Məhkəmə qərarları › İş №2(103)-1057/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1057/2022

15.02.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1057/2022 15.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı, Cavabdeh MMC-nin vəkili Vəkil iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4138/2020 saylı, 14 sentyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh MMC-nin Azərbaycan Respublikasındakı nümayəndəliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin Azərbaycan Respublikasındakı nümayəndəliyindən əmək haqqı üzrə ümumilikdə 6.746,96 manat məbləğində borcun tutularaq onun xeyrinə ödənilməsi, Cavabdeh MMC-nin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən ödənişin gecikdirilməsinə görə, ödəniş vaxtı təyin olunmuş vaxtdan ertəsi gündən başlayaraq faktiki hesablaşma günü daxil olmaqla əmək müqaviləsində nəzərdə tutulmuş hər gecikdirilmiş gün üçün cəmi səkkiz ay üçün 2024 manat məbləğdə kompensasiyanın cavabdehdən alınaraq ona ödənilməsi, cavabdehdən 7 il istifadə edilməmiş məzuniyyətə görə pul əvəzinin cəmi 5.903,59 manat məbləğində borcun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4138/2020 saylı, 14 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh MMC-nin Azərbycan Respublikasındakı Nümayəndəliyindən 6.746,96 manat məbləğində ödənilməyən əmək haqqının tutularaq İddiaçı ödənilməsi, istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiyanın Cavabdeh MMC-nin Azərbycan Respublikasındakı Nümayəndəliyi tərəfindən hesablanaraq İddiaçı ödənilməsi qət edilmişdir. İddia qalan hissədə təmin edilməmişdir. Cavabdeh MMC həmin qətnamədən apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 mart 2021-ci il tarixli, 2(103)-1085/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhər Yasamal rayon Məhkəməsinin hazırkı iş üzrə 14 sentyabr 2020-ci il tarixli qətnaməsi Cavabdeh MMC-nin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh MMC həmin qətnamədən kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsi mülki kollegiyasının 2(102)-5217/2021 saylı 19 oktyabr 2021ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04.03.2021-ci il tarixli, 2(103)-1085/2021 saylı qətnaməsi ödənilməyən əmək haqqının tutulmasına aid hissədə ləğv edilmiş və işin həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı iddiadan imtina barədə ərizə təqdim edərək, cavabdehlə aralarında razılıq əldə edildiyindən, iddiadan imtina etdiyini bildirdi və iddiadan imtinasının qəbul edilməklə, iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh MMC-nin vəkili Vəkil ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq, iddiaçının ərizəsini nəzərdən keçirərək hesab edir ki, İddiaçı iddiadan imtinası qəbul edilməli və hazırki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4138/2020 saylı, 14 sentyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilməklə iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı iddiadan imtina etməsi qanuna uyğun təqdim edildiyindən, eyni zamanda hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından qəbul edilməli və hazırki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4138/2020 saylı, 14 sentyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilməklə iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261.0.4, 370, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı Cavabdeh MMC-nin Azərbaycan Respublikasındakı nümayəndəliyinə qarşı əmək haqqı tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə İddiaçı iddiadan imtinası qəbul edilsin. Hazırki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4138/2020 saylı, 14 sentyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardaddan, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar