Məhkəmə qərarları › İş №2(103)-1068/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1068/2025

28.01.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1068/2025 28.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 ASCyə, "xxxx" MMC-yə, Yasamal rayon İcra və Probasiya şöbəsinə qarşı “hərracın yekunlarına dair protokolun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğvi” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “hərracın yekunlarına dair protokolun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğvi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X6 iştirakları ilə, Yasamal Rayon Məhkəməsinin 2(004)-3191/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı cavabdehlər Cavabdeh2 ASC-yə, "xxxx" MMC, Yasamal rayon İcra və Probasiya şöbəsinə qarşı “hərracın yekunlarına dair protokolun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğvi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, 074/23 nömrəli, 26 may 2023-cü il tarixli Cavabdeh3 MMC-nin hərracın nəticələri haqqında yekun protokolun və xx.xx.2023-cü il tarixli hərracın yekunları üzrə əmlakın alqısatqısı barədə müqavilənin etibarsız hesab olunması və ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli daşınmaz əmlak üzrə çıxarışın ləğv olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. Yasamal Rayon Məhkəməsinin 2(004)-3191/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi (hakim Ayşən Sultanova-Məmmədova) ilə İddiaçı cavabdehlər Cavabdeh2 ASC-yə, "xxxx" MMC-yə, Yasamal rayon İcra və Probasiya şöbəsinə qarşı “hərracın yekunlarına dair protokolun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğvi” tələbinə dair iddia ərizəsi rədd edilmiş, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir.

3. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri:

4. İddiaçı qətnamədən apellyasiya şikayəti vermiş və şikayətin dəlili kimi qeyd etmişdir ki, hazırkı hərrac etibarsız sayılmalıdır. İcra məmuru tərəfindən hərrac təşkilatının seçilməsi üçün ona müraciət edilməmişdir. Bank həmin evi 140.000 manata satışa qoymuşdur. Necə ola bilər ki, 140.000-150.000 civarında qiyməti olan evi hərracda 85.000 manata alan olmadı. Bu da onu göstərir ki, hərrac formal keçirilib. Göstərilənlərə əsasən, apellyasiya şikayətinin təmin edilərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatı:

5. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətininin məzmununa uyğun izahat verərək və onu müdafiə edərək qeyd etdi ki, evin real qiyməti 140 min manatdı, ev çox ucuz satılıb, onun başqa evi yoxdur, onlar hamısı həmin evdə yaşayırlar.

6. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, bildirdi ki, icra məmuru sifariş verərkən pozuntulara yol vermişdir, icra məmurunun hərəkətlərindən inzibati məhkəməyə şikayət veriblər, hesab edir ki, həmin işə baxılanadək hazırkı iş üzrə icraat dayandırılmalıdır.

7. Məhkəmə kollegiyasının iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi F.Hüseynov apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi. Həmçinin qeyd etdi ki, icra məmurunun hərəkətlərindən şikayət verilməsinin hazırkı mübahisə ilə əlaqəsi yoxdur, çünki hərracı hərrac təşkilatı təşkil edir, icra məmurunun hərəkətlərində pozuntu olmuş olsa belə, bu hal hərracın etibarsızlığına səbəb ola bilməz.

8. Apellyasiya şikayəti ilə bağlı mülki işə baxılmasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq digər tərəflər məhkəmə iclasına gəlməmişlər, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

9. Belə olan halda Məhkəmə kollegiyası, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi:

10. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(002)- 902/2017 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh2 ASC-nin cavabdehlər "xxxx" MMC, İddiaçı, X3 və X4 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia tələbi qismən təmin edilmişdir.

11. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)- 2502/2022 saylı qətnaməsi ilə iddiaçılar İddiaçı, X3 və X2 cavabdehlər Cavabdeh2 ASC və "xxxx" MMC-nə qarşı qiymətləndirmənin ləğv edilməsi, yeni ekspertizanın keçirilməsi və hərracın yenidən keçirilməsi tələbinə dair iddianın rədd edilməsi qət edilmişdir.

12. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)- 5398/2023 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər “Bakı Hərrac Mərkəzi" MMC, “Bank VTB (Azərbaycan)" ASC və Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə qarşı hərracın nəticələri haqqında yekun protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin ləğv olunması tələbinə dair iddianın rədd edilməsi qət edilmişdir.

13. "xxxx" MMC-nin borclu İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli, 074/23 nömrəli hərrac bildirişə və xx.xx.2023-cü il tarixli qaiməyə əsasən MMC ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 47,92 kv.m. olan 2 otaqlı 56 nömrəli mənzilin 06 aprel 2023-cü il tarixdə saat 11:00-da açıq hərracın keçiriməsi barədə İddiaçı məlumat göndərmişdir.

14. "xxxx" MMC-nin borclu İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli, 074/23 nömrəli hərrac bildirişə və xx.xx.2023-cü il tarixli qaiməyə əsasən MMC ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 47,92 kv.m. olan 2 otaqlı 56 nömrəli mənzilin 06 aprel 2023-cü il tarixdə saat 11:00-da açıq hərracın keçiriməsi barədə İddiaçı məlumat göndərmişdir.

15. "xxxx" MMC-nin borclu İddiaçı +**********72 telefon nömrəsinə göndərilmiş xx.xx.2023-cü il tarixli sms/mms bildirişi çıxarışından müəyyən olunur ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 47,92 kv.m. olan 2 otaqlı 56 nömrəli mənzilin 06 aprel 2023-cü il tarixdə saat 11:00-da açıq hərracın keçirilməsi barədə İddiaçı məlumat verilmişdir.

16. “Market” qəzetinin xx.xx.2023-xx.xx.2023-cü il tarixli №73 çıxarışından müəyyən olunur ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 47,92 kv.m. olan 2 otaqlı 56 nömrəli mənzilin 06 aprel 2023-cü il tarixdə saat 11:00-da açıq hərracı keçiriləcəkdir (lot 074/23).

17. “Market” qəzetinin xx.xx.2023-xx.xx.2023-cü il tarixli №73 çıxarışından müəyyən olunur ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 47,92 kv.m. olan 2 otaqlı 56 nömrəli mənzilin 06 aprel 2023-cü il tarixdə saat 11:00-da açıq hərracı keçiriləcəkdir (lot 074/23).

18. “Market” qəzetinin xx.xx.2023-xx.xx.2023-cü il tarixli №73 çıxarışından müəyyən olunur ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 47,92 kv.m. olan 2 otaqlı 56 nömrəli mənzilin 06 aprel 2023-cü il tarixdə saat 11:00-da açıq hərracı keçiriləcəkdir (lot 074/23).

19. “Bakı Hərrac Mərkəzi" MMC-nin 26 may 2023-cü il tarixli, 074/23 nömrəli "Hərracın nəticələri haqqında” protokoluna əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq, Ə.A.Ağamirzəyevə məxsus ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 47,92 kv.m. olan 2 otaqlı 56 nömrəli mənzil ipoteka saxlayan Cavabdeh2 ASC tərəfindən əldə edilmişdir.

20. “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə" 26 may 2023-cü il tarixli müqaviləsinə görə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(002)-902/2017 saylı icra sənədinə əsasən Ə.A.Ağamirzəyevə məxsus ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 47,92 kv.m. olan 2 otaqlı 56 nömrəli mənzilinə dair hərrac təşkilatçısı "xxxx" MMC və ipoteka saxlayan “Bank VTB (Azərbaycan)" ASC arasında alqı-satqı müqaviləsi bağlanmışdır. Tətbiq edilən hüquq

21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

22. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir.

23. Maddə 414.2. Hərracın təşkilatçısı kimi əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi və ya ixtisaslaşdırılmış təşkilat çıxış edə bilər. İxtisaslaşdırılmış təşkilat əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi ilə müqavilə əsasında hərəkət edir və onların adından və ya öz adından çıxış edir.

24. Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir.

25. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Maddə 42.3. İstənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. Hərracı sifariş edən icra qurumunun və hərrac təşkilatının əməkdaşlarının, habelə əmlakın qiymətləndirilməsini həyata keçirən şəxslərin birbaşa və ya dolayı yolla hərracda alıcı qismində iştirak etməsinə yol verilmir. Maddə 42.4. Hərracda iştirak edən ipoteka saxlayan beh ödəmir. Hərracı udduğu halda, ipoteka saxlayan tələbinin məbləği həcmində alış qiymətini ödəməkdən azad olunur. Maddə 42.5. Ən yüksək qiymət təklif etmiş şəxs hərracı udmuş sayılır. Maddə 42.6. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Maddə 42.7. Hərracı udmuş şəxs hərrac qurtardıqdan sonra ən geci 7 təqvim günü ərzində iştirak üçün verdiyi behi çıxmaqla alış qiymətini ödəməlidir. Əgər alış qiyməti hərracı udmuş şəxs tərəfindən həmin müddət ərzində ödənilməzsə ipoteka predmetini hərracda ikinci ən yuxarı qiymət təklif etmiş şəxs həmin qiymətə ala bilər. Bu məqsədlə hərrac təşkilatı həmin şəxsə müraciət edir, sonuncu ipoteka predmetini almağa yazılı razılıq verdikdə hərracı udmuş şəxs statusu qazanır. Alış qiymətinin ödənilməməsi bu Qanunla müəyyən edilmiş nəticələrə səbəb olur. Maddə 42.8. Hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur. Maddə 43.1. Hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi mediada və özünün rəsmi internet saytında məlumat dərc etdirir: 43.1.1. hərraca iki nəfərdən az alıcı gəldikdə; 43.1.2. hərracın iştirakçısı olmadıqda; 43.1.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; 43.1.4. hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın. 43.2. Bu Qanunun 43.1.1 - 43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir. 43.3. Hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. 43.4. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. 43.6. Təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur. Maddə 44. Hərracın etibarsız sayılması Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. “İcra haqqında” Qanunun 53.2-ci maddəsinə əsasən borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. “İcra haqqında” Qanunun 61.1-ci və 61.2-ci maddəsinə əsasən borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir. İxtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunın sifarişi əsasında keçirirlər. Tətbiq edilən prosessual hüquq normaları:

26. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

27. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə əsasən tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

28. Məhkəmə kollegiyası gəlmiş şəxslərin izahatlarını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

29. Belə ki, mülki iş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(002)-902/2017 saylı qanuni qüvvəyə minmiş qətnaməsi ilə iddiaçı Cavabdeh2 ASC-nin cavabdehlər "xxxx" MMC, İddiaçı, X3 və X4 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia tələbi qismən təmin edilərək, cavabdehlər "xxxx" MMC-dən, ondan, X1 və X5 müştərək qaydada ümumi 59285,94 (əlli iki min iki yüz səksən beş) ABŞ dolları məbləğində pul vəsaitinin BANK VTB ASC-yə ödənilməsi, tutmanın ünvan 4 ünvanında. 8-ci mərtəbədə yerləşən ümumi 47,92 kvadrat metrdən ibarət 2 otaqlı, 56 saylı mənzilə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 85000 manat məbləğində müəyyən edilməsi və mənzilin açıq hərracda satılması, satışdan əldə edilmiş məbləğin yaranmış borcun ödənilməsinə yönəldilməsi və ipoteka predmeti olan göstərilən mənzilin məcburi qaydada boşaldılması qət edilmişdir.

30. Mülki iş materiallarından görünür ki, hərrac bildirişləri, sms/mms bildirişi çıxarışları, “Market”qəzetinin çıxarışlarından görünür ki, hərrac təşkilatçısı qanunvericiliyin tələblərinə əməl etməklə, hərracın keçirilməsi barədə kütləvi informasiya vasitələrində elan dəc etməklə, bu barədə icra işi üzrə tərəflərə sifarişli poçt göndərişi (məktubu) ilə bildirişlər (və smslər) göndərmişdir. Nəticə etibarilə 2 hərrac (07apel 2023-cü il tarixli ilkin və 26 aprel 2023-cü il tarixli təkrar) baş tutmadığından ipoteka predmeti Cavabdeh2 ASC tərəfindən əldə edilmişdir. İpoteka predmetinin ilkin hərrac qiyməti 85.000 manat, təkrar hərrac qiyməti 72250 manat müəyyən olunmuş və yekun olaraq, 54187,50 manat məbləğində əldə edilmişdir.

31. Hazırkı halda iddiaçının ərizəsi, apellyasiya şikayəti və məhkəmədə verdiyi izahatlardan aşkar müəyyən olunur ki, iddiaçı hərrac təşkilatının və hərracın keçirilməsinin prosedur qaydalarının pozulmasına deyil, əsasən icra məmurunun hərəkətlərinin qanunsuz olmasına istinad edir. İddiaçı tərəf hətta icra məmurunun həmin hərəkətlərini ayrıca inzibati məhkəmədə mübahisələndirmişdir. Bu baxımdan, məhkəmə kollegiyası hərracın keçirilməsinədək icra məmurunun hərəkətlərində pozununtunun olması faktının təsdiqlənməsi halında belə, bunun hərracın etibarsızlığına səbəb ola bilməyəcəyi barədə bankın nümayəndəsinin bildirdiklərini əsaslı hesab edir.

32. Məhkəmə kollegiyası iddiaçı tərəfin icra məmurunun hərəkətlərindən şikayət verməsi barədə dəlili üzrə qeyd edir ki, hərraclar müvafiq ixtisaslaşmış təşkilat tərəfindən keçirilir və icra məmurunun hərəkətlərinin mübahisələndirilməsi hazırkı tələbin həll edilməsi üçün birbaşa əhəmiyyət kəsb etmir.

33. Kollegiya iddiaçı tərəfin apellyasiya şikayətində, eləcə də məhkəmə iclasında xüsusi olaraq vurğuladıqları başqa bir halla, yəni mənzili əldə etdikdən sonra bankın həmin mənzili 140.000 manata satışa qoyması, 140.000-150.000 civarında qiyməti olan evin hərracda 85.000 manata alınmamasının inandırıcı olmaması, bunun da hərracın formal keçirilməsi ilə bağlı dəlilləri barədə qeyd edir ki, hazırkı halda iş üzrə tədqiq olunmuş sübutlarla hərracın “İpoteka haqqında” Qanunla təsbit edilmiş qaydalara əməl edilməklə (tərəflərə müvafiq bildirişlər göndərilmiş, kütləvi informasiya vasitələrində elan dərc edilmiş) keçirildiyi müəyyən edilmişdir.

34. İpoteka qoyulmuş əmlakların hərraclarda ilkin və endirilmiş qiymətə satılmaması, lakin tələbkarların həmin əmlakı əldə etdikdən qısa müddət sonra, həmin əmlakı onun ilkin satış qiymətindən əhəmiyyətli dərəcədə, bəzən isə dəfələrlə artıq qiymətə, həm də asanlıqla satması məsələsinə gəldikdə isə qeyd edilməlidir ki, baxılan işlər üzrə məhkəmə təcrübəsi göstərir ki, həqiqətən də keçirilən hərraclarla bağlı oxşar problemlərin mövcudluğu danılmazdır, lakin bu məsələ məxsusi araşdırılma tələb etdiyindən, onun hazırkı icraat çərçivəsində həlli mümkün deyildir.

35. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının hərracın qanunsuz keçirilməsi barədə dəlilləri öz təsdiqini tapmadığından, apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz.

36. AR MPM-in 77.1-ci maddəsini əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.

37. MPM-in 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Nəticə:

38. Göstərilənlərə əsasən, Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə haqlı olmuş, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan və qətnamənin ləğvinə səbəb olmadığından təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

40. Həmin Məcəllənin 385.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

41. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının özünə aid edilməlidir.

42. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Yasamal Rayon Məhkəməsinin 2(004)-3191/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar