Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1070/2025 17.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, X7 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi X12, İddiaçının nümayəndəsi-vəkili Vəkil1, Cavabdeh və onun nümayəndəsi-vəkili Vəkil3 iştirakı ilə, İddiaçı MTK-nın Cavabdeh qarşı “müqaviləyə dəyişiklik edilməsi”, birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh İddiaçı MTK-ya qarşı “müqaviləyə dəyişiklik edilməsi və kirayə haqqı” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 oktyabr 2024-cü il tarixli, 2(005)-30/2024 nömrəli qətnaməsindən İddiaçı MTK tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: ünvan 1 ünvanında yerləşən mənzil xx.xx.1997-ci il tarixdən Cavabdeh məxsusdur. Tərəflər arasında bağlanmış 29 oktyabr 2021-ci il tarixli 7 №-li müqaviləyə əsasən, “Lider-N’ MTK ünvan 1 ünvanda yerləşən Cavabdeh məxsus mənzilin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, Cavabdeh mülkiyyətində olan 5 otaqlı, faktiki 295,0 m2 mənzilin dövlət reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsində 25% əlavə etməklə “3 ədəd tam təmirli 4 otaqlı hər biri 180.9 m2” mənzillərin onun mülkiyyətinə verilməsi, Cavabdeh isə söküləcək mənzilin “Lider-N" MTK-nın istifadə və sahibliyinə verməsi barədə müqavilə bağlanmışdır. Hazırda ünvan 1 ünvanda yerləşən mənzil və həyətyanı sahəsi sökülmüş, onun yerində hündürmərtəbəli yaşayış binası inşa edilmişdir. “Lider-N" MTK müqavilədə olan “3 ədəd tam təmirli 4 otaqlı" ifadəsinin “2 ədəd tam təmirli 4 otaqlı” ifadəsi ilə əvəz edilməsi, cavabdehə xx.xx.2021-ci il tarixli, 7 saylı Müqavilə əsasında 2 ədəd 4 otaqlı, hər biri 180,9 kvm sahəsi olan mənzillərin verilməsi barədə hazırki tələblə məhkəməyə müraciət etmişdir. Həmçinin birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh “Lider-N" MTK-ya qarşı iddia ilə məhkəməyə müraciət edərək, mübahisəli müqavilənin qismən, 1.1ci bəndində “295 kv.m” sözünün “465 kv.m” sözləri ilə əvəz edilməklə dəyişdirilməsini və kirayə haqqına görə yaranmış kirayə borcunun cavabdeh "xxxx" MTK-dan tutularaq ona ödənilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı MTK Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə bağlanmış xx.xx.2021-ci il tarixli, 7 saylı Müqavilənin 1.1-ci bəndində “3 ədəd tam təmirli 4 otaqlı" ifadəsinin 2 ədəd tam təmirli 4 otaqlı” ifadəsi ilə əvəz edilməsi, cavabdehə xx.xx.2021-ci il tarixli, 7 saylı Müqavilə əsasında 2 ədəd 4 otaqlı, hər biri 180,9 kvm sahəsi olan mənzillərin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 nömrəli Qərarı ilə Bakı şəhərinin bir sıra rayonlarının, o cümlədən Nərimanov rayonunda qəzalı vəziyyətdə olan yaşayış binasının sökülməsi və yenidən qurulması, ərazi və ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırma sənədlərinin hazırlanması (tikinti layihələrinin işlənməsindən əvvəl) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılması qərara alınmışdır. Sözügedən Qərarın 1-ci bəndinə əsasən 5 il müddətində mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə əməl etməklə qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən yaşayış və qeyri-yaşayış binalarının sökülməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisi üçün sökülməsi nəzərdə tutulan qeyri-yaşayış və yaşayış evlərinin ərazisindən istifadə edilməsi və dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi Nərimanov Rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. Həmin Qərarın 1.3-cü bəndinə əsasən qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün köçürülən sakinlərə lazımi maliyyə vəsaitinin ödənilməsi və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasından müvafiq mənzillərin ayrılması nəzərdə tutulmuşdur. Bununla bağlı hüquqların (ərazinin və tikintiyə icazənin) “Lider N" MTK-ya verilməsinə dair Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin xx.xx.2016-cı il tarixli 970 saylı və xx.xx.2017-ci il tarixli 357 saylı Sərəncamları mövcuddur. Layihə çərçivəsində cavabdeh Esmira Abdullayevlə xx.xx.2021-ci il tarixli 7 nömrəli Müqavilə imzalanmış, ona məxsus ünvan 2 ünvanında yerləşən 5 otaqlı, faktiki sahəsi 295 kvm olan mənzilinin əvəzində ona 25% əlavə edilməklə 2 ədəd tam təmirli 4 otaqlı, hər biri 180,9 kvm sahəsi olan mənzillər verilmişdir. Lakin Müqavilədə texniki səhv olmuş, Müqavilənin 1.1-ci bəndində mənzillərin sayı 2 əvəzinə 3 göstərilmişdir. Müqavilədəki səhvin düzəldilməsi üçün qarşı cavabdehə pretenziya bildirişi göndərilmişdir, lakin Müqaviləyə dəyişiklik edilməsindən boyun qaçırmışdır. Eyni zamanda iddiaçı Cavabdeh "xxxx" MTK-ya qarşı “müqavilədə dəyişiklər edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Mənzil-Tikinti Kooperativi arasında bağlanmış xx.xx.2021-ci il tarixli 7 saylı müqavilənin 1.1-ci bəndində “ünvan 3 ünvanında yerləşən 5 otaqlı, faktiki sahəsi 295 kv.m” sözlərinin əvəzinə “ünvan 3 ünvanında yerləşən 5 otaqlı, faktiki sahəsi 465 kv.m” sözləri ilə əvəz edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göstərilən iddia tələbi əsasında 2(011)-3372/2022 saylı mülki iş xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatına daxil olmuşdur. İddiaçı Cavabdeh iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" Mənzil-Tikinti Kooperativinə müraciət edərək aralarında bağlanmış xx.xx.2021-ci il tarixli 7 saylı müqaviləsnin 1.1-ci bəndinə dəyişikliklər edilməsini xahiş etmişdir. Lakin xahişi nəzərə alınmamış və cavabdeh tərəfindən bu müqavilədə qarşılıqlı razılaşma ilə düzəlişin edilməsi mümkün olmamışdır. ünvan 3 xüsusi mülkiyyətindədir. "xxxx" Mənzil-Tikinti Kooperativi onun və digər qonşuların yaşadığı bu ərazidə hündürmərtəbəli ev tikmək üçün xeyli müddət danışıqlar aparmışdır. Onunla aparılan danışıqlar zamanı da fərdi yaşayış evinin yerləşdiyi 465 kv.m torpaq sahəsinin əvəzinə "xxxx" Mənzil-Tikinti Kooperativindən 3 ədəd 4 otaqlı, hər birinin sahəsi 180.9 kv.m olan mənzillərin verilməsi ilə razılığa gəlmişdir. Həmçinin bu 3 ədəd 4 otaqlı mənzildən əlavə, qardaşı X6 da ümumi sahəsi 50 kv.m olan 1 otaqlı mənzilin verilməsinə dair razılığa gəlmişlər. Bundan sonra xx.xx.2021-ci il tarixli 7 saylı müqavilə və qardaşı X11 ilə də xx.xx.2021-ci il tarixli müqavilə bağlandı. Qeyd etdiyi kimi "xxxx" Mənzil-Tikinti Kooperativi ilə 3 ədəd 4 otaqlı mənzilin verilməsinə razılığa gəldikləri üçün və aralarında bağlanmış müqavilədə 3 ədəd 4 otaqlı, hər biri 180.9 kv. m mənzilin verildiyi göstərildiyi üçün müqavilənin digər bəndlərinə fikir verməmişdir. Lakin bu günlərdə "xxxx" Mənzil-Tikinti Kooperativi ona qarşı aralarında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilədə dəyişiklik edilməsi ilə əlaqədar məhkəməyə iddia ərizəsi verdikdən sonra həmin müqavilədə mülkiyyətində olan mənzilin faktiki sahəsinin 295 kv.m olduğunu görmüşdür. Yuxarıda qeyd etdiyi kimi, mülkiyyətində olmuş fərdi yaşayış evinin faktiki sahəsi 465 kv.m olduğu halda, əsassız olaraq 295 kv.m göstərilmişdir. Müqavilədə göstərildiyi kimi "xxxx" Mənzil-Tikinti Kooperativi 465 kv.m sahənin üzərinə əlavə 25%, yəni 116 kv.m gəlməklə, ümumilikdə onlara 581 kv.m mənzil verməli idi. Onunla və qardaşı ilə bağlanmış müqavilədən də görünür ki, ona hər birinin sahəsi 180.9 kv.m olmaqla 3 ədəd mənzilin və qardaşına sahəsi 50 kv.m olmaqla 1 otaqlı mənzilin verilməsi yuxarıda göstərdiyi sahələrin ölçüləri ilə üst-üstə düşür. Yəni faktiki istifadələrində olan ərazi 465 kv.m və bunun üzərinə həmin sahənin 25%-i gəlməklə, ümumilikdə 481 kv.m edir. Ona verilmiş 3 otaqlı, hər birinin sahəsi 180.9 kv.m olan və qardaşına verilmiş 1 otaqlı, sahəsi 50 kv.m olan mənzilin sahələri də ümumilikdə 590 kv.m edir. Sadəcə cavabdehin 1 otaqlı mənzillərinin minimum sahəsi 50 kv.m olduğu üçün o, məcbur olub qardaşına 50 kv.m olan 1 otaqlı mənzil vermişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(011)-3372/2022 saylı qərardadına əsasən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh "xxxx" MTK–nə qarşı “müqavilədə dəyişiklər edilməsi” barədə iddiası əsasında 2(011)-3372/2022 saylı mülki işlə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan İddiaçı MTK-nın Cavabdeh qarşı “müqavilədə dəyişiklər edilməsi” barədə iddiası əsasında 2(005)-1015/2022 saylı mülki iş birləşdirilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan 2(005)-1015/2022 saylı mülki işlə birləşdirilərək bir icraatda baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olan 2(011)-3372/2022 saylı mülki iş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh iddianın həcminin artırılması barədə ərizə təqdim edərək, "xxxx" Mənzil-Tikinti Kooperativi arasında bağlanmış xx.xx.2021-ci il tarixli 7 saylı müqavilənin 1.1-ci bəndində “ünvan 3 ünvanında yerləşən 5 otaqlı, faktiki sahəsi 295 kv.m” sözlərinin əvəzinə “ünvan 3 ünvanında yerləşən 5 otaqlı, faktiki sahəsi 465 kv.m” sözləri ilə əvəz edilməsi və "xxxx" MTK-dan müqavilə öhdəliyi üzrə kirayə haqqı kimi 8400 manat məbləğində pulun tutularaq ödənilməsini xahiş etmişdir. Daha sonra birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh iddia ərizəsinin dəqiqləşdirilməsi haqqında ərizə təqdim edərək, iddiaçı Cavabdeh ilə cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativi arasında bağlanmış 7 saylı, xx.xx.2021-ci il tarixli müqavilənin qismən, 1.1-ci bəndində “295 kv.m” sözünün “465 kv.m” sözləri ilə əvəz edilməklə dəyişdirilməsi, binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədi ilə aylıq 700 manat kirayə haqqına görə yaranmış 23 100 (iyirmi üç min yüz) manat kirayə borcunun cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativindən tutularaq iddiaçı Cavabdeh ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi baxışı zamanı məhkəmə iclasında şahid qismində ifadə vermiş X21 bildirmişdir ki, 36 saylı MKİS-də işləyir, mühəndisdir. Cavabdeh ona dəfələrlə zəng vuraraq xx.xx.2024-cü il tarixdə məhkəmə prosesi olduğunu tələsdiyini bildirmişdir. Məktub daxil olduqdan sonra zəng vurub onu çağırmışdır. Həmin vaxt vəziyyət gərgin idi. Həmin gün bildirmişdir ki, cavabı göndərəcədir. Lakin xanım israrla bu gün cavab verilməsini tələb etmişdir. Cavabdeh və özü həmin vaxt gərgin olmuşdur. Xanım öz sxemini çıxarmış, ona uyğun yazmışdır. Lakin bu öz səhvi olmuşdur. Çünki tələsmişdir, lakin məqsədi ona köməklik etməyi olmuşdur. Bildirmişdir ki, cavabdehin sahəsi 300 kv.m sahədən ibarətdir. Qaralama cızmış, möhür vurmuş, tələsmişdir. Necə baş verdiyini heç özü də bilməmişdir. Onun səhəri gün səhv etdiyini anlamışdır. Məsuliyyəti daşımağa hazırdır. Cavabdehə zəng vuraraq bildirmişdir ki, uzun müddətdir- 2008-ci ildən burada işləyir, səhv etmişdir. Ondan sənədi qaytarmasını xahiş etmişdir. Cavabdeh isə həmin sənədin dərhal məhkəməyə verdiyini bildirmiş, lakin buna inanmadığını və dəyişmək üçün qaytarmağını xahiş etmişdir. Ona bildirmişdir ki, 300 kv.m sahəsinin olmasına baxmayaraq onu aldadaraq 400 kv.m sahədən ibarət olmasını yazdırtmışdır. Cizgi faktikidir, onun rəsmi əsası yoxdur. Cavabdehin rəsmi çıxarışı var və 88 kv.m təşkil edir. Özü ölçmüşdür və 2015-ci ilin siyahılarında qeyd olunub. Arayışlardan ikinci olan düzgündür. İkinci arayış ölçdükləri faktiki siyahı əsasında verilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 oktyabr 2024-cü il tarixli, 2(005)- 30/2024 nömrəli qətnaməsi ilə İddiaçı MTK-nın Cavabdeh qarşı “cavabdehlə bağlanmış xx.xx.2021-ci il tarixli, 7 saylı Müqavilənin 1.1-ci bəndində “3 ədəd tam təmirli 4 otaqlı" ifadəsinin 2 ədəd tam təmirli 4 otaqlı” ifadəsi ilə əvəz edilməsi, cavabdehə xx.xx.2021-ci il tarixli, 7 saylı Müqavilə əsasında 2 ədəd 4 otaqlı, hər biri 180,9 kv.m sahəsi olan mənzillərin verilməsi” tələbinə dair iddiasının təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun İddiaçı MTK-nın özünə aid edilməsi, birləşdirilmiş iş üzrə iddia tələbinin qismən təmin edilməsi, birləşdirilmiş iş üzrə cavabdeh İddiaçı MTK-dan kirayə haqqı kimi 23100 (iyirmi üç min yüz) manat məbləğində pulun tutularaq birləşdirilmiş iş üş üzrə iddiaçı Cavabdeh xeyrinə ödənilməsi, birləşdirilmiş iş üzrə iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə İddiaçı MTK-dan 50 (əlli) manat, Cavabdeh 50 (əlli) manat ekspertiza xərcinin tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, müqavilənin dəyişdirilməsi, müqavilədə nəzərdə tutulan, tərəflər arasında əvvəlcədən qarşılıqlı razılaşdırılmış hüquq və öhdəliklərin predmetinə, həcminə və ya şərtlərinə sonradan yaranmış hallarla (tərəflərdən birinin müqavilə şərtlərini pozması, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi və s.) əlaqədar olaraq dəyişiklik edilməsi ilə əlaqəlidir. Hazırki iş üzrə tərəflərin hər ikisi müqaviləyə onun bağlandığı andan düzgün olmaması bağlamağı arzuladığı müqavilənin məzmununun səhv olması (otaq sayının texniki olaraq səhv yazılması, mənzilin ümumi sahəsinin yanlış göstərilməsi) əsası ilə dəyişiklik edilməsini xahiş edir. Başqa sözlə, tərəflərin heç biri qeyd olunan müqaviləni onun ilkin məzmunu – şərtləri ilə qəbul etmir, onu bu şərtlərlə bağlamaq istəmədiklərini bildirir və dəyişdirilməsini xahiş edir. Bu isə müqavilənin dəyişdirilməsi əsaslarına uyğun deyildir. Qeyd olunan hallar müqavilə bağlandıqdan sonra yaranmamışdır. İddiaçı MTK-nin iddia tələbinin əsasını vacib əhəmiyyətli yanılma təşkil etdiyindən həmin hal müqavilənin dəyişdirilməsi üçün əsas ola bilməz. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında 29 oktyabr 2021-ci il tarixli 7 №-li müqavilə imzalanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilələrdən irəli gələn öhdəliklər yaranmışdır. Müqaviləyə əsasən, İddiaçı MTK tərəfindən “iddiaçının mülkiyyətində olan 295 kv.m mənzilin əvəzinə 3 ədəd tam təmirli 4 otaqlı hər biri 180.9 m2” mənzillərin Cavabdeh mülkiyyətinə verilməsi razılaşdırılmışdır. Hazırki iş üzrə tərəflər arasında müqaviləyə tələblərdə qeyd edilən formada dəyişiklik edilməsinə dair razılıq əldə olunmamışdır. Belə ki, tərəflərin hər ikisi “Lider-N" MTK 07 yanvar 2022-ci il tarixli məktubu (mülki iş v. 8), Cavabdeh isə xx.xx.2022-ci il tarixli pretenziya məktubu ilə (mülki iş v. 118) qarşı tərəfə müraciət edərək müqaviləyə müvafiq dəyişiklik edilməsini xahiş etmişdir. Bununla belə bu mümkün olmamış, tərəflər məhkəməyə müraciət etmişdirlər. Hazırki iş üzrə mübahisələndirilən 29 oktyabr 2021-ci il tarixli müqavilənin əslindən (mülki iş v. 9) görünür ki, müqavilənin birinci tərəfi İddiaçı MTK (onun adından sədr X16) və müqavilənin digər tərəfi mülkiyyətçi - Cavabdeh müqaviləni şəxsən imzalamışdır. Tərəflər onun şərtləri ilə tanış olmuş, müqavilənin şərtlərinə heç bir etirazları olmamışdır. “Lider-N" MTK müqavilə bağlanarkən mülkiyyətçiyə 3 ədəd tam təmirli 4 otaqlı hər biri 180.9 kv.m olan mənzil verməyi öhdəsinə götürmüş, yəni müqavilə bağlanarkən müqavilə şərtlərindən xəbərdar olmaqla götürdüyü öhdəlikdən, daşıyacağı risklərdən əvvəlcədən məlumatlı olmuşdur. Digər tərəfdən birləşdirilmiş iş üş üzrə iddiaçı Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin faktiki sahəsinin “465 kv.m” olduğu halda, qarşı tərəflə arasında bağlanmış 29 oktyabr 2021-ci il tarixli müqavilədə fərdi yaşayış evinin sahəsinin əsassız olaraq “295 kv.m” kimi qeyd edildiyini, müqavilə bağlanan zaman müqavilənin bu bəndinə fikir vermədiyini, bu halı sonradan gördüyünü bildirərək, müqavilənin 1.1-ci bəndində olan “295 kv.m” sözünün “465 kv.m” sözləri ilə əvəz edilməsini xahiş edir. Məhkəmə birləşdirilmiş iş üzrə iddia tələbinin birinci hissəsinə münasibətdə, yuxarıda qeyd olunanlara uyğun olaraq bir daha qeyd etmişdir ki, hazırki iş üzrə tərəflər arasında qarşılıqlı razılıq əsasında müqavilə bağlanmış, müqavilənin 1.1-ci bəndinə əsasən, Cavabdeh, söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan 5 otaqlı, faktiki 295,0 m2 mənzilin dövlət reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsinə 25% əlavə etməklə 3 ədəd tam təmirli 4 otaqlı hər biri 180.9 m2, mənzillərin mülkiyyətinə verilməsi şərti ilə razılaşmış, müqaviləni oxuduğunu və razı olduğunu yazılı qeyd etməklə şəxsən imzalamışdır (mülki iş v. 112-114). Həmçinin məhkəmə araşdırması zamanı qeyd olunan halın araşdırılması məqsədilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. İş üzrə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 16 avqust 2024-cü il tarixli 10/2578 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin MH Seriyalı, 095363 №-li Qeydiyyat Vəsiqəsinə və tərtib edilmiş Texniki Pasport sənədlərinə əsasən, X2 istifadəsində olmuş ünvan 3-nin ümumi sahəsi 88,0 kv.m., Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Nərimanov rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 36 saylı MKİS tərəfindən hazırlanmış eskiz layihəyə əsasən isə sözügedən mənzil ümumi sahəsi 96,0 kv.m olan həyətyanı sahədən, ümumi sahəsi 49,2 və 143,0 kv.m olan iki ədəd tikilidən ibarət olmuşdur. Məhkəmə hesab etmişdir ki, ekspertin rəyi sübut növlərindən biri kimi məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli hüquq normalarına uyğun şəkildə qiymətləndirilməlidir. Göründüyü kimi, ekspert rəyinə əsasən,, F.Əsədov küçəsi, ev 15, mənzil 2-nin ümumi sahəsinin 96,0 kv.m olan həyətyanı sahədən, ümumi sahəsi 49,2 və 143,0 kv.m olan iki ədəd tikilidən, yəni ümumilikdə 288.2 (96,0+49,2+143,0) kv.m-dən ibarət olduğu müəyyən edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə qeyd etmişdir ki, tərəflərin hər biri sözügedən müqavilənin şərtləri ilə razılaşaraq, onu könüllü və iradə ifadələrinə uyğun bağlayıblar. Birləşdirilmiş iş üş üzrə iddiaçı Cavabdeh “Lider-N" MTK ilə arasında bağlanmış müqavilədə yanlışlıq olduğunu, evinin sahəsinin müqavilədə səhv yazıldığını bildirsə də, bunu təsdiq edəcək hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Müqavilənin dəyişdirilməsi üçün əsaslar məhkəmə tərəfindən müəyyən edilməmiş, iddia tələblərinin əsası kimi istinad edilən hal işin müəyyən edilmiş halları ilə təkzib edilmişdir. Məhkəmə belə qənaətə gəlmişdir ki, tərəflər arasında bağlanmış müqavilə qanuni əsaslarla bağlanmışdır və onun dəyişdirilməsi üçün hüquqi əsaslar yoxdur. Bu səbəbdən “Lider-N" MTK-nın Cavabdeh qarşı “müqavilənin 1.1-ci bəndində “3 ədəd tam təmirli 4 otaqlı" ifadəsinin 2 ədəd tam təmirli 4 otaqlı” ifadəsi ilə əvəz edilməsi” tələbi, birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh isə cavabdeh İddiaçınə qarşı tələbi “7 saylı, xx.xx.2021-ci il tarixli müqavilənin qismən, 1.1-ci bəndində “295 kv.m” sözünün “465 kv.m” sözləri ilə əvəz edilməklə dəyişdirilməsi” hissədə əsaslı olmadığından məhkəmə tərəfindən təmin edilə bilməz. Birləşdirilmiş mülki iş üzrə iddiaçının digər tələbi isə binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədi ilə aylıq 700 manat kirayə haqqına görə yaranmış 23 100 (iyirmi üç min yüz) manat kirayə borcunun ödənilməsidir. Məhkəmə birləşdirilmiş mülki iş üzrə tələbin ikinci hissəsinə münasibətdə isə hesab etmişdir ki, iddia bu hissədə əsaslıdır. Belə ki, tərəflər arasında bağlanmış 29 oktyabr 2021-ci il tarixli müqavilənin 2.1.2-ci bəndinə əsasən, mülkiyyətçinin - Cavabdeh yeni binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədi ilə aylıq 700 manat kirayə haqqı almaq hüququnun olması razılaşdırılmışdır. Həmin müqavilənin 2.2.3-cü bəndinə əsasən, qeyd olunan ödənişin rübdə 1 dəfə Cavabdeh ödənilməsi “Lider-N" MTK-nın vəzifəsi kimi razılaşdırılmışdır. İş materialları, məhkəmə iclasında iştirak edən birləşdirilmiş iddia üzrə cavabdehin nümayəndəsi və vəkilinin izahatı, habelə xx.xx.2024-cü il tarixli ərizə ilə müəyyən olunmuşdur ki, “Lider-N" MTK tərəfindən xx.xx.2022-ci il tarixdən başlayaraq hazırki tarixədək (xx.xx.2024-cü il), ümumilikdə 33 ay üzrə kirayə haqqı ödənilməmişdir. Göründüyü kimi, “Lider-N" MTK xx.xx.2022-ci il tarixdən etibarən aylıq 700 manat kirayə haqqını Cavabdeh ödəməmiş, aralarında bağlanmış müqavilə üzrə öhdəliyini yerinə yetirməmişdir. Birləşdirilmiş iddia üzrə cavabdehin nümayəndəsi və vəkili xx.xx.2024-cü il tarixli məhkəmə iclasında yazılı ərizə təqdim edərək, Cavabdeh 23100 manat məbləğində kirayə haqlarının bu günə qədər hesablanmış kimi qəbul etdiklərini, 33 aylıq kirayə haqqını məhkəmə qətnamə ilə ödəyəcəklərini bildirmişdir. Məhkəmə hesab etmişdir ki, “Lider-N" MTK tərəflər arasında bağlanmış müqavilə üzrə kirayə haqqı ödənilməsinə dair öhdəliklərini yerinə yetirmədiyindən, Cavabdeh bu barədə tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Belə olan halda birləşdirilmiş iddia tələbi bu hissədə əsaslı olduğundan təmin edilməli, birləşdirilmiş iş üzrə cavabdeh "xxxx" MTK-dan xx.xx.2022-ci il tarixdən hazırki tarixədək 33 ay üzrə ödənilməmiş kirayə haqqı kimi cəmi 23100 (33 ay x 700 manat) manat məbləğində pul tutularaq birləşdirilmiş iş üş üzrə iddiaçı Cavabdeh xeyrinə ödənilməlidir. Qeyd olunan qətnamədən narazı İddiaçı MTK tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və İddiaçı MTK-nın iddia tələbinin təmin edilməsi, birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı MTK və Cavabdeh arasında bağlanmış xx.xx.2021 ci il tarixli, 7 saylı müqavilənin 1.1-ci bəndində ünvan 2 ünvanında yerləşən 5 otaqlı, faktiki sahəsi 295 kvm olan mənzilinin əvəzində ona 25% əlavə edilməklə 2 ədəd tam təmirli 4 otaqlı, hər biri 180,9 kvm sahəsi ünvan 2 ünvanında yerləşən 5 otaqlı, faktiki sahəsi 295 kvm olan mənzilinin əvəzində ona 25% əlavə edilməklə 3 ədəd tam təmirli 4 otaqlı, hər biri 180,9 kvm sahəsi olan mənzillər verilməsi qeyd edilmişdir. Həmin müqavilənin 1.1-ci bəndində, "xxxx" MTK-nın əməkdaşları tərəfindən texniki səhv nəticəsində 3 ədəd təmirli mənzilin təhvil verilməsi qeyd edilmişdir, halbuki tərəflər arasında danışıqlara əsasən, sökülən mənzillərin əvəzində ona 25% əlavə edilməklə 2 ədəd tam təmirli mənzillərin təhvil verilməsi nəzərdə tutulmuşdur. Məhkəmə tərəfindən həmin məsələyə obyektiv baxılmalıdır, yəni sökülən 2 mənzil əvəzində, 3 tam təmirli mənzilin verilməsi absurddur. Aydın şəkildə görünür ki, müqavilə tərtib edilərkən həmin bənddə texniki səhv baş vermişdir. Həmçinin birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, İddiaçı MTK tərəfindən Cavabdeh qardaşı X6 da ümumi sahəsi 50 kv.m olan 1 otaqlı mənzilin verilməsi razılığı əldə edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən qətnamədə bu məsələyə hər hansı münasibət bildirilməmişdir. Bundan əlavə olaraq, Nərimanov Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli, 326 saylı Sərəncam ilə Ə.Dəmirçizadə, Təbriz, C.Zeynalov və F.Əsədov küçələrinin kəsişməsində İddiaçı MTK-ya Pilot layihə çərçivəsində yaşayış binalarının tikintisinə icazə verilmişdir. Qarşılıqlı razılaşma əsasında söküntüyə məruz qalmış F.Əsədov ünvanında (işlənmiş baş planda E blokunun ərazisinə düşən yaşayış sahələrinin sahiblərinə aid olmaqla göstərilmişdir) mənzillərin sahiblərinə əlavə olaraq 20%-dən az olmayaraq 1231,1 kv.m təmirli mənzil sahəsi verilməsi barədə İddiaçı MTK tərəfindən öhdəlik götürülmüşdür. Bu faktı Nərimanov Rayon İcra Hakimiyyəti başçısının birinci müavini 1/1191 saylı xx.xx.2021-ci il tarixli məktubu təsdiq edir. Həmin sərəncama uyğun olaraq İddiaçı MTK mənzil mülkiyyətçiləri ilə müqavilələr bağlamışdır. Həmin müqavilələrə əsasən, İddiaçı MTK üzərinə X8 ümumi sahəsi 142,4 kv.m olan, X13 ümumi sahəsi 178,2 kv.m olan, X9 ümumi sahəsi 205,5 kv.m olan, X1 ümumi sahəsi 293,2 kv.m və Cavabdeh 2 ədəd hər birinin 180,9 kv.m olmaqla və qardaşı Xancan Məmmədova isə 50 kv.m ümumi sahəsi olan mənzil verilməsi öhdəliyi götürmüşdür. Göründüyü kimi İddiaçı MTK mülkiyyətçilər ilə müqavilələr bağlamış və həmin sərəncama əsasən, ümumilikdə 1231,1 kv.m təmirli mənzil sahələrini mülkiyyətçilər arasında bölünmüşdür. Yəni hal-hazırda 3 ədəd 180,9 kv.m olan mənzillərin Cavabdeh təhvil verilməsi qeyri-mümkündür. Həmçinin Cavabdeh iddia etmişdir ki, ona məxsus fərdi yaşayış evlərinin faktiki ümumi sahələri 465 kv.m olmuşdur 36 saylı MKİS-in mühəndisi X21 tərəfindən ilkin olaraq Cavabdeh ona məxsus fərdi yaşayış evinin ümumi sahəsinin güya 400 kv.m olması barədə plan cizgi təqdim edilmişdir. Məhkəmə tərəfindən nəzərə alınmalıdır ki, Fəxri Əliyev 29 fevral 2024-cü il tarixli məhkəmə iclasında şahid qismində ifadə vermiş və həmin sənədi səhvən, yəni iş yükünün çoxluğundan tələm-tələsik vermişdir və Cavabdeh sözləri əsasında evin sahəsinin 400 kv.m olduğunu qeyd etmişdir. Daha sonra o səhv etdiyini görmüş və həmin evin həqiqi faktiki sahısinin 300 kv.m olduğu barədə plan çizgini İddiaçı MTK-ya təqdim etmişdir. Bundan əlavə olaraq, iddiaçı X4 cavabdehlər İddiaçı MTK və Cavabdeh qarşı “yeni veriləcək mənzilə dair istifadə və sahiblik hüququnun tanınması” iddia ərizəsində, Cavabdeh məxsus həmin fərdi-yaşayış evinin ümumi sahəsi 300 kv.m olduğu qeyd edilmişdir. Bu səbəblərdən, İddiaçı MTK tərəfindən 3 ədəd hər biri 180,9 kv.m ümumi sahəsi olan mənzilin təhvil verilməsi hissəsində müqaviləyə dəyişiklik edilməli və 2 ədəd tam təmirli 4 otaqlı mənzil verilməsi ifadəsi qeyd edilməlidir. Birinci instansiya məhkəməsi tərəfindən ümumiyyətlə işin faktiki halları üzrə araşdırılma aparılmamışdır. Məhkəmə yalnız müqavilə şərtlərinə əsaslanaraq qətnamə qəbul etmişdir. Həmin qətnamə İddiaçı MTK-nın digər mülkiyyətçiləri qarşısında olan öhdəliklərinin pozulması ilə nəticələnməsinə səbəb ola bilər. Belə ki, birinci instansiya məhkəməsi Cavabdeh 3 ədəd 180,9 kv.m ümumi sahəsi olan mənzilin verilməsi nəticəsinə gəlmişdir. Belə olan halda, digər mülkiyyətçilərin mülkiyyət hüquqları pozulacaq və Cavabdeh qanunla ona verilməli olan ümumi sahədə mənzildən qat-qat artıq ümumi sahəsi olan mənzillər əldə edəcək. Cavabdeh məxsus mənzillərin ümumi sahəsi 300 kv.m olmasına, bununla bağlı məhkəmə iclasında iştirak edən şahidin ifadələrinə, İddiaçı MTK tərəfindən Cavabdeh qardaşına 50 kv.m ümumi sahəsi olan mənzilin verilməsinə baxmayaraq məhkəmə İddiaçı MTK-nın iddia tələbini təmin etməmişdir. Məhkəmə tərəfindən Cavabdeh fərdi yaşayış evlərinin faktiki sahəsinin 400 kv.m olduğu sübuta yetirilməmişdir. Birinci instansiya məhkəməsi qətnaməsində qeyd etmişdir ki, tərəflər arasında müqavilə bağlanmış, tərəflər həmin müqavilənin şərtləri ilə tanış olmuş və müqaviləni bağlamışlar. Belə olan halda İddiaçı MTK-nın müqavilədə 3 ədəd mənzil yazıldığından məlumatı olmuşdur. Halbuki təqdim edilmiş dəlillərdən də açıq-aşkar görünür ki, müqavilənin həmin bəndində texniki səhv baş vermiş və səhvən 2 ədəd mənzil əvəzinə 2 ədəd qeyd edilmişdir. Ümumiyyətlə məhkəmə tərəfindən işin həmin hallarına qiymət verilməmiş qətnamə də ümumiyyətlə İddiaçı MTK tərəfindən Cavabdeh qardaşı Xancan Məmmədova verilməsi nəzərdə tutulan ümumi sahəsi 50 kv.m olan mənzilin təhvil verilməsi barədə hər hansı qeyd verilməmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı MTK-nın nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh və onun nümayəndəsivəkili ayrı-ayrılıqda izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdilər. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq hesab edir ki, qətnamə - İddiaçı MTK-nın Cavabdeh qarşı “müqaviləyə dəyişiklik edilməsi” barədə iddia tələbinin təmin edilməyən hissəsində yoxlanılmalıdır. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tətbiq edilən hüquq Mülki Məcəllə: 2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsinin əsasıdır. 6.1-ci maddəsinə əsasən, mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı prinsipləri mülki qanunvericiliyin prinsipləri kimi göstərilmişdir. 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 347.2-ci maddəsinə əsasən vacib əhəmiyyətli yanılma aşağıdakı hallardır: 347.2.2 şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmişdir. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2-ci maddəsinə əsasən, öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. 390.1-ci maddəsinə əsasən, fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 423.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. 423.2-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 529.2-ci maddəsinə əsasən, öhdəliyin icrası kimi təklif olunmuş hərəkəti qəbul edən kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və ya lazımi öhdəlik deyildir. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
Məhkəmə kollegiyasının mövqeyi
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, apellyasiya şikayətində göstərilən dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri icra hakimiyyəti Texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyat idarəsi tərəfindən verilmiş MH seriyalı 095363 saylı qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil Cavabdeh məxsusdur. Bu barədə xx.xx.1997-ci il tarixdə qeydiyyat aparılmışdır. 29 oktyabr 2021-ci il tarixli 7 №-li müqavilədən görünür ki, "xxxx" MTK və Cavabdeh arasında “Lider-N’ MTK ünvan 1 ünvanda yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə və ətraf mühitə hormoniyasını itirmiş vəziyyətdə olan binalarda “Mülkiyyətçi” yə məxsus mənzilin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada “Mülkiyyətçi"-nin söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan 5 otaqlı, faktiki 295,0 m2 mənzilin dövlət reyestirindən çıxarışda göstərilmiş ümumi sahəsində 25 % əlavə etməklə 3 ədəd tam təmirli 4 otaqlı hər biri 180.9 m2, mənzillərin “Mülkiyyətçinin mülkiyyətinə verilməsi, "Mülkiyyətçi"-nin isə söküləcək mənzilin “Lider-N" MTK-nın istifadə və sahibliyinə verməsi barədə müqavilə bağlanmışdır. 29 oktyabr 2021-ci il tarixli 7/1 №-li müqavilədən görünür ki, "xxxx" MTK və X14 arasında “Lider-N’ MTK ünvan 1 ünvanda yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə və ətraf mühitə hormoniyasını itirmiş vəziyyətdə olan binalarda “Mülkiyyətçi” yə məxsus mənzilin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada “Mülkiyyətçi"-nin söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan 1 otaqlı, faktiki 49,5 m2 mənzilin ümumi sahəsində 1 ədəd 50.0 kv.m mənzillərin “Mülkiyyətçinin mülkiyyətinə verilməsi, "Mülkiyyətçi"-nin isə söküləcək mənzilin “Lider-N" MTK-nın istifadə və sahibliyinə verməsi barədə müqavilə bağlanmışdır. "xxxx" MTK və X14 arasında bağlanmış 29 oktyabr 2021-ci il tarixli YME 001/4 №li müqavilədən görünür ki, X14 ünvan 4 ünvanında yerləşən yaşayış evinin tikintisinin sərmayələşdirilməsində iştirak edir, icraçı isə yaşayış evi istifadəyə verildikdən sonra 24 saylı mənzilin təmirsiz ümumi sahəsi 50,0 kv.m, 1 otaqlı 5-ci mərtəbə sakinə verilməsini öhdəsinə götürür. Azərbaycan Respublikası Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyəti Başçısının Birinci müavini tərəfindən "xxxx" MTK-ya ünvanlanmış 1/1191 saylı xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 №-li “Bakı şəhəri Nərimanov rayonunun sosialiqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” qərarına əsasən Nərimanov rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2016-cı i tarixli 326 saylı sərəncamı ilə rayonun Ə.Dəmirçizadə, Təbriz, C.Zeynalov və F.Əsədov küçələrinin kəsişməsində "xxxx" MTKya Pilot layihə çərçivəsində yaşayış binalarının tikintisinə icazə verilmişdir. Qarşılıqlı razılaşma əsasında söküntüyə məruz qalmış F.Əsədov ünvanında (işlənilmiş baş planda E blokunun ərazisinə düşən yaşayış sahələrinin sahiblərinə aid olmaqla göstərilmiş) mənzillərin sahiblərinə əlavə olaraq 20%-dən az olmayaraq 1231,1 kv.m təmirli mənzil sahəsi verilməsi barədə "xxxx" MTK tərəfindən öhdəlik götürülmüşdür. Sökülmüş mənzillərin sahiblərinə veriləcək yeni sahələrin dövlətə ayrılan sahə kimi qəbul edilərək, həmin sahələr görə vergidən azad olunması məsələsinə münasibət bildirilməklə müsbət həllinə köməklik göstərilməsi xahiş olunmuşdur. "xxxx" MTK tərəfindən Cavabdeh ünvanlanmış 07 yanvar 2022-ci il tarixli məktubun surətindən görünür ki, 295.0 kv.m mənzilin (həyətyani sahəsi ilə birlikdə) sökülməsi və əvəzində yeni və təmirli mənzilin verilməsi ilə bağlı 29 oktyabr 2021-ci il tarixdə müqavilə bağlanmışdır. Qeyd edir ki, müqavilənin 1.1-ci bəndində 5 otaqlı, faktiki 295.0 kv.m mənzilin ümumi sahəsindən 25% əlavə edilməklə 3 ədəd tam təmirli 4 otaqlı hər biri 180.9 kv.m verilməsi qeyd edilmişdir. Hazırda göründüyü kimi müqavilənin həmin bəndində 2 ədəd 4 otaqlı 180.9 kv.m qeyd edilməsi əvəzinə 3 ədəd qeyd edilmişdir. Tərəflər olaraq iki tərəfədə məlumdur ki, 295kv.m + 25% = 369 kv.m. Lakin mexaniki səhv ucbatından müqavilənin əslini təqdim edərək göstərilən müqavilənin 1.1ci bəndində 2 ədəd 4 otaqlı mənzil düzəlişinin edilməsinə və ya müqaviləyə əlavə qeydlərin aparılması üçün İddiaçı MTK-nın ofisinə gəlməyi xahiş olunmuş, 3 gün müddətində rəsmi məlumat verməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Cavabdeh tərəfindən "xxxx" MTK-ya ünvanlanmış xx.xx.2022-ci il tarixli pretenziya məktubundan görünür ki, müvaqiləyə dəyişiklik edilməsi təklif edilmiş, 3 gün müddətində rəsmi qaydada məlumat verilməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. 36 saylı MKİS tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 042398 saylı arayışdan görünür ki, X14 F.Əsədov küçəsi 15 №-li evin 2a nömrəli mənzilində 1993-cü ildən Füzuli rayon məcburi köçkün kimi məskunlaşmışdır. 36 saylı MKİS tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 044535 saylı arayışdan görünür ki, F.Əsədov küçəsi 15 №-li evin ümumi tikilisi sahəsi 247,9 kv.m, açıq həyət 100 kv.m-dir, örtülü həyət 44 kv.m və zirzəmi isə 13 kv.m-dir. 36 saylı MKİS tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 044550 saylı arayışdan görünür ki, F.Əsədov küçəsi 15 №-li evin ümumi sahəsi tikilisi 192,2 kv.m, açıq həyət isə 96 kv.m-dir. 36 saylı MKİS tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 044551 saylı arayışdan görünür ki, F.Əsədov küçəsi 15 №-li evin ümumi sahəsi tikilisi 192,2 kv.m, açıq həyət isə 96 kv.m-dir. 36 saylı MKİS tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 044588 saylı arayışdan görünür ki, F.Əsədov küçəsi 15 №-li evin faktiki ümumi sahəsi tikili 192,2 kv.m, açıq həyət isə 96 kv.m-dir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 iyun 2023-cü il tarixli 10/1328 saylı ekspert rəyindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, F.Əsədov küçəsində yerləşən 15 saylı evin, 2 nömrəli mənzili və həyətyanı sahəsi üzrə aparılır. Tədqiqatın aparılması üçün sözügedən mənzilin və həmin mənzilin yerləşdiyi həyətyanı sahəyə baxış keçirilmişdir. Mülki iş materiallarından görünür ki, “Lider-N" MTK ilə cavabdeh X5 arasında xx.xx.2021-ci il tarixdə 7№-li Müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən İddiaçı MTK ünvan 6 ünvanda yerləşən yaşayış üçün qəzalı vəziyyətdə və ətraf mühitə hormoniyasını itirmiş vəziyyətdə olan binalarda “Mülkiyyətçi'yə məxsus mənzilin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada "Mülkiyyətçi"-nin söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan 5 otaqlı, faktiki 295,0 kv.m mənzilin dövlət reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsində 25% əlavə etməklə 3 ədəd tam təmirli 4 otaqlı hər bri 180,9 kv.m mənzillərin "Mülkiyyətçi”-nin mülkiyyətinə verilməsini, “Mülkiyyətçi”-nin isə söküləcək mənzilin "xxxx" MTK-nın istifadə və sahibliyinə verməsini öhdələrinə götürmüşlər. Baxış zamanı, tədqiq olunan mənzilin və həyətyanı sahənin söküldüyü, yerində hündürmərtəbəli, çoxmənzilli yaşayış binasırın inşa edildiyi müəyyən edilmişdir. Qərardadla qoyulmuş sualda, X2 istifadəsində olmuş ünvan 3 və həyətyanı sahəsinin ölçülərinin nə qədər təşkil etdiyinin müəyyən edilməsi tələb olunmuşdur. Bununla əlaqədar qeyd olunur ki, təqdim edilmiş və X2 istifadəsində olmuş ünvan 3 və həyətyanı sahəsinin söküldüyü yerində hündürmərtəbli yaşayış binasının inşa edildiyi müəyyən olunmuşdur. Yuxarıda göstərilənlərə əsasən X2 istifadəsində olmuş Bakı şəhəri Nərimanov rayonu, F.Əsədov küçəsi, ev 15, mənzil 2 və həyətyanı sahəsinin söküldüyünü, yerində hündürmərtəbəli yaşayış binasının inşa edildiyini nəzərə alaraq, qərardadla qoyulmuş sual üzrə tədqiqat aparılması mümkün olmamışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 avqust 2024-cü il tarixli 10/2578 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin MH Seriyalı, 095363 №-li Qeydiyyat Vəsiqəsinə və tərtib edilmiş Texniki Pasport sənədlərinə əsasən, X2 istifadəsində olmuş ünvan 3-nin ümumi sahəsi 88,0 kv.m., Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti MənzilKommunal Təsərrüfatı Departamenti Nərimanov rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 36 saylı MKİS-i tərəfindən hazırlanmış eskiz layihəyə əsasən isə sözügedən mənzil ümumi sahəsi 96,0 kv.m olan həyətyanı sahədən, ümumi sahəsi 49,2 və 143,0 kv.m olan iki ədəd tikilidən ibarət olmuşdur. Beləliklə işin faktiki halları ilə müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən mənzil xx.xx.1997-ci il tarixdən Cavabdeh məxsusdur. Tərəflər arasında bağlanmış 29 oktyabr 2021-ci il tarixli 7 №-li müqaviləyə əsasən, “Lider-N’ MTK ünvan 1 ünvanda yerləşən Cavabdeh məxsus mənzilin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, Cavabdeh mülkiyyətində olan 5 otaqlı, faktiki 295,0 m2 mənzilin dövlət reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsində 25% əlavə etməklə “3 ədəd tam təmirli 4 otaqlı hər biri 180.9 m2” mənzillərin onun mülkiyyətinə verilməsi, Cavabdeh isə söküləcək mənzilin “Lider-N" MTK-nın istifadə və sahibliyinə verməsi barədə müqavilə bağlanmışdır. Hazırda iddiaçı tələbində, eləcə də apellyasiya şikayətində qeyd etmişdir ki, cavabdehlə bağlanmış xx.xx.2021-ci il tarixli, 7 saylı Müqavilənin 1.1-ci bəndində “3 ədəd tam təmirli 4 otaqlı"ifadəsi səhvən qeyd olunmuş, yəni müqavilənin məzmunu barədə əhəmiyyətli yanılmışlar. Əslində müqavilədə cavabdehə xx.xx.2021-ci il tarixli, 7 saylı Müqavilə əsasında 2 ədəd 4 otaqlı, hər biri 180,9 kvm sahəsi olan mənzillərin verilməs yazılmalı idi. Belə ki, tərəflər arasında danışıqlara əsasən, sökülən mənzillərin əvəzində ona 25% əlavə edilməklə 2 ədəd tam təmirli mənzillərin təhvil verilməsi nəzərdə tutulmuşdur. Hazırda isə işin faktiki halları ilə iddiaçının belə bir texniki səhvə yol verməsi eləcə də tərəflər arasında danışıqlara əsasən, sökülən mənzillərin əvəzində cavabdehə 25% əlavə edilməklə 2 ədəd tam təmirli mənzillərin təhvil verilməsi nəzərdə tutulması barədə tərəflər arasında danışıqlar əsasında şifahi razılaşmalar olmasına dair mötəbər sübutlar təqdim etməmişdir. Məhkəmə kollegiyası iddia tələbinə münasibətdə həmçinin qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Həmçinin, qeyd edilməlidir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, hazırki iş üzrə tərəflər arasında müqaviləyə tələblərdə qeyd edilən formada dəyişiklik edilməsinə dair razılıq əldə olunmamışdır. Belə ki, tərəflərin hər ikisi “Lider-N" MTK 07 yanvar 2022-ci il tarixli məktubu (mülki iş v. 8), Cavabdeh isə xx.xx.2022-ci il tarixli pretenziya məktubu ilə (mülki iş v. 118) qarşı tərəfə müraciət edərək müqaviləyə müvafiq dəyişiklik edilməsini xahiş etmişdir. Bununla belə bu mümkün olmamış, tərəflər məhkəməyə müraciət etmişdirlər. Digər tərəfdən hazırki iş üzrə mübahisələndirilən 29 oktyabr 2021-ci il tarixli müqavilənin əslindən (i.v.9) görünür ki, müqavilənin birinci tərəfi İddiaçı MTK (onun adından sədr X16) və müqavilənin digər tərəfi mülkiyyətçi - Cavabdeh müqaviləni şəxsən imzalamışdır. Tərəflər onun şərtləri ilə tanış olmuş, müqavilənin şərtlərinə heç bir etirazları olmamışdır. “Lider-N" MTK müqavilə bağlanarkən mülkiyyətçiyə 3 ədəd tam təmirli 4 otaqlı hər biri 180.9 kv.m olan mənzil verməyi öhdəsinə götürmüş, yəni müqavilə bağlanarkən müqavilə şərtlərindən xəbərdar olmaqla götürdüyü öhdəlikdən, daşıyacağı risklərdən əvvəlcədən məlumatlı olmuşdur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tələbinin əsaslarını məhkəmə araşdırması zamanı sübut edə bilmədiyindən iddiası göstərilən hallara görə qanuni və əsaslı sayıla bilməz və buna görə də birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, İddiaçı MTK-nın Cavabdeh qarşı “müqaviləyə dəyişiklik edilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Göründüyü kimi tərəflər arasında bağlanmış müqavilə qanuni əsaslarla bağlanmışdır və onun dəyişdirilməsi üçün hüquqi əsaslar yoxdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin Cavabdeh 3 ədəd 180,9 kv.m ümumi sahəsi olan mənzilin verilməsi nəticəsində digər mülkiyyətçilərin mülkiyyət hüquqları pozulacaq və Cavabdeh qanunla ona verilməli olan ümumi sahədə mənzildən qat-qat artıq ümumi sahəsi olan mənzillər əldə etməsinə dair dəlilləri ilə bağlı qeyd edir ki, əvvəla Cavabdeh 3 ədəd 180,9 kv.m ümumi sahəsi olan mənzilin verilməsi tərəflər arasında bağlanmış müqavilə əsasında əldə edəcəkdir ki, bu da yuxarıda göstərildiyi kimi qanunsuz olmamışdır. MTK bu halda digər mülkiyyətçilərin mülkiyyət hüquqları pozulmasına dair dəlilləri tam əsassızdır. Belə ki, o MTK olaraq hər bir müqavilə tərəfi üzrə bağladığı müqavilə şərti əsasında mülki məsuliyyət daşıyıcısıdır və digər müqavilələrin icrası Cavabdeh 3 ədəd 180,9 kv.m ümumi sahəsi olan mənzilin verilməsi ilə əlaqədar ola bilməz. Həmçinin kollegiya şikayətin İddiaçı MTK tərəfindən Cavabdeh qardaşına 50 kv.m ümumi sahəsi olan mənzilin verilməsinə diqqət yetirilməməsinə dair dəlili ilə bağlı qeyd edir ki, bu hal tərəflər arasında bağlanmış müqaviləyə aidiyyatı olmamaqla yanaşı, onun dəyişdirilməsi üçün də əsas ola bilməz. Göründüyü kimi, İddiaçı MTK-nin iddia tələbinin əsasını vacib əhəmiyyətli yanılma təşkil edir ki, bu da müqavilənin dəyişdirilməsi üçün əsas ola bilməz, belə ki, həmin halın mövcudluğu Mülki Məcəllənin 347.2.2-ci maddəsinə əsasən əqdin etibarsızlığına əsas ola bilərdi. Apellyasiya instansiyası məhkəməsinin iclasında İddiaçı MTK-nın nümayəndəsi hazırki iş üzrə mübahisələndirilən müqavilənin digər icraatda etibarsızlığını mübahisələndirməsini, lakin yekun qərar qəbul edilməməsini göstərmişdir. Nümayəndə əlavə olaraq həmin iş üzrə icraatın davam etməsi ilə yanaşı, mübahisələndirilən müqavilənin etibarsızlığı ilə bağlı iddianı müdafiə etdiklərini də qeyd etmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, hazırki iddia üzrə qəbul ediləcək yekun qərar iddiaçı tərəf üçün önəmli deyildir. Əks halda iddiaçı tərəf hazırki işin birinci instansiya məhkəməsi tərəfindən nəticəsi məlum olduğu halda əqdin etibarsızlığı ilə bağlı digər icraatda iddia qaldırmazdı. Qeyd olunanlara əsasən müəyyən olunur ki, qəbul edilmiş qətnamənin nəticə hissəsi ilə işin faktiki halları arasında heç bir uyğunsuzluq olmamış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apelyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün qanuni əsas ola bilməz. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,
Qət etdi:
İddiaçı MTK tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 oktyabr 2024-cü il tarixli, 2(005)- 30/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Sabit Bəhrəmzadə Vahid Sadıqov