Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1078/2021 17.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı “xxxx” MMC-nin nümayəndəsi və vəkili Vəliyev Ramil Əmirxan oğlunun, cavabdeh Abbasova Esmira Vahid qızının nümayəndəsi nümayəndəsi Abbasov Nüdrət Xudam oğlunun iştirakları ilə, İddiaçı “xxxx” MMC-nin cavabdeh Abbasova Esmira Vahid qızına qarşı “torpağın geri qaytarılması, tikilinin sökülməsi” barədə ilkin, iddiaçı Abbasova Esmira Vahid qızının cavabdeh “xxxx” MMC-yə qarşı pul tələbi” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-388/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən “xxxx” MMC-nin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı “xxxx” MMC cavabdeh Abbasova Esmira Vahid qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il və xx.xx.2017-ci il tarixli 646, 11 saylı sərəncamı ilə, Bakı şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən "xxxx" MMC-yə 2018-ci il tarixdə, 18/46 nömrəli Nizami rayonu, Babək prospektindəki 2390-cı məhəllədə 1,3250 hektar ərazidə yaşayış binalarının tikintisi üçün ayrılmış ərazidən cavabdeh Esmira Abbasovaya məxsus, 8-10 kv metirlik "laminat" materialdan tikilmiş qanunsuz tikilinin sökülərək, həmin ərazinin boşaldılıb abadlaşdırma işləri aparılmasından ötrü ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Abbasova Esmira Vahid qızı cavabdeh “xxxx” MMC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qeyd olunanlara əsasən ilk iddianın rədd olunması və onun cavabdehdən tələb etdiyi 59.800 manat kompensasiyanın, vəkilə ödədiyi 110 manat pulun və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-388/2020 saylı, xx xxxxxxxx 2020ci il tarixli qətnaməsi ilə ilkin iddia tələbi təmin edilərək, Bakı şəhəri Nizami rayonu, Babək prospektindəki 2390-cı məhəllədə 1,3250 hektar ərazidə yaşayış binalarının tikintisi üçün "xxxx" MMC-yə ayrılmış ərazidə Esmira Abbasovanın istifadəsində olan tikilinin sökülməsi, həmin ərazinin boşaldılması, abadlaşdırma işləri aparılması üçün "xxxx" MMC-yə təhvil verilməsi, qarşılıqlı iddia tələbinin isə qismən təmin edilməsi, “xxxx” MMC-dən 5000 manat kompensasiya, hüquqi yardıma görə vəkilə ödənilmiş 110 manat məbləğində məhkəmə xərcinin və 30 manat dövlət rüsumunun Abbasova Esmira Vahid qızının xeyrinə tutulması qət edilmişdir. Qətnamədən “xxxx” MMC-nin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsi, qarşılıqlı iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi isə apellyasiya şikayətinə etiraz etmiş, həmçinin qətnamədən onlar tərəfindən də apellyasiya şikayətinin verildiyini bildirərək mülki işin baxışdan çıxarılaraq birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bununla belə, Bakı şəhəri Nizami Rayon Məhkəməsindən xx.xx.2020-ci il tarixdə daxil olmuş məktubda, Abbasova Esmira Vahid qızı tərəfindən apellyasiya şikayəti ilə müraciət edildiyi bildirilmiş və işin Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməsi xahiş olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, sözügedən apellyasiya şikayətinin Mülki- Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması birinci instansiya məhkəməsinin səlahiyyətlərinə aid olduğundan, iş həmin məhkəməyə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-388/2020 saylı, xx xxxxxxxx 2020ci il tarixli qətnaməsindən “xxxx” MMC-nin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən Bakı Apellyasiya Məhkəməsinə daxil olmuş mülki iş apellyasiya baxışından çıxarılsın və həmin qətnamədən Abbasova Esmira Vahid qızı tərəfindən verilmiş apellyasiya şikayətinin Mülki-Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-1078/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1078/2021
17.02.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver