Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10566/2021 01.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrliyi və məruzəsilə), Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Nizamlı Aygün Ülviyyət qızının katibliyi ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “cərimə borcunun silinməsi” tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4713/2021 saylı mülki işi üzrə 26.08.2021-ci il tarixli qətnaməsindən cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona əsassız hesablanmış 820,80 manat cərimə borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin icraatı zamanı müəyyən edilmişdir ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında 29.01.2021-ci il tarixli, ******* saylı akta əsasən İddiaçı evinə baxış keçirilmiş,abonentin sayğacdan qeyri-qanuni təbii qazdan istifadə etməsi aktlaşdırılmış; ”X1 Bakı Regional Qazın Satışı Departamentinin 29.01.2021 tarixli qərarı ilə cəmi 8208 m³ qaz itkisi hesablanmış və itirilmiş qazın bərpası üçün hesabatın aparılması və hesablanmış məbləğin ödənilməsi qərara alınmışdır; Abonent kodu **********00247 olan İddiaçı saldosundan müəyyən olunmuşdur ki, abonentin qalıq və aktlar üzrə 820,80 manat borcu mövcuddur; 10.08.2021-ci il tarixli, 10/3124 saylı ekspert rəyində aşağıdakılar göstərilmişdir; “Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, “Yeni massiv” yaşayış massivində yerləşən fərdi yaşayış evinə təbii qazdan istifadə ilə əlaqədar sayğacdan kənar hər hansı qoşulma halı, eləcə də paylayıcı qaz xəttinin üzərində əvvəllər qoşulmaya xas olan izlər (borucuq, qaynaq və s.) aşkar edilmədi”. (səh.6, 16, 20, 40-42) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4713/2021 saylı mülki işi üzrə 26.08.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən İddiaçı (abonent kodu:**********400247) hesablanmış 820, 80 manat məbləğində cərimə borcunun silinməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pulun cavabdeh “Azəriqaz” İstehsalat Birliyindən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi, “Azəriqaz” İstehsalat Birliyindən dövlət rüsumuna görə 30 manat məbləğində pulun dövlət nəfinə tutulması qət edilmişdir.Qətnamədə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1; 77.2; 218.3-cü maddələrinə, «İstehlakçıların hüquqlarının müdafıəsi haqqında» Azərbaycan Respublikasının Qanunun 3; 18ci bəndlərinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Qazdan istifadə Qaydalarının 4.8; 4.9-cu bəndlərinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 18; 448.2-ci maddələrinə istinadən qeyd edilmiş, iddiaçının hər hansı hüquq pozuntusuna yol verdiyi halı öz əksini tapmamış, həmçinin sayğacdan kənar təbii qazdan istifadə etməsinə dair hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Dövlət orqanlarının, icra və.s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşdüyündən, cavabdeh həmin vəzifəni icra etmədiyindən iddia təmin olunmalıdır. Cavabeh apellyasiya şikayəti verərək Binəqədi Rayon Məhkəməsinin 2(001)- 4713/2021 saylı mülki işi üzrə 26.08.2021-ci il tarixli qətnaməsinin ləğv edib İddiaçı iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edərək “Azəriqaz” İB-nin apellyasiya şikayətini təmin edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası MPM-nin 88, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6, 442, 443.1, 448.2-ci maddələrinə istinadən qeyd edilmişdir ki, “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xəttlərinə, müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki, qeyri-qanuni şəkildə təbii qazı talaması faktı aşkar olunmuş, aşkar olunuş fakt yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdır. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmış və tərtib olunmuş akta əsasən 820.80 manat itirilmiş qazın bərpası məqsədilə dəymiş zərərin məbləği hesablanmışdır. Məhkəmə iddiaçının özünümüdafiə xarakterli izahatına, ekspert rəyinə əsaslansa da, abonentin ödənişləri və sərfiyyat barədə mühüm əhəmiyyət kəsb edən AGİS və GASREPOT proqramları üzrə saldoları tədqiq etməmişdir.Qeyd olunan hallardan da göründüyü kimi birinci instansiya məhkəməsi işin faktiki, həqiqi hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, qüvvədə olan maddi və prosessual hüquq normalarını mülki iş üzrə düzgün tətbiq etməmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən tərəflərin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə tədqiq edən məhkəmə kollegiyası Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında 12.05.2011-ci il tarixli 80 saylı qərarı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177, 189-1, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 279, 280, 282, 542, Azərbaycan Respublikası Mülki Məcəllənin 21, 324, 385-388, 560, 1096-1098, 1128-1131, Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 4.1, 14.2, 39.1, 76.1, 77.1, 80-82, 89.3, 106.2, 119, 217.4, 220.5, 228, 372, 385, 386, 388, 390-cı maddələrinə istinadən hesab edir ki, iddia tələbinə qiymət verilməsini hazırki apellyasiya şikayətinə münasibətdə apellyasiya icraatının hədləri baxımından apellyasiya şikayətinin sübuta yetirilməyən dəlilləri formal mülahizə xarakteri daşıdığından əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin tələbin təmin edilməyən hissəsində ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Belə ki, apellyasiya şikayətinin də dəlili olan iddiaçının pozuntu törədməsi (qazın talaması) qanunvericiliklə nəzərdə tutulmuş cinayət və ya inzibati xəta əməlinin ehtimalını müəyyən etsədə cavabdeh tərəfindən müvafiq tədqiqatlar aparılması, qərarların qəbul edilməsi və tələblər irəli sürülməsi üçün tədbirlər həyata keçirilməmişdir. Mülki icraat qaydasında isə mötəbərliyi dayanıqlı sübutlarla təmin edilməyən şikayətin dəlillərinə qiymət verilməsi isə sui-istifadəyə şərait yaradan hal kimi mülki mühakimə səlahiyyətlərindən kənardır. Qeyd edilməlidir ki, cavabdeh ekspertiza keçirilməsi barədə vəsatət verməklə tələb etdikləri pul vəsaitlərinin yaranma əsaslarının şübhə altına almaqla qətnamənin düzgünlüyün bir daha təsdiq etmiş olmuşlar. Kollegiya diqqətə çatdırır ki, əsassız apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərci ödəyən şəxsə aid edilməlidir. Kollegiya diqqətə çatdırır ki, əsassız apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərci ödəyən şəxsə aid edilməli və iddianın qiyməti iki min manatdan az olan əmlak xarakterli tələb üzrə qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 384, 393 və 402-405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh "Azəriqaz" İstehsalat Birliyinin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4713/2021 saylı mülki işi üzrə 26.08.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2(103)-10566/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10566/2021
01.11.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver