Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1423/2022 05.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, İlkin iddia üzrə iddiaçı-qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi X12, Cavabdeh2 MMC-nin nümayəndəsi və vəkili X26 ğlunun iştirakları ilə, İlkin iddia üzrə iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh2 MMC-yə qarşı “mənzillərə sahiblik və istifadə hüquqlarının tanınması” barədə ilkin; qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 MTK-nın qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddia tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2542/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları: İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh2 MMC-yə qarşı “mənzillərə sahiblik və istifadə hüquqlarının tanınması” tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanda yerləşən 21 mərtəbəli binanın B blokunun 15-ci mərtəbəsində yerləşən ümumi sahəsi 84,27 kv.metr olan 2 otaqlı B04 saylı mənzilinin və 19-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 84,27 kv.metr olan 2 otaqlı B04 saylı mənzilinin onun istifadəsinə və sahibliyinə verilməsi, həmin mənzillərin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, qız övladlarına mənzil almaq məqsədi ilə İddiaçı və həyat yoldaşı Əliş Paşayevə məxsus Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayonda yerləşən 5 otaqlı mənzillərini satmışlar və Cavabdeh1 MTK (Kooperativ) tərəfindən ünvan 2 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış evindən mənzil almaq qərarına gəlmişlər. Kooperativin təsisçiləri və direktoru ilə görüşüb danışıqlar aparandan sonra razılıq əldə olunmuşdur. 14 dekabr 2018-ci il tarixdə ünvan 1 üııvanda tikilən 21 mərtəbəli binanın B blokunun 15-ci mərtəbəsində yerləşən 84,27 kv.metr olan 2 otaqlı B04 saylı mənzilin alınması barədə Cavabdeh1 MTK ilə İddiaçı ilə müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə görə mənzilin hər kv.metrinin dəyəri 1300 manat qiymətləndirilməklə ümumi dəyəri 109551 manat müəyyən edilmişdir. Müqavilə bağlanan gün o, həyat yoldaşı ilə birlikdə 109 551 manat məbləğində pulu Cavabdeh1 MTK-ya tam ödəyərək üzərimə götürdüyüm öhdəliyi yerinə yetirmiş və mənzilin dəyərinin tam ödənilməsinə və borcunun olmamasına dair 14 dekabr 2018-ci il tarixdə ona maliyyə arayışı verilmişdir. Mənzili alınan gün ikinci övladlarına da həmin binadan mənzil almaq istədiklərini Kooperativin rəhbərliyinə bildirmişlər. İki gündən sonra həyat yoldaşı ilə telefon əlaqəsi saxlayaraq həmin binadan 2 otaqlı mənzilin satışa çıxarıldığı bildirilmişdir. 17 dekabr 2018-ci il tarixdə ünvan 1 ünvanda tikilən 21 mərtəbəli binanın B blokunun 19-cu mərtəbəsində 84,27 kv.metr olan 2 otaqlı B04 saylı mənzilin alınması barədə Cavabdeh1 MTK ilə İddiaçı arasında B-125/19 saylı müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə görə mənzilin hər kv.metrinin dəyəri 1300 manat qiymətləndirilməklə ümumi dəyəri 109551 manat müəyyən edilmişdir. Müqavilə bağlanan gün o, 109551 manat məbləğində pulu Cavabdeh1 MTK-ya tam ödəyərək üzərimə götürdüyü öhdəliyi yerinə yetirmiş və mənzilin dəyərinin tam ödənilməsinə və borcunun olmamasına dair 17 dekabr 2018-ci il tarixdə ona maliyyə arayışı verilmişdir. Lakin, bu yaxınlarda internet vasitəsi ilə ona məlum olmuşdur ki, Cavabdeh1 MTK-nın təsisçiləri arasında qalmaqal yaranmış və mənzillərin satışı ilə bağlı mübahisə yaranmışdır. Səhəri gün İddiaçı həyat yoldaşı ilə birlikdə dərhal Kooperativin ofisinə gedərək orada kooperativin payçıları ilə təsisçilər və kooperativin direktoru arasında mübahisə olduğunun şahidi olmuşdur. Kooperativin rəhbərliyi həyat yoldaşının sualına cavab olaraq bildirmişdir ki, ona məxsus olan mənzillərlə bağlı heç bir problem yoxdur və yaranmış mübahisə kooperativin təsisçiləri arasında olan problemdir və onlara heç bir aidiyyatı yoxdur. Şifahi danışıqlardan sonra rəsmi qaydada ərizə ilə cavabdeh təşkilata müraciət edərək yaranmış mübahisənin məhkəmədən kənar həll edilməsini xahiş etsə də, onun müraciətləri cavabsız qalmışdır. Cavabdeh təşkilatla bağlı qalmaqal davam etdiyindən və mənzillər bu gün kooperativin təsisçiləri və direktoru tərəfindən ona təhvil verilmədiyindən o, mənzil tələbinə dair iddia ərizəsi ilə Nərimanov rayon Məhkəməsinə müraciət etmək məcburiyyətindədir. Digər tərəfdən, onunla Kooperativ arasında bağlanmış xx.xx.2018 və xx.xx.2018-ci il tarixli müqavilələr mahiyyət etibarı ilə podrat müqaviləsidir. Çünki, Cavabdeh1 MTK mübahisəli mənzilləri inşa edərək ona təhvil verməyi, o isə həmin mənzillərinin dəyərinin ödənilməsini öz üzərinə götürmüşdür. O, müqavilə üzrə öhdəliyini icra etmiş və Cavabdeh1 MTK tərəfindən verilmiş maliyyə arayışlarına əsasən hər bir mənzilə görə müqavilədə nəzərdə tutulmuş 109551,00 manat məbləğində pulun cavabdehə ödəmişdir və belələliklə də, öhdəliyini yerinə yetirməklə mənzillərə sahiblik və istifadə hüququ əldə etmişəm. Eyni zamanda bildirilmişdir ki, şifahi danışıqlardan sonra rəsmi qaydada ərizə ilə cavabdeh təşkilata müraciət edərək yaranmış mübahisə məhkəmədən kənar həll edilməsini xahiş etsə də, İddiaçı müraciətləri cavabsız qalmışdır. Cavabdeh təşkilatla bağlı qalmaqal davam etdiyindən və mənzillər gün kooperativin təsisçiləri və direktoru tərəfindən ona təhvil verilmədiyindən mənzil tələbinə dair iddia ərizəsi ilə Nərimanov rayon Məhkəməsinə müraciət etmiş və sonradan ona məlum olmuşdur ki, Cavabdeh1 MTK ilə "xxxx" MMC arasında ünvan 3 ünvanda inşa edilmiş bina ilə bağ mübahisə mövcuddur. Belə olan halda hesab edir ki, "xxxx" MMC də hazırki iş üzr iş üzrə cavabdeh qismində cəlb edilməlidir. Daha sonra ilkin iddia üzrə İddiaçı ilkin iddia üzrə əlavə cavabdeh kimi Cavabdeh2 MMC-yə qarşı “mənzillərə sahiblik və istifadə hüquqlarının tanınması” tələbinə dair ilkin iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanda yerləşən 21 mərtəbəli binanın B blokunun 15-ci mərtəbəsində yerləşən ümumi sahəsi 84,27 kv.metr olan 2 otaqlı B04 saylı mənzilinin və 19-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 84,27 kv.metr olan 2 otaqlı B04 saylı mənzilinin onun istifadəsinə və sahibliyinə verilməsi, həmin mənzillərin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı-ilkin iddia üzrə Cavabdeh1 MTK-nın nümayəndəsi X2 “müqavilənin etibarsız hesab edilməsinə dair” iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət edərək ilkin iddia üzrə iddianın rədd edilməsi və ünvan 4 ünvanında inşa olunan 3-girişli, 21 mərtəbəli yaşayış evinin giriş B blokunun 15-ci mərtəbəsində yerləşən ümumi sahəsi 84,27 kv.m yaşayış sahəsi 71,80 olan izolə olunmuş 2 otaqdan ibarət B04 saylı mənzilə dair 14 dekabr 2018-ci il tarixli B-125/19 saylı və ünvan 4 ünvanında inşa olunan 3-girişli, 21 mərtəbəli yaşayış evinin giriş B blokunun 19-cu mərtəbəsində yerləşən ümumi sahəsi 84,27 kv.m yaşayış sahəsi 71,80 olan izolə olunmuş 2 otaqdan ibarət B04 saylı mənzilə dair 17 dekabr 2018-ci il tarixli B-125/19 saylı müqavilələrin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, qarşılıqlı iddia üzrə iddiaçı “KONSTRA" MTK ilə qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ararsında ünvan 4 ünvanında inşa olunan 3girişli, 21 mərtəbəli yaşayış evinin giriş B blokunun 15-ci mərtəbəsində yerləşən ümumi sahəsi 84,27 kv.m yaşayış sahəsi 71,80 olan izolə olunmuş 2 otaqdan ibarət B04 saylı, 14 dekabr 2018-ci il tarixli B-119/15 saylı müqavilə və ünvan 4 ünvanında inşa olunan 3-girişli, 21 mərtəbəli yaşayış evinin giriş B blokunun 19-cu mərtəbəsində yerləşən ümumi sahəsi 84,27 kv. m yaşayış sahəsi 7/, 80 olan izolə olunmuş 2 otaqdan ibarət B04 saylı mənzillərə 17 dekabr 2018-ci il tarixli 8-12519 saylı müqavilə bağlamışdır. Əlavə olaraq bildirilmişdir ki, ünvan 5 ünvanda 25 yanvar 2018-ci tarixdə ********** saylı qeydiyyat nömrəsi ilə 5 nəfərdən ibarət (1.X8-50 manat, 50 pay haqqı, 50%, 2.X19 - 20 manat, 20 pay haqqı, 20%, 3.X13 - 5 manat, 5 pay haqqı, 5%, 4.X5 5 manat, 5 pay haqqı. 5% və X20 20 manat, 20 pay haqqı, 20%) "xxxx" Mənzil-Tikinti Kooperatim təsis etmişlər. "KONSTRA” Mənzil-Tikinti Kooperati ünvan 6 ünvanında yerləşən 3 bloklu, 21 mərtəbəli yaşayış binasının inşa edilməsi məqsədilə Sifarişçi "xxxx" MMC və "xxxx" MTK arasında 05 iyul 2018-ci il tarixli 0507/01- 18 nömrəli Əlavə Dəyər vergisi ilə birlikdə 5900000-00 (Beş milyon doqquz yüz min) manat məbləğində müqavilə bağlamışlar. Sifarişçi "ORXAN TİT” MMC ilə "KONSTRA MTK arasında bağlanmış 05 oktyabr 2019-cu il tarixli Razılaşma müqaviləsi ilə tərəflər arasında bağlanmış 05 iyul 2018-ci il tarixli 0507/01-18 nömrəli müqavilə qarşılıqlı razılıq əsasında ləğv edilmişdir. Eyni zamanda 05 oktyabr 2019-cu il tarixli Razılaşma müqaviləsi də tərəflər Sifarişçiyə mülkiyyət hüququ əsasında məxsus olan ünvan 7 ünvanında yerləşən 0,3112 ha torpaq sahəsi üzərində təsdiq edilmiş komplekt (paket) sənədlər toplusu əsasında 2 ədəd 21 mərtəbəli (A və B blokları) 1-ci və 2-ci mərtəbəsində qeyri yaşayış sahələri, zirzəmisində 2 mərtəbəli avtodayanacaq olacaq "ŞƏHƏR İNCİSİ" yaşayış kompleksinin inşasının davam etdirilməsi barədə razılığa gəlmişlər. Tikinti başlayan vaxtdan işlərin Kooperativin digər üzvüləri X9, Əliyev Araz Təmiraz oğlu və onun qardaşı Əliyev Tahir Təmiraz oğlu, X19 tərəfindən aparılması, X6 tikinti işlərində və Kooperativin idarə edilməsində səriştəsi olmaması səbəbindən tikinti obyektində işlərin görülməsinə rəhbərlik etmək və Kooperativin maliyyə təsərrüfat fəaliyyətinə aid özünün bütün səlahiyyətinin X4 verilməsi üçün Kooperativin digər üzvlərinin razılığı ilə X14 tərəfindən kooperativin digər üzvü X4 29 yanvar 2018-ci il tarixli 7E-1466 nömrə ilə qeydə alınmış Etibarnamə verilmişdir. "KONSTRA ” MTKnın üzvü X14 tərəfindən "KONSTRA” MTK-nın digər üzvü X4 verilən 29 yanvar 2018-ci tl tarixli 7E-İ466 nömrə ilə qeydə alınmış etibarnamədən sui istifadə edən X1 təşkilat olan "ORXAN TİT” MMC-yə məxsus mənzilləri səlahiyyəti olmayan halda başqa şəxslərə satmışdır. X3 qeyri qanuni hərəkətlərindən xəbər tutan X14 dərhal araşdırma aparmış və araşdırma zamanı məlum olmuşdur kı, X10 qohumu və MTK-nın digər üzvü Əliyev Araz Təmiraz oğlu, onun qardaşı Əliyev Tahir Təmiraz oğlu və X19 əlbir olaraq sifarişçiyə məxsus olan 100-dən çox mənzilləri müxtəlif vaxtlarda başqa şəxslrə satmışdır. X10 qohumu və MTKnın digər üzvü Əliyev Araz Təmiraz oğlu, onun qardaş Əliyev Tahir Təmiraz oğlu və X19 hətta bəzi sakinlərlə danışıqlar apararaq mənzilləri barter yolu ilə MTK-nın digər üzvlərinin xəbəri olmadan qarşı tərəfin təklif etdiyi əmlakı yaxın qohumlarının adına sənədləşdirdikdən sonra mənzillərin müqavilələrini vermişlər. Beləliklə, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 MTK ilə qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı arasında ünvan 8 ünvanında inşa olunan 3girişli, 21 mərtəbəli yaşayış evinin giriş B blokunun 15-ci mərtəbəsində yerləşən ümumi sahəsi 84,27 kv.m yaşayış sahəsi 71,80 olan izolə olunmuş 2 otaqdan ibarət B04 saylı və ünvan 4 ünvanında inşa olunan 3-girişli, 21 mərtəbəli yaşayış evinin giriş B blokunun 19-cu mərtəbəsində yerləşən ümumi sahəsi 84,27 kv.m yaşayış sahəsi 71,80 olan izolə olunmuş 2 otaqdan ibarət B04 saylı mənzillərə mənzillərə dair qeyri qanuni olaraq, heç bir hüquqi əsası olmayan müqavilə bağlamışlar. Belə ki, "xxxx" MTK ilə Cavabdeh2 MMC arasında bağlanmış müqavilə, iddiaçı "xxxx"MTK-ya podaratçı statusundan başqa heç bir səlahiyyət verməmişdir. Belə olan halda X20, X11, X16 etibardan sui istifadə edərək; qeyriləri ilə əlbir olaraq 3-cü şəxslərə ev satmaq adı ilə vətəndaşları aldadaraq küllü miqdarda vəsaitlərini mənimsəmişlər. Bildirilmişdir ki, tərəflər arasında bağlanmış müqavilə həm cavabdehin, həm də MTK üzvülərinin maraqlarına xidmət edir. Birincisi: cavabdeh mənzilin alınması üçün kiminlə münasibət qurmuşdur? İkincisi: Mənzilin dəyərini kimə və vaxt ödəmişdir? Üçüncüsü: Cavabdeh1 MTK-nin mənzilləri olmadığı halda hansı mənzilləri satmışdır? Mövcud olan müqavilədən görünür ki, olmayan mənzillərin satılmasına dair qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 MTK adından müqavilə bağlanmışdır. Daha sonra maraqlısı ondadır ki, qarşılıqlı iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı niyə binanın tikintisi üçün hüquq müəyyən edici sənəd tələb etməmişlər. Yəni ünvan 4 ünvanında tikilən ev, kimə məxsus olması qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən soruşulmamışdır. Daha sonra mənzilin dəyəri qarşlıqlı iddia üzrə iddiaçıya ödənilməmişdir. Mübahisələdirilən müqavilələr bir qrup şəxslər tərəfindən öz çirkin niyətlərini həyata keçirmək üçün bağlanmışdır. Belə olan halda bağlanmış müqavilə əhəmiyyətsiz əqddir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 MTK-nın balansında mənzil olmayıb və hal-hazırdada yoxdur. Bağlanmış müqavilədə olan imzalar icraçı direktora aid deyil və onun tərəfindən bağlanmamışdır. Göstərilənlərdən aydın olur ki, mübahisələndirilən işin tərkibində cinayət tərkibi var, bu səbəbdən də 2(005)-1223/2021 saylı mülki işin tərkibinin olması barədə aidiyyatı orqanlara məlumat verilməlidir. Beləliklə, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 MTK ilə qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ararsında ünvan 4 ünvanında inşa olunan 3-girişli, 21 mərtəbəli yaşayış evinin giriş B blokunun 15-ci mərtəbəsində yerləşən ümumi sahəsi 84,27 kv.m yaşayış sahəsi 71,80 olan izolə olunmuş 2 otaqdan ibarət B04 saylı mənzilə dair 14 dekabr 2018-ci il tarixli B-119/15 saylı müqavilə və ünvan 4 ünvanında inşa olunan 3-girişli, 21 mərtəbəli yaşayış evinin giriş B blokunun 19-cu mərtəbəsində yerləşən ümumi sahəsi 84,27 kv.m yaşayış sahəsi 71,80 olan izolə olunmuş 2 otaqdan ibarət B04 saylı mənzilə dair 17 dekabr 2018-ci il tarixli B-125/19 saylı müqavilələr əhəmiyyətsiz müqavilələrdir. Əhəmiyyətsiz müqavilələr bağlandığı andan etibarsızdır. Belə olan halda göstərilən 14 dekabr 2018-ci il tarixli B-119/15 saylı və 17 dekabr 2018- ci il tarixli B-125/19 saylı müqavilələr etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməlidir Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2542/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə ilkin iddia qismən təmin edilərək, ünvan 1 ünvanda yerləşən 21 mərtəbəli binanın B blokunun 15-ci mərtəbəsində yerləşən ümumi sahəsi 84,27 kv.metr olan 2 otaqlı B04 saylı mənzil və 19-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 84,27 kv.metr olan 2 otaqlı B04 saylı mənzil Cavabdeh1 MTK tərəfindən İddiaçı istifadəsinə və sahibliyinə təhvil verilməsi, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir (sədrlik edən: Vüqar Quliyev). Qətnamədən Cavabdeh1 MTK apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması, iddianın təmin edilməməsi və qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. Qətnamədən Cavabdeh2 MMC apellyasiya şikayəti verərək, qətnamənin iddia tələbinin təmin edilən hissədə ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətləri və dəlilləri: Cavabdeh1 MTK tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Nərimanov Rayon Məhkəməsi 22 iyun 21-ci ıl tarixli, 2(005)-2542/2021 saylı qətnaməsində göstərilənlər əsassız və hakim tərəfindən işə düzgün qiymət verilməmişdir. Belə ki, iş üzrə cavabdeh tərəfindən verdən vəsatətlər heç biri hakim tərəfindən təmin edilməmişdir. Tərəflər arasında bağlanmış müqvilə və maliyyə arayışında olan imzalar və möhür cavabdehə məxsus deyil. İş üzrə ekspertizalar təyin olunmalı olduğu halda təmin olunmamışdır. Ancaq işin obyektiv həlli üçün mütləq ekspertizalar keçirilməlidir. İddiaçı tərəfindən verilən iddia tələbi əsassızdır, iddiaçının cavabdehdən tələbi mənzil və həmın mənzil üzərində hüquqların tanınması və mənzilə dair məhdudiyyətin aradan qaldırılmasından ibarətdir. Ancaq məhkəmə tərəfindən qəbul edilən qətnamə əsassızdır və ilkin iddia üzrə iddiaçının maraqlarına xidmət edir. İlkin iddia üzrə iddiaçı bilərəkdən məhkəməyə əsassız iddia ilə müraciət etmişdir. Məhkəmə yaddan çıxarmışdır kı. cavabdeh "KONSTRA ” MTK-nın mənzilləri yoxdur və belə olan halda iddianın təmin edilməsi və hüquqlar tanınmaqla, məhdudiyyətlər aradan qaldırılır. Daha sonra məhkəmə icraatında olan mülki işın tərkibində cinayət əməlinin olduğu və cavabdeh tərəfindən həmin iş üzrə xüsusi qərardad qəbul edilərək aidiyyatı üzrə prokurora məlumat verməsinə dair vəsatət verilsə də hakim tərəfindən mübasibət bildirilməmişdir. Hansı kı, məhkəmə tərəfindən bir qrup dəstənin hərəkətlərinə xüsusi qiymət verməli olduğu halda bilərəkdən qiymət verməmişdir. Cavabdeh mübahisəli mənzilin sahibi deyil və onun balansında heç bır yaşayış və qeyri-yaşayış yoxdur. Belə olan halda cavabdehlə iddiçı arasında bağlanmış müqavilə bağlandığı andan etibarsızdır. Nərimanov Rayon Məhkəməsi qəbul eldiyi Nərimanov Rayon Məhkəməsi qəbul etdiyə 21 aprel 2021-cı il tarixli, qətnaməsində cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperati tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsinə münasibət bildirilməmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış mənzillərə dair qeyri- qanuni olaraq, heç bır hüquqi əsası olmayan müqavilələr bağlamışlar. Belə ki, Cavabdeh1 ilə "Orxan-TİT Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış müqavilə "xxxx"Mənzil-Tikinti Kooperativinə podaratçi statusundan başqa heç bir səlahiyyət verməmişdir. Daha sonra mənzilin dəyəri Cavabdeh1nə ödənilməmişdir. Mübahısələdirilən müqavilələr bir qrup şəxslər tərəfindən öz çirkin niyyətlərini həyata keçirmək üçün bağlanmışdır. Belə olan halda bağlanmış müqavilə əhəmiyyətsiz əqddir. Yuxanda göstərilənlərə əsasən qeyd edilməlidir ki, Cavabdeh1 balansında mənzil olmayıb və hal-hazırda da yoxdur. Bağlanmış müqavilədə olan imzalar icraçı direktora aid deyildir və onun tərəfindən bağlanmamışdır. Göstərilənlərdən aydın olur ki, tərkibində cinayət tərkibi var, hu səbəbdən də 2(()05)- 2542/2021 nömrəli mülki işdə cinayət tərkibinin olması barədə aidiyyatı orqanlara məlumat verilməsi xahiş olunsa da təmin edilməmişdir. Cavabdeh2 MMC tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, müqavilə tərəfləri Cavabdeh1 MTK və İddiaçı olublar. Bu zaman mənzilə dair sərəncam verən MTK-nın buna dair heç bir hüququ olmayıb, belə ki, o, nə o zaman, nə də ki sonralar İddiaçı tələb etdiyi mənzilin özgəninkiləşdirilməsi, yaxud barəsində hər hansı başqa sərəncam verilməsinə dair Cavabdeh2 MMC Cavabdeh1 MTK-ya heç zaman səlahiyyət verməyib. "xxxx" MTK, Bakı Dövlət Universitetinin inzibati binasının da iddiaçıya verilməsinə dair müqavilə bağlaya bilərdi. İstənilən halda bu heç bir hüquqi nəticə doğurmur. Öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Doğrudur, qətnamədə göstərilib ki, öhdəliklə bağlı Cavabdeh1 MTK-nın müqavilə bağlaması isə, "xxxx" MMC-nin deyil, məhz onun bu müqavilə şərtlərini yerinə yetirilməsini məcburi edir. Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Cavabdeh2 MMC hesab edir ki, qətnamə təmin edildiyi hissədə ləğv edilməli və iddia ərizəsi rədd olunmalı, İddiaçı izah olunmalıdır ki, o, MTK-dan zərərin əvəzinin ödənilməsinin tələb olunmasına dair iddia verə bilər. Məhkəmə mübahisə predmeti olan mənzilin Cavabdeh1 MTK-nın sərəncamında olmaması, onun bu əmlakı özgəninkiləşdirilməsinə dair səlahiyyəti olmaması məsələsi məhkəmədə sübut edilsə də, birinci instansiya məhkəməsi belə səlahiyyətin olması təkzib edilməsinə baxmayaraq, bu halın əksini göstərib. Tərəflərin izahatları: Kollegiya iclasında iştirak edən Cavabdeh2 MMC-nin nümayəndəsi B.BAyramov apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, qətnamənin ləğv edilməsini xahiş etdi. Kollegiya iclasının vaxtı və yeri barədə digər cavabdehə lazımi qaydada məlumat verilməsinə bamayaraq o, kollegiya iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Cavabdeh1 MTK-nın iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Kollegiya iclasında iştirak edən iddiaçının nümayəndəsi Ə.Paşayev apellyasiya şikayətlərinin dəlillərinə etiraz edərək, şikayətlərin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, Cavabdeh2 MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməlidir. Sübutların tədqiqi: Belə ki, iş materiallarında olan Cavabdeh1 xx.xx.2018-ci il tarixli B-125/19 nömrəli müqavilənin 1.1-ci bəndinə əsasən “Kooperativ” ünvan 4 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş B, blokunda 19-cu mərtəbəsində yerləşən ümumi sahəsi 84.27 m2 yaşayış sahəsi 71,80 m2 olan izolə olunmuş 2 otaqdan ibarət B04 mənzilin “payçıya” verilməsini, “payçı” isə bu müqavilənin dəyərinin kooperativə ödənilməsini öhdəsinə götürürlər. Cavabdeh1 MTK-nın xx.xx.2018-ci il tarixli 100 nömrəli maliyyə arayışının surətindən görünür ki, arayış İddiaçı ona görə ki, verilmişdir ki, o həqiqətən Cavabdeh1 MTK-nın ünvan 4 ünvanında inşa olunan 21 mərtəbəli yaşayış kompleksində B blokunun 19-cu mərtəbəsində yerləşən, B04 mənzil, ümumi sahəsi 84.72 m2, yaşayış sahəsi 71,80m2 olan 2 otaqdan ibarət yaşayış sahəsinin dəyərini tam ödəmişdir. Cavabdeh1 MTK şirkətinə B-125/19 nömrəli müqaviləyə əsasən yuxarıda qeyd olan şəxsin borcu yoxdur. Cavabdeh1 xx.xx.2018-ci il tarixli B-119/15 nömrəli müqavilənin 1.1-ci bəndinə əsasən “Kooperativ” ünvan 4 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş B, blokunda 15-ci mərtəbəsində yerləşən ümumi sahəsi 84.27 m2 yaşayış sahəsi 71,80 m2 olan izolə olunmuş 2 otaqdan ibarət B04 mənzilin “payçıya” verilməsini, “payçı” isə bu müqavilənin dəyərinin kooperativə ödənilməsini öhdəsinə götürürlər. Cavabdeh1 MTK-nın xx.xx.2018-ci il tarixli 094 nömrəli maliyyə arayışının surətindən görünür ki, arayış İddiaçı ona verilmişdir ki, o həqiqətən Cavabdeh1 MTK-nın ünvan 4 ünvanında inşa olunan 21 mərtəbəli yaşayış kompleksində B blokunun 15-ci mərtəbəsində yerləşən, B04 mənzil, ümumi sahəsi 84.72 m2, yaşayış sahəsi 71,80m2 olan 2 otaqdan ibarət yaşayış sahəsinin dəyərini tam ödəmişdir. Cavabdeh1 MTK şirkətinə B-119/15 nömrəli müqaviləyə əsasən yuxarıda qeyd olan şəxsin borcu yoxdur. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Beləliklə məhkəmə kollegiyası, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən apellyatorlar tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməli, iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, ilkin iddia ərizəsi rədd edilməli, qarşılıqlı iddia ərizəsi təmin edilməlidir. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, satıcı Cavabdeh1 MTK ilə alıcı İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli B-119/15 saylı müqaviləyə əsasən satıcı Cavabdeh1 MTK dəyəri 109.551 manat həcmində müəyyən edilmiş ünvan 4 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş B blokunun 15-ci mərtəbəsində yerləşən ümumi sahəsi 84.27 m2 yaşayış sahəsi 71.80 m2 olan izolə olunmuş 2 otaqdan ibarət B04 saylı mənzili alıcıya təhvil verməyi, alıcı İddiaçı isə müqavilənin dəyərinin Kooperativə ödənilməsini öhdəsinə götürmüşdür. Cavabdeh1 MTKnın xx.xx.2018-ci il tarixli maliyyə arayışının surətinə əsasən İddiaçı ünvan 9 ünvanında inşa etdiyi 21 mərtəbəli yaşayış kompleksində B blokunun 15-ci mərtəbəsində yerləşən ümumi sahəsi 84.27 m2 yaşayış sahəsi 71.80 m2 olan mənzilin dəyərini tam ödəmiş, kooperativə B- 119/15 nömrəli müqavilə üzrə borcu yoxdur. Satıcı Cavabdeh1 MTK ilə alıcı İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli B- 125/19 saylı müqaviləyə əsasən satıcı Cavabdeh1 MTK dəyəri 109.551 manat həcmində müəyyən edilmiş ünvan 4 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş B blokunun 19-cu mərtəbəsində yerləşən ümumi sahəsi 84.27 m2 yaşayış sahəsi 71.80 m2 olan izolə olunmuş 2 otaqdan ibarət B04 saylı mənzili alıcıya təhvil verməyi, alıcı İddiaçı isə müqavilənin dəyərinin Kooperativə ödənilməsini öhdəsinə götürmüşdür. Cavabdeh1 MTKnın xx.xx.2018-ci il tarixli maliyyə arayışının surətinə əsasən İddiaçı ünvan 10 ünvanında inşa etdiyi 21 mərtəbəli yaşayış kompleksində B blokunun 19-cu mərtəbəsində yerləşən 2 otaqlı ümumi sahəsi 84.27 m2 yaşayış sahəsi 71.80 m2 olan mənzilin dəyərini tam ödəmiş, kooperativə B-125/19 nömrəli müqavilə üzrə borcu yoxdur. "xxxx" MMC ilə Cavabdeh1 MTK arasında bağlanmış xx.xx.2018-ci il tarixli 0507/01-18 saylı müqavilədən görünür ki, 5.000.000 manat müqabilində Cavabdeh1 MTK "xxxx" MMCnin sifarişinə əsasən, ünvan 6 ünvanında yerləşən 3 bloklu, 21 mərtəbəli yaşayış binasının inşa edilməsinə dair texniki tapşırığın şərtləri ilə bağlı xidmətlərin yerinə yetirəcək. Qeyd olunan məbləğ yerinə yetirilmiş işlərin həcminə uyğun olaraq, tərəflərin qarşılıqlı razılığına əsasən, müvafiq həcmdə mənzil sahəsi ilə əvəz ediləcək. "xxxx" MMC ilə Cavabdeh1 MTK arasında xx.xx.2019-cu il tarixdə razılaşma müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən 62 sayda mənzil Cavabdeh1 MTK-ya güzəşt edilmiş, lakin yuxarıda qeyd olunan mübahisəli mənzillər həmin siyahıya daxil edilməmişdir. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi ağlabatan müddətdə və vaxtında icra etməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, mənzilləri iddiaçıya təhvil verməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Həmin Məcəllənin 763.1-ci maddəsinə əsasən əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. Həmin Məcəllənin 765-ci maddəsinə əsasən məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh1 MTK arasında bağlanmış xx.xx.2018-ci il tarixli 0507/01-18 saylı müqavilədən görünür ki, müqavilə üzrə tərəflər arasında podrat münasibətləri olmuş və Cavabdeh1 MTK "xxxx" MMC-nin sifarişi üzrə sonuncuya xidmət göstərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı aşağıdakı hüquqi mövqelər ifadə olunmuşdur: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: -öz hərəkətlərinə hüquqi ixtiyar; -başqa (borclu) şəxslərdən tələb etmək hüququ; -müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz”. Qeyd olunan qanunvericilik normaları, eyni zamanda göstərilən müqavilənin müddəalarından da göründüyü kimi, Cavabdeh1 MTK tərəfindən podrat müqaviləsi əsasında inşa edilən yaşayış binası üzrə yalnız "xxxx" MMC-yə xidmət göstərmək hüquqları və öhdəlikləri olmuş, inşa edilən yaşayış binası üzrə hər-hansı alğı-satqı əməliyyatları aparmaq hüquqları olmamışdır. Belə olan halda, Cavabdeh1 MTK-nın ünvan 6 ünvanında yerləşən 3 bloklu, 21 mərtəbəli yaşayış binasının hər-hansı mənzilinə dair alğı-satqı müqaviləsi bağlamaq və buna dair pul vəsaiti almaq hüququ olmamışdır. Bundan başqa qeyd edilməlidir ki, Cavabdeh1 MTK ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli razılaşma müqaviləsi Cavabdeh1 MTK ilə İddiaçı arasında bağlanmış müqavilələrin etibarlı sayılmasına əsas vermir. İddiaçı ilə Cavabdeh1 MTK arasında bağlanmış müqavilələr (xx.xx.2018 və xx.xx.2018) Cavabdeh1 MTK ilə "xxxx" MMC arasında imzalanmış (xx.xx.2019) razılaşmadan əvvəl bağlanmışdır və həmin zaman Cavabdeh1 MTK-ya "xxxx" MMC tərəfindən alğı-satqı müqaviləsi bağlamaq və buna dair pul vəsaiti almaq səlahiyyəti verilməmişdir. Azərbaycan Respublikası Mülki-Məcəlləsinin 337.1-ci maddəsinə əsasən isə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin məcəllənin 337.4-cü maddəsinə əsasən isə etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Cavabdeh1 MTK həm qarşılıqlı iddia ərizəsində, həm apellyasiya şikayətində müqavilədəki imzanın direktora aid olmadığını bildirmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətiin araşdırıması məqsədilə məhkəmə-xəttşünaslıq eksperttizası təyin etmiş və ekspert qarşısında 1) B-125/19 saylı, xx.xx.2018-ci il tarixli, B-119/15 saylı, 14 dekabr 2018-ci il tarixli müqavilələrdə və 094 saylı, 14 dekabr 2018-ci il tarixli və 100 saylı, 17 dekabr 2018-ci il tarixli maliyyə arayışlarındakı imzalar X7 tərəfindən icra olunmuşdurmu? 2)B-125/19 saylı, xx.xx.2018-ci il tarixli, B-119/15 saylı, 14 dekabr 2018-ci il tarixli müqavilələrdə və 094 saylı, 14 dekabr 2018-ci il tarixli və 100 saylı, 17 dekabr 2018-ci il tarixli maliyyə arayışlarında olan möhür Cavabdeh1 MTK-ya məxsusdurmu? – sualları qoyulmuşdur. Məhkəmə Ekspertizası Mərkəzinin 4/839-5/635 saylı rəyinə əsasən, ekspertizaya təqdim edilmiş müqavilələr və maliyyə arayışlarındakı imzalar X7 tərəfindən icra olunmuşdur. Həmin sənədlərdəki möhür əsinin sənədlərin üzərinə birbaşa vurulması və ekspertizaya təqdim edilmiş möhürün sərbəst əks nümunələri ilə eynilik təşkil etməsi müəyyən edilmişdir. Ekspert rəyinin mötəbərliyinə şübhə yaradan hər hansı hal müəyyən edilmədiyindən, kollegiya qeyd edir ki, həmin ekspert rəyi digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməkdə hazırki mübahisənin həllində əsas götürülməlidir. Kollegiya qeyd edir ki, müqaviə və maliyyə arayışlarında olan imzalar Cavabdeh1 MTKnın vəzifəli şəxsinə aid olsa da, o, həmin sənədləri səlahiyyətləri olmadığı halda imzalamışdır. İmzaların və möhürün Konstra MTK-ya məxsus olması həmin müqavilələrin etibarsızlığına dair nəticəyə gəlməyə mane olmur. Kollegiya hesab edir ki, xx.xx.2018-ci il tarixli B-119/15 saylı müqavilə və xx.xx.2018-ci il tarixli B-125/19 saylı müqavilə Cavabdeh1 MTK-nın qeyd olunan müqavilələri bağlamaq hüququ olmadan İddiaçı arasında bağlanıldığından, qanunvericiliyin tələbləri pozulmuşdur. Belə olan halda, Cavabdeh1 MTK ilə alıcı İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli B-119/15 saylı müqavilə və xx.xx.2018-ci il tarixli B-125/19 saylı müqavilə etibarsız hesab edilməlidir. Bundan başqa etibarsız əqd isə özünun etibarsızlığından başqa hər-hansı hüquqi nəticələr yaratmadığından İddiaçı tərəfindən Cavabdeh1 MTK-ya ödənilmiş cəmi 219.102 manat məbləğində pul vəsaiti Cavabdeh1 MTK-dan tutularaq İddiaçı ödənilməlidir. Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1. və 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 388-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Nəticə: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Cavabdeh1 MTK ilə alıcı İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli B-119/15 saylı müqavilə və xx.xx.2018-ci il tarixli B-125/19 saylı müqavilə etibarsız hesab edilməli və İddiaçı tərəfindən Cavabdeh1 MTK-ya ödənilmiş cəmi 219.102 manat məbləğində pul vəsaiti Cavabdeh1 MTK-dan tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh1 MTK-nın apellyasiya şikayəti təmin edilsin. Cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2542/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh1 MTK və Cavabdeh2 MMC-yə qarşı “mənzillərə sahiblik və istifadə hüquqlarının tanınması” tələbinə dair ilkin iddia tələbi rədd edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 MTK-nın qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilsin. Cavabdeh1 MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli B-119/15 saylı müqavilə və xx.xx.2018-ci il tarixli B-125/19 saylı müqavilə etibarsız hesab edilsin. Cavabdeh1 MTK-dan 219.102 (iki yüz doqquz min yüz iki) manat məbləğində pul vəsaiti tutularaq, İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-1423/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1423/2022
05.08.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver