Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5369/2021 09.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-87/2021 saylı, 12 mart 20021-ci il tarixli qətnaməsindən cavabdeh X3 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “mülkiyyət və sahiblik hüquqlarının pozulmasının aradan qaldırılması, mülkiyyətdən istifadəyə mane olan hərəkətlərin qadağan edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Cavabdeh yaşayış massivi, M.Xiyabani küçəsi 5 ünvanda inşa edilən yaşayış binasının 2-ci blokunun 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 152,8 kv.m olan 3 otaqlı 141 saylı mənzili, həmin binanın 2-ci blokunun 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 152,78 kv.m olan 3 otaqlı 181 saylı mənzili, həmin binanın 2-ci blokunun 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 152,8 kv.m olan 3 otaqlı, 173 saylı mənzili üzərində onun sahiblik, istifadə və mülkiyyət hüquqlarının bərpa edilməsi, həmin mənzillərdən istifadə etmək, həmin mənzillərə sərbəst, maneəsiz gediş-gəliş imkanlarının təmin edilməsi, həmin mənzillərdə təmir-tamamlama işlərinin aparılması üçün ona şərait yaradılması və həmin mənzillərdən istifadə etməsinə mane olan hərəkətlərin cavabdehə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin olunmuşdur. Cavabdeh X1 qətnamədən apellyasiya qaydasında şikayət vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 06 may 2021-ci il tarixli qərardadı ilə verilmiş apellyasiya şikayəti apellyasiya icraatı qaydasında baxılması üçün mümkün hesab edilmişdir. İşə apellyasiya qaydasında baxılan zaman Bakı şəhəri Yasamal Rayon Məhkəməsi 2(004)-87/2021 saylı, 05 iyul 2021-ci il tarixli məktubla müraciət edərək cavabdeh X2 da həmin qətnamədən apellyasiya şikayəti verməsi ilə əlaqədar olaraq mülki işin Yasamal Rayon Məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək hesab edir ki, mülki iş apellyasiya baxışından çıxarılmalı və cavabdeh Y.Əfəndiyevanın apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli qətnaməsindən cavabdeh X3 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki iş apellyasiya baxışından çıxarılsın və cavabdeh X2 həmin qətnamədən verdiyi apellyasiya şikayətinin mümkünlüyü məsələsinə baxılması üçün Yasamal Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-5369/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5369/2021
09.07.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver