Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10618/2021 05.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Cabbarlı Sahibə Məhəmmədbağı qızının katibliyi ilə, İddiaçının nümayəndə və vəkili X9, iddiaçının nümayəndəsi X4 iştirakları ilə, İddiaçı Rəhimcanoviçin cavabdeh X2rşı (14 saylı notariat kontoru maraqlı şəxs qismində cəlb edilməklə) “vərəsəlik haqqında şəhadətnamənin etibarsız sayılması və vərəsə kimi tanınma” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1282/2021 saylı, 25.08.2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Rəhimcanoviç cavabdeh X2rşı (14 saylı notariat kontoru maraqlı şəxs qismində cəlb edilməklə) “vərəsəlik haqqında şəhadətnamənin etibarsız sayılması və vərəsə kimi tanınma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-1282/2021saylı, 25.08.2021-ci il tarixli qərardadı ilə İddiaçı Rəhimcanoviçin cavabdeh X2rşı (14 saylı notariat kontoru maraqlı şəxs qismində cəlb edilməklə) “vərəsəlik haqqında şəhadətnamənin etibarsız sayılması və vərəsə kimi tanınma” tələbinə dair iddiası ilə bağlı 2(006)-1282/2021 saylı mülki iş üzrə icraat Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olmuş 2(006)- 132/2010 saylı iş üzrə 06.01.2010-cu il tarixli qətnaməsindən cavabdeh X5 nümayəndəsi və vəkili X7 tərəfindən verilmiş ərizəyə (hakim A.İbadzadə) baxılıb yekun məhkəmə aktı çıxarılana qədər dayandırılması qərara alınmışdır. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini, və işə nahiyyəti üzrı yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1282/2021 saylı, 27.09.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Kollegiya iclasında iştirak edən iddiaçının nümayəndəsi M.Zakirova və iddiaçının nümayəndə və vəkili R.Abdullayev şikayətin təmin edilməsini, qərardadın ləğv edilməsini məhkəmədən xahiş etmişdirlər. İş üzrə cavabdeh tərəfə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və gəlməmə səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 avqust 2021-ci il tarixli, 2(006)-1318/2021 saylı qərardadı ilə cavabdeh X5 ölmüş elan edilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06.01.2010-cu il tarixli, 2(006)- 132/2010 saylı qətnaməsi mübahisələndirilmiş və bunun nəticəsi olaraq 2(006)-1318/2021 saylı mülki iş üzrə icraat dayandırılmışdır. Belə olan halda məhkəmə hesab edir ki, hazırki mülki işin icraatı dayandırılmalıdır. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 yanvar 2010-cu il tarixli, 2(006)-132/2010 saylı qətnaməsi ilə ərizəçi İddiaçı Rəhimcan oğlunun maraqlı şəxs Nəsimi rayon Qeydiyyat şöbəsinə qarşı “vətəndaşın ölmüş elan edilməsi” tələbinə dair ərizəsinin təmin edilməsi, ərizəçi İddiaçı Rəhimcan oğlunun atası, 20 may 1957-ci ildə Leninqrad şəhərində anadan olmuş, Bakı şəhəri, Tbilisi prospekti, ev 66, mənzil 43-də daimi qeydiyyatda olan X3 ölmüş elan edilməsi, qətnamənin qanuni qüvvəyə mindiyi gün X3 ölüm gününün sayılması qət edilmişdir. İş materiallarında olan cavabdehin nümayəndəsi və vəkili X7 tərəfindən məhkəməyə verilmiş ərizədən görünür ki, sonuncu tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 yanvar 2010-cu il tarixli, 2(006)-132/2010 saylı qətnaməsi mübahisələndirilərək, qeyd edilən qətnamənin ləğv edilməsi xahiş edilmiş və hazırda ərizə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Anar İbadzadənin icraatındadır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 avqust 2021-ci il tarixli, 2(006)- 1318/2021 saylı qərardadı ilə iddiaçı X5 cavabdeh X1rşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddiası ilə bağlı 2(006)-1318/2021 saylı mülki iş üzrə icraatın Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olmuş 2(006)-132/2010 saylı iş üzrə 06.01.2010- cu il tarixli qətnaməsindən iddiaçı X5 nümayəndəsi və vəkili X7 tərəfindən verilmiş ərizəyə (hakim A.İbadzadə) baxılıb yekun məhkəmə aktı çıxarılana qədər dayandırılması qərara alınmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin tələbinə görə Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisələr üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa iş üzrə icraat dayandırılmalıdır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 25 mart 2004-cü il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin «Konstitusiya Məhkəməsinin icraatı qaydasında mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə, işə baxmaq mümkün olmazsa» müddəası məhkəmə tərəfindən müvafiq növ icraat üzrə çıxarılmış qərarın, qətnamənin, hökmün, qərardadın qanuni qüvvəyə minməsini ehtiva edir. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, İddiaçı Rəhimcanoviçin cavabdeh X2rşı (14 saylı notariat kontoru maraqlı şəxs qismində cəlb edilməklə) “vərəsəlik haqqında şəhadətnamənin etibarsız sayılması və vərəsə kimi tanınma” tələbinə dair iddiası ilə bağlı 2(006)-1282/2021 saylı mülki iş üzrə nəticənin, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olmuş 2(006)-132/2010 saylı iş üzrə 06.01.2010-cu il tarixli qətnaməsindən cavabdeh X5 nümayəndəsi və vəkili X7 tərəfindən verilmiş ərizəyə (hakim A.İbadzadə) baxılıb qəbul ediləcək yekun məhkəmə aktının nəticəsindən aslılığının mövcudluğu aşkardır. Belə ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olmuş 2(006)-132/2010 saylı iş üzrə 06.01.2010-cu il tarixli qətnaməsindən cavabdeh X5 nümayəndəsi və vəkili X7 tərəfindən verilmiş ərizəyə (hakim A.İbadzadə) baxılaraq yekun məhkəmə aktı qəbul edilənədək və həll olunmalı məsələlər öz təsdiqini tapanadək hazırki mülki işin baxılması mümkün olmayacaqdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, İddiaçı Rəhimcanoviçin cavabdeh X2rşı (14 saylı notariat kontoru maraqlı şəxs qismində cəlb edilməklə) “vərəsəlik haqqında şəhadətnamənin etibarsız sayılması və vərəsə kimi tanınma” tələbinə dair iddiası ilə bağlı 2(006)-1282/2021 saylı mülki iş üzrə icraat Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olmuş 2(006)-132/2010 saylı iş üzrə 06.01.2010-cu il tarixli qətnaməsindən cavabdeh X5 nümayəndəsi və vəkili X7 tərəfindən verilmiş ərizəyə (hakim A.İbadzadə) baxılıb yekun məhkəmə aktı çıxarılana qədər dayandırılmalıdır. Şərh olunanlara əsasən apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(004)-3444/2019 saylı, 03.08.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: İddiaçının nümayəndəsi Maina Zakirovna tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1282/2021 saylı, 25.08.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-10618/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10618/2021
05.11.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver