Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1070/2021 25.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrliyi və məruzəsilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Hüseynova Amilya Aqil qızının katibliyi ilə, İddiaçı, Maraqlı şəxs iştirakları ilə, İddiaçı cavabdeh 2 saylı Bakı "ASAN Xidmət” X16 (Maraqlı şəxs) qarşı "miras payından imtinaya dair ərizənin ləğv edilməsi” tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4349/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh 2 saylı Bakı "ASAN Xidmət” X8rşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Bakı şəhəri 2 saylı "ASAN Xidmət” Notariat Ofisi tərəfindən xx.xx.2020-ci il tarixli 8i-655 saylı reyestrdə qeydə alınmış imtina ərizəsinin ləğv edilməsi, X6 məxsus miras əmlakına dair vərəsəlik işinin yenidən açılaraq payların müəyyənləşdirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında maraqlı şəxs qismində cəlb edilən Maraqlı şəxs ərizə təqdim edərək, imtina ərizəsinin ləğv edilməsinə etiraz etdiyini qeyd etmiş və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.Maraqlı şəxs izahatında bildirmişdir ki, qardaşlarını aldatmamışdır, hələ mübahisəli mənzillə bağlı sənədləşmə işləri bitməmişdi, ona görə də ev hələ satılmamışdır. Ev satıldığı təqdirdə qardaşlarının payını verəcək. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən olunmuşdur ki: AZ-İİ seriyalı, 061040 nömrəli 2 saylı Bakı "ASAN xidmət” Mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətinə əsasən, X11 xx xxxxxx 2019-cu ildə vəfat etmişdir və 1965 akt nömrəsi ilə qeyd edilmişdir (səh.7); X1 xx xxxxxx 2020-ci il tarixli **********656 nömrəli ərizəsinin surətindən görünür ki, o, xx.xx.2019-cu il tarixdə vəfat etmiş qardaşı- X3 miras qalmış əmlakdan ona düşən paydan mərhumun qardaşı- Maraqlı şəxs xeyrinə imtina etmişdir (səh.25); İddiaçı xx xxxxxx 2020-ci il tarixli **********656 nömrəli ərizəsinin surətindən görünür ki, o, xx.xx.2019-cu il tarixdə vəfat etmiş qardaşı- X3 miras qalmış əmlakdan ona düşən paydan mərhumun qardaşı- Maraqlı şəxs xeyrinə imtina etmişdir (səh.26); doğum haqqında şəhadətnamənin surətinə əsasən, İddiaçı xx.xx.1948-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası Əliyev X19, anası X27 Mövsüm qızıdır (səh.27); AZ-T seriyalı 122517 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən, Maraqlı şəxs xx.xx.1946-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası Əliyev X19, anası X27 Mövsüm qızıdır (səh.30); doğum haqqında şəhadətnamənin surətinə əsasən, X7 xx.xx.1951-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası Əliyev X19, anası X27 Mövsüm qızıdır (səh.32); AZ-İİ seriyalı, 018894 nömrəli Bakı şəhəri Xətai rayonu Qeydiyyat Şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx xxxxxx 1978-ci ildə vəfat etmişdir və 189 akt nömrəsi ilə qeyd edilmişdir (səh.29); AZ-İİ seriyalı, 018893 nömrəli Bakı şəhəri Xətai rayonu Qeydiyyat Şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X27 Mövsüm qızı xx xxxxxx 1979-cu ildə vəfat etmişdir və 1595 akt nömrəsi ilə qeyd edilmişdir (səh.31); "xxxx” MTK tərəfindən verilən xx xxxxxx 2019-cu il tarixli arayışın surətinə əsasən, X11 "xxxx” MTK tərəfindən Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəmov 20 ünvanında inşa edilən 2-ci binada, 6-cı mərtəbə, 35 saylı, 46.9 kv.m, 1 otaqlı mənzili ********* №-li "Payçı müqaviləsinə” əsasən xx xxxxxxxx 2018-ci il tarixində 58625 manat dəyərinə almışdır (səh.28); 404937 nömrəli Bakı şəhəri Kirov Qeydiyyat Şöbəsi tərəfindən verilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətinə əsasən, X11 ilə X10 arasında bağlanmış nikah pozulmuşdur və 115 akt nömrəsi ilə qeyd edilmişdir (səh.33) İddiaçı notarius ofisinə ərizə təqdim edərək, ərizəsində qeyd etmişdir ki, qardaşıxx.xx.1942-ci il təvəllüdlü X9 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. xx.xx.2020-ci il tarixdə 2 saylı Bakı "Asan Xidmət” Mərkəzinin notariat ofisində mərhum - X4 mirasına dair vərəsəlik işi açılmışdır. xx.xx.2020-ci il tarixində o, notariat ofisində mərhum qardaşından qalmış miras əmlakdan qardaşı Maraqlı şəxs xeyrinə imtina ərizəsi yazmışdır. Həmin ərizəni ləğv etməyi və vərəsəlik işi ilə bağlı sənədləşmənin dayandırılmasını notarius ofisindən xahiş etmişdir (səh.22) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 2 saylı Bakı "ASAN xidmət” X13 tərəfindən İddiaçı müraciətinə cavab olaraq ünvanlanan xx xxxx 2020-ci il tarixli, 1065 nömrəli məktuba əsasən, 2 saylı Bakı "ASAN xidmət” X13ndə, xx.xx.2019-cu il tarixdə vəfat etmiş, xx.xx.1942-ci il təvəllüdlü qardaşları- X3 miras qalmış əmlaka dair vərəsəlik işi açılmışdır. xx.xx.2020-ci il tarixli 8i-655 saylı reyestrdə qeydə alınmış ərizəsində mərhum qardaşı - X3 miras qalmış əmlaka dair ona düşən paydan qardaşı - Maraqlı şəxs xeyrinə imtina etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1268-ci maddəsi, yəni mirasdan imtinanın hüquqi nəticələri və bu ərizənin geri götürülməməzliyi onlara izah olunmuşdur. 10 gün vaxt müddəti ilə ərizənin ləğvi ilə bağlı məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur və göstərilən vaxt müddətində məhkəməyə müraciəti barədə məlumat gəlmədiyi təqdirdə qanunvericiliyə əsasən notariat əməliyyatı aparılacağı bildirilmişdir (səh.8). Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4349/2020 saylı işi üzrə xx.xx.2020ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1256, 1268-ci maddələrinə istinadən qeyd edilmişdir ki, İddiaçı xx xxxxxx 2020-ci il tarixdə 2 saylı Bakı "ASAN Xidmət” X14 **********656 nömrəli ərizəsinə əsasən xx.xx.2019-cu il tarixdə vəfat etmiş qardaşı-X3 miras qalmış əmlakdan ona düşən paydan qardaşı- Maraqlı şəxs xeyrinə imtina etmişdir. Həmin vaxt notarius tərəfindən ona Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1268-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyət, yəni vərəsənin mirası qəbul etməkdən imtina etdiyi barədə verdiyi ərizənin geri götürülməsinə yol verilməməsi izah edilmişdir. İddiaçının fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli şəxs olması təsdiq edilmir. İddiaçı öz sərbəst iradəsi ilə mərhum qardaşı X3 qalan mirasdan ona düşən paydan könüllü imtina etdiyindən, ona imtinanın nəticələri və ərizənin geri götürülməzliyi izah olunduğundan, onun imtina ərizəsinin ləğv edilməsi və vərəsəlik işinin yenidən açılaraq payların müəyyənləşdirilməsinə dair iddia tələbi təmin olunmamalıdır. İddiaçı apellyasiya şikayəti verərək, Xətai Rayon Məhkəməsinin 2(011)-4349/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində Azərbaycan Respublikasının Konstitusiyasının 26-cı maddəsinə; “İnsan hüquqları haqqınıla Ümumi Bəyənnamə”-nin 8ci maddəsinə; MM-in 1256, 1268; MPM-in 372, 385-ci maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmə işin materiallarını tam və obyektiv araşdırmayaraq sözü gedən notariat əməliyyatının vacib yanılmanın təsiri nəticəsində və qardaşı Maraqlı şəxs onların yaşlı olmasından sui-istifadə etməsi nəticəsində həyata keçirilməsi faktını lazimi qaydada araşdırmamışdır. Bununlada, onun maddi-prosessual hüquqları kobud surətdə pozulmuşdur. Həmçinin, məhkəmə prosesində Maraqlı şəxs iddia ərizəsinə etiraz ərizəsi təqdim edərək, iddianın rədd olunmasını xahiş etməklə yanaşı iddianı qismən etiraf etmişdir. Beləki, onun izahatında qeyd olunmuşdur ki, sözü gedən mübahisə predmeti olan mənzil hələ satılmamışdır və ev satıldığı təqdirdə onların qanunla müəyyən olunmuş miras payı guya onlara verəcəkdir. Bu izahatdanda açıq-aşkar aydındır ki, qardaşı Maraqlı şəxs xeyrinə miras payından imtina etməsinin mahiyyətini tam anlamamış və nəticədə Maraqlı şəxs bu hərəkətlərindən, yəni yaşlı olduğu üçün vəziyyətdən sui-istifadə etməsi ilə məsələnin bu həddə gələcəyindən xəbərsiz olmuşlar. baş vermiş bu notariat hərəkətinin nəticələri barədə məlumatlı deyildi, qardaşı Maraqlı şəxs güvənərək və vacib yanıİmanın təsiri ilə baş vermiş miras paydan onun xeyrinə imtina ərizəsi məhkəmə tərəfindən ləğv edilməlidir. onlar öz iradəsinə uyğun olaraq onlara düşən miras paydan imtina etməmişlər, miras payın realizə üçün notarial hərəkətlərin aparılmasının sürətləndirilməsi məqsədilə imza atılmışdır, yaşlı olduqları üçün miras payın bölüşdürülməsi prosesini sürətləndirmək məqsədilə qardaşı Maraqlı şəxs bu məsələ ilə əlaqədar yaxından maraqlanması və onların miras payda olan hüquqlarının müdafiəsi üçün ərizənin imzalanmasını məcburi olan prosessual qayda hesab etmiş, onun yaşlı və illər öncə aldığı travma nəticəsində hadisələrin mahiyyətini dərk etməkdə çətinlik çəkməsi ilə bağlı məsələ öz əksini tapmamışdır. Bu nə Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş sözü gedən qətnamədə, nə də qanunvericilikdə müvafiq normasında öz əksini tapmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, Maraqlı şəxs onu aldadaraq qolundan tutub Notariat Ofisinə apardığını, orada imtina barədə ərizəyə imza etdirdiyini, Maraqlı şəxs ona notariusun evi bir adamın adına keçirtməsi müqabilində sənədləri hazır etdiklərini bildirdiyini, 3 qardaş arasında ev satıldıqdan sonra pulun bölünməsi barədə razılığa gəldiklərini, lakin sonradan ona inanmadığını, Maraqlı şəxs ona pul verməyəcəyini və aldanıldığının düşündüyünü bildirmiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Maraqlı şəxs apellyasiya şikayətini qəbul etməyərək, MTK-nın ondan vərəsəlik şəhadətnaməsini tələb etdiyini, buna görə notariat ofisinə getdiyini, qardaşının miras payından imtina barədə ərizə verdiklərini, ərizə yazmağa məcbur etmədiyini, sonradan iddiaçının öz payını ondan tələb etdiyini, iddiaçını aldatmadığını, evin sənədlərini hazır etdikdən sonra evi satıb pulu 3 hissəyə böləcəyi barədə razılığa gəldiklərini bildirmiş və qətnamənin qüvvədə saxlanılmasını xahiş etmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsinə baxmayaraq, cavabdeh 2 saylı Bakı "ASAN Xidmət” X15 nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası mübahisə edilən hissədə apellyasiya şikayətinin dəlillərinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 77.1, 80, 82.1, 106.2, 217, 372, 385, 386, 388, 390; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324, 326, 327, 337-354, 421-424, 1268-ci maddələrinə əsasən hesab edir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri, qanunla müəyyən olunmuş qaydada əldə edilən, habelə işdə tərəflərin öz tələb və etirazlarını müəyyən edən (sübuta yetirən) faktlarla və hallarla əlaqədar (məhkəmə iclasında tədqiq olunmuş) sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Diqqətə çatdırılmalıdır ki, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi və ya dəyişdirilməsi üçün əsaslar mövcud deyildir, iddiaçının fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli şəxs olması, ələlxüsus cavabdehə qarşı yönələn tələbin nədən ibarət olması (cavabdehlik daşıması) və ərizənin ləğv edilməsi əsaslarının tələbinin dəlillərinə uyğunluğunun qanuni əsasları müəyyən edilmir. Mirası qəbul etməkdən imtina etmək barədə ərizə birtərəfli əqd hesab edildiyi halda belə tələbin nədən ibarət olmalı olduğu və tələbin yönəldiyi cavabdehlik daşımalı olan şəxslərin dairəsi maddi və prosessual qanunvericiliyə müvafiq müəyyən edilməlidir. Qeyd edilməlidir ki, tələbdə əqdin etibarsızlığına dəlalət edən dəlillər irəli sürülsədə onun ləğvi tələbinə iddia irəli sürülmüşdür. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, MPMnin 119-cu maddəsinə əsasən məhkəmələrə müraciətlərlə bağlı ödənilmiş dövlət rüsumları üzrə məhkəmə xərcləri onları ödəyən şəxslərə aid edilməlidir. Şərh olunanları nəzərə alaraq, Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, kollegiya :q ə t e t d i İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4349/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1070/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1070/2021
25.01.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver