Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10645/2021 15.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı və mübahisə predimeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" X3 nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı (mübahisə predimeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" X7 cəlb edilməklə) “müqavilədən irəli gələn öhdəlikləri yerinə yetirməklə, fərdi yaşayış evinin təhvil verilməsi” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4066/2021 saylı işi üzrə 23 avqust 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 1055-ci məhəllə ünvanda, Cavabdeh tərəfindən inşa edilən, ona satılmış və ödəniş haqqı onun tərəfindən tam olaraq Cavabdehnə ödənilmiş, sahəsi 576 kv.m olan 6 saylı kotej tipli 2 mərtəbəli fərdi yaşayış binasının, Cavabdeh tərəfindən müqavilə öhdəlikləri tam yerinə yetirməklə iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Kapital Holdinq X3 nümayəndəsi və vəkili Vəkil2 ərizə ilə müraciət edərək mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs qismində cəlb edilməsini xahiş etmiş və iddia ərizəsi təqdim edərək, İddiaçı ilə "Yenes” şirkəti arasında bağlanmış Kotec tipli fərdi yaşayış binasının tikintisi haqqında 01 iyun 2011-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh 23.08.2021-ci il tarixində ərizə ilə mürcaiət edərək, İddiaçı tərəfindən qaldırılan iddianın əsassız olduğunu, şirkətin bu günədək heç bir villa tikmədiyini, iddiada göstərilən əmlakın Cavabdehnə heç bir aiddiyyatının olmadığını və şirkətin iddiaçı ilə heç bir müqavilə bağlamadığını, iddiaçı tərəfindən irəli sürülən tələbin mülki xarakterli yox, cinayət xarakterli olduğunu, bu baxımdan iddia üzrə tələbin araşdırılması və əmlakın yerləşdiyi sahənin kimə məxsusluğunun müəyyən edilməsini bildirmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən 3-cü şəxs "Kapital-Holdinq” İMF nümayəndəsi və vəkili Vəkil2 23.08.2021-ci il tarixli ərizə təqdim edərək, təqdim etdiyi iddia ərizəsinin Kapital-Holdinq İMF-yə geri qaytarılmasını xahiş etmişdir. Belə ki, təqdim etdiyi iddia ərizəsi hazırki işin uzadılmasına yönələ bilər. İşin operativliyinə mane olmamaq məqsədilə iddia ərizəsinin ona geri qaytarılmasını, lakin təqdim etdiyi sübutların işdə saxlanılmasını, eyni zamanda "Kapital-Holdinq” İMF-nin iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində saxlanmasını xahiş etmişdir. Mübahisə predimeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs "xxxx" X3 nümayəndəsi Vəkil2 23.08.2021-ci il tarixində ərizə ilə müraciət edərək, iddia ərizəsinin geri qaytarılmasını, iddia ərizəsinə əlavə edilmiş sübutların işdə saxlanılmasını, eyni zamanda "xxxx" X4 iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində saxlanılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 avqust 2021-ci il tarixli, 2 (004)- 4066/2021 saylı qərardadı ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs "Kapital Holdinq” X3 cavabdehlər İddiaçı və "Yenes” şirkətinə qarşı İddiaçı ilə "Yenes” şirkəti arasında bağlanmış Kotec tipli fərdi yaşayış binasının tikintisi haqqında 01 iyun 2011 -ci il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə iddia ərizəsi baxılmamış saxlanılmışdır (səh.65, 67, 103, 104,108). Birinci instansiya məhkəməsinin icraatı zamanı müəyyən edilmişdir ki; 01 iyun 2011-ci il tarixli maliyyə arayışı ilə, ”Yenes” şirkəti tərəfindən Yasamal rayonu,Tbilisi prospekti, 1055-ci məhəllə tikilməkdə olan katej tipli 2 mərtəbəli fərdi yaşayış binasinin 6 saylı katejin sahəsi 576-00kvolmaqla dəyəri 650000-00AZN vətəndaş İddiaçı tərəfindən tam ödənilmişdir; podratçı Cavabdeh ilə sifarişçi İddiaçı Əbdil oğlu arasında bağlanmış 01 iyun 2011-ci il tarixli podrat müqaviləsi ilə, podratçı Cavabdeh Yasamal rayonu,Tbilisi prospekti, 1055-ci məhəllə tikilməkdə olan 6- cı kotej tipli 2 mərtəbəli fərdi yaşayış binasının tikintisini öz üzərinə götürür. Müqavilənin qiyməti 650000 manat təşkil edir; 18.02.2013-cü il tarixli aktın surətinə əsasən, mərhum Ömərov Ələsgərin yaxın qohumu X1 ray, H.Cavid pr. 46 saylı ünvanda 558-ci məhəllədə yerləşən "Araz-T.İ" MM-nin tikilməkdə olan binasının 1– ci mərtəbəsinin (800000 AZN) qiymətləndirilmiş 160kv sahəsi olan qeyri yaşayış sahəsinin sənədini və Yasamal ray. Tbilisi pr. 1055-ci məhəllədə tikilməkdə olan katej tipli fərdi yaşayış binası (650000 AZN) qiymətləndirilmiş 576kv sahəsi olan 6-saylı katejin sənədlərini aralarındakı razılaşma əsasında qebul etmişdir ; 16 yanvar 2013-cü il tarixli baxış keçirilməsi və sənədlərin götürülməsi haqqında protokola əsasən, İddiaçı tərəfindən 01 iyun 2011-ci il tarixli müqavilə və 01 iyun 2011-ci il tarixli maliyyə arayışı istintaq zərurəti ilə əlaqədar Bakı şəhər Prokurorluğun İstintaq idarəsinə təhvil verilmişdir; İddiaçı Cavabdeh prezidentinə ünvanladığı tələbnamədən görünür ki, BabayevYusif Əbdil oğlu Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 1055-ci məhəllə ünvanda, Cavabdeh tərəfindən inşa edilən, ona satılmış və ödəniş haqqı tərəfindən tam olaraq Cavabdehnə ödənilmiş, sahəsi 576 kv olan 6-cı kotec tipli 2 mərtəbəli fərdi yaşayış binasının ona təhvil verilməsinin təmin edilməsini xahiş etmişdir; ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsindən məhkəmə sorğusuna gələn 08.07.2021-ci il tarixli cavab məktubundan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 1055-ci məhəllə ünvanında yerləşən 6 saylı fərdi yaşayış evinin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir; Bakı Şəhər İcra Hakimiyyəti başçısının 195 nömrəli 03.09.2004-cü il tarixli sərəncamının notarial qaydada təsdiq olunmuş surəti,Yasamal Rayon İcra Hakimiyyətinin 10.08.2004-cü il tarixli, 1041/d saylı razılıq məktubu,"xxxx" İstehsalat-Maliyyə Firmasının 29.07.2004-cü il tarixli, 1 saylı müraciəti,Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin KOD 01100003, JN-0916 saylı Dövlət aktı nəzərə alınaraq, Tbilisi prospektindəki 1055-ci məhəllədəki 0.37 ha ərazidə yaşayış binasının layihələşdirilməsinə və tikintisinə "xxxx" İstehsalat- Maliyyə Firmasına icazə verilmişdir; Bakı Şəhər İcra Hakimiyyəti başçısının 237 nömrəli 12.10.2004-cü il tarixli sərəncamının notarial qaydada təsdiq olunmuş surəti,Yasamal Rayon İcra Hakimiyyətinin 27.08.2004-cü il tarixli, 1108/d saylı razılıq məktubu, Mənzil- Kommunal Təsərrüfat Birliyi ilə "xxxx" İstehsalat-Maliyyə Firması arasında bağlanmış 27.08.2004-cü il tarixli müqavilə nəzərə alınaraq, Bakı şəhər İcra Hakimiyyətinin 03.09.2004-cü il tarixli, 195 saylı sərəncamına əsasən, Tbilisi prospektindəki 1055-ci məhəllədə yaşayış binasının tikintisinə icazə verilmiş əraziyə bitişik 0.58 ha torpaq sahəsi eyni məqsədlə həmin firmanın istifadəsinə verilmişdir; Bakı Şəhər İcra Hakimiyyəti başçısının 267 saylı 12.10.2005- ci il tarixli sərəncamının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, “Kapital_Holdinq” İstehsalat-Maliyyə firmasının 12.07.2005-ci il tarixli, F/S-m saylı müraciəti nəzərə alaraq, Bakı şəhər İcra Hakimiyyətinin 03.09.2004-cü il tarixli, 195 saylı sərəncamının 6-cı bəndi, 12.10.2004-cü il tarixli 237 saylı sərəncamının 17-ci bəndi və 24.12.2004-cü il tarixli, 305 saylı sərəncamın 22-ci bəndi ilə Yasamal rayon, Tbilisi prospekti, 1055-ci məhəllədə çoxmərtəbəli yaşayış binalarının layihələşdirilməsi və tikintisi üçün ayrılmış torpaq sahəsinin təyinatı dəyişdirilərək, ona bitişik 0.94 ha torpaq sahəsi icarə əsasında istifadəyə və ümumi 1.97 ha ərazidə həmin firmaya kotec evlərinin tikintisinin layihələşdirilməsinə icazə verilmişdir (iş.səh.6, 7, 11, 13, 15, 62, 73, 71, 70). Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4066/2021 saylı işi üzrə 23 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddia təmn edilməmişdir. Qətnamədə qeyd edilmişdir ki, 01 iyun 2011-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu, Tbilisi prospekti, 1055-ci məhəllə tikilməkdə olan 6-cı kotej tipli 2 mərtəbəli fərdi yaşayış binasının tikintisi barədə podrat müqaviləsi bağlansa da, Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 1055-ci məhəllə ünvanda yaşayış binasının tikilməsinə icazə Cavabdehnə verilməmiş, cavabdehin həmin ünvanda hər hansı tikinti işi aparması ilə bağlı subyektiv hüququ olmamışdır. Belə ki, iş materiallarından da görünür ki, sözügedən ünvanda yaşayış binasının layihələndirilməsi və tikilməsi barədə icazə Kapital Holdinq X5 verilmişdir.İddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. İddiaçı tərəfindən Bakı şəhəri Yasamal rayonu, Tbilisi prospekti, 1055-ci məhəllə ünvanında hər hansı tikilinin cavabdeh tərəfindən tikilməsinə icazənin olması, həmin yaşayış binasının cavabdeh tərəfindən tikilməsinə dair mötəbər, təqzibolunmaz sübutlar təqdim edilmədi. İddiaçı, iddiasının əsası kimi tərəflər arasında mövcud olan müqavilə münasibətlərinə istinad edir. Lakin, işin faktiki hallarından müəyyən olunur ki, iddiaçı istinad etdiyi halları sübut edə bilmir. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 23.08.2021-ci il tarixli, 2(004)-4066/2021 saylı qətnaməsinin qanunsuz və əsassız hesab olunmaqla ləğv edilməsini, iddianın təmin olunmaqla, Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 1055-ci məhəllə ünvanda, Cavabdeh tərəfindən inşa edilən, ona satılmış və ödəniş haqqı tərəfindən tam olaraq Cavabdehnə ödənilmiş, sahəsi 576 kv.m olan 6 saylı kotec tipli 2 mərtəbəli fərdi yaşayış binasının, Cavabdeh tərəfindən müqavilə öhdəlikləri tam yerinə yetirməklə ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayətə Mülki Məcəlləsinin 442, 425.1; Mülki Prosessual Məcəlləsinin 385.1, 388, 390-ci maddələrinə istinadən qeyd edilmişdir ki, cavabdehlə aralarında bağlanmış 01 iyun 2011-ci il tarixli “Kotec tipli fərdi yaşayış binasının tikintisi haqqında” Müqaviləyə müvafiq olaraq podratçı qismində çıxış edən Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 1055-ci məhəllədə tikilməkdə olan, kotec tipli 2 mərtəbəli 6 saylı fərdi yaşayış binasının tikilib ona təhvil verilməsini öz öhdəsinə götürmüşdür. Fərdi yaşayış binasının ümumi sahəsi 576 kv.metr olmaqla, müqavilənin qiymətini 650000 manat təşkil edirdi. Müqavilədə nəzərdə tutulan 650000 manat ümumi məbləq tərəfindən müqavilə bağlanan gün tam həcmdə cavabdehin maliyyə hesabına ödənilmişdir. Bu barədə ona elə müqavilə bağlanan tarixdə, 01 iyun 2011-ci il tarixli maliyyə arayışı verilmişdir. Cavabdeh direktoru kimi X11 tərəfindən imzalanmış həmin arayışla təsdiq olunur ki, Cavabdeh tərəfindən Yasamal rayonu, Tbilisi prospekti, 1055-ci məhəllədə tikilməkdə olan kotec tipli 2 mərtəbəli, 6 saylı fərdi yaşayış binasının sahəsi 576 kv.m, dəyəri 650000 AZN olmaqla vətəndaş İddiaçı tərəfindən tam ödənilmişdir. Müqavilənin 4.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, Cavabdeh podratçı kimi müqavilədə göstərilən bütün şərtləri icra edib tamamlanma, pəncərə və qapılar olmaq şərti ilə ona təhvil verməyi öhdəsinə götürür. Lakin, müqavilə bağlanmasından 10 il keçməsinə baxmayaraq, bu günə kimi tikinti şirkəti olan podratçı, cavabdeh onu əraziyə dəvət edərək, ona məxsus mənzilin təhvil verilməsini həyata keçirmir, müqavilə üzrə öhdəsinə götürdüyü vəzifəni icra etmir. Cavabdeh qanunvericiliyin müvafiq tələblərinə vicdansız yanaşır. Üzərinə götürdüyü öhdəliyi yerinə yetirərək, fərdi yaşayış evini təhvil verməyə tələsmir. O da göstərilənləri əsas tutaraq cavabdehə qarşı pulunu ödədiyi mənzilin təhvil verilməsini tələb etmişdir. Təəssüf ki, məhkəmə lazımı faktalrı uzun-uzadı sadalamaqla heç bir qanuni əsaslar göstərmədən iddianı rədd etmişdir. Məhkəmə qətnaməsindən nəzərinizə çatdırdığı hissələrdən də göründüyü kimi iddianın rədd olunması üçün əsas kimi məhkəmə onu qeyd edir ki, guya onunla müqavilə bağlamış cavabdeh “Yenes“ şirkətinin təhvil verilməsini tələb etdiyi binaya heç bir aidiyatı yoxdur. Mübahisəli ərazidə tikilmiş evlərin yerləşdiyi sahə “Kapital holding” firmasına məxsusudur. Olsun. Sahə və orada aparılacağ tikintilər barədə sərəncam “Kapital Holding” şirkətinə məxsus ola bilər. Lakin, bu şirkət iş materiallarından da göründüyü kimi, podratçı təşkilat olan Cavabdeh ilə müqavilə bağlayaraq tikintinin aparılmasını ona həvalə edə bilməzdimi. Əminik ki, məhz belə də, olmuşdur. Lakin, məhkəmə elə bil qəsdən bu halı araşdırmamış və bu halın araşdırılmasına imkan verməmişdir. Məhkəmə qətnaməsində yalnız, ərazinin "xxxx" şirkətinə məxsus olduğu qabardır. Ərazidə kimin tikinti apardığı, 12 ədəd kotejlərin sahibləri ilə hansı firmanın müqavilə bağladığını araşdırmaqdan yayınır. Halbuki, orada tikilən evlərin sahibləri ilə məhz Cavabdeh firması müqavilə bağlayıb. Evlər də, mənz bizlərin ödədiyi pullarla, Cavabdeh firmasının sahibi Ələsgər Ömərov tərəfindən inşa edilib. İndi, bu “Kapital Holdinq şirkəti Cavabdeh firmasının direktorunun yoxluğundan cinayətkarcasına sui-istifadə edərək, belə bir firmanı tanımadığını iddia etməyə çalışır. Əslində bu sırf dələduzluqdur və bu dələduzluğun ifşa olunması bir sualdan asılıdır: -Bu şirkətlər arasında Podrat müqaviləsi mövcuddurmu? Bu binaları kim inşa edib? Vətəndaşlarla bağlanan müqavilələrdə, tərəf kimi hansı firma iştirak edib? Məhkəmənin gəldiyi nəticədən belə çıxır ki, Cavabdeh və onun direktoru X11 heç bir əsas olmadan başqa firmaya məxsus olan ərazidə koteclər tikib və vətəndaşlara satıb. Həmin sahənin sahibi “Kapital Holding” firması da, kənarda duraraq bu mənzərəni seyr edib. İndi də, pulları ilə Cavabdeh tərəfindən tikilmiş koteclərin, biri də o, olmaqla sahiblərinə deyir ki, tanımır. Əslində isə heç bir şübhə yoxdur ki, mübahisəli binanın tikildiyi ərazinin sahibi “X9 Maliyyə” firması olsa da, binalar məhz bu firmanın razılığı və yəqin ki, aralarında bağlanan podrat müqaviləsinə müvafiq olaraq podratçı təşkilat olan, Cavabdeh tərəfindən tikibmişdir. Təəssüf ki, məhkəmə onun iddia tələbi üzrə araşdırma aparmadı, öz təşəbbüsü ilə prossesə qoşulan “Kapital Holding” firmasından soruşmadı ki, siz “Yenis” şirkətinin və onun direktoru Ələsgər Ömərovu tanıyırsınızmı, onunla aralarında podrat muqavilləsi mövcud olubmu? Ərazidə tikilən 12 ədəd ikimərtəbəli mülkləri ’’Yenes firması inşa etməyibsə, bəs kim inşa edib? Ərazidə tikilən digər 12 binanın sahibləri ilə müqavilələr də, Cavabdeh və onun direktoru Ələsgər Ömərovla deyil, bəs kimlə bağlanıb. Ümumiyyətlə isə məhkəmə, yeganə bir sualın cavabını alıb, mübahisənin həqiqi hallarını müəyyən edə bilərdi. Ərazidəki evləri kim tikib və tikinti kimlərin maliyyə vəsaiti hesabına aparılıb? Əgər Cavabdeh tanımırdınızsa, niyə prossesə öz təşəbbüsünüzlə üçüncü şəxs qismində daxil olmuş və sonradan birdən-birə prossesdən kənarlaşmaq barədə ərizə ilə məhkəməyə müraciət etdiniz? Göründüyü kimi, X6 dünyasını dəyişməsindən sui istifadə edən cinayətkar ünsürlər, Yusif Bababyevin və ola bilsin ki, digərlərinin əmlakına sahib durmaq fikrindədirlər.Qeyd edir ki, hələ 2013-cü ildə Bakı şəhər Prokurorluğunda tikinti firmasının qanunsuz əməlləri ilə bağlı aparılan istintaq zamanı Bakı şəhər Prokurorluğunun İstintaq İdarəsinin böyük müstəntiqi Nail Əliyev tərəfindən baxış keçirilməsi və sənədlərin götürülməsi haqqında 16 yanvar 2013-cü il tarixli protokolla Cavabdeh onunla bağladığı müqavilələr üzrə onda olan sənədlər götürüldüyündən və iş üzrə istintaq aparıldığından o, bu günə qədər cavabdehə qarşı müvafiq iddialar qaldırmaqdan vaz keçmişdir. 2019-cu ildə o, yenidən Bakı şəhər Prokurorluğuna müraciət edərək, aparılan cinayət işinin nəticələri barədə məlumat verilməsini və eyni zamanda ondan götürülmüş rəsmi sənədlərin qaytarılmasının təmin edilməsi ilə bağlı müraciət edib. Lakin Bakı şəhər Prokurorluğununn İstintaq İdarəsinin rəisi Rəşad Mansurov tərəfindən ona verilən cavabda istintaqın davam etdiyi və rəsmi sənədlərin ona qaytarılması məqsədə müvafiq hesab edilmədiyi göstərilir. Lakin bütün bunlar mülki hüquqlarının pozulmasına əsas vermir və cavabdehə qarşı iddia qaldırmaq hüququnu inkar etmir. Müvafiq halda şikayət olunan məhkəmə qətnaməsində bu hallar mövcuddur. İddia ərizəsi əlavə etdiyi və iş materiallarına əlavə edilmiş sənədlər təsdiq edir ki, birinci instansiya məhkəməsi, işi hər tərəfli araşdırmamış və sonda səhv nəticəyə gəlmişdir. Məhkəmə öz qətnaməsi ilə ona məxsus olan əmlak üzərində hüquqlarını tanmaqdan imtina etmişdir. Belə olan halda məhkəmə qətnaməsi qanuni hesab oluna bilməz və ləğv olunmalıdır . Məhkəmə kollegiyasının iclasında iştiark edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, cavabdehin müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsi və tikilinin ona təhvil verilməsi, yaxud ödənilmiş pulunun geri qaytarılmasını tələb etdiyini, cinayət işi ilə bağlı cəlb olunmadığını, torpaq sahəsinin "xxxx" X5 aid ola biləcəyini, lakin tikintinin Cavabdeh həyata keçirdiyini, 2011-ci ildə Cavabdeh ilə müqavilə bağlayaraq tikinti üçün 650000 manat pul verdiyini, onunla yanaşı həmin dövrdə digər şəxslərin də müqavilə bağladıqlarını, digər müqavilə bağlayan şəxslərə evlərin təhvil verildiyini, 2012-ci ildə Cavabdeh direktoru Ələkbər Ömərovun vəfat etdiyini, bundan sonra onun qardaşının pulun onlara qaytarılacağını söz verdiyini, 2013-cü ildə ağır avtomobil qəzası keçirdiyini, 6 il xəstə yatdığından heçnədən xəbərsiz olduğunu, hal-hazırda həmin mənzilin verildiyi şəxslə danışdığı zaman ona başqa mənzil verilməli olduğunu, lakin bu mənzili təhvil verdiklərini bildirdiyini bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştiark edən "xxxx" X3 nümayəndəsi Vəkil2 tikintinin "xxxx" X7 tərəfindən həyata keçirildiyini və "xxxx" X7 tərəfindən satıldığını, mənzilin qiymətinin 650000 manat yox 200000 dəyərində olduğunu bildirmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən Cavabdeh iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Mülki Məcəllənin 359-cu maddəsinə əsasən: Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Özgə mənafeyi üçün olsa da, öz adından fəaliyyət göstərən şəxslər (kommersiya vasitəçiləri, müflisləşmə zamanı müsabiqə idarəçiləri, vərəsəlik zamanı vəsiyyət icraçıları və i.a.), habelə gələcəkdə mümkün ola biləcək əqdlər barəsində danışıqlara başlamağa vəkil edilmiş şəxslər təmsilçi deyildirlər. Təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. Xarakterinə görə yalnız şəxsən bağlana bilən əqdlərin, eləcə də bu Məcəllədə göstərilən digər əqdlərin təmsilçi vasitəsilə bağlanmasına yol verilmir. Məcəllənin 360-cı maddəsinin tələblərinə əsasən: Əgər başqa şəxsin (təmsil edilənin) adından əqdi bağlayan şəxsin (təmsilçinin) başqa şəxsin (təmsil edilənin) adından hərəkət etmək səlahiyyəti olmazsa və ya bu səlahiyyət aşılarsa, əqdin digər tərəfinin təmsilçidən həmin əqdin icrasını və ya əqdin bağlanması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır, bu şərtlə ki, başqa şəxs (təmsil edilən) əqdi sonradan bəyənməsin. Təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir. Hazırki münasibətlərdə, hüquqlara malik olmayan və müqaviləni tanımayan cavabdehin müqavilə bağlaması biləvasitə səlahiyyətlərə malik olan başqasına mənsub üçüncü şəxs tərəfindən bəyənilməmiş və əmlakın təhvil verilməsi mümkün olmamışdır. Bundan əlavə qeyd edilməlidir ki, cavabdeh müqaviləni tanımadığını qeyd etsədə özünə münasibətdə əqdin etibarsızlığına dəlalət edən dəlillər irəli sürməmişdir, lakin üçüncü şəxsin torpağa dair hüuquqlarına rəğmən (əqdin saxta olmadığı təqdirdə) cavabdeh tərəfindən səlahiyyətsiz olaraq müqavilənin bağlanılması ona münasibətdə müqavilə öhdəliklərinin əhəmiyyətsizliyini və ondan irəli gələn nəticələri müəyyən edir. Bununla əlaqədar diqqətə çatdırılmalıdır ki, iddiaçı izahatında cavabdehin müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsi və tikilinin ona təhvil verilməsi, yaxud ödənilmiş pulunun geri qaytarılmasını tələb etdiyini bildirsədə, birinci instansiya icraatı zamanı pul tələbi müzakirə predmeti olmadığından, apellyasiya icraatı hədləri çərçivəsində belə tələbin müzakirəsi və ya bununla əlaqədar iddia həcminin dəyişdirilməsi prosessual cəhətdən yolverilməzdir. Qeyd edilənlərə görə iddiaçının digər tələblər irəli sürmək hüquqları istisna edə bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Azərbaycan Respublikası Konstitusiyası 13, 29; Mülki Məcəllənin 139-158, 178, 324, 337-360, 385-388, 560; Mülki Prosesual Məcəllənin 14.2, 76.1, 77.1, 80-82, 106.2, 217.4, 371-372, 385, 386, 388 və 390-cı maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara əsasən apellyasiya şikayəti üzrə mübahisələndirilən hissəyə münasibətdə yoxlayan məhkəmə kollegiyası diqqətə çatdırır ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilən dəlil əks edilməmişdir. Apellyasiya şikayəti əsassız olduğundan və təmin edilmədiyindən onun verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu (məhkəmə xərci) iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 402- 406-ci maddələrini rəhbər tutaraq, kollegiya q ə t e t d i: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4066/2021 saylı işi üzrə 23 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-10645/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10645/2021
15.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver