Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10572/2021 20.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçıların nümayəndəsi Mirzəquliyeva Rəna Hüseyn qızının, Cavabdeh nümayəndəsi və vəkili Ələkbərov Namiq Ələkbər oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-276/2021 saylı iş üzrə 23 sentyabr 2021-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Mahmudzadə Nəzrin Ramiz qızı, Mahmudzadə Aytac Ramiz qızı və Mahmudzadə Səbrinə Ramiz qızı Cavabdehnə qarşı “müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi” tələbinə dair ilk iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 21 nömrəli notariat kontorunda Mahmudzadə Nəzrin Ramiz qızı ilə Cavabdeh arasında bağlanmış 30 sentyabr 2017-ci il tarixli müqavilə şərtlərinə uyğun olaraq, Cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən Mahmudzadə Nəzrin Ramiz qızının mülkiyyətində olan yaşayış sahəsinin sökülərək həmin ərazidə inşa edilmiş yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasında sahəsi 83 kv.metr olan 02 (iki) otaqlı tam təmirli mənzilin iddiaçı Mahmudzadə Nəzrin Ramiz qızına təhvil verilməsi və Cavabdehndən 2019-cu ilin dekabr ayından 2020-ci ilin avqust ayına kimi hər ay üçün ödənilməli olan 500 (beş yüz) manat məbləğində pul vəsaiti və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 10 (on) manat hissəsi olmaqla, cəmi 4.510 (dörd min beş yüz on) manat məbləğində pul vəsaitinin tutulub iddiaçı Mahmudzadə Nəzrin Ramiz qızına verilməsi; Bakı şəhəri 21 nömrəli notariat kontorunda Mahmudzadə Səbrinə Ramiz qızı ilə Cavabdeh arasında bağlanmış 30 sentyabr 2017-ci il tarixli müqavilə şərtlərinə uyğun olaraq Cavabdeh tərəfindən ünvan 2 ünvanında yerləşən Mahmudzadə Səbrinə Ramiz qızının mülkiyyətində olan yaşayış sahəsinin sökülərək həmin ərazidə inşa edilmiş yeni çoxmənzilli, hündürmərtəbəli yaşayışbinasında sahəsi 83 kv.metr olan 02 (iki) otaqlı tam təmirli mənzilin iddiaçı Mahmudzadə Səbrinə Ramiz qızına təhvil verilməsi və Cavabdehndən 2019-cu ilin dekabr ayından 2020-ci ilin avqust ayına kimi hər ay üçün ödənilməli olan 500 (beş yüz) manat məbləğində pul vəsaiti və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 10 (on) manat hissəsi olmaqla, cəmi 4.510 (dörd min beş yüz on) manat məbləğində pul vəsaiti tutulub iddiaçı Mahmudzadə Səbrinə Ramiz qızına verilməsi; Bakı şəhəri 21 nömrəli notariat kontorunda Mahmudzadə Aytac Ramiz qızı ilə Cavabdeh arasında bağlanmış 03 oktyabr 2017-ci il tarixli müqavilə şərtlərinə uyğun olaraq Cavabdeh Məhdud Məsuliyyəli Cəmiyyəti tərəfindən ünvan 3 ünvanında yerləşən Mahmudzadə Aytac Ramiz qızının mülkiyyətində olan yaşayış sahəsinin sökülərək həmin ərazidə inşa edilmiş yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasında sahəsi 83 kv.metr olan 02 (iki) otaqlı tam təmirli mənzilin iddiaçı Mahmudzadə Aytac Ramiz qızına təhvil verilməsi və Cavabdehndən 2019-cu ilin dekabr ayından 2020-ci ilin avqust ayına kimi hər ay üçün ödənilməli olan 500 (beş yüz) manat məbləğində pul vəsaiti və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 10 (on) manat hissəsi olmaqla, cəmi 4.510 (dörd min beş yüz on) manat məbləğində pul vəsaiti tutulub iddiaçı Mahmudzadə Aytac Ramiz qızına verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-276/2021 saylı iş üzrə 09 avqust 2021-ci il tarixli qətnaməsi ilə ilk iddia təmin edilmiş, Bakı şəhəri 21 saylı notariat kontorunda Mahmudzadə Nəzrin Ramiz qızı ilə Cavabdeh MMC arasında bağlanmış 30.09.2017-ci il tarixli müqavilə şərtlərinə uyğun olaraq Cavabdeh MMC tərəfindən ünvan 1 ünvanında yerləşən Mahmudzadə Nəzrin Ramiz qızının mülkiyyətində olan yaşayış sahəsinin sökülərək həmin ərazidə inşa edilmiş yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasında sahəsi 83 kv.m. olan 02 (iki) otaqlı tam təmirli mənzil iddiaçı Mahmudzadə Nəzrin Ramiz qızına təhvil verilsin və mənzil iddiaçıya təhvil verilənədək hər ay üçün ödənilməli olan (dekabr 2019-dan avqust ayı 2021-ci il tarixinə 21 ay) 10.500 (on min beş yüz) manat kirayə haqqı Cavabdeh MMC-dən tutulub Mahmudzadə Nəzrin Ramiz qızına ödənilməsi, Bakı şəhəri 21 saylı notariat kontorunda Mahmudzadə Səbrinə Ramiz qızı ilə Cavabdeh MMC arasında bağlanmış 30.09.2017-ci il tarixli müqavilə şərtlərinə uyğun olaraq Cavabdeh MMC tərəfindən ünvan 1 ünvanında yerləşən Mahmudzadə Səbrinə Ramiz qızının mülkiyyətində olan yaşayış sahəsinin sökülərək həmin ərazidə inşa edilmiş yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasında sahəsi 83 kv.m. olan 02 (iki) otaqlı tam təmirli mənzil iddiaçı Mahmudzadə Səbrinə Ramiz qızına təhvil verilsin və mənzil iddiaçıya təhvil verilənədək hər ay üçün ödənilməli olan (dekabr 2019-dan avqust ayı 2021-ci il tarixinə 21 ay) 10.500 (on min beş yüz) manat kirayə haqqı Cavabdeh MMCdən tutulub Mahmudzadə Səbrinə Ramiz qızına ödənilməsi, Bakı şəhəri 21 saylı notariat kontorunda Mahmudzadə Aytac Ramiz qızı ilə Cavabdeh MMC arasında bağlanmış 03.10.2017-ci il tarixli müqavilə şərtlərinə uyğun olaraq Cavabdeh MMC tərəfindən ünvan 1 ünvanında yerləşən Mahmudzadə Aytac Ramiz qızının mülkiyyətində olan yaşayış sahəsinin sökülərək həmin ərazidə inşa edilmiş yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasında sahəsi 83 kv.m. olan 02 (iki) otaqlı tam təmirli mənzil iddiaçı Mahmudzadə Aytac Ramiz qızına təhvil verilsin və mənzil iddiaçıya təhvil verilənədək hər ay üçün ödənilməli olan (dekabr 2019-dan avqust ayı 2021-ci il tarixinə 21 ay) 10.500 (on min beş yüz) manat kirayə haqqı Cavabdeh MMC-dən tutulub Mahmudzadə Aytac Ramiz qızına ödənilməsi,i ş üzrə ödənilmiş dövlət rüsumu 30 (otuz ) manatın 10 manatı Cavabdeh MMC-dən tutulub Mahmudzadə Aytac Ramiz qızına, 10 manatı Mahmudzadə Nəzrin Ramiz qızına və 10 manatı Mahmudzadə Səbrinə Ramiz qızına ödənilməsi və iddiaçı Cavabdehlər Mahmudzadə Nəzrin Ramiz qızına, Mahmudzadə Aytac Ramiz qızına və Mahmudzadə Səbrinə Ramiz qızına qarşı pul ödənilməsi tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh MMC apellyasiya şikayəti vermişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-276/2021 saylı iş üzrə 23 sentyabr 2021-ci il tarixli qərardadı ilə Cavabdeh apelyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verildiyindən geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan Cavabdeh MMC şikayət verərək qərardının ləğv edilməsini və tərəflərində verilmiş apellyasiya şikayəti mahiyyəti üzrə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinin göndərilməsini xahiş etmişidir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-276/2021 saylı iş üzrə 01 oktyabr 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında iddiaçıların nümayəndəsi Mirzəquliyeva Rəna Hüseyn qızı şikayətə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi və vəkili Ələkbərov Namiq Ələkbər oğlu şikayəti müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-276/2021 saylı iş üzrə 23 sentyabr 2021-ci il tarixli qərardadı ləğv edilməli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-276/2021 saylı iş üzrə 09 avqust 2021-ci il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilməlidir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, Cavabdeh MMC Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09.08.2021-ci il tarixli, 2(005)- 276/2021 nömrəli qətnaməsindən apelyasiya şikayətini 21.09.2021-ci il tarixdə məhkəməyə təqdim etmişdir. Apelyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verildiyindən apelyasiya şikayəti geri qaytarılmalıdır. Belə ki, müvafiq qətnamənin surətini Cavabdeh MMC -16.08.2021-ci il tarixdə poçt xəbərnaməsinə imza etməklə qəbul etmişdir. Qətnamə qanuni qüvvəyə minmişdir. Beləliklə, apelyasiya şikayəti qanunvericiliklə müəyyən edilmiş 1 (bir) aylıq prosessual müddət ötürülməklə verilmiş, şikayətə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə vəsatət (və ya ərizə) əlavə edilməmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi sözügedən qətnamədən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətini geri qaytarmaqda haqlı olamamışdır. Belə ki, işdən görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 276/2021 saylı iş üzrə 09 avqust 2021-ci il tarixdə qətnamə qəbul edilmiş, həmin qətnamə 10.08.2021-ci il tarixdə Cavabdeh MMC-nin ünvanına (Bakı şəhəri, Nərimanov ray., T.Şıxəliyev küçəsi 14) göndərilmiş, qətnamə Cavabdeh MMC tərəfindən rəsmi qaydada 16.08.2021-ci il tarixdə (iş materialları 148-ci səhifə) qəbul edilmişdir. Cavabdeh MMC qətnamədən 16.09.2021-ci il tarixdə (iş materialları 159-cu səhifə) apellyasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-ci maddəsinə görə Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Göründüyü kimi, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-276/2021 saylı, 09 avqust 2021-ci il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən apellyasiya şikayəti qanunla müəyyən edilmiş müddətdə verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3-cü maddəsinə əsasən qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Bu halda məhkəmə kollegiya hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-276/2021 saylı iş üzrə 23 sentyabr 2021ci il tarixli qərardadı ləğv edilməli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 276/2021 saylı iş üzrə 09 avqust 2021-ci il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh şikayəti təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-276/2021 saylı iş üzrə 23 sentyabr 2021-ci il tarixli qərardadı ləğv edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-276/2021 saylı iş üzrə 09 avqust 2021-ci il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilməklə apellyasiya icraatına qəbul edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-10572/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10572/2021
20.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver