Məhkəmə qərarları › İş №2(103)-10681/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10681/2021

01.12.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10681/2021 01.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, Qarşılıqlı iddia üzrə iddiaçı-ilkin iddia üzrə Cavabdeh1 MTK-nın nümayəndəsi və vəkili X1 iştirakı ilə İlkin iddia üzrə iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh2 MMC-yə qarşı “mənzillərə sahiblik və istifadə hüquqlarının tanınması” tələbinə dair ilkin; qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 MTK-nın qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2542/2021 saylı iş üzrə qəbul etdiyi 22 iyun 2021-ci il tarixli qətnaməsindən qarşılıqlı iddia üzrə iddiaçı-ilkin iddia üzrə Cavabdeh1 MTK tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh2 MMC-yə qarşı “mənzillərə sahiblik və istifadə hüquqlarının tanınması” tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanda yerləşən 21 mərtəbəli binanın B blokunun 15-ci mərtəbəsində yerləşən ümumi sahəsi 84,27 kv.metr olan 2 otaqlı B04 saylı mənzilinin və 19-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 84,27 kv.metr olan 2 otaqlı B04 saylı mənzilinin onun istifadəsinə və sahibliyinə verilməsi, həmin mənzillərin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra ilkin iddia üzrə İddiaçı ilkin iddia üzrə əlavə cavabdeh kimi Cavabdeh2 MMC-yə qarşı “mənzillərə sahiblik və istifadə hüquqlarının tanınması” tələbinə dair ilkin iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanda yerləşən 21 mərtəbəli binanın B blokunun 15-ci mərtəbəsində yerləşən ümumi sahəsi 84,27 kv.metr olan 2 otaqlı B04 saylı mənzilinin və 19-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 84,27 kv.metr olan 2 otaqlı B04 saylı mənzilinin onun istifadəsinə və sahibliyinə verilməsi, həmin mənzillərin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi baxışı zamanı qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı-ilkin iddia üzrə Cavabdeh1 MTK “müqavilənin etibarsız hesab edilməsinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilkin iddia üzrə iddianın rədd edilməsi və ünvan 2 ünvanında inşa olunan 3-girişli, 21 mərtəbəli yaşayış evinin giriş B blokunun 15-ci mərtəbəsində yerləşən ümumi sahəsi 84,27 kv.m yaşayış sahəsi 71,80 olan izolə olunmuş 2 otaqdan ibarət B04 saylı mənzilə dair 14 dekabr 2018-ci il tarixli B-125/19 saylı və ünvan 2 ünvanında inşa olunan 3-girişli, 21 mərtəbəli yaşayış evinin giriş B blokunun 19-cu mərtəbəsində yerləşən ümumi sahəsi 84,27 kv.m yaşayış sahəsi 71,80 olan izolə olunmuş 2 otaqdan ibarət B04 saylı mənzilə dair 17 dekabr 2018-ci il tarixli B-125/19 saylı müqavilələrin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2542/2021 saylı iş üzrə qəbul etdiyi 22 iyun 2021-ci il tarixli qətnaməsi ilə ilkin iddianın qismən təmin edilməsi, ünvan 1 ünvanda yerləşən 21 mərtəbəli binanın B blokunun 15-ci mərtəbəsində yerləşən ümumi sahəsi 84,27 kv.metr olan 2 otaqlı B04 saylı mənzil və 19-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 84,27 kv.metr olan 2 otaqlı B04 saylı mənzil Cavabdeh1 MTK tərəfindən İddiaçı istifadəsinə və sahibliyinə təhvil verilməsi, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 MTK-nın qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Qətnamədən qarşılıqlı iddia üzrə iddiaçı-ilkin iddia üzrə Cavabdeh1 MTK tərəfindən apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2021-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün hesab edilərək, baxılması üçün təyin edilmişdir. Bununla belə, apellyasiya baxışı zamanı müəyyən edilmişdir ki, ilkin iddia üzrə Cavabdeh2 MMC elektron kabinet vasitəsi ilə birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, sözügedən apellyasiya şikayətinin Mülki-Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması birinci instansiya məhkəməsinin səlahiyyətlərinə aid olduğundan, hazırki iş üzrə apellyasiya şikayətinin icraata qəbul edilməsi barədə qərardad ləğv edilməklə, iş həmin məhkəməyə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 384.0.6 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2542/2021 saylı iş üzrə qəbul etdiyi 22 iyun 2021-ci il tarixli qətnaməsindən qarşılıqlı iddia üzrə iddiaçı-ilkin iddia üzrə Cavabdeh1 MTK tərəfindən verilmiş apellyasiya şikayətinin icraata qəbul edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2021-ci il tarixli qərardadı ləğv edilsin, mülki iş apellyasiya baxışından çıxarılsın və ilkin iddia üzrə Cavabdeh2 MMCnin verdiyi apellyasiya şikayətinin Mülki-Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Rəşad Həsənov Vəfaddin İbayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar