Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8133/2021 17.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, Cavabdeh X4, Cavabdeh X1 nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər X5, X3 və qeyrilərinə qarşı mülkiyyət və sahiblik hüquqlarının pozulmasının aradan qaldırılması, mülkiyyətdən istifadəyə mane olan hərəkətlərin qadağan edilməsi və müqavilələrin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 mart 20021-ci il tarixli 2(004)-87/2021 saylı qətnaməsindən cavabdehlər Y.Əfəndiyeva və F.Heybətova tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər X5, X3 və qeyrilərinə qarşı mülkiyyət və sahiblik hüquqlarının pozulmasının aradan qaldırılması, mülkiyyətdən istifadəyə mane olan hərəkətlərin qadağan edilməsi və müqavilələrin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin 12 mart 20021-ci il tarixli 2(004)-87/2021 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən cavabdehlər Y.Əfəndiyeva və F.Heybətova tərəfindən apellyasiya şikayəti verilmiş, qətnamənin ləğv olunaraq iddianın rədd olunması xahiş olunmuşdur. Həmin işə baxılarkən müəyyən edilmişdir ki, iddiaçı X7 cavabdehlər Cavabdeh MTK-ya və X3 qarşı müqavilənin etibarsız hesab edilməsi, cavabdehin mənzildən çıxarılması və mənzilin faktiki mülkiyyətə qaytarılması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh MTK ilə X6 arasında ünvan 1 ünvanında yerləşən, Cavabdeh MTK-ya məxsus yaşayış binasının 2-ci girişində, 8-ci mərtəbədə yerləşən 3 otaqlı, ümumi sahəsi 152.8 m2 olan 173 saylı mənzilə dair bağlanmış 29 avqust 2009-cu il tarixli yaşayış binasında mənzil tikintisi haqqında müqavilənin etibarsız hesab edilməsi, sözügedən mənzildən cavabdeh X1 çıxarılması və həmin mənzilin iddiaçının faktiki mülkiyyətinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 mart 2021-ci il tarixli 2(001)- 327/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən cavabdeh Firuzə Heybətova apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki işlərin materiallarından görünür ki, hər iki işdə ünvan 1 ünvanında yerləşən, Cavabdeh MTK-ya məxsus yaşayış binasının 2-ci girişində, 8-ci mərtəbədə yerləşən 3 otaqlı ümumi sahəsi 152,8 m2 olan 173 saylı mənzilə dair bağlanmış müqavilələr mübahisələndirilmişdir. Belə ki, Cavabdeh MTK tərəfindən İddiaçı, X6 və X7 ilə bağlanmış ayrı-ayrı müqavilələrlə 173 saylı mənzil hər üç şəxsə satılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, ədalət mühakiməsinin tez, düzgün, səmərəli və keyfiyyətli həyata keçirilməsini təmin etmək məqsədi ilə, eləcə də prosessual qənaət prinsipinin tələblərinə uyğun olaraq hər iki işdə mübahisə predmeti olan mənzil (173 saylı mənzil) eyni olduğundan onlar bir icraatda birləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 169.3-cü maddəsini rəhbər tuturaq, apellyasiya instansiyası məhkəməsi qərara aldı: İddiaçı X4 cavabdehlər Cavabdeh MTK-ya və X3 qarşı müqavilənin etibatsız hesab edilməsi, mənzildən çıxarılma və mənzilin faktiki mülkiyyətə qaytarılması iddia tələbinə dair 2(103)-6959/2021 saylı və İddiaçı cavabdehlər X5, X3 və qeyrilərinə qarşı mülkiyyət və sahiblik hüquqlarının pozulmasının aradan qaldırılması, mülkiyyətdən istifadəyə mane olan hərəkətlərin qadağan edilməsi və müqavilələrin etibarsız hesab edilməsi barədə 2(103)-8133/2021 saylı mülki işlər bir icraatda birləşdirilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-8133/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8133/2021
17.11.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver