Məhkəmə qərarları › İş №2(103)-10626/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10626/2021

08.12.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10626/2021 08.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, İddiaçı2, İddiaçıların nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2230/2021 saylı, 30 iyul 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və 4 saylı Bakı Cavabdeh2nə qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh 4 saylı Bakı "ASAN xidmət" mərkəzində fəaliyyət göstərən notariat ofisinin xüsusi notariusu S.Y.Həbibbəyli tərəfindən onlara verilmiş 29.03.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin ləğv olunması və Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 18 saylı evin, 4 saylı mənzilin 1/2 hissəsinə dair miras payların müəyyən olunaraq, vərəsələr Dadaşova Şəbinə Ohədulla qızı İddiaçı1 və Cavabdeh1 arasında 1/3 hissədə və ya həmin əmlakın 1/6 hissədə Dadaşova Şəbinə Əhədulla qızının, 1/6 hissədə Cavabdeh1 və 4/6 hissədə İddiaçı1 miras paylarının müəyyən olunmasına dair yeni qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, İddiaçı1 29 iyun 1970-ci il tarixdə Şirşikova (Dadaşova) Qalina Semyonovna ilə rəsmi nikaha daxil olaraq evlənmişdir. Birgə nikahlarından İddiaçı2 və Cavabdeh1 dünyaya gəlmişdir. Mərhum həyat yoldaşı Dadaşova Qalina Semyonovna ölümündən əvvəl qanunvericilikdə nəzərdə tutulmuş qaydada vəsiyyətnamə tərtib etmədiyindən və eləcə də, cavabdehlə onlar onun qanun üzrə birinci növbəli vərəsələridir. Nəzərə çatdırır ki, birgə nikah dövründə əldə etdikləri və mərhum həyat yoldaşı Dadaşova Qalina Semyonovnanın adına rəsmiləşdirilmiş mülk olan Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 18 saylı evin, 4 saylı mənzil miras qalmışdır. Bununla əlaqədar miras əmlakın qəbul edilməsi və payların müəyyənləşdirilməsi üçün müvafiq orqanlara (notariat) müraciət etməklə bağlı cavabdehlə müəyyən razılığa gəlmək mümkün olmamışdır. Razılığa gəlmək mümkün olmadığından tərəflərindən Nizami rayon Məhkəməsində “miras əmlaka vərəsəlik hüququnun və payın müəyyən edilməsi barədə” iddia qaldrılmış, lakin işə baxan hakimin təklifi ilə notariat kontorunda qarşılıqlı razılıq əsasında həll olunması qərara alınmışdır. Bununla bağlı bütün vərəsələr tərəfindən cavabdeh 4 saylı Bakı "ASAN xidmət" mərkəzində fəaliyyət göstərən notariat ofisinə müraciət olunsa da, cavabdeh tərəfindən vərəsəlik hüququ haqqında Şəhadətnamə verilərkən qanunsuzluğa yol verilmişdir. Belə ki, 4 saylı Bakı "ASAN xidmət" mərkəzində fəaliyyət göstərən notariat ofisinin xüsusi notariusu S.Y.Məbibbəvli tərəfindən onlara 29.03.2021-ci il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə verilmişdir. Şəhadətnaməyə əsasən Q.İddiaçı2 miras qalmış Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 18 saylı evin, 4 saylı mənzili onlar vərəsələrin 1/3 hissədə (İddiaçı1, Dadaşova Şəbinə Əhədulla qızı və Cavabdeh1) olmaqla miras payları müəyyən olunmuşdur. Lakin, onlar yuxarıdakı bölgü ilə razı deyillər. Çünki qeyd olunan əmlak Q.İddiaçı2 adına "xxxx" MTK-dan 20.08.2019-cu il tarixdə alınmışdır. Həmin vaxt o əri, yəni İddiaçı1 ilə nikahda olmuşdur. Ona görə də, həmin əmlakın 1/2 hissəsi üzərində İddiaçı1 mülkiyyət hüququ yaranmışdır. Q.İddiaçı2 30.08.2019-cu il tarixdə vəfat etdikdən sonra qeyd olunan əmlaka dair qanun üzrə vərəsəlik şəhadətnaməsi verilərkən bu hallar nəzərə alınmamışdır. Qeyd olunan halların nəzərə alınması miras əmlakın bölgüsünə birbaşa təsiri vardır. Belə ki, ilk növbədə miras əmlakın 1/2 hissəsi üzərində İddiaçı1 mülkiyyəti olduğundan həmin hissə bölgüyə cəlb oluna bilməz. Bölgüyə yalnız əmlakın digər 1/2 hissəsi cəlb olunmalıdır. Belə olduğu halda Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 18 saylı evin, 4 saylı mənzilin 1/2 hissəsinə dair miras paylar vərəsələr Dadaşova Şəbinə Əhədulla qızı, İddiaçı1 və Cavabdeh1 arasında 1/3 hissədə bölünməlidir. Bu səbəbdən 4 saylı Bakı "ASAN xidmət" mərkəzində fəaliyyət göstərən notariat ofisinin xüsusi notariusu S.Y.Həbibbəyli tərəfindən onlara verilmiş 29.03.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin ləğv olunması və Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 18 saylı evin, 4 saylı mənzilin 1/2 hissəsinə dair miras payların müəyyən olunaraq vərəsələr Dadaşova Şəbinə Əhədulla qızı, İddiaçı1 və Cavabdeh1 arasında 1/3 hissədə və ya həmin əmlakın 1/6 hissədə Dadaşova Şəbinə Əhədulla qızının, 1/6 hissədə Cavabdeh1 və 4/6 hissədə İddiaçı1 miras paylarının müəyyən olunmasına dair yeni qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə verilməsi ilə bağlı tərəflərindən cavabdehə rəsmi müraciət olnumuşdur. Lakin cavabdeh 4 saylı Bakı "ASAN xidmət" mərkəzində fəaliyyət göstərən notariat ofisinin xüsusi notariusu S.Y.Həbibbəyli tərəfindən 16 aprel 2021 -ci il tarixli cavab məktubu ilə onlara bildirilmişdir ki, notariat artıq hər bir vərəsəyə 1/3 hissə kimi paylar müəyyənləşdirdiyindən, həmin mənzilə dair yeni vərəsəlik şəhadətnaməsinin verilməsi mümkün deyil və vərəsələr arasında pay bölgüsünə dair mübahisə olduğundan məhkəməyə müraciət edilməsi tövsivyə olunmuşdur. Hesab edirlər cavabdeh 4 saylı Bakı "ASAN xidmət" mərkəzində fəaliyyət göstərən notariat ofisinin hərəkətləri aşağıdakılara görə tamamilə qanunsuzdur. Yuxarıda qeyd edildiyi kimi əmlak mərhum Q.İddiaçı2 adına "xxxx" MTK-dan 20.08.2019cu il tarixdə alınmışdır. Həmin vaxt o əri, yəni İddiaçı1 ilə nikahda olmuşdur. Ona görə də, həmin əmlakın 1/2 hissəsi üzərində İddiaçı1 mülkiyyət hüququ yaranmışdır. Göründüyü kimi ərarvadın əmlakının qanuni rejimi ilə bağlı qanunvericiliyin açıq bəyanının olmasına baxmayaraq cavabdeh 4 saylı Bakı "ASAN xidmət" mərkəzində fəaliyyət göstərən notariat ofisi əsassız olaraq yeni vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəməyə Azərbaycan Respublikasının 53-cü maddəsinə uyğun olaraq iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək qeyd etmişlər ki, hazırda payların düzgün müəyyənləşdirilməsi üçün iddia tələbinin dəqiqləşdirilməsi zərurəti yaranmışdır. Qeyd olunanlara əsasən cavabdeh 4 saylı Bakı "ASAN xidmət" mərkəzində fəaliyyət göstərən notariat ofisinin xüsusi notariusu S.Y.Həbibbəyli tərəfindən onlara verilmiş 29.03.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin, 4 saylı Bakı "ASAN xidmət" mərkəzində fəaliyyət göstərən notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş 15 aprel 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnaməsinin ləğv olunması və Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 18 saylı evin, 4 saylı mənzilin 1/2 hissəsinə dair miras payların müəyyən olunaraq, vərəsələr Dadaşova Şəbinə Ohədulla qızı İddiaçı1 və Cavabdeh1 arasında 1/3 hissədə və ya həmin əmlakın 1/6 hissədə Dadaşova Şəbinə Əhədulla qızının, 1/6 hissədə Cavabdeh1 və 4/6 hissədə İddiaçı1 miras paylarının müəyyən olunmasına dair yeni qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2230/2021 saylı, 30 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 4 saylı Bakı Cavabdeh2ndə Notariat ofisinin xüsusi notariusu Həbibbəyli Sidqi Yaqub oğlu tərəfindən verilmiş reyestrdə 2V-306 nömrəsi ilə qeyd edilmiş 29 mart 2021-ci il tarixli və 4 saylı Bakı Cavabdeh2ndə Notariat ofisinin xüsusi notariusu Hacıyeva Hicran Qismət qızı tərəfindən verilmiş reyestrdə 2V-344 nömrəsi ilə qeyd edilmiş 15 aprel 2021-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamələrin ləğv edilməsi, ünvan 1 ünvanda yerləşən mənzilin 1/2 hissəsi üzərində İddiaçı1 1/3, İddiaçı2 1/3 və Cavabdeh1 1/3 hissədə miras payı müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələblərinin rədd edilməsi haqda yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, anası Dadaşova Qalina Semyonovna vəfat etdikdən sonra onun mülkiyyətində olan mənzilə vərəsəlik hüququnun tanınması üçün 4 saylı Bakı Cavabdeh2nə müraciət etmiş və 15 aprel 2021-ci il tarixli şəhadətnamə əsasında ünvan 2 ünvanında yerləşən mənzilin 1/3 hissəsi üzərində miras payı müəyyən edilmişdir. Sonradan həmin şəhadətnamə əsasında qeyd edilən mənzilin 1/3 hissəsinə dair mülkiyyət hüququnu təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almış və hal-hazırda da həmin mənzilin 1/3 hissəsinin mülkiyyətçisidir. Qanunvericiliklə, iddia tələblərinin sübut etmə vəzifəsi iddiaçı tərəfindir və sübutlar mötəbər olmadıqda, yaxud əsaslı olmadıqda məntiqi nəticə olaraq, iddia tələbləri təmin edilməməlidir. Birinci instansiya məhkəməsi bu normaların tələblərinə əhəmiyyət verməmiş, sübutların olmamasına baxmayaraq, iddianı qismən təmin etmişdir və onun mülkiyyət hüququ nəzərə alınmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, 4 saylı Bakı Cavabdeh2 01.02.2020-ci il tarixli “Ər-Arvadın ümumi əmlakdakı paya sağ qalmış ərə verilən mülkiyyət hüququ” haqqında şəhadətnamədən görünür ki, 30.08.2019-cu il tarixdə vəfat etmiş Dadaşova Qalina Semyonovnanın sağ qalmış əri İddiaçı1 Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi, ev 79, mənzil 26 onların nikah müddətində əldə etdikləri ümumi birgə əmlakın ½ hissəsinə mülkiyyət hüququ vardır. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdehlər Cavabdeh1 və 4 saylı Bakı Cavabdeh2nə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası işə qeyd olunan şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2230/2021 saylı, 30 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakı sübutları müəyyən etmişdir: Belə ki, iş materiallarında olan Xəzər rayon Qeydiyyat şöbəsi tərəfindən 14 yanvar 2020-ci il tarixdə verilmiş 05/69- 46 saylı arayışdan görünür ki, İddiaçı1r Dadaşbala oğlu ilə Şirşikova Qalina Semyonovnanın nikahı 29 iyun 1970-ci il tarixdə 37 №-li akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra ərə Dadaşov, arvada Dadaşova soyadı verilmişdir. İş materiallarında olan 5 saylı Bakı Cavabdeh2 Qeydiyyat şöbəsi tərəfindən 17 sentyabr 2019- cu il tarixdə verilmiş AZ-İİ № 037192 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Dadaşova Qalina Semyonovna 30 avqust 2019-cu il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 13 sentyabr 2019-cu il tarixdə 1178 nömrəsi ilə qeyd edilmişdir. İş materiallarında olan "xxxx" Mənzil Tikinti Kooperativinin üzvlərinin ümumi iclasının № 03 Protokolundan 20.08.2019-cu il tarixli Çıxarışından görünür ki, pay haqqını tam ödəmiş üzvlərə çıxarış verilməsi haqqında Dadaşova Qalina Semyonovna MTK-ya mənzilin dəyərini tam ödəmişdir. Vətəndaş Dadaşpva Qalina Semyonovna dəyərini tam ödədiyinə görə ona ünvan 3 ünvanda yerləşən 3 saylı korpus B girişi 2-ci mərtəbə, yaşayış sahəsi 47,5 kv.m, ümumi sahəsi 97,2 kv.m olan 2 otaqlı, 4 saylı mənzilin verilməsi və çıxarışa 1 nəfər ailə tərkibində daxil edilməsi qərara alınmışdır. İş materiallarında olan "xxxx" Mənzil Tikinti Kooperativinin 05.12.2019-cu il tarixli maliyyə arayışından görünür ki, ünvan 4 ünvanındakı yaşayış binası "xxxx" MTK-ya məxsusdur. Bakı şəhəri Bakı şəhəri, Xətai rayonu, Əhmədli y/sahəsi X.Məmmədov küçəsi ev 18 və 3 saylı korpusun, B girişi, 2-ci mərtəbəsində, ümumi sahəsi 97,2 kv.m, yaşayış sahəsi 47,5 kv.m olan 2 otaqlı, 4 saylı mənzilin pay dəyərini payçı Dadaşova Qalina Semyonovna 24805 (iyirmi dörd min səkkiz yüz beş) manat tərəfindən ödənilmişdir və heç bir borcu qalmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18.03.2021-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışından görünür ki, Bakı şəhəri, Xətai rayonu, Xudi Məmmədov küçəsi, ev 18, mənzil 4, Yeni qaydalarla: AZ1123, ünvan 6 ünvanında yerləşən mənzil Dadaşova Qalina Semyonovnanın adına tam mülkiyyət hüququ üzrə daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində ********** №-si ilə il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan 4 saylı Bakı Cavabdeh2ndə notariat ofisi tərəfindən verilmiş reyestrdə 2V-306 nömrəsi ilə qeyd edilmiş 29 mart 2021-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamədən görünür ki, 30.08.2019-ci il tarixdə vəfat etmiş - Dadaşov Qalina Semyonovnanın vərəsələri: Azərbaycan Respublikası, ünvan 7 ünvanında qeydiyyatda olan qızı İddiaçı2 (Aze 0*******, 18.11.2010 - Nizami RPİ, Fin: xxxxxxx, d/t: xx.xx.1974), ünvan 8 ünvanında qeydiyyatda olan əri İddiaçı1dur (AZE********, 28.11.2018 - Asan5, FİN:xxxxxxx, d/t: xx.xx.1939) və onların hər biri miras əmlakdan 1/3 irs almalıdır. Şəhadətnamə verilən miras əmlak-AR DƏDRX 1 saylı Ərazi İdarəsi tərəfindən 18.03.2021 tarixdə Dadaşov Qalina Semyonovnaya verilmiş **********57-05301-093215 reyestr nömrəli, ********** qeydiyyat-nömrəli dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, ev 18, mənzil 4 Yeni qaydalarla : AZ 1123, ünvan 9 ünvanında yerləşən ümumi sahəsi 94,4 kv/m olan mənzildən ibarətdir. İş materiallarında olan 4 saylı Bakı Cavabdeh2ndə notariat ofisi tərəfindən verilmiş reyestrdə 2V-344 nömrəsi ilə qeyd edilmiş 15 aprel 2021-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamədən görünür ki, 30.08.2019-ci il tarixdə vəfat etmiş - Dadaşov Qalina Semyonovnanın vərəsələri: ünvan 10 ünvanında qeydiyyatda olan Cavabdeh1 (AA2754758, 04.02.2021 – ASAN 5, Fin: xxxxxxx, d/t: xx.xx.1971) və o, miras əmlakdan 1/3 irs almalıdır. Şəhadətnamə verilən miras əmlak - ƏMDX-nin yanında DƏDRX 1 saylı Ərazi İdarəsi tərəfindən 18.03.2021 tarixdə Dadaşov Qalina Semyonovnaya verilmiş **********57-05301-093215 reyestr nömrəli, ********** qeydiyyatnömrəli dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, ev 18, mənzil 4 Yeni qaydalarla : AZ 1123, ünvan 9 ünvanında yerləşən ümumi sahəsi 94,4 kv/m olan mənzildən ibarətdir. İş materiallarında olan İddiaçı1 ilə İddiaçı2 arasında bağlanmış 29.03.2021-ci il tarixli Miras payın bağışlama müqaviləsindən görünür ki, İddiaçı1 4 saylı Bakı Cavabdeh2ndə notariat ofisi tərəfindən təsdiq edilmiş, 29.03.2021-ci il tarixli, 2V-306 reyestrli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə” əsasən Bakı şəhəri, Xətai rayonu, Xudi Məmmədov küçəsi, ev 18, mənzil 4, Yeni qaydalarla: AZ1123, ünvan 6 ünvanında yerləşən sahəsi 94,4 kv/m olan mənzildən ibarət miras payını İddiaçı2 bağışlamışdır. İş materiallarında olan 4 saylı Bakı Cavabdeh2ndə notariat ofisi tərəfindən İddiaçı1 və İddiaçı2 ünvanlanmış 16.04.2021-ci il tarixli 585 saylı məktubundan görünür ki, fəaliyyət göstərdiyi notariat ofisində 30.08.2019- cu il tarixdə vəfat etmiş Dadaşova Qalina Semyonovnadan miras qalmış Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, ev 18, mənzil 4, Yeni qaydalarla: ünvan 11 ünvanında yerləşən mənzilə dair hər birinizə 1/3 hissədə 29.03.2021-ci il tarixdə 2V-306 reyestr nömrəli onlara, qalan 1/3 hissədə isə 15.04.2021-ci il tarixdə 2V-344 reyestr nömrəli Cavabdeh1 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən paylar tərəflərindən artıq hər bir vərəsəyə 1/3 hissə kimi müəyyənləşdirildiyindən həmin mənzilə dair yeni vərəsəlik şəhadətnaməsinin verilməsi mümkün deyildir. Vərəsələr arasında pay bölgüsünə dair mübahisə olduğundan məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. İş materiallarına əlavə edilmiş və apellyasiya icraatı zamanı tədqiq edilmiş Ər-arvadın ümumi Əmlakdan paya sağ qalmış ərə verilən mülkiyyət hüququ haqqında Şəhadətnamədən görünür ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32-ci maddəsinə əsasən 30.08.2019-ci il tarixdə vəfat etmiş Dadaşova Qalina Semyonovnannın sağ qalmış əri İddiaçı1dur- Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi, ev 79, mənzil 26 (AZE ********, 28/11/2018- ASAN 5) onların nikah müddətində əldə etdikləri ümumi birgə əmlakın ½ hissəsinə mülkiyyət hüququ vardır. İddiaçı1 mülkiyyət hüququ haqqında şəhadətnamə verilən ümumi birgə əmlak "xxxx" ASC-nin 03.10.2019-cu il tarixli, 157000/202-5307 nömrəli və 28.01.2020-ci il tarixli 108/01-1493 nömrəli məktublara əsasən qalığı 10000,00 (on min) manat olan (müqavilə nömrəsi 108/KADP/0********) depozitdəki və qalığı 212,81 (iki yüz on iki, 81) manat olan (********************) kartdakı pul vəsaitindən ibarətdir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Yuxarıda sadalanan iki hüququ özündə birləşdirən vərəsəlik hüququ əsasında mülkiyyətçinin ona məxsus əmlaka dair sərəncam vermək imkanı Konstitusiyanın 29-cu maddəsinin İİİ hissəsindən irəli gəlir və bu vəsiyyət etmək azadlığının əsasını təşkil edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. İş materialları ilə müəyyən olunmuşdur ki, Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, ev 18, mənzil 4 ünvanında yerləşən mənzil 20 avqust 2019-cu il tarixdə Dadaşova Qalina Semyonovna tərəfindən alınmış və o, 30 avqust 2019-cu il tarixdə vəfat etmişdir. Qanunveciliyin tələblərindən də görünür ki, Dadaşova Qalina Semyonovnanın uşaqları və həyat yoldaşı onun birinci növbədən vərəsələridir. Yəni onların hər birinin əmlakdan bərabər pay almaq hüququ vardır və onun vərəsələrindən heç biri əmlak üzərində olan paylarından imtina etməmişlər. Hazırda mübahisə predmeti olan Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, ev 18, mənzil 4 ünvanında yerləşən mənzil mərhum Dadaşova Qalina Semyonovnaya məxsusdur. Dadaşova Qalina Semyonovna ilə İddiaçı1 birgə nikahlarından 2 övladları olmuşdur. Onlar xx.xx.1971-ci il təvəllüdlü Cavabdeh1 və xx.xx.1974-cü il təvəllüdlü İddiaçı2dır. Hazırda iddiaçılar məhkəməyə ərizə ilə müraciət edərək, 4 saylı Bakı "ASAN xidmət" mərkəzində fəaliyyət göstərən notariat ofisinin xüsusi notariusu S.Y.Həbibbəyli tərəfindən onlara verilmiş 29.03.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin, 4 saylı Bakı "ASAN xidmət" mərkəzində fəaliyyət göstərən notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş 15 aprel 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnaməsinin ləğv olunması və Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 18 saylı evin, 4 saylı mənzilin 1/2 hissəsinə dair miras payların müəyyən olunaraq, vərəsələr Dadaşova Şəbinə Ohədulla qızı İddiaçı1 və Cavabdeh1 arasında 1/3 hissədə və ya həmin əmlakın 1/6 hissədə Dadaşova Şəbinə Əhədulla qızının, 1/6 hissədə Cavabdeh1 və 4/6 hissədə İddiaçı1 miras paylarının müəyyən olunmasına dair yeni qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iddia tələbinin 4 saylı Bakı Cavabdeh2ndə notariat ofisi tərəfindən verilmiş Reyestrdə 2V-306 nömrə ilə qeydə alınmış 29 mart 2021-ci il tarixli və Reyestrdə 2V-344 nömrəsi ilə qeydə alınmış 15 aprel 2021-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamələrin ləğv edilməsinə münasibətdə aşağıdakıları qeyd edir. İş materiallarından görünür ki, 4 saylı Bakı Cavabdeh2ndə notariat ofisi tərəfindən verilmiş 29 mart 2021-ci il və 15 aprel 2021-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamələri ilə müəyyən edilmişdir ki, 30.08.2019-cu il tarixdə vəfat etmiş Dadaşova Qalina Semyonovnanın vərəsələri əri İddiaçı1, qızı İddiaçı2 və oğlu Cavabdeh1dur. Onlar miras əmlakdan 1/3 hissədə irs almalıdırlar. Şəhadətnamələr verilən miras əmlakı Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, ev 18, mənzil 4 Yeni qaydalarla : AZ 1123, ünvan 9 ünvanında yerləşən ümumi sahəsi 94,4 kv/m olan mənzildən ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1322-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 4 saylı Bakı Cavabdeh2ndə notariat ofisində 30.08.2019-cu il tarixdə vəfat etmiş Dadaşova Qalina Semyonovnanın vərəsələrinin miras payı müəyyən edilərkən hər bir vərəsəsinin əmlak üzərində 1/3 hissədə miras payı müəyyən edilmişdir. Lakin notariat ofisi tərəfindən şəhadətnamələr verilərkən payların müəyyən edilməsi zamanı yanlışlıqlara yol verilmiş və iş üzrə əhəmiyyətli hallar nəzərə alınmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1162-ci maddəsinə əsasən Sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ərarvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir. Belə ki, birinci instansiya məhkəməsi düzgün olaraq olaraq müəyyən etmişdir ki, Dadaşova Qalina Semyonovna ilə İddiaçı1 birgə nikah dövrundə Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, ev 18, mənzil 4 ünvanında yerləşən mənzili əldə etmişlər. Həmin əmlak birgə nikah dövründə əldə etdiyindən Dadaşova Qalina Semyonovna 30 avqust 2019-cu il tarixdə vəfat etdikdən sonra birgə nikah dövründə əldə edilmiş əmlakın İddiaçı1 məxsus hissəsi Dadaşova Qalina Semyonovnadan miras qalmış əmlaka daxil edilməməlidir. Nəticədə, mübahisə predmeti olan əmlakın ½ hissəsi Dadaşova Qalina Semyonovnaya, ½ hissəsi də İddiaçı1 məxsusdur. 4 saylı Bakı Cavabdeh2ndə notariat ofisində miras əmlakında tərəflərin miras payı müəyyən edilərkən mübahisə predmeti olan əmlakın ½ hissəsinin İddiaçı1 məxsus olması halı nəzərə alınmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə haqlı olaraq hesab etmişdir ki, 4 saylı Bakı Cavabdeh2ndə notariat ofisi tərəfindən verilmiş Reyestrdə 2V-306 nömrə ilə qeydə alınmış 29 mart 2021-ci il tarixli və Reyestrdə 2V-344 nömrəsi ilə qeydə alınmış 15 aprel 2021-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamələri ləğv edilməlidir. Hazırda isə 30 avqust 2019-cu il tarixdə vəfat etmiş Dadaşova Qalina Semyonovnadan miras qalmış Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, ev 18, mənzil 4 ünvanında yerləşən mənzillə bağlı onun vərəsələrinin payları müəyyən edilməldir. Belə ki, Dadaşova Qalina Semyonovnanın vərəsələri onun həyat yoldaşı İddiaçı1 və övladları Cavabdeh1 və İddiaçı2dır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1246-ci maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Belə ki, Dadaşova Qalina Semyonovna ilə İddiaçı1 birgə nikah dövrundə Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, ev 18, mənzil 4 ünvanında yerləşən mənzili əldə etmişlər. Yəni mübahisə predmeti olan əmlakın ½ hissəsi Dadaşova Qalina Semyonovna, ½ hissəsi də İddiaçı1 məxsusdur. Dadaşova Qalina Semyonovna vəfat etdikdən sonra onun əmlakı üzərində vərəsələrinin payları müəyyən edilərkən bütün əmlak deyil, onun ½ hissəsi mübahisələndirilməlidir. İş materialları ilə müəyyən edilmişdir ki, hazırda bütün vərəsələr miras əmlakı ilə bağlı fikir bildirmiş, bunun üçün notariat ofisinə müraicət edərək miras əmlakın qəbuluna dair müəyyən hərəkətlər etmişlər. Qeyd edilənlərə əsasən məhkəmə tədqiqi nəticəsində aydın olur ki, Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, ev 18, mənzil 4 ünvanında yerləşən mənzilin ½ hissəsi İddiaçı1 məxsus olmaqla bərabər, onun həmin əmlakın Dadaşova Qalina Semyonovnadan miras qalmış digər hissəsi üzərində pay hüququ vardır. Belə olan halda Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, ev 18, mənzil 4 ünvanında yerləşən mənzilin ½ hissəsi üzərində vərəsələr iddiaçılar İddiaçı1 , İddiaçı2 və Cavabdeh1r oğlunun hər birinin 1/3 hissədə pay hüququ vardır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin müəyyən edilmiş hallarına və qanunvericiliyin tələblərinə uyğun olmaqla apellyasiya şikayətində göstərilənlər iş materialları ilə təkzib edilərək qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2230/2021 saylı, 30 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2230/2021 saylı, 30 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar