Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10597/2021 15.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Məmmədovanın sədrliyi ilə, Rafael Əmir oğlu Eyvazov və X2 ibarət tərkibdə, Azər Aydın oğlu Mövlayevin katibliyi ilə, İddiaçı vəkili Vəkil, Cavabdeh iştirakları ilə, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-6906/2020 saylı, 10 dekabr 2020ci tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 01 yanvar 2008-ci il tarixində doğulmuş X3, 13 aprel 2009- cu il tarixində doğulmuş X4 və 27 avqust 2013-cü il tarixində doğulmuş X1 üçün hər birinə 170 manat sabit pul məbləğində aliment tutulması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2007-ci il tarixindən 2018-ci il tarixədək faktiki nikah münasibətlərində olmuşlar. Cavabdehlə birgə ailə münasibətindən 01 yanvar 2008-ci il tarixində X7, 13 aprel 2009-cu il tarixində X9 və 27 avqust 2013-cü tarixində X10 anadan olmuşdur.Cavabdeh tərəfindən mütəmadi olaraq fiziki təzyiqlərə məruz qaldığından məcburiyyət qarşısında uşaqlarını götürüb ata evinə gəlmişdir və halhazırda atası, anası və qardaşı ilə birgə kirayədə yaşayırlar. Lakin cavabdeh uşaqların saxlanması üçün vəsait verməkdən boyun qaçırır. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-6906/2020 saylı, 10 dekabr 2020-ci tarixli qətnaməsi ilə iddia qismən təmin edilməsi, Cavabdeh 01 yanvar 2008-ci il təvəllüdlü X3, 13 aprel 2009-cu il təvəllüdlü X4 və 27 avqust 2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 150 manat olmaqla cəmi 450 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi, iddianın alimentə dair hissəsi dərhal icra edilməsi və alimentin tutulması müddəti 11.11.2020-ci il tarixdən hesablanması, iddia qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, MPM-in 9-cu maddəsi, yəni çəkişmə prinsipi və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.3. maddəsinin tələbləri pozmuşdur.Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.3. maddəsini görə uşağın anası ilə nikahda olmayan şəxsin atalığı uşağın atasının və anasının müvafiq icra hakimiyyəti orqanına birgə ərizə vermələri ilə müəyyən olunur. Halbuki, iddaçı İddiaçı hər üç uşağm doğum haqqında şəhadətnamələrin surətini təqdim etsə də atalığın müəyyən edilməsi barədə məhkəməyə sənəd təqdim etməmişdir. Məhkəmə Kollegiyasının iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.Əlavə olaraq bildirmişdir ki, o, uşaqların atası olmasını qəbul etmir, atalığı mübahisələndirir və uşaqların iş materiallarında olan doğum şəhadətnaməsinin alınmasından məlumatı yoxdur, heç vaxt qeydiyyat şöbəsinə uşaqlara doğum şəhadətnaməsi verilməsinə dair ərizə təqdim etməmişdir.İddiaçı ilə az bir müddət faktiki nikahda olmuş, çox zaman isə Rusiyada yaşamışdır. Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili apellyasiya şikayətinə etiraz edərək əsassız olmasını bildirmiş və əlavə olaraq qeyd etmişdir ki, tərəflərin faktiki nikahda olması və birgə yaşamasını cavabdeh iddiaçının şikayəti əsasında polis orqanlarında verdiyi izahatında özü etiraf etmişdir.Odur ki, apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir. . Məhkəmə kolegiyası tərəfləri dinləyərək, iş üzrə materialları və apelyasiya şikayətlərinin dəlillərini araşdıraraq, hesab edir ki, iddiaçının apelyasiya şikayəti təmin olunmalı, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-6906/2020 saylı, 10 dekabr 2020-ci tarixli qətnaməsi ləğv edilməli və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İ 984031 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 01.01.2008-ci il tarixdə anadan olmuşdur, atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan AZ-İİ 657330 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 13.04.2009-cu il tarixdə anadan olmuşdur, atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Gəncə Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən erilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 27.08.2013-cü il tarixdə anadan olmuşdur, atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri Sabunçu rayonu İcra Hakimiyyəti Başçısının Zabrat qəsəbəsi üzrə nümayəndəliyinin 28.07.2020-ci il tarixli, 1503 saylı arayışının surətindən görünür ki, İddiaçı Sabunçu Rayonu, Zabrat qəsəbəsi, Murad Mirzəyev küçəsində özbaşına inşa edilmiş evdə qeydiyyatsız yaşayır. Apellyasiya şikayətinin dəlilləri baxımından Məhkəmə Kollegiyası yuxarıda qeyd edilən doğum şəhadətnamələrinin verilməsinə əsas olmuş sənədlərin təqdim edilməsi üçün müvafiq orqanlara sorğular göndərmişdir. Sorğulara cavab olaraq təqdim olunmuş: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Daşkəsən rayon Qeydiyyat şöbəsinin 03.12.2021-ci il tarixli məktubunda qeyd edilmişdir:“Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üzrə kargüzarlığın aparılması qaydası haqqında Təlimat”a əsasən doğum haqqında akt qeydinin tərtib edilməsinə əsas olan doğum haqqında tibbi şəhadətnamələr, doğumun dövlət qeydiyyatına alınması haqqında ərizə və ona əlavə edilən digər sənədlər 1 il saxlanılır Əlavə olaraq qeyd edirik ki,Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31.10.2003-cü il tarixli “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası” nın təsdiq edilməsi haqqında Qərarın 2.8.3-cü müddəasına əsasən uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmə qətnaməsi olmadıqda, doğum haqqında akt qeydində və şəhadətnamədə uşağın ata soyadının əvəzinə ananın soyadı yazılır.Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır Göstərilənlərlə əlaqədar bildiririk ki.Daşkəsən rayon İHB-nın Qabaqtəpə İƏDUN-liyi tərəfindən X7 barəsində tərtib edilmiş 08 saylı,04.02.2008ci il tarixli doğum haqqında akt qeydində və Daşkəsən rayon Qeydiyyat şöbəsi tərəfindən X9 barəsində tərtib edilmiş 180 saylı.22.06.2011-ci il tarixli doğum haqqında qeydində qeyd edilmiş məlumatlara əsasən hər iki doğum haqqında akt qeydi nikahda olmayan ananın ərizəsi və doğum haqqında tibbi şəhadətnamə əsasında tərtib edilmişdir Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Gəncə “ASAN XİDMƏT” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinin 03.12.2021-ci il tarixli məktubundan və məktuba əlavə olunmuş sənədlərdən görünür ki, Gəncə Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamə ilə bağlı 27.08.2013-cü il tarixdə anadan olmuş X5 akt qeydləri tək ananın ərizəsi əsasında aparılmışdır. Yuxarıda sorğu əsasında təqdim olunan sənədlərdən görünür ki, iddaçı İddiaçı hər üç uşağın doğum haqqında şəhadətnamələrin surətini təqdim etsə də atalığın müəyyən edilməsi barədə məhkəməyə sənəd təqdim etməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinə əsasən: Maddə 44.3. görə uşağın anası ilə nikahda olmayan şəxsin atalığı uşağın atasının və anasının müvafiq icra hakimiyyəti orqanına birgə ərizə vermələri ilə müəyyən olunur. 45.1. Uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. 46.2. Valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. 46.3. Uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır.Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı QƏRARİnda qeyd edilmişdir:”Azərbaycan Respublikası MPM-nin 307.2.10-cu maddəsində nəzərdə tutulan faktın-yəni atalığın etiraf olunması faktının xüsusi icraat qaydasında məhkəmə tərəfindən müəyyən edilməsi zamanı Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Bu normaya əsasən uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. Yəni atalığı etiraf etmə (atalığın tanınması) faktının müəyyən olunması üçün 3 şərt mövcud olmalıdır: 1. Özünü uşağın atası hesab edən şəxs uşağın anası ilə nikahda olmamalıdır; 2. Həmin şəxs özünü uşağın atası hesab etməlidir; 3. Özünü uşağın atası hesab edən şəxs ölmüş olmalıdır.Atanın sağ olduğu dövrdə atalığın müəyyən olunması isə Ailə Məcəlləsinin 45.1-ci maddəsinə əsasən həll edilir və birmənalı olaraq bu iddialara iddia icraatı qaydasında baxılır.” Beləliklə, Kollegiya qeyd edir ki, Cavabdeh 01 yanvar 2008-ci il tarixində doğulmuş X3, 13 aprel 2009- cu il tarixində doğulmuş X4 və 27 avqust 2013-cü il tarixində doğulmuş X5 ataları olması iş materialları ilə təsdiq olunmadığından ona qarşı aliment tələbinə dair iddia ərizəsi təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: Apelyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-6906/2020 saylı, 10 dekabr 2020ci tarixli qətnaməsi ləğv edilsin. İddia rədd olunsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-10597/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10597/2021
15.12.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Atalığın müəyyən edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver