Məhkəmə qərarları › İş №2(103)-10673/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10673/2021

04.11.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10673/2021 04.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Səmədov Tofiq Səməd oğlunun sədrliyi və məruzəsilə, Tanrıverdiyev Anar Vəzir oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı özbaşına tikilinin sökülməsi, zəbt olunmuş sahənin boşaldılması tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə iddianı təmin etmə barədə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1122/2021 saylı 15 iyul 2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı özbaşına tikilinin sökülməsi, zəbt olunmuş sahənin boşaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ünvan 1 ünvanındakı çoxmənzilli yaşayış binasının 98-ci mənzilinə bitişik inşa edilmiş özbaşına tikilinin cavabdehin vəsaiti hesabına sökülməsi və həmin sahənin boşaldılaraq əvvəlki vəziyyətinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 17.05.2021-ci il tarixli, 2(005)- 1122/2021 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı özbaşına tikilinin sökülməsi, zəbt olunmuş sahənin boşaldılması tələbinə dair mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. İddiaçı Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 17.05.2021-ci il tarixli, 2(005)- 1122/2021 nömrəli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsi və onun təqdim etdiyi suallar əhatə olunmaqla yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1122/2021 saylı 15 iyul 2021-ci il tarixli qərardadı ilə 17.05.2021-ci il tarixli, 2(005)-1122/2021 nömrəli qərardadından qanunvericilikdə şikayət verilməsi nəzərdə tutulmadığından İddiaçı tərəfindən verilmiş şikayət geri qaytarılmışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1122/2021 saylı 15 iyul 2021-ci il tarixli qərardadından İddiaçı şikayət verərək onun ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20.09.2021-ci il tarixli qərardadı ilə şikayət təmin olunmamış və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269cu maddəsinə əsasən iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq, Cavabdeh kollegiyanın iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı və iddiaçının nümayəndəsi və vəkili Vəkil ayrı-ayrılıqda izahat verərək şikayətin təmin edilməsini, Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin 2(005)-1122/2021 saylı 15 iyul 2021-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Kollegiya şikayətin dəlillərini müzakirə edib, Sədrlik edənin məruzəsini, şikayəti müdafiə edərək təmin olunmasını xahiş edən iddiaçını, onun nümayəndəsi və vəkilini dinləyib, iş materiallarını araşdırdıraraq hesab edir ki, aşağıdakı səbəblərdən şikayət təmin olunmamalı, Nərimanov Rayon Məhkəməsinin 2(005)-1122/2021 saylı 15 iyul 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Mülki Prosessual Məcəllənin 267.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Mülki Prosessual Məcəllənin 264.0.7-ci maddəsinə əsasən ayrıca akt şəklində qəbul edilən qərardaddan şikayət verilə bilərsə, şikayət vermə müddəti və qaydası göstərilir. Mülki Prosessual Məcəllənin 395.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadlarından aşağıdakı hallarda şikayət verə bilərlər: 395.1.1 bu Məcəllədə göstərilən hallarda; 395.1.2. məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda. Mülki Prosessual Məcəllənin 395.2.-ci maddəsinə əsasən birinci instansiya məhkəmələrinin digər qərardadlarından şikayət verilmir. İşdə iştirak edən şəxslər bu qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər. Məhkəmə kollegiyası qeyd edir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 17.05.2021-ci il tarixli, 2(005)-1122/2021 nömrəli qərardadı məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilsə də, Mülki Prosessual Məcəllədə ekspertizanın təyin edilməsi barədə qərardaddan şikayət verilməsi nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası işə baxan birinci instansiya məhkəməsi ilə razılaşaraq hesab edir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 17.05.2021-ci il tarixli, 2(005)- 1122/2021 nömrəli qərardadından qanunvericilikdə şikayət verilməsi nəzərdə tutulmadığından İddiaçı şikayətinin geri qaytarılması barədə 15 iyul 2021-ci il tarixli qərardad qəbul edərkən düzgün nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1-ci maddələrini rəhbər tutaraq, kollegiya qərara aldı: İş üzrə İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 2(005)-1122/2021 saylı 15 iyul 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar