdeh4 və Bakı Şəhəri 9 saylı Notariat Ofisi tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Mülki Məcəllədə vərəsəlik işinin açılmasından məlumatlı olmasından, yox ümumiyyətlə vərəsə miras qoyanın ölümü haqqında bildiyi və bilməli olduğu vaxtdan ən geci 6 ay müddətində mirasın qəbulu haqqında ərizə ilə müraciət etməli və ya onu faktiki qəbul etməlidir. Amma iddiaçı bunun heç birini etməmişdir. İddiaçı mirasın açıldığı gündən 22 il keçdikdən sonra miras əmlakı olmuş mənzilə dair verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni mübahisələndirmişdir. Halbuki, o, bütün digər vərəsələr kimi onların analarının (nənənin) ölümündən xəbərdar və məlumatlı idi. Lakin buna baxmayaraq vərəsəlik hüququnun həyata keçirilməsi üçün üzrlü səbəb olmadan vaxtında həyata keçirməmişdir. Məhkəmə araşdırılması zamanı iddiaçının miras əmlakın nə faktiki qəbulu, nə də ki, mirasın qəbulu ilə bağlı notariat ofisinə müraciətetməsi faktı müəyyən olunmamışdır. Əksinə, müəyyən olunmuşdur ki, (iş üzrə dindirilmiş şahidin ifadəsi və MKİS-in arayışı və Cavabdeh3 izahatı) miras əmlakı olan mənzil hələmiras qoyanın vəfatından öncə, eləcə də vəfatından sonra bu günə kimi fasiləsiz olaraq Cavabdeh4 (ailəsi ilə birgə) tərəfindən istifadə olunması, həmin mənzildə yaşaması, onun idarə etməsi və eləcə də orada əsaslı təmir elətdirməsi faktları müəyyən olunmuşdur. Burada da qeyd etmək lazımdı ki, iddiaçı anasının vəfatından məlumatlı olmuş və qanunda müəyyənləşdirilmiş müddəti heç bir üzrlü səbəb olmadan ötürmüşdür. Bundan başqa hələ 2012-ci ildə aparılmış vərəsəlik işindən də məlumatı olmuşdur. İddiaçı mirasın açılmasından (yəni, miras qoyanın vəfatından) məlumatlı ola-ola mirasın qəbulu üçün hər hansı bir addım atmamışdır. Əksinə, faktiki olaraq məlumatlı olduğu halda, özünü susmuş vərəsə kimi aparmışdır. İddia müddətinin ümumi müddəti 10 ildir. Bu müddətdən isə azı 2 dəfə artıq olan müddət keçmişdir. Burada qeyd etmək lazımdır ki, bu müddət üzrlü səbəb olmadan iddiaçı tərəfindən buraxılmışdır. Baxmayaraq ki, məhkəmə icraatı zamanı, iddia müddətinin tətbiqi haqqında tərəflərindən ərizə verilsə də, işə baxan Məhkəmə bunu nəzərə almamış və nəzərə almamasının səbəbini (izahını) qətnamədə ətraflı olaraq verməmişdir. İddiaçı iddianın əsaslı olmasına dair hər hansı bir sübut təqdim etməmiş, digər cavabdehlər tərəfindən məhkəməyə təqdim etdiyi şahidin ifadəsi, işdə olan digər sübutların təqdim olunmasına baxmayaraq, eləcə də işin faktiki halları işə baxan məhkəmə nəzərə almamış və onlara ümumiyyətlə hüquqi qiymət verməmişdir. 35.Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarından göründüyü kimi, X1 şəhəri, 20 yanvar küçəsi, 4 saylı evin, 27 saylı mənzilinin mülkiyyətçisi olmuşdur. B.Şirinova 18 iyun 2001-ci il tariхdə ölmüşdür. B.Şirinovanın ölməsi ilə göstərilən mənzilə dair miras açılmışdır. B.Şirinovanın vərəsələrindən olan hazırkı iş üzrə İddiaçı mirasın qəbuluna dair notariat ofisinə müraciət etməməmiş, həmçinin miras əmlakını faktiki qəbul etməmişdir. Cavabdeh3 xx.xx.2012-ci il tariхdə X9 adına Mingəçevir şəhəri, filialda 07900297, 07900862, 04373, ******* saylı hesabda olan pul məbləğlərinə dair öz adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Bununla da Cavabdeh3 mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. İş materialarından, iddia ərizəsinin məzmunundan iddiaçının və onun nümayəndəsinin izahatlarından və işin digər hallarından aşkar surətdə göründüyü kimi, miras 18 iyun 2001-ci il tariхdə açılmış, İddiaçı mirasın qəbuluna dair notariat ofisinə ərizə verməmiş, həmçinin miras əmlakını faktiki idarə etməyə başlamamışdır. Bununla da mirası qəbul etməmişdir. Mirasın qəbulu üçün qanunla müəyyən olunmuş müddəti ötürmüşdür. Cavabdehlər (onların nümayəndələri) İddiaçı iddia müddətinin ötürməsinə əsaslanmaqla iş üzrə iddia müddətinin tətbiqinə dair ərizə vermiş, lakin məhkəmə tərəfindən həmin ərizəyə münasibət bildirilməmişdir. İş materiallarında olan çoxsayli sübutlarla təsdiq olunur ki, cavabdehlərdən X14 2000-ci ildən miras qoyan X9 hələ sağlığında və onun ölümündən sonra miras əmlakı olan ünvan 1 ünvanda yaşaması, şahid ifadəsi, MKİS tərəfindən verilən verılən arayışla, tərəflərin izahatları ilə və işin digər materialları ilə sübuta yetirilmişdir. İş materiallarında olan xx.xx.2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2002-ci il tarixdə vəfat etmiş X5 vərəsəsi – qızı Cavabdeh3dır. Şəhadətnamə verilən miras əmlak X9 adına Mingəçevir şəhəri, filialda 07900297, 07900862, 04373, ******* saylı hesabda olan pul məbləğindən faizləri və kompensasiyaları ilə birlikdə ibarətdir. Göründüyü kimi, Cavabdeh3 xx.xx.2012-ci il tariхdə X9 adına olmuş Mingəçevir şəhəri, filialda 07900297, 07900862, 04373, ******* saylı hesabda olan pul məbləğlərinə dair öz adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Cavabdeh3 xx.xx.2012-ci il tariхdə X9 adına olmuş Mingəçevir şəhəri, filialda 07900297, 07900862, 04373, ******* saylı hesabda olan pul məbləğlərinə dair öz adına alıdğı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin qanunililiyi isə İddiaçı tərəfindən mübahisələndirilməmiş, həmin şəhadətnamə məhkəmə bmaхışının predmeti olmamışdır. Göstərilənlərə əsasən Cavabdeh3 xx.xx.2012-ci il tariхdə X9 adına Mingəçevir şəhəri, filialda 07900297, 07900862, 04373, ******* saylı hesabda olan pul məbləğlərinə dair öz adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə aldığından hesab edilir ki, Cavabdeh3mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Yəni, miras əmlakı kütləsinə daхil olan ünvan 1 ünvan olan mirası da qəbul etmişdir. Odur ki, Cavabdeh3 qəbul etdiyi miraslardan Mingəçevir şəhəri, filialda 07900297, 07900862, 04373, ******* saylı hesabda olan pul məbləğlərinə dair mirası qəbul etməsinə dair şəhadətnamə olduğu halda və qanuna əsasən Cavabdeh3 mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, mirası tamamilə qəbul etdiyi halda, mirasın bir hissəsi olan ünvan 1 ünvan dair xx.xx.2021-ci il tarixli 2V-393 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında verilmiş çıхarışın etibarsız hesab edilməsinə dair məhkəmənin gəldiyi nəticə aşkar surətdə qanunsuz və əsassızdır. Digər tərəfdən şərh olunduğukimi, hətta İddiaçı mirasın qəbulu müddətini ötürməsini məhkəməyə göndərilən və aydın şəkildə şərh edilən ərizədə etiraf etmişdir. Odur ki, işin bu cür halında Azərbaycan Respublikası MM-nin 1246-cı maddəsinə əsasən qanunla mirası qəbul etməsinə yol verilməyən İddiaçı ünvan 1 ünvan dair xx.xx.2021-ci il tarixli 2V-393 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında verilmiş çıхarışın etibarsız hesab edilməsinə dair iddia tələbi və həmin iddia tələbinin təmin edilməsinə dair məhkəmə qətnaməsi əsasssızdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən Cavabdeh3 Mingəçevir şəhəri, filialda 07900297, 07900862, 04373, ******* saylı hesabda olan pul məbləğlərinə dair mirası qəbul etməsinə dair şəhadətnamə aldığı halda və qanuna əsasən Cavabdeh3 mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, mirası tamamilə qəbul etməsi; həmçinin İddiaçı Azərbaycan Respublikası MM-nin 1246-cı maddəsinə əsasən mirasın qəbul edilməsinə yol verilməməsi nəzərə alınmamışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 36.İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçıya miras əmlakın onun və digər vərəsələrin xəbəri və razılığı olmadan saxta vərəsəlik şəhadətnaməsi əsasında Cavabdeh3 mülkiyyətinə keməsi 2023-cü il tarixdə vəfat etmiş bacısı Kifayətin yas mərasimində iştirak edən zaman bəlli olmuşdur. Bütün bu hallar birinci instasiya məhkəməsində araşdırılaraq qanuni, əsaslı və ədalətli qətnamə qəbul edilmişdir. Buna görə də cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. c)Məhkəmə icraatı iştirakçılarının izahatları 37.Məhkəmə kollegiyasının iclasında Cavabdeh3 və Cavabdeh4 apellyasiya şikayətlərini müdafiə edərək, şikayətlərin məzmununa uyğun izahat verdilər, şikayətlərin təmin edilməsini xahiş etdilər. 38.Məhkəmə kollegiyasının əvvəlki iclasında Cavabdeh7 apellyasiya şikayətlərini müdafiə edərək, şikayətlərin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişdir. 39.Məhkəmə kollegiyasının əvvəlki iclasında Bakı Şəhəri 9 saylı Notariat Ofisinin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətlərini müdafiə edərək, şikayətlərin məzmununa uyğun izahat verərək, şikayətlərin təmin edilməsini xahiş etmişdir. 40.Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətlərini qəbul etmədi, iddia ərizəsinin mənzunua uyğun izahat verərək, şikayətlərin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. 41.İddiaçı həmçinin ərizə təqdim edərək qeyd etmişdir ki, xx.xx.2021-ci il tarixli, 2V-393 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsiz hesab edilərək, onun əsasında Cavabdeh3 verilmiş çıxarış ləğv edilsin. Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, 4Ə-1278 nömrəli bağışlama müqaviləsi etibarsız hesab edilsin, onun əsasında alınmış çıxarış ləğv edilsin. Mingəçevir şəhər Regional “Asan Xidmət” Notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, 4Ə-2154 nömrəli bağışlama müqaviləsi etibarsız hesab edilsin, onun əsasında verilmiş xx.xx.2022-ci il tarixli ********** saylı qeydiyyat nömrəsi ilə Yevlax 17 saylı Daşınmaz əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş çıxarış ləğv edilsin. 42.Növbəti məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər Cavabdeh7, Bakı Şəhəri 9 saylı Notariat Ofisi, Daşınmaz Əmlakın Dövlət Kadatsrı və reyestri X42 1 saylı Bakı Ərazi İdarəsi və Dövlət Reyestr Xidmətinin Yevlax 17 sayı Ərazi İdarəsi və Mingəçevir Regional “Asan xidmət” Mərkəzi Notariat Ofisinin nümayəndələri məhkəməyə gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə hər hansl bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılması mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 43.Maddə 5.3.Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 44.Maddə 152.1.Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 45.Maddə 1133.1.Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 46.Maddə 1134.1.Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 47.Maddə 1145.Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 48.Maddə 1146.Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 49.Maddə 1159.1.Birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. 50.Maddə 1243.2.Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 51.Maddə 1243.3.Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 52.Maddə 324.2.Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 53.Maddə 324.4.Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 54.Maddə 324.5.İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 55.Maddə 337.1.Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 56.Maddə 337.4.Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 57.Maddə 390.1.Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 58.Maddə 666.1.Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 59.Maddələr 14.2, 77.1, 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 60.Maddə 119.1.Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 61.Maddə 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 62.Maddələr 385.1.1.Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Apellyasiya baxışının hədləri 63.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını yalnız mübahisələndirilən hissəsində şikayətin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirildiyi hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və ya dəyişdirə bilər. 64.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam olaraq yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 65.Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətlərini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilməlidir. 66.Kollegiya hesab edir ki, məhkəmə bağışlama müqavilələrinin etibarsız hesab edilməsi hissəsidə iddia tələbini təmin edərkən, Mülki Məcəllənin 347.2.3-cü maddəsinə istinad etməklə maddi hüquq normasını düzgün tətbiq etməmişdir. 67.Kollegiya apellyasiya şikayətlərinin digər dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir: 68.Belə ki, işin müəyyən edilmiş fakitki halları ondan ibarətdir ki, Mingəçevir şəhəri, 20 yanvar küçəsi, ev 4, 27 saylı mənzil X9 tam payda mülkiyyəti olmuşdur. X9 mərhum X21 ilə nikahından 9 övladı olmuşdur: oğlu xx.xx.1972-ci il təvəllüdlü X27; oğlu xx.xx.1967-ci il təvəllüdlü X22; qızı xx.xx.1965-ci il təvəllüdlü Cavabdeh3; qızı xx.xx.1963-cü il təvəllüdlü X23 (ölüb); qızı xx.xx.1956cı il təvəllüdlü X24; qızı xx.xx.1957-ci il təvəllüdlü X12 (ölüb); qızı xx.xx.1959-cu il təvəllüdlü X14; qızı xx.xx.1961-ci il təvəllüdlü X15; qızı xx.xx.1954-cü il təvəllüdlü İddiaçı. X19 öldükdən sonra Cavabdeh3 2012-ci ildə notariat orqanına müraciət edərək X9 tək vərəsəsi kimi onun adına banklarda olan pul məbləğlərinə miras əmlak kimi sahib olmuşdur. Daha sonra 2021-ci il tarixdə notariat orqanına müraciət edərək mərhumun yeganə vərəsəsi olduğunu bildirmiş və Mingəçevir şəhəri, 20 yanvar küçəsi, ev 4, 27 saylı mənzili öz mülkiyyəti kimi rəsmiləşdirmişdir. Bundan sonra həmin əmlak Cavabdeh3 tərəfindən Cavabdeh4 bağışlanılmış, o da əmlakı oğlu Cavabdeh7 bağışlamışdır. 69.Cavabdeh3 tərəfindən xx.xx.2012-ci il tarixdə Bakı şəhərinin notariusuna təqdim olunmuş yazılı ərizədən aydın olur ki, Cavabdeh3 X11 mərhum X9 əri olduğunu, nikah haqqında şəhadətnamə və ölüm haqqında şəhadətnaməni itirdiyini bildirərək X9 ondan başqa vərəsələri olmadığını, vərəsəlik hüququ haqqında şəhadətnamənin rəsmiləşdirilməsində kömək edilməsini xahiş etmiş və bununla əlaqədar hər hansı mübahisə olarsa bütün məsuliyyəti öz üzərinə götürdüyünü bildirmişdir. 70.Göründüyü kimi Cavabdeh3 ilə yanaşı miras qoyan X9 digər övladları da X9 əmlakından bərabər paylarda miras almalı idilər. Lakin Cavabdeh3 notariat orqanına etdiyi müraciətində özünün yeganə vərəsə olduğunu bildirmiş və Mingəçevir şəhəri, 20 yanvar küçəsi, ev 4, 27 saylı mənzilin adına rəsmiləşdirilməsinə nail olmuşdur. 71.Halbuki Cavabdeh3 özünün yeganə vərəsə olmadığını, digər qardaş və bacıları, yəni X9 digər övladlarının olduğunu və onların da həmin əmlaka vərəsə olmaq hüquqları olduğunu bilirdi. 72.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 73.Eyni zamanda “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 55-ci maddəsinə əsasən açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. Notarius həmçinin kütləvi elan verilməsi və ya mətbuatda məlumat dərc edilməsi yolu ilə vərəsələri çağıra bilər. Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür. 74.“Notariat haqqında” Qanunun 59-cu maddəsinə görə isə, notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. 75.Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 83-cü bəndinə əsasən açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. Notarius həmçinin kütləvi elan verilməsi və mətbuatda məlumat dərc edilməsi yolu ilə vərəsələri çağıra bilər. 76.Həmin Təlimatın 102-ci maddəsinə əsasən notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə, habelə bu Təlimatın 13-cü hissəsinin altıncı abzasına uyğun miras qoyanın ölümü faktını, mirasın açıldığı vaxtı və yeri, şəhadətnamə verilməsi haqqında ərizə vermiş şəxslərin miras qoyanla qohumluq münasibətlərini, barəsində şəhadətnamə verilən miras əmlakın tərkibini və olduğu yeri müvafiq sübutlar tələb etmək yolu ilə yoxlayır. 77.Mülki Məcəllənin 1318-ci maddəsinə görə, notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görməlidir. 78.İş materiallarında olan Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubunda miras qoyanın vərəsələrinin dairəsinin müəyyən edilmiş olduğu qeyd olunur. Halbuki miras qoyanın Cavabdeh3 başqa övladlarının da olduğu və onlarında vərəsə olduqları müəyyən edilməmişdir. 79.“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarında Plenum qeyd etmişdir ki, xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. Mülki Məcəllənin 1301-ci maddəsinə əsasən, əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər. Əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər. Əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bölüşdürə bilərlər. 80.Göründüyü kimi, iddiaçı vərəsə olaraq mirasdan imtina etməmiş, bununla bağlı mötəbər sübutlar mövcud deyildir. Buna görə də, iddiaçı mirası qəbul etmiş vərəsə hesab edilir. Mirasın bölüşdürülməsi ilə bağlı isə Cavabdeh3 tərəfindən Mülki Məcəllənin 1301-ci maddəsinin tələblərinə əməl edilməmiş, bununla bağlı sübutlar təqdim olunmamışdır. 81.Buna görə də, kollegiya apellyatorun 2012-ci il tarixli vərəsəlik şəhadətnaməsi əsasında mirasın bir hissəsini qəbul etdiyi üçün, hazırki iddianın rədd olunması ilə bağlı dəlilini yuxarıda qeyd olunanlara əsasən əsassız hesab edir. 82.Göründüyü kimi Cavabdeh3 adına sözügedən vərəsəlik hüququ haqqında şəhadətnamələr verilərkən mərhumun (miras qoyanın) başqa övladlarının olması notariusdan gizlədilmiş, notarius isə vərəsələrin dairəsini yoxlamaması nəticəsində həmin vərəsələri nəzərə almadan, sadəcə Cavabdeh3 adına vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. Həmin şəhadətnamələrin verilməsindən xəbər tutandan sonra iddiaçı hazırkı iddia tələbləri ilə məhkəməyə müraciət etmişdir. 83.Beləliklə kollegiya hesab edir ki, notariat orqanı qanunla üzərinə qoyulmuş vəzifələrini yerinə yetirmədiyindən, Mətanət Şininova isə Mülki Məcəllənin 5.3-cü maddəsi ilə mülki hüquq münasibətləri subyektlərinin öz hüquq və vəzifələrinin vicdanla həyata keçirməyə borclu olması barədə normanın tələblərini pozaraq digər vərəsələrin olmasını gizləyərək mirası qəbul etmək üçün digər vərəsələrin hüquqlarının pozulmasına şərait yaratmışdır. 84.Qeyd olunmalıdır ki, miras əmlaka vərəsəlik şəhadətnaməsi verilməsi əqd deyil, mirasın rəsmiləşdirilməsinin qanundan irəli gələn formasıdır (Mülki Məcəllənin 1321-ci maddəsi). Çünki şəhadətnamə mirası qəbul edənlə notarius arasında və yaxud ölmüş şəxslə hüquq və vəzifələrə səbəb olmur, şəhadətnamə birtərəfli qaydada vərəsənin mirası mülkiyyətinə rəsmiləşdirməsi üçün əsas kimi çıxış edir. Mülki qanunvericilik (Mülki Məcəllənin 1243.3. maddəsi) mirasın qəbulunun iki üsulunu nəzərdə tutur: vərəsənin mirası qəbul etmək üçün notariusa müraciət etməsi, və yaxud əmlaka sahiblik və ya idarə etməyə başlama. Həmin hərəkətlər özlüyündə birtərəfli əqdlərə xas olan əlamətlərinə uyğun gəlsə də (birtərəfli iradə ifadəsi) özlüyündə birtərəfli əqd sayıla bilməz. Çünki Mülki Məcəllənin 324.3-cü maddəsinə əsasən bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Birtərəfli əqdin (məsələn: bağışlama müqaviləsi) qeyd olunan anlayışına uyğun olaraq şərh versək, miras əmlakın qəbulu üçün ərizə ilə notariusa müraciət edilməsi Məcəllədə əqd olaraq nəzərdə tutulmamışdır və normanın ikinci hissəsi isə tərəflərin razılaşmasını nəzərdə tutur ki, hazırkı halda belə razılaşmanın olması zəruri şərt deyil. Deməli, vərəsəlik şəhadətnaməsinin verilməsi ilə bağlı vərəsənin notariusa müraciət etməsi əqd kimi dəyərləndirilə bilməz. Həmin məntiqlə çıxış etsək, onda hüquq əldə etmək üçün nəinki notariusa, digər orqanlara birtərəfli müraciətlərin hamısı əqd kimi dəyərləndirilməlidir. Mirasın qəbulu əqd deyil, hüquqların (ölənin hüquqlarının) vərəsəlik qaydasında keçməsidir (Mülki Məcəllənin 1133.1. maddəsi). Vərəsəlik şəhadətnaməsinin qanunsuz rəsmiləşməsinə istinad edən şəxs onun etibarsızlığını tələb etməlidir. Çünki şəhadətnamənin etibarsızlığına dəlalət edən hallar onun verilməsindən əvvəl mövcud olur. 85.Hazırkı işdə iddiaçının istinad etdiyi halların məhz şəhadətnamə verilməmişdən əvvəl mövcud olduğunu qeyd edir. Belə ki, o, vərəsələrin sayı, cavabdehin digər vərəsələri gizlətmələrinə istinad edir. Amma, vərəsəlik şəhadətnaməsinin ləğvi, belə anlama gəlməyə əsas verir ki, həmin şəhadətnamə verilərkən qanunun tələblərinə riayət edilmiş, lakin sonradan ortaya çıxan hallar həmin şəhadətnamənin ləğv olunmasını şərtləndirir. İddiaçının öz tələbində istinad etdiyi hallar ikinci hala aid deyil. Eyni zamanda qeyd olunmalıdır ki, şəhadətnamənin etibarsız hesab olunması ilə ləğv olunması fərqli hüquqi nəticələrə səbəb olur. Etibarsız hesab olunma halında şəhadətnamələr bağlandığı andan etibarsız hesab olunmaqla, onun bütün hüquqi nəticələri etibarsız hesab olunur, lakin, ləğv olunanda, həmin vaxtdan sonra öhdəliklərə xitam verilir, iddiaçının əldə etmək istədiyi nəticə-əmlakın əvvəlki vəziyyətə gətirilməsi və yenidən mirasın bölüşdürülməsi, şəhadətnamələrin etibarsız hesab olunmasından sonra baş verən hallardır və eyni zamanda məhz onun hüquqi nəticəsi olaraq çıxarış da ləğv oluna bilər. 86.Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, xx.xx.2021-ci il tarixli, 2V-393 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab olunmaqla, onun əsasında Cavabdeh3 verilmiş çıxarış ləğv olunmalıdır. 87.Məhkəmə kollegiyası bağışlama müqavilələrinin etibarısız hesab edilməsi ilə bağlı iddia tələbini əsaslı hesab edərək qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra qərarlarında qeyd etdiyi kimi əqdlər iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir və yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. 88.Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır; -əqdin subyektiv tərkibinə dair şərtlər; -əqdin məzmununa dair şərtlər; -əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; -əqdin formasına dair şərtlər. 89.Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). 90.Mülki Məcəllənin 337-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 91.Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. (maddə 337.2) 92.Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. (maddə 337.3) 93.Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. (maddə 337.4) 94.Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh3 adına verilmiş xx.xx.2021-ci il tarixli 2V-393 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edildiyindən və onun əsasında verilmiş çıxarış ləğv edildiyindən o, mübahisələndirilən mənzili bağışlamaq üçün mülkiyyətçi kimi hüquqları (subyektiv tərkibinə görə) olmadığından, Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli, 4Ə-1278 nömrəli Cavabdeh3 tərəfindən Cavabdeh4 adına verilmiş bağışlama müqaviləsi əhəmiyyətsiz əqd olmalqa etibarsız hesab edilməli və onun əsasında Cavabdeh4 adına verilmiş çıxarış ləğv edilməlidir. 95.Belə olan halda kollegiya hesab edir ki, eyni əsaslarla Cavabdeh4 etibarsız hesab edilmiş əqd üzrə əldə etdiyi mübahisələndirilən mənzil üzərində heç bir hüququ olmadığından (subyektiv tərkibə görə) Mingəçevir şəhər Regional “Asan Xidmət” Notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, 4Ə-2154 saylı Cavabdeh4 tərəfindən Cavabdeh7 adına verilmiş bağışlama müqaviləsi etibarsız hesab edilməli, onun əsasında Cavabdeh7 adına verilmiş çıxarış ləğv edilməlidir. 96.Kollegiya onu da qeyd edir ki, cavabdeh tərəf məhkəmə iclasında 2012-ci il tarixdə mərhumdan miras qalmış pul vəsaitlərinin mərhumun övladları arasında bölüşdürüldüyünü bildirsə də, bunu təsdiq edən heç bir sübut təqdim etməmişdir. Həmçinin iş materiallarında olan sübutlardan mərhumun adına banklarda olan pul vəsaitlərinin yeganə vərəsə olan Cavabdeh3 tam payda mülkiyyətinə keçdiyi məlum olur. Cavabdeh tərəf onu da nəzərə almamışdır ki, iddiaçı 2012-ci il tarixli şəhadətnamənin deyil, 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsızlığı tələbi ilə məhkəməyə müraciət etmiş və bu tələbi irəli sürməkdə haqlı olmuşdur. Vərəsəliklə bağlı iş materiallarından yalnız Cavabdeh3 qanun üzrə vərəsə kimi əmlaka tam payda xüsusi mülkiyyət hüququnun tanınması və mərhumun digər övladlarının vərəsələrin dairəsinə daxil edilməməsi nəzərə alınaraq, onların vərəsəlik işindən məlumatlı olmamaları müəyyən olunur. 97.Kollegiya apellyatorların Mülki Məcəllənin 1246 və 1273-1 maddələrinə istinad etməsini əsassız hesab edərək qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273- 1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarında Plenum qərara almışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. 98.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu həmin qərarda qeyd etmişdir ki, Mülki Məcəllədə vərəsəlik hüququnun xüsusi qəbul müddətinə bağlı tutulması mülkiyyət hüququna müdaxilənin qanuni əsasını təşkil etsə də, bu müdaxilə fərdi azadlığın və bazar iqtisadiyyatının ən əsas elementlərindən olan mülkiyyət hüququnun konstitusiya təminatına, mülki dövriyyə iştirakçılarının maraqlarına zidd olmaqla, hər hansı ictimai maraqlara cavab verməməklə yanaşı, mirasın açılması ilə mülkiyyət hüququna malik olan vərəsənin bu hüququnu qeyri-mütənasib şəkildə, hər hansı qanuni məqsədə xidmət etmədən məhdudlaşdırır. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, vərəsəlik hüququnun xüsusi qəbul müddətinə tabe tutulması hüquqi müəyyənlik və mütənasibliklə bağlı Konstitusiya prinsiplərinin tələblərinə cavab vermədiyindən, mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına gətirib çıxardığından, Mülki Məcəllənin 1246-cı maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə və 71-ci maddəsinin İİ hissəsinə uyğun hesab edilə bilməz. 99.Qeyd olunanlara əsasən kollegiya apellyatorların iddia müddətinin tətbiqi ilə bağlı dəlillərini əsassız hesab edir. 100.Kollegiya qeyd edir ki, iddiaçı tələbində bağışlama müqavilələrinin ləğvini tələb etsə də, iddianın mahiyyətindən göründüyü kimi, o, həmin müqavilələrin etibarsızlığını tələb edir. Həmçinin iddiaçı bununla bağlı apellyasiya mərhələsində ərizə vermişdir. 101.Beləliklə, qeyd olunan xüsusatları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, cavabdehlər Cavabdeh7, Cavabdeh4, Cavabdeh3 və Bakı Şəhəri 9 saylı Notariat Ofisi tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilməli, Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli, 2(005)-2735/2023 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilməli, xx.xx.2021-ci il tarixli 2V-393 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməli, onun əsasında Cavabdeh3 verilmiş çıxarış ləğv edilməli, Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli 4Ə-1278 nömrəli bağışlama müqaviləsi etibarsız hesab edilməli, onun əsasında Cavabdeh4 adına verilmiş çıxarış ləğv edilməli, Mingəçevir şəhər Regional “Asan Xidmət” Notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli 4Ə-2154 nömrəli bağışlama müqaviləsi etibarsız hesab edilməli, onun əsasında Cavabdeh7 adına verilmiş çıxarış ləğv edilməlidir. 102.Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iddia təmin olunduğundan, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh7 müştərək qaydada İddiaçı xeyrinə tutulmalıdır. 103.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdehlər Cavabdeh7, Cavabdeh4, Cavabdeh3 və Bakı Şəhəri 9 saylı Notariat Ofisi tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli, 2(005)-2735/2023 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. xx.xx.2021-ci il tarixli, 2V-393 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilsin, onun əsasında Cavabdeh3 verilmiş çıxarış ləğv edilsin. Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli 4Ə-1278 nömrəli bağışlama müqaviləsi etibarsız hesab edilsin, onun əsasında Cavabdeh4 adına verilmiş çıxarış ləğv edilsin. Mingəçevir şəhər Regional “Asan Xidmət” Notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli 4Ə-2154 nömrəli bağışlama müqaviləsi etibarsız hesab edilsin, onun əsasında Cavabdeh7 adına verilmiş çıxarış ləğv edilsin. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh7 müştərək qaydada tutularaq, İddiaçı ödənilsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar