Məhkəmə qərarları › İş №2(3-6)-2342/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-2342/2026

23.07.2026 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-2342/2026 23.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdehlər Cavabdeh Mənzil Tikinti Kooperativinə, X6, Orhan Akdoğana, X1, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs6, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2, X3, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5 qarşı “mülkiyyət və sahiblik hüquqlarının pozulmasının aradan qaldırılması, mülkiyyətdən istifadəyə mane olan hərəkətlərin qadağan edilməsi və müqavilələrin etibarsız hesab edilməsi tələbinə dair” mülki iş üzrə (Açar sözlər: mülkiyyət hüququnun müdafiəsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), X4 və X9 oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Həsənova Bahar Elxan qızının katibliyi, Maraqlarına toxunan şəxs Maraqlı şəxs və onun nümayəndəsi və vəkili nümayəndə1 iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2021-ci il tarixli qətnaməsindən maraqlarına toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları 1.Yaşayış binasında mənzil tikintisi haqqında ##.##.2007-ci il tarixli müqaviləyə əsasən məlum olur ki, Cavabdeh MTK Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşmiş Cavabdeh MTK-nın tikilməkdə olan binasında 2-ci girişi, 4-cü mərtəbəsində ümumi sahəsi 152,8 kv/m olan *** nömrəli 3 otaqlı mənzili alıcı İddiaçı verməyi, alıcı isə həmin mənzilin haqqını vaxtında Cavabdeh MTK-ya ödəməyi öhdəsinə götürmüşdür.

2. Cavabdeh MTK tərəfindən verilmiş ##.##.2007-ci il tarixli maliyyə arayışına əsasən məlum olur ki, mənzilin 84040 ABŞ dolları pay haqqı alıcı tərəfindən ödənilmişdir.

3. Yaşayış binasında mənzil tikintisi haqqında ##.##.2007-ci il tarixli müqaviləyə əsasən məlum olur ki, Cavabdeh MTK Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşmiş Cavabdeh MTK-nın tikilməkdə olan binasında 2-ci girişi, 4-cü mərtəbəsində ümumi sahəsi 152,8 kv/m olan *** nömrəli 3 otaqlı mənzili alıcı Maraqlı şəxs verməyi, alıcı isə həmin mənzilin haqqını vaxtında Cavabdeh MTK-ya ödəməyi öhdəsinə götürmüşdür.

4. Cavabdeh MTK tərəfindən verilmiş ##.##.2007-ci il tarixli maliyyə arayışına əsasən məlum olur ki, mənzilin 68000 manat pay haqqı alıcı tərəfindən ödənilmişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

5. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı “mülkiyyət və sahiblik hüquqlarının pozulmasının aradan qaldırılması, mülkiyyətdən istifadəyə mane olan hərəkətlərin qadağan edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ünvan 5 ünvanda inşa edilən yaşayış binasının 2-ci blokunun 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 152,8 kv.m olan 3 otaqlı *** saylı mənzili, həmin binanın 2-ci blokunun 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 152,78 kv.m olan 3 otaqlı *** saylı mənzili, həmin binanın 2-ci blokunun 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 152,8 kv.m olan 3 otaqlı, *** saylı mənzili üzərində onun sahiblik, istifadə və mülkiyyət hüquqlarının bərpa edilməsi, həmin mənzillərdən istifadə etmək, həmin mənzillərə sərbəst, maneəsiz gediş-gəliş imkanlarının təmin edilməsi, həmin mənzillərdə təmir-tamamlama işlərinin aparılması üçün ona şərait yaradılması və həmin mənzillərdən istifadə etməsinə mane olan hərəkətlərin cavabdehə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Iddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 4 ünvanda çoxmərtəbəli yaşayış evi tikən cavabdeh Cavabdeh MTK-ya müraciət edərək özünün və ailə üzvlərinin mənzilə olan tələbatını ödəmək məqsədilə həmin evdə mənzillər almaq istədiyini bildirmişdir. Cavabdehlə müqavilə şərtləri ilə bağlı razılıq əldə etdikdən sonra aralarında ##.##.2007 ci il tarixdə bağlanılmış 3 mənzilə dair ayrı-ayrı 3 müqavilələrə əsasən cavabdeh ünvan 4 ünvanda tikdiyi yaşayış binasının 2-ci blokunun 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 152,8 kv.m olan 3 otaqlı *** saylı mənzili, 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 152,8 kv.m olan 3 otaqlı *** saylı mənzili və 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 152,8 kv.m olan 3 otaqlı, *** saylı mənzili onun mülkiyyətinə vermiş, o isə, həmin mənzillərin tam dəyərini kooperativə ödəmişdir. Mənzillərin hər birinə görə tərəfindən cavabdehə 84040 ABŞ dolları, ümumilikdə isə 3 mənzilə görə 252120 ABŞ dolları ödənilmiş, cavabdeh həmin məbləği alması barədə müvafiq maliyyə arayışları vermişdir. Bir müddət sonra cavabdeh həmin mənzilləri ona təhvil vermək istəmədiyini bildirmiş və hətta ona qarşı həmin müqavilələrin və maliyyə arayışlarının etibarsız hesab edilməsi barədə əsassız iddia da qaldırmışdır. Yasamal rayon məhkəməsinin ##.##.2010-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, bağlanılan müqavilələr və maliyyə arayışları etibarsız hesab edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2012-ci il tarixli qətnaməsi ilə Yasamal rayon məhkəməsinin ##.##.2010-cu il tarixli qətnaməsi ləğv edilmiş, iddia tələbləri rədd edilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin ##.##.2012-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin ##.##.2012-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, beləliklə də qanuni qüvvəyə minən məhkəmə aktları ilə müəyyən olunmuşdur ki, bağlanılan müqavilələr qanuni və əsaslıdır və mənzillərə görə cavabdeh tərəfə ödənişlər edilmişdir. Cavabdeh təşkilat onun həmin mənzillərə görə qanuni və əsaslı müqavilələr bağladığını, mənzillərin tam dəyərini ödədiyini bilsə də, həmin mənzilləri bu günə qədər təhvil vermək istəmir, mənzillərdə təmir işləri aparılmasına, mənzillərə sərbəst surətdə daxil olmağa maneələr yaradır. Cavabdehin bu qanunsuz hərəkətinə qarşı etiraz etsə də, mənzil və mülkiyyət hüquqlarını əsassız yerə pozmamağı cavabdeh təşkilatdan tələb etsə də, cavabdeh təşkilat öz qanunsuz hərəkətlərindən əl çəkmir, iddiaçının hüquqlarını pozmaqda davam edir və onu dəyərini tam ödəyərək aldığı mənzillərinə buraxmır, orada təmir, bəzək tamamlama işləri aparmağa imkan vermir, mənzillərə sərbəst giriş-çıxışına tam məhdudiyyət yaradır. Bu isə onun hüquqlarını pozur. 7.Məhkəmə gedişatında iddiaçı AR MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılmasına dair ərizə verərək, X6, Orhan Akdoğanın, X1, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs6, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2, X3, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5 cavabdehlər qismində cəlb olunmasını, cavabdeh Cavabdeh MTK ilə cavabdeh X6 arasında ünvan 4 ünvanda inşa edilən yaşayış binasının 2-ci blokunun 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 152,8 kv.m olan 3 otaqlı *** saylı mənzilə dair bağlanılan ##.##.2010cu il tarixli, həmin binanın 2-ci blokunun 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 152,8 kv.m olan 3 otaqlı *** saylı mənzilə dair cavabdeh Orhan Akdohanla bağlanılan ##.##.2010-cu il tarixli, həmin mənzilə dair X1 ilə bağlanılan ##.##.2015-ci il tarixli, həmin binanın 2-ci blokunun 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 152,8 kv.m olan 3 otaqlı, *** saylı mənzilə dair cavabdeh mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs6 ilə bağlanılan ##.##.2007-ci il tarixli, cavabdeh mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ilə bağlanılan ##.##.2007-ci il tarixli, cavabdeh X3 ilə bağlanılan ##.##.2009-cu il tarixli, cavabdeh mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 ilə bağlanılan ##.##.2009-cıı il tarixli, cavabdeh mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5 ilə bağlanılan ##.##.2009-cu il tarixli müqavilələrin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 8.Ərizəni onunla əsalandırmışdır ki, məhkəmə araşdırması zamanı cavabdeh Cavabdeh MTK-nın digər cavabdehlərlə də həmin mənzillərlə bağlı müqavilələr bağladığı məlum olmuşdur. Belə ki, həmin binadakı ona məxsus *** saylı mənzilə dair cavabdeh mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs6 ilə ##.##.2007-ci il tarixli, cavabdeh mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ilə ##.##.2007-ci il tarixli, cavabdeh X3 ilə ##.##.2009 cu il tarixli, cavabdeh mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 ilə ##.##.2009-cu il tarixli, cavabdeh mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5 ilə ##.##.2009-cu il tarixli, *** saylı mənzilə dair cavabdeh X1 ilə ##.##.2015-ci il tarixli və *** saylı mənzilə dair cavabdeh X6 ilə ##.##.2010-cu il tarixli müqavilələr bağlanılmışdır. Hesab edir ki, həmin müqavilələr etibarsızdır. Belə ki, həmin müqavilələr sonradan görünüş üçün bağlanılmışdır. Belə ki, ona məxsus *** saylı mənzilə dair onunla eyni gündə, yəni ##.##.2007-ci il tarixdə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs6 adına və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 adına da müqavilələr tərtib edilmişdir. Halbuki həmin vaxt mənzil yalnız ona satılmış, mənzilə dair başqa şəxslərlə müqavilə bağlanılmamışdır. Sadəcə olaraq cavabdeh MTK mənzilləri ona təhvil verməmək üçün bu saxta müqavilələri tərtib etmişdir. Əgər həmin şəxlər real alıcı olsaydılar, o halda MTKnın ona qarşı müqavilələrin etibarsız hesab edilməsi barədə tələbi üzrə həmin şəxlər də ona qarşı iddia irəli sürərdilər. Ən azından MTK özü həmin vaxt *** saylı mənzilin başqalarına satılması barədə məhkəməyə hər hansı sənəd və ya məlumat təqdim edərdi. Lakin həmin mənzillə bağlı məhkəmə mübahisəsi araşdırılarkən MTK tərəfindən məhkəməyə heç bir məlumat verilməmişdir. Bu da onu göstərir ki, həmin müqavilələr zaman etibarilə sonradan tərtib edilmişdir. Cavabdeh mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs6 Cavabdeh MTK-nın həbsdə olan Cahangir adlı rəhbəri ilə həmyerli olduğundan görünür ki, həmin şəxsin adına saxta müqavilə tərtib etmək MTK rəhbərliyinə asan və etibarlı çıxış yolu kimi görünüb. Amma *** saylı mənzillə bağlı iki il sonra yenə eyni tarixdə, yəni ##.##.2009-cu ildə cavabdehlər X3, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5 adına 3 ayrı-ayrı müqavilənin bağlanılması bir daha göstərir ki, cavabdeh MTK bu müqavilələri alıcıları aldadaraq bağlamış, onlara qarşı dələduzluq etmişdir. Odur ki, həmin müqavilələr etibarsız hesab edilməlidir. Bundan əlavə, həmin binadakı *** saylı mənzilə dair cavabdeh Orhan Akdoğanla bağlanılan ##.##.2010-cu il tarixli, cavabdeh X1 ilə bağlanılan ## #### 2015-ci il tarixli və *** saylı mənzilə dair cavabdeh X6 ilə bağlanılan ##.##.2010-cu il tarixli müqavilələr də etibarsızdır. Çünki həmin müqavilələr onunla bağlanılan müqavilədən zaman etibarilə sonra bağlanılmışdır. *** saylı mənzilə dair cavabdeh Orhan Akdoğanla ##.##.2010-cu ildə, cavabdeh X1 ilə ##.##.2015-ci ildə müqavilə bağlananda həmin mənzil üzərində artıq onun mülkiyyət hüququ yaranmışdı, çünki həmin mənzilin dəyərini kooperativə ##.##.2007-ci ildə ödəmişdir. *** saylı mənzilə dair cavabdeh X6 ilə ##.##.2010-cu ildə müqavilə bağlananda da həmin mənzil üzərində mülkiyyət hüququ yaranmışdır. Odur ki, həmin müqavilələr etibarsız hesab edilməlidir. 9.Cavabdeh mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs6 iddia ərizəsinə etiraz edərək Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən xxxx MTK-nın binasındakı 3 otaqlı ümümi sahəsi 152.8 kv.m. olan *** nömrəli mənzilin əvvəlki sahibinin özü olduğunu, sonradan mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 satdığını, bu barədə məhkəmələrin müvafiq qərarlarının olduğunu göstərmiş və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. 10.Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2021-ci il tarixli qətnaməsi ilə (hakim Fərid Əyyubov) iddia tələbinin təmin edilməsi, cavabdeh Cavabdeh MTK tərəfindən ünvan 5 ünvanda inşa edilən yaşayış binasının 2-ci blokunun 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 152,8 kv.m olan 3 otaqlı *** saylı mənzili, həmin binanın 2-ci blokunun 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 152,78 kv.m olan 3 otaqlı *** saylı mənzili, həmin binanın 2-ci blokunun 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 152,8 kv.m olan 3 otaqlı, *** saylı mənzili üzərində iddiaçı İddiaçı sahiblik, istifadə və mülkiyyət hüquqlarının bərpa edilməsi, iddiaçı İddiaçı həmin mənzillərdən istifadə etmək, həmin mənzillərə sərbəst, maneəsiz gedişgəliş imkanlarının təmin edilməsi, həmin mənzillərdə təmir-tamamlama işlərinin aparılması üçün ona şərait yaradılması və həmin mənzillərdən istifadə etməsinə mane olan hərəkətlərin cavabdehlərə qadağan edilməsi, cavabdeh Cavabdeh MTK ilə cavabdeh X6 arasında ünvan 4 ünvanda inşa edilən yaşayış binasının 2-ci blokunun 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 152,8 kv.m olan 3 otaqlı *** saylı mənzilə dair bağlanılmış ##.##.2010-cu il tarixli, həmin binanın 2-ci blokunun 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 152,8 kv.m olan 3 otaqlı *** saylı mənzilə dair cavabdeh Orhan Akdoğanla bağlanılmış ##.##.2010-cu il tarixli, həmin mənzilə dair X1 ilə bağlanılmış ##.##.2015-ci il tarixli, həmin binanın 2-ci blokunun 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 152,8 kv.m olan 3 otaqlı, *** saylı mənzilə dair cavabdeh mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs6 ilə bağlanılan ##.##.2007-ci il tarixli, cavabdeh mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ilə bağlanılmış ##.##.2007-ci il tarixli, cavabdeh X3 ilə bağlanılan ##.##.2009-cu il tarixli, cavabdeh mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 ilə bağlanılmış ##.##.2009-cu il tarixli və cavabdeh mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5 ilə bağlanılmış ##.##.2009-cu il tarixli müqavilələrin etibarsız hesab edilməsi, iddiaçı tərəfindən ödənilmiş 20 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq, iddiaçıya ödənilməsi qət edilmişdir. 11.Məhkəmə müəyyən etmişdir ki, cavabdeh Cavabdeh Mənzil Tikinti Kooperativi ünvan 5 ünvanda inşa etdiyi yaşayış binasının 2-ci blokunun 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 152,8 kv.m olan 3 otaqlı *** saylı mənzili, həmin binanın 2-ci blokunun 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 152,78 kv.m olan 3 otaqlı *** saylı mənzili, həmin binanın 2-ci blokunun 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 152,8 kv.m olan 3 otaqlı, *** saylı mənzili ilkin olaraq iddiaçı İddiaçı satmasına, mənzillərin pay haqqının iddiaçı tərəfindən tam olaraq əldə edilməsinə baxmayaraq, sonradan vəzifə saxtakarlığına yol verərək əlavə qazanc əldə etmək niyyəti ilə həmin mənzilləri digər cavabdehlər olan X6, Orhan Akdoğana, X1, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs6, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2, X3, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5 satmışdır.

12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 425.1, 452.1, 385.1, 567, 152.1, 157.2, 158.1.2, 337.1, 337.2-ci maddələri; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “G.Əhmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## #### 2019-cu il tarixli qərarı; Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” ## ####### 2010-cu il tarixli qərarı və Mülki Prosessual Məcəllənin 217.4 və 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

13. Ikinci iş üzrə iddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ## ### 2020-ci il tarixdə cavabdehlər mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 və MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, *** saylı mənzilə dair cavabdehlər arasında bağlanmış ##.##.2009-cu il tarixli yaşayış binasında mənzil tikintisi haqqında müqavilənin etibarsız hesab edilməsi, sözügedən mənzildən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 çıxarılması və həmin mənzilin onun faktiki mülkiyyətinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Bu iddia onunla əsaslandırmışdır ki, *** saylı mənzilə dair ##.##.2007-ci il tarixdə MTK ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs6 arasında bağlanmış müqaviləyə əsasən sonuncu MTK- da pay mülkiyyətiçisi statusu əldə etmiş, aldığı payı ona satmış və MTK ilə onun arasında ilkin tarixə dair, yəni ##.##.2007-ci il tarixə müqavilə bağlanmış, MTK-ya borcunun olmaması ilə bağlı maliyyə arayışı verilmiş, həm müqavilə, həm də maliyyə arayışı MTK- nın sədri Cahangir Alışov tərəfindən imzalanaraq təsdiq edilmişdir. Aldığı mənzilin təmir edilməsinə 2016-ci ilədək MTK-nın rəhbərliyi tərəfindən icazə verilməmiş, bu müddətdən istifadə edən MTK rəhbərliyi mənzilləri təkrarən başqa şəxslərə satmışdır. 2016cı ildənmənzilləri təmir etməyə icazə verilmiş, mülkiyyətində olan mənzili təmir etmək istəyərkən aldığı mənzilin başqaları tərəfindən təmir edildiyini görmüş, lakin mənzilin sahibini tapa bilməmişdir. Sonradan mənzilin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 satıldığını öyrənmişdir. Cavabdeh MTK-nin sədri Cahangir Alışov 2013-cü ildə notarial qaydada verdiyi ərizəyə əsasən ona mənzili satdığını, həmin mənzilə dair heç bir iddiasının olmadığını, gələcəkdə də olmayacağını qeyd etməsinə baxmayaraq, ona məxsus mənzil ##.##.2009-cu il tarixli müqavilə ilə təkrarən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5, daha sonra mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4, sonuncu dəfə isə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 satılmış və hazırda mənzil sonuncunun istifadə və sahibliyindədir. MTK-nin sədri mənzili təkrarən qeyd olunan şəxslərə satarkən mənzilin daha öncədən ona satılmasını, yəni faktiki olaraq mənzilin onun mülkiyyətində olmasını bilmiş, buna görə də sonrakı müqavilələri sadəcə pul əldə etmək üçün, yəni müqavilənin mahiyyətinə uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan qarşı tərəfi aldatmaqla uydurma əqd bağlamışdır.

15. Cavabdeh mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 iddia ərizəsinə qarşı etiraz və iddia müddətinin tətbiqinə dair ərizə verərək, iddiaçının oxşar iddianı daha əvvəl qaldırdığını və məhkəmələr tərəfindən təmin edilmədiyini, həmçinin iddia müddətini tətbiq edərək, iddianın rədd olunmasını xahiş etmişdir.

16. Bundan sonra, iddiaçı iddia müddətinin bərpasına dair ərizə təqdim edərək, müddətin buraxılmasının üzrlü hesab edilməsini, həmin müddətin ##.##.2020-ci il tarixdən hesablanmasını xahiş etmişdir.

17. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ## #### 2021-ci il tarixli qətnaməsi ilə (hakim Günel Abbasova) iddia təmin edilmişdir.

18. Birinci iş üzrə cavabdeh mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

19. Digər cavabdeh mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 da apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

20. Ikinci iş üzrə də cavabdeh olan mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2021-ci il tarixli qətnaməsindən də apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, şikayətini eyni məzmunda əsaslandırmaqla, həmçinin göstərmişdir ki, məhkəmə tərəfindən iddia müddəti ilə bağlı normalar pozulmuşdur.

21. Apellyasiya baxışında ## ###### 2021-ci il tarixli qərardadla hər iki mülki iş bir icraatda birləşdirilmişdir.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

22. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) *(***)-***/**** nömrəli, ## ###### 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – İ.Kərimli (sədrlik edən və məruzəçi), A.Isgəndərov və E.Kazımov) mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2021-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmış; mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 tərəfindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2021-ci il tarixli qətnaməsindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri isə qismən təmin edilərək, qətnaməsi qismən - MTK tərəfindən *** saylı mənzili üzərində iddiaçı İddiaçı sahiblik, istifadə və mülkiyyət hüquqlarının bərpa edilməsi və onun həmin mənzildən istifadə etmək, həmin mənzilə sərbəst, maneəsiz gediş-gəliş imkanlarının təmin edilməsi, həmin mənzildə təmir tamamlama işlərinin aparılması üçün ona şərait yaradılması və həmin mənzildən istifadə etməsinə mane olan hərəkətlərin qadağan edilməsi; MTK ilə *** saylı mənzilə dair mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs6 arasına bağlanmış ##.##.2007-ci il tarixli, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 arasında bağlanılmış ##.##.2007-ci il tarixli müqavilələrin etibarsız hesab edilməsi hissəsində ləğv edilmiş, həmin hissələrdə iddia rədd edilmişdir.

23. Göründüyü kimi, mübahisəli mənzil ilk dəfə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs6, onun tərəfindən isə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 satılmışdır (MTK-nın direktoru verdiyi ərizədə bu halı özü də təsdiq etmişdir). Daha sonra onlarla bağlanmış müqavilələr ləğv və ya etibarsız hesab edilmədən ##.##.2009-cu ildə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5, sonradan eyni tarixli sənədlərlə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4 və sonra mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 satılmışdır.

24. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, mübahisəli mənzil mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 məxsus olmuşdur. Bu halda onunla bağlanmış müqavilə ləğv edilmədən MTK ilə digər şəxslər arasında onun iradə ifadəsi olmadan qeyd edilən müqavilələr bağlana bilməzdi. Odur ki, Binəqədi Rayon Məhkəməsi MTK-nın faktiki olaraq mülkiyyətində olmayan əşya (mənzil) barəsində sərəncam verməklə, Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 ilə bağladığı müqaviləni etibarsız (əhəmiyyətsiz) hesab etməklə, sonuncunun mübahisəli mənzildən çıxarılmasını və mənzilin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 faktiki mülkiyyətinə qaytarılmasını qət etməkdə haqlı olmuşdur.

25. Kollegiya, birinci iş üzrə iddiaçı İddiaçı *** saylı mənzilə aid hissədə tələbinə münasibətdə isə qeyd etmişdir ki, artıq yuxarıda müəyyən edildiyi kimi, mübahisəli mənzil birinci mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs6, onun tərəfindən də mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 satılmışdır. İddiaçı ilə eyni tarixli müqavilə bağlansa da, hazırkı mübahisədən məlumatlı olmasına baxmayaraq, o, istintaq orqanına müraciət etməmişdir.

c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

26. Cavabdeh mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, hər iki iddia tələbinin rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

27. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) *(***)-****/**** nömrəli, ## ######## 2022-ci il tarixli qərarı ilə (hakimlər – Ə.Əhmədov (məruzəçi), V.Həsənov və İ.Şəfiyev) kassasiya şikayəti qismən təmin edilərək, apellyasiya instansiyası məhkəməsinin ## ###### 2022-ci il tarixli qətnaməsi qismən – iddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 cavabdehlər mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 ilə MTK arasında bağlanmış ##.##.2009-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi, *** saylı mənzildən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 çıxarılması və həmin mənzilin iddiaçının faktiki mülkiyyətinə qaytarılması hissələrində ləğv edilmiş, iş həmin hissələrdə yeni apellyasiya baxışına qaytarılmış, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

28. Apellyasiya instansiyası məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Q.Əsgərov (sədrlik edən və məruzəçi), F.Talışinski və A.Imanov) cavabdeh mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ## #### 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmışdır.

c) Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat

29. Azərbaycan Respublikası Ali Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2023-cü il tarixli qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-***/**** nömrəli, ## ###### 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - *** saylı mənzilə dair hissədə İddiaçı iddia tələblərinin təmin olunmayan hissəsində dəyişdirilmədən saxlanılması, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

e) Apellyasiya instansiyası məhkəməsindəki icraat

30. Maraqlarına toxunan şəxs Maraqlı şəxs tərəfindən apellyasiya şikayəti verərək qətnamənin cavabdeh Cavabdeh MTK tərəfindən ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 2-ci blokunun 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 152,8 kv.m olan 3 otaqlı *** saylı mənzili üzərində iddiaçı İddiaçı sahiblik, istifadə və mülkiyyət hüquqlarının bərpa edilməsi, iddiaçı İddiaçı həmin mənzildən istifadə etmək, həmin mənzilə sərbəst, maneəsiz gediş-gəliş imkanlarının təmin edilməsi, həmin mənzildə təmir-tamamlama işlərinin aparılması üçün ona şərait yaradılması və həmin mənzildən istifadə etməsinə mane olan hərəkətlərin qadağan edilməsi hissəsində ləğv edilərək, həmin hissədə iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

31. Apellyasiya şikayətində göstərilmişdir ki, qətnamə ilə barəsində qərar verilmiş mənzillərdən biri - Cavabdeh MTK tərəfindən ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 2-ci blokunun 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 152,8 kv.m olan 3 otaqlı *** saylı mənzil ## ###### 2007-ci ildən onun mülkiyyətində və istifadəsindədir. Belə ki, Cavabdeh MTK ## ###### 2007-ci ildə onunla Cavabdeh MTK tərəfindən ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 2-ci blokunun 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 152,8 kv.m olan 3 otaqlı *** saylı mənzilin ona satılması barədə “Yaşayış binasında mənzil tikintisi haqqında” müqavilə bağlamışdır. O, mənzilin dəyəri olaraq 68.000 manat məbləğini Cavabdeh MTK-nə ödəmiş və MTK ## ###### 2007-ci ildə bu barədə maliyyə arayışı vermişdir. Yasamal rayon məhkəməsində İddiaçı cavabdeh Cavabdeh MTK-ya qarşı iddia ərizəsinə baxılarkən, iddia ərizəsində mübahisələndirilən mənzilərdən biri - Cavabdeh MTK tərəfindən ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 2-ci blokunun 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 152,8 kv.m olan 3 otaqlı *** saylı mənzil onun mülkiyyətində, sahibliyində və istifadəsində olmasına, onun ailəsi lə birlikdə həmin mənzildə yaşamağına baxmayaraq, məhkəmə onu prosesə cəlb etməmişdir. İddiaçı iddiasında ünvan 3 ünvanında yerləşən, "xxxx” MTK-nə məxsus yaşayış binasının 2 ci blokunun 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 152,8 kv.m olan 3 otaqlı *** saylı mənzilə aid Cavabdeh MTK ilə ##.##.2007- ci il tarixdə bağlanılmış müqaviləyə əsaslanmışdır. Lakin Cavabdeh MTK ## ###### 2007-ci ildə onun Cavabdeh MTK tərəfindən ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 2-ci blokunun 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 152,8 kv.m olan 3 otaqlı *** saylı mənzilin mənə satılması barədə “Yaşayış binasında mənzil tikintisi haqqında” müqavilə bağlamışdır. O, mənzilin dəyəri olaraq 68.000 manat məbləğini Cavabdeh MTK-ya ödəmiş və MTK ## ###### 2007-ci ildə bu barədə maliyyə arayışı vermişdir. Deməli, Cavabdeh MTK onunla ## ###### 2007-ci ildə müqavilə bağladıqdan sonra – ## #### 2007-ci ildə Daqirxan Muradova həmin mənzilə aid müqavilə verə bilməzdi. O, bu mənzili aldıqdan, mənzil hazır olub ona təhvil verilkdikdən sonra oranı təmir eləmiş və ailəsi ilə birlikdə bu ünvanda, bu mənzildə yaşayır. Daqirxan Muradov 2025-ci ilin dekabr ayına qədər heç vaxt bu mənzilə gəlməmiş və bu mənzilə aid heç bir iddia bildirməmişdir. Ona 2007-ci ilin dekabr ayında onun mənzilinə aid Cavabdeh MTK tərəfindən müqavilə verilməsi, Daqirxan Muradovun bu qədər vaxt ərzində mənzilə dair binaya gəlməklə, heç bir iddia irəli sürməməsi, mənzilin başqasının mülkiyyətində, sahibliyində və istifadəsində olmasını bilərək, məhkəməyə bu barədə məlumat verməməsi onun və ailə üzvlərinin hüquqlarını və qanunla qorunan mənafelərini pozmuşdur. Bu halda hakim Daqirxan Muradovun iddiasında qeyd etdiyi bütün mənzilərin dəfələrlə basşqa şəxslərə satılmasını gördüyündə, mənzilin faktiki olaraq kimin istifadəsində olmasını araşdırmaq üçün heç olmasa mənzilə yerində baxış keçirməli idi ki, hakim bunu da etməmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

32. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və verilən izahatlar

33. Məhkəmə kollegiyasının iclasında marağına toxunan şəxs Maraqlı şəxs apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi.

34. Məhkəmə kollegiyasının iclasında maraqlarına toxunan şəxsin nümayəndəsi-vəkili nümayəndə1 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi, izahatında qeyd etdi ki, kommunal ödənişlərlə bağlı qəbzləri təqdim etmişdir. Bundan əlavə binaya qaz 2023-cü ildən, işıq ##.##.2022-ci il, su isə ##.##.2022-ci il tarixdən verilmişdir. Cavabdeh Mənzil Tikinti Kooperativi yazılı mülahizə təqdim edərək göstərmişdir ki, 2010-2021-ci illərdə mənzillərin sayğacı olmayıb. Kommunal ödənişlər MTK vasitəsilə dövlətə ödənilib. Həmçinin, Maraqlı şəxs da bildirdiyi kimi o, iddiaçını indiyə qədər görməmişdir. Uzun müddətdir ki, ailəsi ilə birgə həmin mənzildə yaşayır.

35. Hazırkı məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçı və cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası onların üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə iddiaçı və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq normaları:

36. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

Maddə 178.8. Mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər (##.##.2018-ci il tarixədək qüvvədə olan redaksiya). Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.

37.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” ## ####### 2010-cu il tarixli Qərarı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər.

38. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;

Apellyasiya baxışının hədləri

39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

40. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının iddianın cavabdeh Cavabdeh MTK tərəfindən ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 2-ci blokunun 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 152,8 kv.m olan 3 otaqlı *** saylı mənzil üzərində iddiaçı İddiaçı sahiblik, istifadə və mülkiyyət hüquqlarının bərpa edilməsi, iddiaçı İddiaçı *** saylı mənzildən istifadə etmək, həmin mənzilə sərbəst, maneəsiz gediş-gəliş imkanlarının təmin edilməsi, həmin mənzildə təmir-tamamlama işlərinin aparılması üçün ona şərait yaradılması və həmin mənzildən istifadə etməsinə mane olan hərəkətlərin qadağan edilməsi tələbinin təmin edilən hissəsində yoxlanılması təşkil edir. Çünki marağına toxunan şəxs Maraqlı şəxs qətnaməni yalnız həmin hissədə mübahisələndirmişdir.

Işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

41. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə - ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 2-ci blokunun 4cü mərtəbəsində yerləşən ümumi sahəsi 152,8 kv.m olan 3 otaqlı *** saylı mənzil üzərində iddiaçı İddiaçı sahiblik, istifadə və mülkiyyət hüquqlarının bərpa edilməsi, iddiaçı İddiaçı *** saylı mənzildən istifadə etmək, həmin mənzilə sərbəst, maneəsiz gediş-gəliş imkanlarının təmin edilməsi, həmin mənzildə təmir-tamamlama işlərinin aparılması üçün ona şərait yaradılması və həmin mənzildən istifadə etməsinə mane olan hərəkətlərin qadağan edilməsi barədə tələbin təmin edilən hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə təmin edilməməlidir. 42.Belə ki, iddiaçı İddiaçı Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşmiş Cavabdeh MTK-nın tikilməkdə olan binasında 2-ci girişi, 4-cü mərtəbəsində ümumi sahəsi 152,8 kv/m olan *** nömrəli 3 otaqlı mənzilə dair iddia tələbini onunla Cavabdeh MTK arasında bağlanmış ##.##.2007-ci il tarixli müqaviləyə əsasən irəli sürmüşdür. 43.Lakin işdən görünür ki, mübahisə predmeti olan *** saylı mənzilə dair Maraqlı şəxs ilə daha əvvəl tarixdə müqavilə bağlanmışdır.

44. Belə ki, yaşayış binasında mənzil tikintisi haqqında ##.##.2007-ci il tarixli müqaviləyə əsasən Cavabdeh MTK Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşmiş Cavabdeh MTK-nın tikilməkdə olan binasında 2-ci girişi, 4-cü mərtəbəsində ümumi sahəsi 152,8 kv/m olan *** nömrəli 3 otaqlı mənzili alıcı Maraqlı şəxs verməyi, alıcı isə həmin mənzilin haqqını vaxtında Cavabdeh MTK-ya ödəməyi öhdəsinə götürmüşdür.

45. Cavabdeh MTK tərəfindən verilmiş ##.##.2007-ci il tarixli maliyyə arayışına əsasən məlum olur ki, mənzilin 68000 manat pay haqqı alıcı tərəfindən ödənilmişdir.

46. Əvvəlki məhkəmə iclasında marağına toxunan şəxs Maraqlı şəxs nümayəndəsi izahatında qeyd etmişdir ki, Maraqlı şəxs ailəsi ilə birgə həmin binada yaşayır. O, 2007-ci ildə həmin mənzili almışdır. Onun həmin binada başqa mənzilləri də olub. Bu mənzili isə özü üçün alıb, təmir edərək orada yaşayır. O, 15 ildən çoxdur ki, həmin mənzildə yaşayır. Kommunal ödənişlərlə bağlı qəbzlər də mövcduddur. Həmin qəbzləri, Maraqlı şəxs orada yaşaması ilə bağlı MMMC-nin arayışını məhkəməyə təqdim edə bilər. Binanın komendantı Maraqlı şəxs bildirib ki, bir nəfər ona yaxınlaşıb, məhkəmə qətnaməsini göstərib və *** saylı mənzilin ona məxsus olduğunu bildirib. Qətnamə 2021-ci ildə çıxarılsa da, indiyə qədər həmin qətnamənin icrası ilə bağlı heç bir məlumat göndərilməyib.

47. Cavabdeh MTK-nın sədri C.H.Alışov mülahizəsində qeyd etmişdir ki, ünvan 2 ünvanda Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən inşa olunmuş yüksəkmərtəbəli yaşayış binasının 2-ci giriş, 4-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 152.8 kv.metr olan *** saylı mənzil ## ###### 2007-ci il tarixli müqavilə və maliyyə arayışı ilə Maraqlı şəxs 68000 manata razılaşdıraraq satılmışdır, Alıcı həmin sahənin dəyərini tam olaraq MTK-ya ödəmiş və 2010-cu ildə alıcıya təhvil verilmişdir. 2014-cü ildə həmin mənzil Maraqlı şəxs tərəfindən təmir olunmuş və 2016-cı ildən həmin mənzildə ailə üzvləri ilə birlikdə yaşayır. Mənzilin bütün kommunal xərcləri Maraqlı şəxs tərəfindən ödənilir. İddiaçı MTK-a tərəfindən verilmiş mənzilə dair müqavilə və maliyyə arayışı MTK-da hüquqşünas kimi çalışan X5 tərəfindən verilmişdir. X12 xxxx MTK-nın binasından yaşayış və qeyri-yaşayış sahələrini müxtəlif şəxslərin adlarına yazdıraraq pullarını mənimsəmişdir, mənzillərin ödənişlərini MTK-ya ödəməmişdir. Ona görə də həmin müqavilələr birtərəfli qaydada MTK tərəfindən ləğv olunmuşdur. X5 ilə rəhbəri olduğu digər MMC və MTK-lar da məhkəmə mübahisələri olmuş, məhkəmələr xeyrinə qərarlar qəbul etmişdir. Ehtiyac yaranarsa həmin qətnamələri işə əlavə edər. Bundan başqa bildirmək istəyirəm ki, İddiaçı xxxx MTK-nın rəhbər şəxsləri ilə bağlı Azərbaycan Respublikası Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş Idarəsində istintaqı aparılmış cinayət işi ilə bağlı 2014- 2019-cu illərdə həm məlumatlı olmuş, həmdə istintaq orqanlarına dəvət olunsa da şəxsən iştirak etməmiş, telefonla əlaqə yaradılarkən istintaqa “mənim xxxx MTK-da hər hansı bir əmlakım yoxdur, X5 ilə dostluq münasibətim var, mənim şəxsiyyət vəsiqəmdən istifadə edib, məni bununla bağlı məlumatlandırıb” cavabını vermişdir. Sual olunur niyə bugünə qədər bununla bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş Idarəsinə hər hansı bir şikayəti və iddia tələbi olmamışdır?

48. Iş materialında olan abunə haqqı məlumatdan görünür ki, mübahisə predmeti olan mənzil üzrə sayğac ##.##.2022-ci il tarixdə quraşdırılmış, abonent kimi Maraqlı şəxs qeyd edilmişdir. Bundan əlavə, sukanal Idarəsi üzrə ödənişlərdən görünür ki, 2022-ci ildən bəri ödənişlər Maraqlı şəxs tərəfindən edilmişdir.

49. Cavabdeh MTK-nın ##.##.2026-cı il tarixli məktubunda qeyd edilir ki, ünvan 6 ünvanda inşa etdiyi binada kommunal şəraitlər (su, işıq, qaz) 2021-ci ilin ikinci yarısından dövlətə təhvil verilmişdir. 2010-cu ildən 2021-ci ilədək olan dövrlərdə mənzillər mexaniki sayğaclarla təmin edilmiş və mənzillərin istifadə etdikləri bütün kommunal ödənişlər Mənzil Tikinti Kooperativi vasitəsilə dövlətə ödənilmişdir. 50.Kollegiya qeyd edir ki, işin halları ilə müəyyən olunur ki, mübahisə predmeti olan ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 2-ci blokunun 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 152,8 kv.m olan 3 otaqlı *** saylı mənzillə bağlı ##.##.2007-ci il tarixdə xxxx” MTK ilə alıcı Maraqlı şəxs arasında müqavilə bağlanmış və alıcı mənzilin dəyərini ödəmişdir və mənzil Maraqlı şəxs təhvil verilmişdir. 51.Kollegiya qeyd edir ki, iddiaçı mübahisə predmeti olan mənzilə dair ##.##.2007-ci il tarixli müqaviləyə istinad etsə də Maraqlı şəxs ilə eyni mənzilə dair bağlanmış müqavilə ##.##.2007-ci il tarixlidir. Mənzil hətta Maraqlı şəxs istifadəsindədir.

52. Göründüyü kimi, mübahisələndirilən hissədə qətnamə maddi hüquq normalarının pozulması, mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi ilə qəbul edilmişdir.

53. Beləliklə, kollegiya qeyd edir ki, marağına toxunan şəxs Maraqlı şəxs apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə - ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 2-ci blokunun 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 152,8 kv.m olan 3 otaqlı *** saylı mənzil üzərində iddiaçı İddiaçı sahiblik, istifadə və mülkiyyət hüquqlarının bərpa edilməsi, iddiaçı İddiaçı *** saylı mənzildən istifadə etmək, həmin mənzilə sərbəst, maneəsiz gediş-gəliş imkanlarının təmin edilməsi, həmin mənzildə təmir-tamamlama işlərinin aparılması üçün ona şərait yaradılması və həmin mənzildən istifadə etməsinə mane olan hərəkətlərin qadağan edilməsi barədə tələbin təmin edilən hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi təmin edilməməli, ödənilmiş rüsum tərəfin özünə aid edilməlidir.

54. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Marağına toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 2ci blokunun 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 152,8 kv.m olan 3 otaqlı *** saylı mənzil üzərində iddiaçı İddiaçı sahiblik, istifadə və mülkiyyət hüquqlarının bərpa edilməsi, iddiaçı İddiaçı *** saylı mənzildən istifadə etmək, həmin mənzilə sərbəst, maneəsiz gediş-gəliş imkanlarının təmin edilməsi, həmin mənzildə təmir-tamamlama işlərinin aparılması üçün ona şərait yaradılması və həmin mənzildən istifadə etməsinə mane olan hərəkətlərin qadağan edilməsi barədə tələbin təmin edilən hissəsində ləğv edilsin. Həmin hissədə iddia tələbi təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş rüsum tərəfin özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Məhəmməd Rüstəmli Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar