Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10771/2021 28.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, Kərimli İlham Əziz oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, Cavabdeh2 QSC-nin nümayəndəsi X1, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 QSC-nə qarşı alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2(008)-64/2021 nömrəli qərardadından iş üzrə İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh1 alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsilə məhkəməyə müraciət etmişdir. İddiaçı eyni zamanda iddianın təmin tədbiri barədə məhkəməyə ərizə verərək, iddianı təmin etmək məqsədilə Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32, 4-cü küçə, 4 nömrəli fərdi yaşayış evinin satılması, bağışlanması və ya hər hansı bir şəkildə özgəninkiləşdirilməsi və barəsində hər hansı sərəncam verilməsinin qarşısının alınması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 11 may 2018-ci il tarixli, 2(008)- 4733/2018 saylı qərardadı ilə Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32, 4-cü küçə, 4 nömrəli fərdi yaşayış evinin satılması, bağışlanması və ya hər hansı bir şəkildə özgəninkiləşdirilməsi və barəsində hər hansı sərəncam verilməsinin qadağan edilməsi qərara alınmışdır. Cavabdeh2 QSC Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 4733/2018 saylı, 11 may 2018-ci il tarixli qərardada izah verilməsi barədə ərizə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2928/16 saylı, 22.06.2016-cı il tarixli icra sənədinə əsasən Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32, 4-cü küçəsində istifadədə olan 0,1071 ha torpaq sahəsi və həmin torpaq sahəsində xüsusi mülkiyyətdə olan 4302,5 kv.m ümumi, 1223,8 kv.m yaşayış, 3078,7 kv.m yardımçı sahədən 4 mərtəbəli 25 otaqlı 4 saylı fərdi yaşayış evi məcburi qaydada boşaldılmalıdır. Bununla əlaqədar olaraq 26.05.2021-ci il tarixdə həmin əmlakın boşaldılması üçün Səbail rayon İcra Şöbəsinə müraciət olunmuşdur. Səbail rayon İcra Şöbəsi onların müraciətinə cavab olaraq bildirmişdir ki, Sabunçu Rayon Məhkəməsinin 11 may 2018-ci il tarixli, 2(008)-4733/2018 saylı qərardadına əsasən həmin əmlakın satılması, bağışlanması və ya hər hansı bir şəkildə özgəninkiləşdirilməsi və barəsində hər hansı sərəncam verilməsi qadağan edilmişdir. Buna görə də həmin əmlakın boşaldılması mümkünsüzdür. Sabunçu Rayon Məhkəməsinin 2(008)-4733/2018 saylı, 11 may 2018-ci il tarixli qərardadına izahın verilməsi xahiş olunmuşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2(008)- 64/2021 nömrəli qərardadı ilə Cavabdeh2 QSC-nin ərizəsi təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 11 may 2018-ci il tarixli, 2(008)- 4733/2018 saylı qərardadının məhkəmənin qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında verilmiş icra sənədinin icrasının dayandırılmasını əhatə etməməsi kimi izah edilməsi qərara alınmışdır. Həmin izah qərardadından İddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı Cavabdeh2 QSC-nin nümayəndəsi X2 Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmış İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclasında iştirak etmirlər. Kollegiya onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kollegiya hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2(008)-64/2021 nömrəli qərardadı dəyişdilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 2928/16 saylı, 22.06.2016-cı il tarixli icra sənədinə əsasən Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32,4-cü küçəsində istifadədə olan 0,1071 ha torpaq sahəsi və həmin torpaq sahəsində xüsusi mülkiyyətdə olan 4302,5 kv.m ümumi, 1223,8 kv.m yaşayış, 3078,7 kv.m yardımçı sahədən 4 mərtəbəli 25 otaqlı 4 saylı fərdi yaşayış evi məcburi qaydada boşaldılmalıdır. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 11 may 2018-ci il tarixli, 2(008)-4733/2018 saylı qərardadına əsasən Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32, 4-cü küçə, 4 nömrəli fərdi yaşayış evinin satılması, bağışlanması və ya hər hansı bir şəkildə özgəninkiləşdirilməsi və barəsində hər hansı sərəncam verilməsinin qadağan edilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri şəhəri Səbail rayon İcra Şöbəsi tərəfindən Cavabdeh2 QSC-ə ünvanlanmış 26.05.2021-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2928/16 saylı, 22.06.2016-cı il tarixli icra sənədinə əsasən Bakı şəhəri, Səbail rayonu, Salyan şösesi 32, 4-cü küçəsində istifadəsində olan 0.1071 ha torpaq sahəsi və həmin torpaq sahəsində xüsusi mülkiyyətdə olan 4302.5 kv.m ümumi, 1223.8 kv.m yaşayış, 3078.7 kv.m yardımçı sahədən 4 mərtəbəli 25 otaqlı 4 saylı fərdi yaşayış evi məcburi qaydada boşaldılmalıdır. Sabunçu Rayon Məhkəməsinin 2(008)- 4733/2018 saylı, 11.05.2018-ci il tarixli qərardadına əsasən Səbail rayonu, Salyan şössesi 32, 4-cü küçə, 4 saylı fərdi yaşayış evinin satılması, bağlanması və ya hər hansı bir şəkildə özgəninləşdirilməsi və barəsində hər hansı sərancam verilməsi qadağan edilmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir edir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 11 may 2018-ci il tarixli, 2(008)-4733/2018 saylı qərardadı Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 2928/16 saylı, 22.06.2016-cı il tarixli icra sənədinin icrasının dayandırılmasını əhatə etmir. Belə ki, icra sənədi üzrə icraatın dayandırılması halları və qaydası «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 17-19-cu maddələrinin tələblərinə uyğun həll edilir. Odur ki, Cavabdeh2 QSC-nin Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4733/2018 saylı, 11 may 2018-ci il tarixli qərardadına izah verilməsi barədə ərizəsi təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 11 may 2018-ci il tarixli, 2(008)-4733/2018 saylı qərardadının Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2928/16 saylı, 22.06.2016-cı il tarixli icra sənədinin icrasının dayandırılmasını əhatə etməməsi barədə izah verilməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 17-ci maddəsində icraatın dayandırılmasının məcburiliyi, 18-ci maddəsində isə icraatın dayandırılmasının mümkün olduğu hallar sadalanmışdır və hazırda həmin hallar mövcüd olmamışdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 259-260, 398, 400, 402-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi, Qarara aldı: İddiaçı şikayəti təmin edilməsin. Cavabdeh2 QSC-nin ərizəsi üzrə qəbul edilmiş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2(008)-64/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-10771/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10771/2021
28.10.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver